![]() |
|
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistan tərəfindən ilin sonuna kimi Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyü gündəmə gətirilir. Necə düşünürsünüz qarşıdakı iki ayda çərçivə sülh sazişinin imzalanması nə dərəcədə realdır?
- Bu, əslində elə çərçivə sülh sənədi ola bilər. Daha çox deklorativ mahiyyət kəsb edəcək. Yəni bu sənədin daxilində bir çox problemlərə aid bəyanatlar yer alacaq. Bəyanat şəklində hansısa bir fikirlər olacaq. Sərhədlərin müəyyənləşməsi kimi məsələlər burada öz əksini tapacaq. Sözsüz ki, iki aya sərhədlərin dəqiqləşməsini aparmaq mümkün deyil. Eyni zamanda kommunikasiyaların işlək vəziyyətə gətirilməsi məsələsi də əsas amil kimi önə çıxır. Təbii olaraq bu məsələni də qısa zamanda həll etmək mümkün olmayacaq. Bununla yanaşı konpensasiyalar məsələsi də burada əksini tapacaq. Siyasi baxımdan Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi cinayətlərin etirafı və bununla bağlı ən azı üzr istəməsi məsələsi də razılaşmada əks oluna bilər. Reallıq odur ki, post-konfilikt dövründə bir sıra məsələlər var ki, onların həlli illərlə davam edəcək. Məhz çərçivə sülh sənədi burada ilkin baza rolunda çıxış edəcək.
- Azərbaycanı Beynəlxalq Məhkəmə ilə şantaj edən Ermənistanın nəhayət sülh müstəvisində səmimi olacağına kim zəmanət verə bilər?
- Təbii ki, bütün bunlar realdır. Ona görə də, iki dövlət arasındakı sülh sazişi sadəcə olaraq bir bəyanat şəklində öz əksini tapa bilər. Misal olaraq iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsinin burada başlıca prinsip kimi götürülməsi mümkündür. Amma sərhədlərin konkret haradan keçməsi dəqiq göstərilə bilməz. Bununla bağlı müxtəlif baxışlar var. Bu gün erməni tərəfi 1975-ci ilin keçmiş sovet dövrünün xəritələrini gündəmə gətirir. Belə olan halda Azərbaycan da ilkin mövqe üçün 1920-ci ilin xəritələrini əsas götürəcək. Ona görə də, iki ölkə arasında imzalanacaq sülh sazişi daha çox siyasi sənəd olacaq.
- Praktiki baxımdan çərçivə sülh sənədi nəyi dəyişəcək?
- Çərçivə sülh sənədinin real olaraq nəyisə dəyişəcəyi gözləntisi azdır. Uzun on illiklər davam etmiş qarşıdurma və düşmənçiliyin bu sənədlə öz həllini tapacağını gözləmək sadəlövhlük olar.
- “3+3” formatında Tehranda bölgə dövlətlərinin iştirakı ilə baş tutan görüşdən gözləntilər nədən ibarətdir?
- İlk növbədə bu formata siyasi iradə kimi baxmaq lazımdır. İstisna edilmir ki, burada hansısa müzakirələr baş verəndən irəli sürülmüş ideyalar bu formatı cəlbedici edə bilər. Çünki hələ də bu formatın nəyi əhatə edəcəyi bilinmir. Formatın fəaliyyəti, prinsiplərin nədən ibarət olacağı müəyyənləşməlidir. Məhz bu hallara aydınlıq gətirmək üçün belə görüşlər faydalı olacaq. İndiki mərhələdə bu formata hər bir ölkənin öz baxışı var. Ona görə də, ilkin görüş bu ideyalara aydınlıq gətirəcək.
- Fransanın açıq şəkildə Ermənistana siyasi dəstəyinin ardınca onu silahlandırması faktı var. Bu addım bölgədəki proseslərə necə təsir edəcək?
- Burada məntiqi ziddiyyət var. Fransa daim Ermənistanın təhlükəsizliyi barədə fikirlər səsləndirib. Amma heç bir ay olmaz ki, Ermənistana məxsus 10 minlik hərbi kontingent Azərbaycanı tərk edib. Hələ də Azərbaycanın 7 kəndi Ermənistanın işğalı altındadır. Bunun fonunda səhərdən-axşama kimi Ermənistanın təhlükəsizliyindən danışmaq ədalət prinsipindən uzaqdır. Əslində onların mövqeyində təzə bir şey yoxdur. Münaqişə dövründə Fransa hər zaman Ermənistanın yanında olub. Ona görə də, burada təəccüblü heç nə yoxdur. Görünən odur ki, Fransa düşmənçilik mövqeyi seçib. Burada da problem yoxdur. Lazımi cavabı alacaqlar.
- Ərazisində Rusiyanın hərbi bazasının olması fonunda Fransadan silah-sursat tədarük etmək Ermənistan üçün nə vəd edir?
- Hazırda bəyanatlar dövrü yaşanır. Bu baxımdan da Fransa istədiyi məsələ ilə bağlı bəyanat verə bilər. Amma bunun icrası milyardlarla pul və uzun illər tələb edir. Ona görə də, bunlar təbliğat baxımından istifadə edilən mövzulardır. Sadəcə olaraq Ermənistanın Rusiyadan üz döndərib Qərbə meyl etməsini cəlbedici etmək üçün bu kimi bəyanatlar verilir. Amma istəklər heç də reallıq demək deyil. Bunun real olmasına hələ var.
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
"Qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
“Qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərindən biri -Almaniyanın De Velt nəşri “Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır” adlı avantürüst məqalə ilə çıxış edib. Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırkı alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. De Velt dərgisinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq”.
Buna deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, avropalı məmurların məqsədi ölkəmizə “işğalçı” ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: “Halbuki Prezident “Zəngəzur dəhlizində hərbi planımız yoxdur” dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, De Velt nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür”.
Deputat əlavə edib ki, bu günlərdə Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qərbi tanımalı və tanıtmalıyıq: “Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistan Baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın “demokratiya mayakı” adlandırıraq, 30 illik işğala haqq qazandırır, müharibədə “qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı” obrazını formalaşdırır. Bəs dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər. Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur.
Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır. Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənsitanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə saldırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib. Yoxsa onlar insan deyil?
Ona görə De Velt qəzeti “Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı” adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu, sərfəlidirsə”.
Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. 2023-cü ildə Ermənistanın müdafiə xərclərinin 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu, 1,25 milyard dollar deməkdir.
"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Azərbaycan və Ermənistanın müdafiə xərclərini müqayisə edib.
"Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. 2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata və ya 3,8 milyard dollara çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur".
Ekspert bildirib ki, effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır: "Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu, 70-80 dəfə artıq bir hərbi xərc deməkdir.
Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi. Buna görə də, hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan heç nə etməsin".
"Nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq", - deyə E. Əmirov əlavə edib.
“İrəvan “3+3” formatına pozitiv yanaşır və burada iştirak edir”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tehranda keçirilən “3+3” formatı çərçivəsində baş tutan görüş barədə danışarkən deyib.
O, Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən söyləyib ki, münaqişə geniş mənada nizamlanıb.
“Hər iki tərəf Qarabağın Azərbaycana aid olması barədə razılaşma əldə edib. Bu, əsas həll edilməyən problem idi. İndi münasibətlərin tam normallaşması istiqamətində addımların atılmasına ehtiyac var: ilk növbədə sülh müqaviləsi, sərhədlərin delimitasiyası və iqtisadi nəqliyyat əlaqələrinin maneəsiz təşkili prosesidir”, - Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin müsahibəsində “Dağlıq Qarabağ” yox, “Qarabağ” ifadəsini işlətməsi də diqqət çəkib. Belə ki, Rusiya tərəfi nədənsə özünü “Qarabağ” sözünə öyrəşdirməkdə çətinlik çəkirdi. Ötən görüşlərdən birində tam normal Rusiyanın nümayəndə heyətində yer alan diplomat Lavrovun qulağına “Dağlıq Qarabağ” sözünü işlətməməsini demişdi: “Keçmiş Dağlıq Qarabağ termini azərbaycanlıların xoşuna gəlməyə bilər”. Lakin Lavrov həmin tədbirdə də çıxışı zamanı köhnə adətindən əl çəkməmişdi. Görünür, onun öyrənməsi üçün zamana ehtiyac varmış.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd edib.
Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunub, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğulayıb və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirib.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, “ağıllı kənd” konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğulayıb.
Azərbaycan Prezidenti, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir, ilk növbədə, Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd edib, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu deyib.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makroiqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
"Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd etdi.
Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxundu, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirdi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğuladı.
Azərbaycan Prezidenti, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Səfir ilk növbədə Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd etdi, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu dedi.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçılarının səfərlərinin əməkdaşlığımızın genişlənməsi işinə verdiyi töhfəni vurğulayıb.
Dövlətimizin başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Azərbaycan Prezidenti ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxunub, xalqlar arasında təmasların əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib.
Edqars Skuya dövlətimizin başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Nikol Paşinyan “DQR”in ləğvi və yekun ləğvi haqqında fərmanın mətnindən şəxsən xəbərdar idi və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.
Bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Şahramanyanla Paşinyan arasında yalnız bir dəfə dialoq olub və Ermənistanın baş naziri separatçı rejimin başçısına göstərişi verib: “Xüsusən də azərbaycanlılar “Artsax”ın ləğvi, dövlət qurumlarının, ordunun ləğvi, silah-sursatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinə verilməsi haqqında qərarda öz əksini tapmış tələblərini Qarabağ ermənilərinə çatdıranda Şahramanyan MTX-in direktoru Armen Abazyanla əlaqə saxlayıb. Onun vasitəçiliyi ilə Paşinyanla yalnız bir telefon danışığı aparıb. O, dərhal Azərbaycanın bütün tələblərini yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”.