Rusiya kəşfiyyatına yaxın media qurumları fransız mütəxəssislərin Ermənistanda döyüş hazırlığı yüksək hərbçilərin seçim prosesinə başladığını iddia edir... Halbuki, Ermənistan Ukraynanın deyil, məhz Rusiyanın hərbi müttəfiqidir, yəni, Fransa Kreml-İrəvan münasibətlərini sadəcə, korlamaqla, kifayətlənmək istəmir, ümumiyyətlə, düşmənçiliyin baş qaldırmasında maraqlıdır...
ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək üçün bütün mümkün variantları sınaqdan çıxartmağa çalışır. Ağ Ev bu məsələdə Avropa Birliyi və Fransa ilə ortaq hərəkət edir. Bayden adminstrasiyası Cənubi Qafqazda Qərbin dayaq mexanizmlərinin yaradılması istiqamətində müxtəlif ssenarilər üzrə hərəkət edir. Və son vaxtlar Ağ Evin ssenariləri daha qabarıq şəkildə regional proseslərə müdaxilə olunmasına yol açmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin əsas hədəfi məhz Rusiyanın Cənubi Qafqazdan sıxışdırılaraq, tamamilə çıxarılmasına yönəlmiş kimi görünür. Ancaq Ağ Evin əlində hələlik bu hədəfi reallaşdırmaq üçün yetərincə regional hərbi-siyasi faktorlar mövcud deyil. Bu səbəbdən də, ABŞ və Qərb ilk növbədə belə faktorların yaradılmasına cəhd göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın beynəlxalq propoqanda maşını hazırda Cənubi Qafqazı xüsusi diqqət altında saxlayır. Hətta vaxtaşırı bu regionla bağlı gələcək hədəflərin icrasına yönəlik dezinformasiya yaymaqdan da qətiyyən çəkinmir. Üstəlik, bu məqsədlə Bayden adminstrasiyasının ən yüksək rütbəli təmsilçilərinin adından belə, istifadə olunur. Və ABŞ-ın dövlət katibi Entoni Blinkenin konqresmenlərlə görüşü barədə yayılan məlumatlar bunu təsdiqləyir.

Məsələ ondadır ki, dövlət katibi Entoni Blinkenin konqresmenlərə Azərbaycanın yaxın vaxtlarda Ermənistanın cənub bölgəsinə hücum edəcəyini söylədiyi bildirilir. Nə qədər qəribə də olsa, Ağ Ev uzun müddət bu iddialara reaksiya verməyə ehtiyac duymadı. Yalnız bir dəfə ABŞ dövlət katibinin dediklərinin yanlış yozulduğuna eyham vurmaqla, kifayətləndi. Və bu, Azərbaycanın əleyhinə propoqandanın vahid mərkəzdən idarə olunması barədə şübhələri artırır.

Digər tərəfdən, ABŞ kəşfiyyatına bağlı olduğu iddia edilən "Stratfort" analitik-təhlil mərkəzi də Ağ Evin həvəssiz təkzib etdiyi həmin məlumatları eynilə təkrarladı. Halbuki, bu məlumatların tamamilə yalan olduğunu hər kəs anlayır. Buna baxmayaraq, belə israrla eyni iddiaların gündəmə gətirilməsində müəyyən məqsədlərin olduğu indi qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla ABŞ və Qərb Ermənistanda xof texnologiyasının verəcəyi effektdən yararlanmaq niyyətinə düşüb. Yəni, rəsmi İrəvana və Ermənistan cəmiyyətinə mesaj verilir ki, böyük hərbi təhlükə gözlənilir. Ancaq rəsmi İrəvanın hərbi müttəfiqi Rusiya Ermənistanı qorumaq niyyətindən uzaqdır. Ona görə də, rəsmi İrəvan mümkün qədər tez bir zamanda Rusiyadan uzaqlaşmaq istiqamətində konkret addımlar atmalıdır. Əks halda, sonra çox gec ola bilər.

Təbii ki, Paşinyan hakimiyyəti tam şəkildə Qərbin təsiri altına düşdüyündən Azərbaycanla yanaşı, həm də birbaşa Rusiya əleyhinə yönəlmiş bu məkrli oyunda böyük həvəslə iştirak etməyə çalışır. Üstəlik, ABŞ-ın razılığı ilə bu prosesə Avropa Birliyi və Fransanın da cəlb olunması rəsmi İrəvanı daha da ümidləndirir. Ermənistanın müdafiəsinə yönəlik Fransanın verdiyi vədlər isə Paşinyan hakimiyyətinə xüsusi olaraq, cazibədar görünür.

Son məlumatlara görə, Fransa Ermənistana müasir silahlar satmaq niyyətindədir. Rəsmi Parisin bu addımı bəzi şübhəli məqamları da gündəmə gətirməyə başlayıb. Belə ki, rəsmi Paris bu prosesin Rusiyaya meydan oxuma effektində irəliləməsinə xüsusi önəm verir. Hər halda, Rusiya ilə Ermənistanın münasibətlərinin tamamilə korlanmasına yönəlik cəhdlər açıq-aşkar nəzərə çarpır. Və bu, yaxın gələcəkdə ilk növbədə Ermənistanı real təhlükə qarşısında buraxa bilər.

Ancaq rəsmi Parisi böyük ehtimalla Ermənistanın gələcək taleyi ümumiyyətlə, maraqlandırmır. Hələlik görünən odur ki, Fransa ABŞ-ın da razılığı ilə Ermənistanda Rusiyaya alternativ hərbi güc statusu qazanmağa can atır. Yəqin ki, Ermənistana müdafiə silahları verildikdən sonra Fransa rəsmi İrəvandan daha bir müqaviləyə imza atmasını tələb edəcək. Yəni, Fransa Ermənistanda hərbi kontingent yerləşdirmək istiqamətində müəyyən hüquqi-siyasi mexanizmlər qurmağa çalışır.

Eyni zamanda, rəsmi İrəvana Rusiyadan silah idxalından imtina edilməsi təlqin olunur. Belə ki, Ermənistan Rusiyanı 400 milyon dollarlıq silah sifarişini yerinə yetirməməkdə suçlayır. Halbuki, Rusiya hərbi-sənaye kompleksindən verilən məlumata görə, sifariş olunan silahlar artıq çoxdan hazırdır. Ancaq rəsmi İrəvan həmin silahların Ermənistana göndərilməsinə hələ də razılıq verməyib. Və indi gözlənilmədən Rusiya dövlətlərarası hərbi ticarət müqaviləsinə riayət etməməkdə günahlandırılır.

Göründüyü kimi, Rusiya və Ermənistan arasında olduqca müəmmalı proseslər cərəyan edir. ABŞ və Qərb Fransa üzərindən Ermənistanın Rusiya ilə qarşıdurmasını dərinləşdirməyə çəhd göstərir. Üstəlik, buna böyük ölçüdə artıq nail olmuş kimi görünür. Fransanın Ermənistanı silahlandırmaq planı isə bu prosesi məntiqi sonluğa daha da yaxınlaşdıra bilər. Və bu, yaxın vaxtlarda olduqca qabarıq şəkildə ortaya çıxa biləcək real təhlükədən xəbər verir.

Məsələ ondadır ki, rəsmi Paris Ermənistanın Fransadan silah almaq üçün maliyyə vəsaitinə malik olmadığını tam dəqiqliyi ilə bilirlər. Halbuki, Fransanın ödənişsiz silah hədiyyə etmək kimi bir niyyəti də yoxdur. Deməli, rəsmi İrəvan Fransa silahları istəyirsə, onun dəyərini ödəməyin yolunu da tapmalıdır. Və Rusiya kəşfiyyatına bağlı bəzi media qurumları belə variantın artıq tapıldığını vurğulayırlar.

Belə ki, Rusiya mətbuatında yer alan iddialara görə, Fransadan bir qrup hərbi instruktor Ermənistana gəlib. Fransız mütəxəssislər Ermənistanın hərbi hissələrində araşdırmalar aparırlar. Həmin araşdırmalar nəticəsində döyüş hazırlığı nəzərə alınmaqla, erməni hərbçilər seçilir. Onlar yeni yaradılan hərbi hissənin tərkibinə daxil edilir. Və əsas məqsəd seçilmiş erməni hərbçilərin Rusiyaya qarşı vuruşmaq üçün Ukraynaya göndərməkdən ibarətdir.

Rusiya mətbuatı iddia edir ki, Paşinyan hakimiyyəti Fransadan alınacaq silahlar üçün ödəniş əvəzi olaraq, məhz erməni hərbçiləri Ukraynaya göndərməklə bağlı rəsmi Parisin təklifini artıq qəbul edib. Əgər, bu iddialar doğrudursa, deməli, rəsmi İrəvan olduqca, təhlükəli hərbi avantüraya razılıq verib. Vaxtilə ermənilər Rusiya ordusunun tərkibində Ukraynaya qarşı vuruşmaq üçün xüsusi hərbi hissələr yaratmışdılar. Ancaq həmin hərbi hissələrin tərkibində Rusiya vətəndaşı olan ermənilər yer alırdı.

İndi isə bunun tamamilə əksi olan proses baş verməkdədir. Fransa erməni hərbçiləri Rusiyaya qarşı vuruşmaq üçün Ukraynaya göndərməyə hazırlaşır. Halbuki, Ermənistan Ukraynanın deyil, məhz Rusiyanın hərbi müttəfiqidir. Belə anlaşılır ki, Fransa Rusiya-Ermənistan münasibətlərini sadəcə, korlamaqla, kifayətlənmək istəmir, ümumiyyətlə, düşmənçiliyin baş qaldırmasında maraqlıdır. Və bu, həm də Fransanın Ermənistanı israrla böyük fəlakətə sürükləməkdə olduğu anlamına gəlir.(Yeni Müsavat)

Xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda keçirilən görüşdə bildirib.

Qeyd edək ki, regionun baş diplomatları səviyyəsində ilk görüş İranın paytaxtı Tehranda keçirilib.

Bundan əvvəlki ilk görüş Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci ilin dekabrında baş tutmuşdu.

Hər iki görüşdə Gürcüstan iştirakdan imtina etmişdir.

Prezident Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən, 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VIP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, iki trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.

İsraillə savaşanlar Azərbaycanı da hədələyirlər... - NƏ ETMƏLİ?"İsraillə qarşı HƏMAS-ın qanlı terror hücumunu təşkil edən molla rejiminin Azərbaycana qarşı daha qorxunc hücumlar hazırladığının əlamətləri aydın görünür". DİA.AZ bildirir ki, bunu öz açıqlamasında siyasi şərhçi Xaqani Cəfərli qeyd edib.

"Azərbaycanı bu qorxunc təhlükədən İsrailin qələbəsi, İranın məğlubiyyəti xilas edə bilər", deyə çıxış yolu barədə danışan ekspert daha sonra əlavə edib: "İsrailin Azərbaycanın təhlükəsizliyinin və inkişafındakı müstəsna önəmi bütün çılpaqlığı ilə aydın olduğu halda İsrailə qarşı nifrət yağdırmaq İranın ölkəmizə yönəlik qorxunc niyyətlərinin ideoloji əsaslarını yaratmağa xidmət edir.

Töfid İbrahimbəylinin Qumdan Azərbaycana yönəlik təxribatçı çağrışlarından daha təhlükəli fikirlər Azərbaycanın içərisindən yayılır. Dövlətin və millətin təhlükəsizliyi ciddi təhdid altındadır. Susmaq, hərəkətsiz qalmaq çox ağır nəticələr doğura bilər".
İlham Əliyev Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.

 

 
İlham Əliyev Sumqayıtda açılış və təməlqoyma mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.

Dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.

Sonra dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan XİN məlumat verib.

Qeyd olunur ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.

Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Macarıstanı Milli Günü münasibətilə təbrik edib.

Təbrik mətni qurumun “X” hesabında paylaşılıb.

"Dost Macarıstan hökumətini və xalqını Milli Günü münasibətilə təbrik edirik! Milli gününüz mübarək!" - təbrikdə qeyd olunub.

“Mən Ermənistanın media sahəsində yeni, təhlükəli tendensiya müşahidə edirəm və bu barədə danışmaq istəyirəm. Müxalifət kanalları Qarabağ ermənilərinin köçürmədən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayırlar”.

Bunu erməni bloger Natali Aleksanyan bildirib.

“Mənim çıxışımın bu insanlara aidiyyəti yoxdur, onlara deməyə sözüm yoxdur, çünki bilirəm ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemləri çoxdur. Amma mənim çıxışım bu həll olunmamış problemlərin həlli müqabilində insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasının özlərinə aiddir. Bu, yanlışdır. Mən çoxlu Qarabağ erməniləri ilə danışmışam və heç biri azərbaycanlıların onlara qarşı pis münasibətinə belə, eyham vurmayıb. Mən azərbaycanlıların gedən ermənilərə çörək-su payladığı, onlarla mehriban ünsiyyət qurduğu Azərbaycan mediasının kadrlarını nəzərdə tutmuram. Xeyr, şəxsi təcrübəmə istinad edirəm, çünki əminəm ki, mənimlə danışan Qarabağ ermənilərinə həqiqətən də işgəncə verilsəydi, o zaman söhbətimizin ilk mövzusu bu işgəncə haqqında olacaq”.

Xəbər lenti