İcra başçısı işdən çıxarıldı - YENİ TƏYİNAT

Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Moskva geri çəkildi, Paris isə..: - “İrəvan silahlandırılsa, qalmaqal yaranacaq”Ermənistanla Rusiya arasında növbəti dəfə gərginlik yaranıb.

İrəvanla Moskvanın qarşı-qarşıya gəlməsinə səbəb Rusiyanın məbləği artıq ödənilmiş silahların tədarükünü gecikdirməsi olub. Son zamanlar Ermənistanın Hindistan və Fransanın timsalında silah tədarükçüləri ilə əməkdaşlığa üstünlük verməsi Rusiya ilə müqavilədən imtina etməsi kimi şərh olunur. Bundan başqa, Ermənistan Çexiya və İran istehsalı olan silahlara da maraq göstərir.

Lakin Nikol Paşinyan hökuməti Rusiyadan ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir. Ermənistan hakimiyyəti əvvəllər də bəyan edib ki, İrəvan Moskvaya bir neçə yüz milyon dollar ödəsə də, sifariş etdiyi silahları ala bilməyib. Rusiya-Ermənistan münasibətlərinin pisləşdiyi bir vaxtda rəsmi Moskvanın pulları qaytaracağı isə inandırıcı görünmür. Rusiya tərəfi sifarişin yerinə yetirilərək silahların istehsal edildiyini, ona görə də Ermənistanın belə bir iddia ilə çıxış etmək üçün əsasının olmadığını bildirir.

Qeyd edək ki, ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində bu barədə rəsmi açıqlama verərək Rusiyanın müqavilədə nəzərdə tutulan silahları vermədiyini deyib. Onun sözlərinə görə, söhbət bir neçə yüz milyon dollarlıq məbləğdən gedir. Bir neçə gün sonra xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Qriqoryanın dediklərini təsdiqləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin may ayında keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın təhvil verilməyən silahların pulunu qaytarıb-qaytarmayacağına dair suala dəqiq cavab verməyib. Rusiyanın silah istehsalçısı “Splav” Elmi İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyəti üç dəfə Ermənistan Müdafiə Nazirliyinə sözügedən sifariş əsasında istehsal olunmuş raketlərin aparılması üçün müraciət edib.

Ermənistanın “Johovurd” qəzeti bir ay öncə, yəni sentyabrın sonlarına yaxın belə açıqlama ilə çıxış edib.

“Bir ildən artıqdır ki, mətbuatda dövlət məmuraları və Nikol Paşinyan məlumatlar yayır ki, guya Rusiya Ermənistandan silah tədarükü üçün pul alıb, müvafiq silah və sursatları satmayıb”,-mənbə belə yazır.

Bildirilir ki, Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç” yaylım atəşi sistemlərinin raketlərini istehsal edən “Splav” EİB ASC şirkəti arasında saziş bağlanıb. Şirkət sifarişin yerinə yetirilməsi barədə Ermənistanın Müdafiə Nazirliyini məlumatlandırmağı öhdəsinə götürüb. Bundan sonra rəsmi İrəvan malları qəbul etmək üçün mütəxəssislər göndərməli olub. Nəşr yazır ki, bir il 3 aydan sonra raketlər hazır olsa da, Ermənistan tərəfi məhsulları götürməyib.

Belə silah və sursatları anbarlarda uzun müddət saxlamaq mümkün olmadığından “Splav” şirkəti raketlərin tez bir zamanda təhvil verilməsi üçün üç dəfə Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Lakin Ermənistanın Müdafiə Nazirliyi qəzetin iddia etdiyi kimi, yüklərin daşınmasını təşkil etməyib. Ukraynada müharibə başlayandan sonra Rusiya bu raketlərdən istifadə edib.

Bundan sonra Moskva malların Ermənistana hissə-hissə çatdırılacağına dair İrəvanı məlumatlandırıb. Bundan başqa, qeyd edilir ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Rusiya Ermənistana 1 milyard və 400 milyon dollar məbləğində kreditlə (20 il kreditin ödənilməsi müddəti ilə) silah və sursat təklif edib və verməyə hazır olub.

“Johovurd” yazır ki, 400 milyon dollarlıq müqavilə artıq təsdiqlənib və imzalanmağa hazır idi. 1 milyard dollarlıq müqavilənin təsdiqlənməsinə sayılı günlər qaldığı bir vaxtda Ermənistan qəflətən razılaşmadan imtina edib. Əvəzində İrəvan Hindistanın özəl şirkətləri ilə müqavilə bağlayıb və malların 5 faizini belə almadan, onlara birdən-birə 500 milyon dollar ödəyib. Bundan başqa, digər ölkələrdə istehsal olunan analoji silah-sursatın qiymətləri də nəzərə alınmayıb.

Nəticədə, raketlər Hindistandan baha qiymətə alınıb. Siyasi ekspertlər Ermənistanın bu addımını Rusiyanın hərbi asılılığından çıxmaq və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatından uzaqlaşmaq cəhdi ilə izah edir. Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan hesab edir ki, Rusiya Ermənistana silah satışını dayandırıb, Azərbaycan isə yeni silahlar almaqda davam etdiyi üçün İrəvanın əlavə təchizat mənbələri axtarmaqdan başqa yolu yoxdur.

“Bu proses bir gecədə baş verməyib. Rusiyanın təchizatı 2020-ci il müharibəsindən sonra azalmağa başladı və Ukraynadakı döyüşlər fonunda tamamilə dayandı. İndi İrəvan Fransa və Hindistanın köməyi ilə boşluğun yerini doldurmağa ümid edir. Xüsusilə də ikinci Qarabağ müharibəsindən sonra təhlükəsizliyin təmin edilməsi mövzusu çox aktuallaşıb”,-erməni politoloq belə deyir.

Eyni zamanda, İsgəndəryan Fransa silahlarının alınmasının Ermənistanın Rusiya ilə münasibətlərinə təsir edəcəyinə inanmır. Onun sözlərinə görə, tərəflər artıq böhran içindədir. Lakin bundan daha da pis olmayacaq.

“İrəvan Moskvanı incitmək istədiyi üçün deyil, Rusiyanın bunu etmək imkanı olmadığı üçün başqa ölkələrdən silah alır”-deyə ekspert vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə Ermənistanın Hindistandan ümumilikdə 244,7 milyon dollardan çox silah və sursat aldığı məlum olub. O cümlədən, İrəvan “Pinaka” yaylım atəşi sistemləri alıb. 2023-cü ilin yanvarında Hindistan mediası Ermənistan hakimiyyətinin SSRİ istehsalı olan “S-125” Peçora zenit-raket komplekslərini Hindistanın “MRASM” ilə əvəz etmək niyyətində olduğunu yazmışdı. Bundan başqa, Ermənistana “ATAGS” özüyeriyən haubitsaların satılması barədə də məlumat var.

Oktyabrın 23-də isə Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekorno ilə bu ölkədən hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Rusiyalı ekspert Ruslan Puxov hesab edir ki, sovet dövründən qalmış təhlükəsizlik sisteminə uyğunlaşmış Ermənistanın yeni silahlardan istifadəsi asan olmayacaq. O bildirib ki, İrəvan üçün dünyanın müxtəlif yerlərində alınan silahları vahid təhlükəsizlik sistemində birləşdirmək kifayət qədər çətin olacaq.

Hərbi ekspert Yuri Knutovun sözlərinə görə, Fransanın bu addımı Qərbdə birmənalı qarşılanmayacaq:

“Məlumdur ki, Kiyev fransız və italyanlardan qabaqcıl “Mamba” hava hücumundan müdafiə sistemlərini istədi, lakin onlar dedilər ki, bu sistemlər onlarda yoxdur. Paris indi bununla İrəvanı silahlandırsa, diplomatik qalmaqal yaranacaq”,- Knutov belə deyib.

Ekspert bildirir ki, fransızlar hörmət xatirinə köhnə komplekslərindən birini onlara verə və özləri üçün yenisini qura bilərlər. Knutov iddia edir ki, Ermənistan prinsipcə, silah satın almadan da bütünlüklə Gümrüdəki Rusiya hərbi bazasına arxalana bilər. Eyni zamanda, milyonlarla dollar havayı sərf olunacaq ki, bu da iqtisadiyyatın inkişafına və Qarabağdan gəlmiş ermənilərə yardım üçün ayrılsa, daha yaxşı olar.

Hərbi ekspert Vasili Dandıkin əlavə edir:

“Fransanın yardımı Azərbaycanı münaqişəni gərginləşdirməyə təhrik edə bilər. Düşünmürəm ki, belə olan halda fransızlar İrəvan uğrunda vuruşmağa razı olacaqlar. Onlara satılan silahlar o qədər də kömək etməyəcək”.

Dandikinin sözlərinə görə, Paris Ermənistanla münasibətləri dərinləşdirməklə Nigerdən qoşunların çıxarılması qərarından və Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı sövdələşmənin uğursuzluğundan sonra beynəlxalq imicini yaxşılaşdırmağa çalışır. Eyni zamanda, fransızları Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyət çox da narahat etmir.
Cebhe.info
moskva-baki-ve-irevanla-temaslari-davam-etdirir

“Rusiya Ermənistan və Azərbaycanla təmasları davam etdirir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın Moskvanın tərəflər arasında sülh planının hazırlanması üçün platforma olaraq istifadə olunması təklifi ilə bağlı irəliləyiş hələ ki yoxdur.

Prezident İlham Əliyev oktyabrın 25-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, 25 Oktyabr - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən və güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin edib.
Biz dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” paylaşımında qeyd olunub.

“Biz iki bədəndə bir canıq! Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi başlayıb.

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.

Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyir.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Bildirilib ki, azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir:

“Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.
Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.

Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdır”.

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb - YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

***
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezov Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

Rəsmi Bakı öz hərbi qüdrətini qətiyyən gizlətmir, əksinə, beynəlxalq və regional rəqiblərinə öz “qırmızı cizgilər”ini həm xatırladır, həm də diqtə edir, Azərbaycanın regional güc mərkəzinə çevrilməsi indi onların qarşısında aşılması çətin əngəl olaraq, durur... Ona görə də, hətta xarici himayədarlarının israrlı dəstəyinin olacağı təqdirdə belə, Ermənistan hələ uzun müddət Azərbaycanla hərbi qarşıdurmağa cəsarət edə bilməyəcək...

Azərbaycanın Cənubi Qafqazın şəriksiz liderinə çevrilməsi indi beynəlxalq siyasi məkanda ciddi narahatlıqla qarşılanmağa başlayıb. Belə ki, Cənubi Qafqazda maraqları olan dünya nəhəngləri hazırda bu regiona yerləşmək cəhdlərinin böyük risk altında olduğunu anlayırlar. Hər halda, belə bir önəmli geopolitik prosesin məhz Ermənistan üzərindən reallaşdırılmasının mümkün olmayacağı hər kəsə aydındır. Və bu vəziyyətdən çıxış yollarının tapılması isə hələlik müsbət nəticələrdən çox-çox uzaqdır.

Məsələ ondadır ki, Cənubi Qafqazın hegemon dövləti məhz Azərbaycan olduğundan bu regiona yalnız rəsmi Bakının razılığı ilə gəlmək olar. Üstəlik, rəsmi Bakı yalnız gələnləri deyil, eyni zamanda onların fəaliyyət sferasını da müəyyən etmək səlahiyyətlərini təkbaşına öz əlində cəmləşdirib. Halbuki, bu, dünyanın bütün bölgələrində mütləq arbitr roluna və fəaliyyət sərbəstliyinə vərdişli olan ABŞ və Qərb mövcud situasiya ilə barışmaq istəmir. Və bu səbəbdən də, müxtəlif bəhanələrlə Azərbaycana təzyiq mexanizmləri yaratmağa çalışırlar.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Ancaq rəsmi Bakıya təzyiq mexanizmlərinin yaradılması istiqamətində də Qərbin elə bir ciddi uğuru müşahidə olunmur. Əsas səbəbsə, ondan ibarətdir ki, beynəlxalq məkanda yalnız hərbi və iqtisadi güc keçərli faktordur. Bu iki önəmli faktora sahib olan dövlətlər isə öz siyasi iradəsini diqtə etmək imkanlarına sahib olurlar. Və Azərbaycan hər iki faktora eyni vaxtda sahib olduğundan dünya nəhənglərinin regional maraqları da qəliz geopolitik situasiya ilə üzləşib.

Üstəlik, geniş iqtisadi resurslara sahib Azərbaycan özünün hərbi gücünü də qətiyyən gizlətmir. Əksinə, hər imkanda bu hərbi gücü daha da inkişaf etdirərək, beynəlxalq və regional rəqiblərinə öz “qırmızı cizgilər”ini həm xatırladır, həm də diqtə edir. Və rəsmi Bakının regional geopolitik güc mərkəzinə çevrilməsi indi beynəlxalq rəqiblərin qarşısında aşılması çətin əngəl olaraq, durur.

Halbuki, Azərbaycan öz regional hegemonluğunu möhkəmləndirməkdə davam edir. Belə ki, Azərbaycan və Türkiyənin ortaq keçirtdikləri “Mustafa Kamal Atatürk-23” hərbi təlimləri həm Ermənistanda, həm də beynəlxalq ermənipərəst dairələrdə ciddi narahatlıq doğurmağa başlayıb. İndi bir çoxları tam dəqiqliyi ilə anlayırlar ki, NATO ölkəsi olan Türkiyənin hərbi müttəfiqi Azərbaycanla geopolitik qarşıdurma qətiyyən sərfəli deyil.

09b42f4e-9643-41d5-9767-33a583ce5dbf.jpg (88 KB)Ermənistandasa, Azərbaycan-Türkiyə hərbi təlimlərini real hərbi təhlükə kimi qəbul etdiklərini qətiyyən gizlətmirlər. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan Azərbaycanın hərbi gücü və qüdrəti ilə artıq bir neçə dəfə üzləşib, hamısında da biabırçı məğlubiyyətə uğrayıb. II Qarabağ savaşı Azərbaycan ordusunun tam tarixi zəfəri ilə yekunlaşıb. Bir neçə həftə əvvəlsə, Azərbaycan ordusu Qarabağ regionunda terrorçu dəstələr kimi fəaliyyət göztərən Ermənistan ordusunun qalıqlarını darmadağın və tərksilah edib.

Ona görə də, hazırda rəsmi İrəvan Azərbaycanın hərbi gücü ilə təkrar üz-üzə qalmaqdan ciddi şəkildə qorxur. Azərbaycan ordusunun Qarabağ regionunda reallaşdırdığı lokal antiterror tədbirləri zamanı da rəsmi İrəvanın bu qorxusu silahlı erməni terror dəstələrinin sıradan çıxarılmasında müəyyən rol oynayıb. Və bu barədə artıq Ermənistan mətbuatı müəyyən detalları ictimailəşdirib.

Məsələ ondadır ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti baş naziri Nikol Paşinyanın Qarabağ separatçı-terrorçuların “rəhbəri” Samvel Şahramanyandan Azərbaycanın bütün şərtləri ilə razılaşmağı tələb etdiyini iddia edib. Erməni nəşrinin iddiasında bildirilir ki, Samvel Şahramanyanın qondarma “dqr”ın ləğvi barədə “fərman” imzalamasından Ermənistan baş naziri Nikol Paşinyanın xəbərsiz olması barədə deyilənlər həqiqətdən uzaqdır. İddiaya görə, baş nazir Nikol Paşinyan bu “fərman”ın mətnindən şəxsən xəbərdar olub, üstəlik, S.Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.

235364748556.jpg (78 KB)“Hraparak”ın yaydığı məlumatda vurğulanır ki, Azərbaycan tərəfi erməni separatçı-terrorçulara qondarma rejimin ləğvi, yəni “dövlət qurumları”nın, “ordu”nun buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda S.Şahramanyan Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə qurmağa çalışıb. Nəticədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə o, Nikol Paşinyanla telefonla əlaqə saxlamağa nail olub. Baş nazir Nikol Paşinyan isə onu Azərbaycanın bütün tələblərinin dərhal yerinə yetirilməsinə, müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb.

Göründüyü kimi, rəsmi İrəvan son hadisələr zamanı Qarabağ erməniləri barədə ümumiyyətlə, düşünməyib. Paşinyan hakimiyyəti üçün əsas önəmli məqam ondan ibarət olub ki, Qarabağda başladılmış antiterror əməliyyatları Ermənistan ərazisinə keçməsin. Hətta baş nazir Nikol Paşinyan həmin vaxt açıq şəkildə bəyan etmişdi ki, hərbi əməliyyatlar Azərbaycan ərazində reallaşdırılır və Ermənistanla sərhəd bölgəsində hər hansı silahlı toqquşma mövcud deyil, tam sakitlikdir. Və bütün bunlar onu göstərir ki, hətta xarici himayədarlarının israrlı dəstəyinin olacağı təqdirdə belə, Ermənistan hələ uzun müddət Azərbaycanla hərbi qarşıdurmağa cəsarət edə bilməyəcək.(musavat.com)

Xəbər lenti