Proseslər Rusiyanın istədiyi kimi getmədikcə daha da aqressivləşir. Ukrayna cəbhəsində məğlub duruma düşüb. Labirintdən çıxa bilmir. Bu azmış kimi, Cənubi Qafqazda da oyundankənar vəziyyətlə üzləşmək qorxusu yaşayır. Moskva siyasət müstəvisində, diplomatiya masasında mövqe itirdisə, Qarabağda gərginliyi artırmaqla bunu kompensasiya etməyə çalışır.

Vaşinqtonda, Brüsseldə, Kişinyovda keçirilən görüşlər ərəfəsində Qarabağda bir təxribat baş verir. Rusiya Ermənistanda təsir rıçaqlarını işə salıb, var gücü ilə sülhə mane olmaq istəyir.

 
 

398220

Arxiv foto: 10 Noyabr sazişinin imzalanması mərasimi

2020-ci ilin noyabrında müharibə bitər-bitməz Rusiya təşəbbüsü ələ aldı. 10 Noyabr üçlü bəyanatının imzalanması, 1960 nəfərlik hərbi kontingentin Qarabağa yerləşdirilməsi Rusiyanı üstün mövqeyə çıxarmışdı. 2021-ci ilin yanvar ayında Moskvada Putinin moderatorluğunda İlham Əliyevlə Nikol Paşinyanın görüşü oldu. Lakin zaman keçdikcə Qərb Qarabağ məsələsində, əsasən də sülh danışıqlarında Rusiyanı üstələdi. Brüssel masası buna ən gözəl misaldır. Sonradan Vaşinqtonda da görüşlər baş tutdu. Ermənistan-Azərbaycan danışıqlarında əsas mərkəz Brüssel olsa da, nəzarət paketi Vaşinqtonun əlindədir. Amerika amili dövrün gerçəyidir. Bundan qaçış yoxdur.

Rusiya prosesdən belə nəticə çıxarır ki, baş verənlər onun regionda nüfuzuna, təsir imkanlarına ölümcül zərbə vurur. O üzdən Qərbin sülh təşəbbüslərini əngəlləməyə çalışır. Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də Qarabağdakı vəziyyətlə bağlı yaydığı bəyanat bu düşüncənin ortaya çıxardığı nəticədir. Beləliklə, növbəti mərhələyə qədəm qoyuruq. Ruslar maskalarını çıxarıb, əsl simalarını ortaya qoyub, üstümüzə gəlməyə başlayıblar.

Cavabımız necə olacaq? Azərbaycan XİN Rusiyanın bəyanatına tutarlı cavab verib. Bu hələ başlanğıcdır. Diplomatik atışmaların sərhəddə eskalasiyanın artması ilə nəticələnəcəyi istisna edilmir.

Azərbaycan Rusiya ilə münasibətlərə hər zaman həssas yanaşıb. Ortamı yumşaq tutmağa çalışıb. Savaşa yox, barışa və əməkdaşlığa üstünlük verib. Vladimir Putin hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər xeyli normallaşdı. Putin son 200 ildə yeganə Rusiya rəhbəridir ki, onun iqtidarı dövründə Azərbaycan torpaq itirmədi. Əksinə, Mixail Qorbaçovun və Boris Yeltsinin dövründə işğal edilən əraziləri məhz Putinin dövründə azad edə bildik. Fəqət, Putin də olsa, Rusiyanın Azərbaycanla bağlı dözümünün limiti var. Putin, yəqin, düşünür ki, bu qədər proses aparıb, yekun onun iştirakı və moderatorluğu ilə olmalıdır. Bu avantajı Qərbə qapdırmaq istəmir. Amma və lakin, Rusiya prezidentinin təklif etdiyi sülh formatı o qədər ədalətli, etibarlı deyil.

Brüssel görüşündə ciddi məsələlər müzakirə edilib. Şarl Mişelin açıqlamasından da göründüyü kimi, ortada ciddi razılaşmalar, anlaşmalar mövcuddur. Məsələn, səhv etmiriksə, ilk dəfə olaraq Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaları ilə bağlı mövzu müzakirəyə çıxarılıb. Naxçıvanı Azərbaycanla birləşdirən koridor danışıqların əsas mövzusu olub. Qarabağa humanitar yüklərin Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi də müzakirə edilib. Bu məsələlərin açıqlanmasından sonra Rusiya XİN-in bəyanatının yayılması təsadüf deyil. Brüssel görüşünə Rusiyanın cavabıdır.

İndi iki ölkə arasında yaranan gərginlik fonunda bir sual ağıllara hakim kəsilir: Azərbaycan Rusiyanın bu aqressiyasını hansı resursla dəf edəcək?

Rusiya bir gerçəyi unudur: 44 günlük müharibədən sonra Azərbaycan çox güclənib. Fərqli ölkə olub. Kimsənin qabağından qaçmır. İran buna nümunədir. Tehran bizi işğalla, raket hücumu ilə hədələdi, səfirliyimizə terror hücumu təşkil etdirdi. Deputatımızı güllələtdi və s. İndi barışmaq üçün Prezident İlham Əliyevə yaltaqlanır.

Azərbaycan və Türkiyə yeni geopolitik konfiqurasiya qurur. Əliyev və Ərdoğan bu regionda ciddi layihələr həyata keçirirlər. Türk dünyasının inteqrasiyası iki liderin sayəsində reallaşır. Turan deyilən ülkü gerçək olur. Paraleldə Qərblə tam və geniş yaxınlaşma gedir. Vaşinqtonda, Brüsseldə aparılan sülh danışıqları və Türkiyənin İsveçə qoyduğu NATO vetosunu aradan qaldırması Qərb-NATO ikilisinin Azərbaycan-Türkiyə tandemi ilə geniş mənada anlaşması deməkdir. Lakin bu əsla Rusiya ilə aradakı yazılı və şifahi müqavilələrə xəyanət deyil. Əksinə, Rusiya öz imzasına, verdiyi sözlərə əməl etmir. Məsələn, 10 Noyabr sazişinin 4-cü bəndində açıqca göstərilib ki, Xankəndidə və digər ərazilərdə yerləşmiş qanunsuz erməni silahlıları çıxarılsın. Bu, Ermənistanın öhdəliyidir. Amma icrasını Rusiya tənzimləməlidir. Götürdüyü öhdəliyə, çəkdiyi imzaya hörmət etməyən dövlətə kim hörmətlə davranar?! Yeri gəlmişkən, Prezident Ərdoğanın NATO-nun Vilnüs sammitində Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxacaqları haqda bəyanatı da Putinə bir xatırlatma, “imzana sahib çıx” mesajı idi.

398219

Arxiv foto: Şuşa Bəyannaməsinin imzalanması mərasimi. 15.06.2021-ci il 

Rusiya Şuşa Bəyannaməsini hər halda yaddan çıxmayıb. Onu da unutmayıb ki, Türkiyə tam mənası ilə Qarabağdadır, Azərbaycandadır. Bir yanlış yaparsa, qarşısında həm də Türkiyəni görər. Fikrimizcə, Putin ikinci cəbhə açacaq qədər ağılsız siyasətçi deyil.

Hər şeyə rəğmən, Azərbaycan dayanıqlı sülh üçün Rusiya ilə münasibətlərə həssas yanaşır. Əlaqələrin tam pozulmasına şərait yaratmır. Açığı, bunu rəsmi Moskva da istəmir. Rusiya anlamalıdır ki, o, Azərbaycanla bərabərhüquqlu qonşuluq münasibətindən o tərəfə keçə bilməz. Bura Rusiyanın əyaləti, subyekti deyil.

Gələcəkdə qaysaqlayan yaraları qopara biləcək dırnaq yenə də Rusiyada olacaq. Moskvanın əlini həm də o dırnaqla qərtməyi qoparmaması üçün tutub sıxmalıyıq…

Xəbər verdiyimiz kimi, Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş səfiri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində Qarabağın tam qaytarılması ilə bağlı fikirlərini bildirib.

4 mərhələdən ibarət "yol xəritəsi"ndən bəhs edən Şahnazaryan Azərbaycan manatının Xankəndidə dövriyyəyə buraxılacağı ilə bağlı sözləri də diqqət çəkib.

Belə ki, o bu yol xəritəsi 12 ay ərzində həyata keçiriləcəyini, mərhələlərin hər birinə 3 ay vaxt ayrıldığını bildirib.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Samir Məcidov tutduğu vəzifədən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə rəis təyin olunub.

Azərbaycan Qarabağ ermənilərinin ölkəyə tam inteqrasiyası üçün plan hazırlayıb.

Bunu Ermənistan prezidentinin keçmiş xüsusi tapşırıqlar üzrə səfiri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsasən yol xəritəsi olan plan inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur:

- Sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə dəyişdirilməsi.

- Azərbaycan manatının Dağlıq Qarabağa yatırılması.

- Artsaxın qanunsuz silahlı dəstəsinin tam tərksilah edilməsi və buraxılması.

- Hakimiyyətin Azərbaycan hökumətinə tam təhvil verilməsi.

Şahnazaryanın sözlərinə görə, bu yol xəritəsi 12 ay ərzində həyata keçirilməlidir, mərhələlərin hər birinə 3 ay vaxt ayrılıb.

Bundan əlavə, o bəyan edib ki, Azərbaycan bu proqramı Ermənistana verib və Ermənistan hakimiyyəti də öz növbəsində sənədi Arutyunyana verməlidir.

Ermənistan mediası Arayik Arutyunyanın keçirdiyi qondarma rejimin “təhlükəsizlik şurası”nın son iclasının bəzi təfərrüatlarını dərc edib. Yeri gəlmişkən, bu, “ümumxalq mitinqi” ərəfəsində baş verib.

Görüşdə çıxış edən Arutyunyan açıq şəkildə bildirib ki, vəziyyətləri çox pisdir, onların bütün cəhdləri heç bir nəticə vermir.

“Xarici siyasət sferasında göstərilən səylər, müxtəlif təşkilatların və dövlətlərin dəhlizin bağlanması ilə bağlı çağırışları nəinki “blokadanın yarılması” baxımından, hətta Azərbaycanın ambisiyalarının cilovlanması baxımından da nəticə vermədi”, - deyə Arayik təəssüflə bildirib.

Elə bununla məlum olur ki, mitinqlər də son çırpınışlarıdır. Üstəlik bundan öncə missioner Ruben Vardanyan da dilə gələrək aksiyada qaldırılan tələblərdən narazı olduğunu bildirmişdi. Beləliklə, quldur rejimin özü dolayısı ilə sonlarının çatdıqlarını bəyan etmiş olurlar.

Siyasi müşahidəçi, Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev Sputnik Ermənistan- a açıqlamasında bildirib ki, Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişinin gözlənilən bağlanması fonunda regionda təsirini artırmaq şansından istifadə etmək istəyir.
Bizimyol.info xəbər verir ki, iyulun 12-də NATO ölkələrinin dövlət başçılarının Vilnüsdə keçirilən sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının Dağlıq Qarabağı tərk edəcəyini bəyan edib. O, “Rusiyanın bu sazişə sadiq qalacağına” əminliyini ifadə edib.

Areşev bildirib ki, Ərdoğanın bu cür bəyanatının iki mümkün motivini müəyyən edir. Birincisi, Türkiyə Azərbaycanla qarşılıqlı əlaqəsi sayəsində Cənubi Qafqazda rolunu o dərəcədə gücləndirib ki, Ərdoğana bu cür qəti mühakimə yürütməyə imkan verir.

"Onlar sadəcə olaraq öz güclərini və Ukraynada NVO ilə məşğul olan Rusiyanın müəyyən zəifliyini hiss edirlər", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, bundan əlavə, bəyanata Qarabağ ətrafında gedən proseslər və bu mövzu ilə bağlı formal danışıqlar nəzərə alınmaqla daha geniş xarici siyasət kontekstində baxmaq olar.

“Regionda qüvvələrin uyğunlaşdırılmasını nəzərə alsaq, indi aydındır ki, saziş əsasən Azərbaycanın şərtləri əsasında imzalanacaq”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu şəraitdə Türkiyənin özünün imkanlarını əldən verməməsi və əsasən Ankara və Bakının şərtləri ilə nəqliyyat kommunikasiyalarının blokunun açılması da daxil olmaqla sülh müqaviləsinin imzalanmasının verdiyi imkanlardan yararlanması vacibdir.

"Son vaxtlar Moskva Türkiyənin NATO, Qərb, ABŞ ilə yaxınlaşmasını həyəcanla izləyir. Fikrimcə, bu, digər şeylərlə yanaşı, Türkiyənin özündəki sosial-iqtisadi problemlərlə əlaqədar təbii prosesdir. Çoxlu pul lazımdır - Qərbin sanksiyası olmadan onları əldə etmək mümkün deyil”, - deyə Areşev bildirib.

Onun fikrincə, Ərdoğan təkcə Qarabağla bağlı deyil, həm də Rusiya ilə bağlı açıqlamaları ilə Qərb tərəfdaşlarının istəklərinə cavab verir.

“Əslində Qafqazda Türkiyə həmişə alyansla sıx koordinasiyada hərəkət edib. Təbii ki, Ankaranın da ilk növbədə Azərbaycan istiqamətində özünəməxsus maraqları var. Amma mən hesab edirəm ki, bütün bu siyasət Qərb güc mərkəzləri ilə razılaşdırılıb və çətin ki, başqa cür ola bilər”, - deyə politoloq bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib. Sənədə əsasən, Rusiya sülhməramlılarının qalma müddəti, əgər tərəflərdən heç biri buna etiraz etməsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadılmaqla beş ildir.

BİR ADDIM İRƏLİ: Liderlərin görüşündə müəyyən razılaşma ola bilər - GƏLİŞMƏ

Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında bildirib ki, rəsmi Bakının sülh təşəbbüsündə səmimi olması çoxlarına məlumdur. Bu, artıq təsdiqlənmiş faktdır:

"Əgər Azərbaycan sülh istəməsə idi, Vətən müharibəsindən bəri keçən iki il ərzində bu istiqamətdə səylə çalışmazdı. Amma, əlbəttə, sülh ədalətli olmalıdır. Qalib tərəf kimi bizim maraqlarımız təmin olunmalıdır.
Məhz Azərbaycanın səmimiliyyətinin təzahürüdür ki, biz Qarabağdakı etnik ermənilərlə birbaşa dialoqa can atırıq. Onlara vətəndaşlığımızı qəbul etmək şərti ilə Qarabağda qalmalarına şərait yaradırıq. Qarşı tərəf isə hələ ki, bu təklifləri qiymətləndirmir. Üstəlik, bu azmış kimi, Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarını davam etdirir. Bu isə onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanın səmimi səylərini qiymətləndirmir, əksinə, sülh quruculuğu prosesinə mane olur".

Ekspert qeyd edir ki, sabah liderlərin görüşü gözlənilir. Ermənistan baş naziri Nikol Paşinyan da artıq bunun anonsunu verib:

"Görüşdə müəyyən razılıqların əldə olunması mümkündür. Lakin tarixi təcrübə göstərir ki, bu cür razılaşmalar qaneedici və effektiv nəticə deyil. Çünki İrəvan öhdəliklərini pozur. Biz bunu dəfələrlə görmüşük: Ermənistan sözdə dediklərini əməldə təsdiqləmir, əksinə, bəyanatlarını reallaşdırmaqdan qaçır. Odur ki, əvvəl də dediyimiz kimi, sülh düsturu belədir: Ermənistan əvvəlcə konkret addımlar atmalıdır. Bu, xüsusilə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə salınması, terrorçuların torpaqlarımızdan çıxarılması istiqamətində ola bilər. Əks halda isə sülh kövrək olacaq. Və bizə belə sülh sərf etmir".

Bu tələblər Azərbaycanın yox, ABŞ-ın tələbələridir əslində... - NƏ BAŞ VERİR?Ermənistan mediası ABŞ-ın İrəvan qarşısında Azərbaycanla sülh müqaviləsinə dair 7 tələb qoyduğunu yazır: Bakı və Vaşinqtonun şərtləri kimi təqdim edilən tələblər nədən ibarətdir?

Birinci tələb: sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

ABŞ Rusiya ilə vasitəçilik üzərində gedən mübarizədən qalib ayrılmaq istəyir. Sülh sazişinin ilin sonuna qədər imzalanması Azərbaycanın da marağındadır. Prezident İlham Əliyev son çıxışında bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda fikirlərini kağız üzərinə də keçirməlidir. Lakin sülh sazişinin mütləq Vaşinqtonda imzalanmasını Azərbaycan yox, ABŞ istəyir.

İkinci tələb: Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir;

Azərbaycanın Zəngəzura qayıdış planının olduğu sirr deyil, Əliyev də bunu açıq şəkildə elan edib. Zəngəzura qayıdışın iki versiyası mümkündür:

- hərbi müstəvidə tarixi ədaləti bərpa etmək və regionun siyasi xəritəsini dəyişdirmək: bu, yeni dünya nizamının qurulmasının tam başa çatmasından sonra mümkün ola bilər, lakin mövcud geosiyasi şərtlərdə çətindir;
- Ermənistanla sülh müqaviləsinin imzalanmasından, münasibətlərin normallaşmasından sonra azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu bölgəyə sosial-iqtisadi investisiyaların yatarılması: istisna deyil ki, Bakı daha real olan bu versiya üzərində işləyir;

Və belə bir tələb Vaşinqtonda gündəmə gətirilib.

Üçüncü tələb: Zəngəzurda Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək qurum açılmalıdır;

Azərbaycanlıların Zəngəzura – öz evlərinə qayıdışı təmin edilərsə, belə bir quruma ehtiyac var. Çünki ermənilərin Azərbaycana qarşı tarixi düşmənçiliyi xalqların birgəyaşayışını çətinləşdirir və belə bir qurumun yaradılması prosesin idarə edilməsinə imkan verə bilər. İstisna deyil ki, belə bir qurumda həm də beynəlxalq iştirakçılar təmsil olunsun. ABŞ-ın bu qurumda iştirakla Cənubi Qafqazdakı mövqelərini gücləndirəcəyini nəzərə alsaq, öz maraqları da var.

Dördüncü tələb: Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir;

Bu, Rusiyanın Ermənistanda, ümumilikdə regionda təsir imkanlarını əlindən almaq istəyən Vaşinqtonun tələbidir. Lakin bunun Bakı ilə sülh müqaviləsinə daxil edildiyi iddiası diqqət çəkir:

- birincisi, Bakı üçüncü ölkələrə aid olan məsələdə iştirakda maraqlı deyil;
- ikincisi, bu, Bakı-Moskva xəttində problemlər yarada bilər;

Aydındır ki, Vaşinqton Bakı-İrəvan münasibətlərinə Cənubi Qafqaz siyasəti fonunda baxır və regiondakı maraqlarını da bu kontekstdə təmin etmək istəyə bilər.

Beşinci tələb: Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir;

Ermənistan Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmalıdır. Bu tələb sirr deyil və Bakı tərəfindən rəsmi şəkildə dəfələrlə dilə gətirilib, hazırda danışıqlar masasındakı müzakirə mövzularından biri də budur. Ermənistan buna ya danışıqlar masasında razılaşacaq, ya da məsələ hərbçilər tərəfindən həll olunacaq.

Altıncı tələb: Zəngəzur dəhlizi Beynəlxalq Gömrük Təşkilatının iştirakı ilə - Rusiyanın iştirakı olmadan açılmalıdır;

Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsində əsas mübahisə mövzularından biridir: Bakı İrəvanın 10 noyabr rzılaşmasında öhdəliyini yerinə yetirməyini istəyir, İrəvan “suverenlik prinsipi”ndən çıxış edir və “yol məntiqi”ni irəli sürür, yəni Naçıvana gedən yolda Ermənistanın sərhəd-keçid məntəqəsi qurulmalıdır;

ABŞ Rusiyanın dəhlizdə iştirakına qarşı olduğu üçün bu məsələdə Ermənistanın mövqeyindən yanadır, lakin bu, Azərbaycan və Türkiyənin istəyinin əleyhinədir. Bu baxımdan, Beynəlxalq Gömrük Təşkilatının iştirakı “ortaq nöqtə”nin tapılması kimi qəbul edilə bilər: Rusiya prosesdən kənarlaşdırılır, həm İrəvanın, həm də Bakı-Ankara ikilisinin maraqları təmin edilir; istisna deyil ki, Azərbaycandan Naxçıvana açılacaq yolda sadələşdirilmiş keçid imkanları yaradılsın;

Beynəlxalq Gömrük Təşkilatının dəhlizdə iştirakı həm də ABŞ-ın bu yol-dəhlizdə iştirakına imkan yarada biləcək amildir.

Yeddinci tələb: Ermənistanın Qarabağdan tamamilə imtina etməlidir;

Bu, Vaşinqton danışıqlarında Ermənistan qarşısında irəli sürülən əsas məsələdir. İrəvan qondarma “Bakı-Xankəndi formatı”, “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin yaradılması” kimi məsələlər üzərindən Qarabağ iddiasını saxlamağa çalışsa da, Bakı buna imkan vermir və Vaşinqton görüşündə Azərbaycanın mövqeyinin qəbul edildiyi məlumdur. Bakının separatçılara amnistiya təklifinin Vaşinqton tərəfindən dəstəklənməsi də bunu deməyə əsas verir.

Bu informasiya nə təsdiq, nə təkzib edilib. Lakin Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən sonra Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi, ardınca Qriqoryanın Vaşinqtona səfəri fonunda xüsusilə diqqət çəkir. İstisna deyil ki, informasiyanın ictimaiyyələşdirilməsi Ermənistan hakimiyyəti tərəfindən təşkil edilib və konkret hədəflərə hesablanıb:

- Ermənistanda ictimai etiraz dalğası yaratmaqla tələblərdən – sülh müqaviləsindən yayınmaq istəyirlər;
- Moskvaya göstərilir ki, Bakı Vaşinqtonla birlikdə onun bölgədəki mövqelərinə qarşı çıxır: bununla Bvakı-Moskva xəttində problemlər yaratmaq və sülh müqaviləsindən yayınmaq üçün manevr imkanı qazanmaq istəyirlər;

Asif Nərimanlı
Mesajlar ard-arda gəldi: Azərbaycan ətrafında sürpriz gəlişmə - NƏ BAŞ VERİR?

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın dağlıq hissəsindəki Rusiya sülhməramlılarının 2025-ci ildə çıxacaqlarını açıqladı. Türkiyə liderinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

- Zənnimcə, nə sual, nə də cavab təsadüfi idi. Yəqin ki, bu, Azərbaycan və Türkiyə rəhbərlikləri arasında tez-tez müzakirə edilən məsələlərdən biridir. Güman ki, digər – sülhməramlıların vaxtından əvvəl çıxarılması da müzakirə olunub. Ərdoğanın buna cavabı da olmamış deyil. Sadəcə mövcud vəziyyəti nəzərə alaraq, sülhməramlıların gedəcəkləri son müddəti göstərir. Təsadüfi deyil ki, son günlərdə tez-tez Rusiya sülhməramlılarının çıxarılacağı vurğulanır. Artıq Türkiyənin Rusiya ilə bağlı məsələlərə yeni mövqe sərgilədiyini görürük. Türkiyə NATO ilə həmrəylik nümayiş etdirir, “Azov”un komandirlərini Ukraynaya qaytarır, Ukraynanın NATO-ya üzvlüyünə dəstək verir və sair məsələlərdə regionun real güc sahibi kimi mövqeyini ortaya qoyur. Bunlar təsadüfi deyil.

Rusiya sülhməramlılarının son günlərdəki iyrənc hərəkətləri, erməniləri atəşkəsi pozmağa təhrik və onlarla tandem şəklində çıxış etmələri, separatçıların liderlərini yeni təxribatlara ruhlandırmaları, “əzələ nümayişi” üçün Xocalı aeroportuna helikopterlərin gətirilməsi – bütün bunlar göstərir ki, ruslar “qırmızı xətt”i vurub keçirlər. Rus sülhməramlılarının fəaliyyətləti sadəcə bölgədə gərginlik yaradır. Yenə də liderlərin Brüssel görüşü ərəfəsində bu gərginliyi artıracaq davranışlara yol verirlər. Bundan əvvəl Laçın yolundakı bayrağımızı yerə salmışdılar. Bütün bunlar Azərbaycanın qəzəbini son həddə çatdırıb. Yəqin ki, Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya monitorinq qrupu da öz müşahidələrini ölkələrinin rəhbərliklərinə göndərib. Yəni sülhməramlıların yerləşdikləri ərazilərdə baş verənlər ən xırda detalına qədər Türkiyə rəhbərliyinə məlumdur. Türklər də rusların bu qanunsuz hərəkətlərindən bizm qədər cana yığılıblar. Buna görə də, Rusiyaya bir mesajın göndərilməsinə ehtiyac duyulurdu.

Əlbəttə, Azərbaycan da öz mesajlarını göndərirdi, göndərib. Yəqin ki, indi Türkiyənin göndərdiyi mesaj ciddi rezonans doğuracaq. Bu, Ermənistan və Rusiyaya yönəlik bir mesajdır ki, rus hərbçilərinin çıxarılması 2025-ci ildən əvvəl də baş verə bilər. Yəni Rusiya özünü yığışdır, Azərbaycana qarşı təxribatlara son qoy! Ərdoğanın mesajını belə anlamaq lazımdır.

- Bəs Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı Türkiyə səfərində nə əldə edilə bilər?

- Putinin səfəri daha çox Rusiyaya lazımdır. Bu səfər prezident seçkisindən əvvəl nəzərdə tutulmuşdu. Amma məlum məsələlərə görə bu baş tutmadı. O zaman Türkiyə lideri belə bir səfərə ehtiyac duyurdu. Amma indi bu Putinə lazımdır. Putin çox zəifləyib, Priqojinin qiyamından sonra əvvəlki durumda deyil. Zəif lider kimi Putinin sözü bir çox yerlərdə eşidilmir. Üstəgəl, ölkənin daxili resursları ya tükənib, ya da tükənmək üzrədir. Bu durumda Türkiyədə də iki-üç dövlətdən biridir ki, Rusiya onun vasitəsilə müəyyən ehtiyaclarını ödəyə bilir.

Bəziləri hesab edirdilər ki, Türkiyənin atdığı son addımlar Rusiya ilə əlaqələrdə gərginlik yaradacaq. Hətta bəzi rusiyalı deputatlar Türkiyəni təhdid etdilər. Amma Peskov bildirdi ki, Türkiyənin bizə etdiyi yaxşılıqlar indi bizi incik salan addımlarından daha çoxdur, ona görə də münasibətləri qoruyub saxlayacağıq. Həqiqətən də, bu gün Türkiyə Rusiyaya hava-su kimi lazımdır. Ərdoğan yeganə dünya lideridir ki, həm Rusiya, həm də Qərb dövlətlərində nüfuzu var. Bu nüfuzun da zaman-zaman istifadə edə bilir. Ukraynaya münasibətinə yeni ştrixlər əlavə edən Türkiyənin, digər yandan, Rusiya ilə gözəl əlaqələri var. Ərdoğan lazım olan sözünü hər yerə birbaşa çatdıra bilir. Zənnimcə, həm NATO-da, həm də Rusiyada nüfuzu olan belə bir liderə ehtiyac var. Qərb də, Rusiya da Ərdoğanın bu nüfuzundan faydalanır.

Putinin Türkiyə səfərində taxıl sazişi, Ukrayna-Rusiya sülh müqaviləsi, Rusiyanın üzləşdiyi mövcud durum və digər məsələlər ətrafında geniş müzakirə aparılacaq. Mövzular arasında mütləq Ermənistan-Azərbaycan sülh müqaviləsi də olacaq. Üstəgəl, mediada belə bir məlumat yayıldı ki, Ərdoğan Zəngəzur dəmir və şose yolunun açılması ilə bağlı Ermənistana bir ay vaxt verib. Ermənistan bu müddətdə özünün bimənalı və yazılı mövqeyini ortaya qoymalıdır. Üstəgəl, Azərbaycanla sülh müqaviləsi ilə bağlı da Türkiyədən Ermənistana mesajlar verilir. Türkiyə bildirdi ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, Ermənistan-Azərbaycan əlaqələrinin gələcəyindən asılıdır. Yəni İrəvan sülh müqaviləsinin imzalanması prosesini pozsa, o zaman Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da ləngiyəcək. Bundan ən çox zərər çəkən də Ermənistan olacaq.

Bir sözlə, Ermənistan Türkiyə və Azərbaycanın təzyiqi altındadır. Zənnimcə, bu təzyiq liderlərin Brüssel görüşündə səmərəli nəticələr verə bilər. Ona da şübhəm yoxdur ki, rus sülhməramlılarının pozucu fəaliyyəti ilə bağlı Türkiyə və Rusiya liderləri arasında fikir mübadiləsi aparılacaq. Çünki Türkiyə təkcə Azərbaycanın müttəfiq deyil, həm də Ağdamdakı monitorinq qrupunda yer alır. Ərdoğan sülhməramlılarla bağlı iradlarını Putinə çatdıracaq. Eyni zamanda, sülhməramlıların çıxarılması ilə əlaqədar daha ətraflı müzakirə olacaq. Zənnimcə, bu zaman Ərdoğan öz sərt mövqeyini ortaya qoyacaq.

Dediyim kimi, Rusiya sülhməramlılarının çıxma müddəti 2025-ci il olsa da, proses daha tez başlaya bilər. Çünki onların bölgədəki fəaliyyətləri Azərbaycanı narahat edir. Sülhməramlıların davranışları Azərbaycan hərbçiləri ilə toqquşma riski yaradır. Ona görə də, rus hərbçiləri nə qədər tez çıxarılsa, bu, həm bölgədə əmin-amanlığın bərqərar olmasına, həm də Ermənistanla sülh müqaviləsinin imzalanmasına həlledici təsir göstərə bilər. Artıq ABŞ, kollektiv Qərb də görür ki, sülhməramlılar bölgədə sırf Rusiyanın maraqlarını həyata keçirirlər. Bu səbəbdən də, bölgə tez-tez gərginliklə üzləşir. Ona görə də, Ərdoğan-Putin görüşü səmərəli ola bilər.

- ABŞ Dövlət Departamentindən sülh müqaviləsi ilə bağlı maraqlı açıqlama gəldi. Açıqlamada deyilir ki, nazirlərin son görüşündə həll edilməyən məsələlərin dairəsinin azaldılmasına nail olunub. Sizcə, söhbət hansı istiqamətlərdən gedir?

- Azərbaycan üçün ən birinci məsələ Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasıdır. Heç bir dövlət başqa bir dövlətin hərbçilərinin onun ərazisində olmasına icazə verməz. Armen Qriqoryan təxminən bir ay əvvəl “Bizim də Azərbaycan ərazisində müəyyən qüvvələrimiz var” deyərək, bu faktı etiraf edib. Ağdərə əməliyyatında öldürülən 5 erməni hərbçidən 2-nin Ermənistana verilməsi də bunu təsdiqlədi. Fikirləri həmişə ziddiyyətli olan isə Paşinyan yenə də bu mövzuda yalan danışır. Onun sözlərinə görə, guya bu qüvvələr Ermənistanın deyil, “özünümüdafiə qüvvələri”dir. Bu, ağ yalandır. Çünki Ermənistanın ordusunun ərazimizdə 12 minlik tör-töküntüsü qalır. Ermənistan səmimi olmasa, Azərbaycan ordusu hər an bu qüvvələrə qarşı antiterror əməliyyatı keçirə bilər. Əsgəran, Ağdərə, Xocavənd, Xocalı və Xankəndiyə səpələnmiş bu terrorçuları zərərsizləşdirmək üçün çox vaxt lazım olmayacaq.

Azərbaycan hələlik məsələnin dinc yolla həllinə çalışır. Bu da nəticə verməsə, artıq hazır olan antiterror əməliyyatının həyata keçirilməsi gündəmə gələ bilər. Qərb, xüsusən ABŞ da prosesi izləyir və Ermənistanın Azərbaycan ərazisində qanunsuz hərbi qüvvəsinin olduğunu qəbul edir. Qərb onu da yaxşı anlayır ki, bu məsələni həll etmədən Ermənistanla münasibətləri qaydasına salmaq mümkün olmayacaq. Üstəgəl, Azərbaycan bu məsələdə konstruktivlik nümayiş etdirir. Erməni icmasının Azərbaycan cəmiyyətinə təhlükəsizlik inteqrasiyasını və digər məsələləri üzərimizə götürürük. Bunun üçün zəmanət veririk. Amma Ermənistan, xüsusən də separatçılar bundan yayınırlar, bunda da Rusiya həlledici rol oynayır. Rusların inteqrasiya prosesindəki pozucu rolları əyani şəkildə sübuta yetirilib. Artıq bunu açıq formada edirlər.

Bütün bunlara baxmayaraq, sülh müqaviləsi gündəmdədir. Qərb və ya ABŞ anlayır ki, prosesi sürətləndirmək lazımdır. Çünki ruslar yeni fitnəkarlığa əl ataraq, prosesi poza bilərlər. Bu baxımdan, liderlərin Brüssel görüşündə sülh müqaviləsində yer alacaq bir sıra prinsipial məsələlər həllini tapa bilər. Beləliklə, sülh müqaviləsinin çərçivəsinin razılaşdırılması mümkündür. Bununla sülh müqaviləsi üzrə işin aparılması daha sadələşə bilər. Hətta Avropa Siyasi Birliyinin payızda İspaniyada keçiriləcək toplantısında sülh sazişinin imzalanması da mümkündür. Bunun üçün ən böyük siyasi iradəni Ermənistan ortaya qoymalıdır. Ermənistan bu yolda pozuculuq edən Rusiyanın əngəllənməsi üçün səmimi olmalı və bu istiqamətdə Azərbaycanla hərəkət etməyi bacarmalıdır. Hər halda sülh müqaviləsinin imzalanacağına ümid böyükdür.

Paşinyanın yerinə 3 ölkə qərar verəcək - FAKT BUDUR!

Üç gün sonra, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanən Baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti üçtərəfli görüş baş tutacaq.

Cebhe.info “Sputnik Armenia” -ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Üçtərəfli görüşdə iştirakını edəcəyini təsdiq edən Paşinyan üçtərəfli görüşdə irəliləyişlərin əldə olunacağını ümid edib.

Görəsən, Brüsseldə keçiriləcək növbəti görüşdə sülh müqaviləsi ilə bağlı hansı məsələlər müzakirə olunacaq? Bu görüşdə müsbət nəticələrin əldə olunacağı gözlənilir?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-a açıqlamasında qeyd edib ki, Ermənistan sülh müqaviləsinə imza atmağa hazır olduğunu konkret şəkildə bəyan etməlidir:

“Sülh danışıqlarında Azərbaycan artıq öz mövqeyini ortaya qoyub. Azərbaycan beş baza prinsipi əsasında, qarşılıqlı maraqlar çərçivəsində sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bu baza prinsiplərindən biri hər iki tərəfin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatlarında Azərbaycanın 86.600 km² çərçivəsində ərazi bütövlüyünü tanıdığını bildirib. Paşinyanın bu bəyanatı onu göstərir ki, Ermənistan Qarabağı, o cümlədən hazırda Ermənistanın işğalı altında olan anklavları Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyır.

Lakin buna baxmayaraq, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda da davam edir. İstər ABŞ, istərsə də Avropa İttifaqının vasitəşiliyi ilə bir çox görüşlərdə Paşinyan hakimiyyəti Qarabağda məskunlaşan ermənilərin hüquqları və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmin yaradılmasını təklif edib. Bu, onu sübut edir ki, Ermənistan müxtəlif bəhanələrlə sülh prosesindən yayınmağa çalışır”.

Ekspertin fikrincə, iyulun 15-də Brüsseldə baş tutacaq üçtərəfli görüşdə Paşinyan beynəlxalq mexanizm məsələsini yenidən gündəmə gətirə bilər:

“Bu isə Azərbaycan tərəfindən qəbuledilməzdir. Çünki Qarabağda məskunlaşan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan konstitusiyasına və qanunlarına uyğun təmin edilməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistan sülhə hazır olduğunu bəyanatla yox, konkret addımlar atmaqla sübut etməlidir:

“Çox təəssüf ki, sülhə doğru addımlar atmaq Ermənistanın imkanları xaricindədir. Çox yaxşı bilirik ki, Ermənistan tam müstəqil dövlət deyil. Məhz buna görə Paşinyan sərbəst və azad şəkildə qərarlar qəbul edə bilmir. Başqa sözlə desək, Ermənistanın sülh müqaviləsinə imza atması Rusiya, İran və Fransanın razılığından keçir. Bu baxımdan həmin siyasi qüvvələrin Ermənistan üzərində təziqləri çoxdur”.

Sonda Rəşad Bayramov vurğulayıb ki, Brüsseldə keçiriləcək növbəti görüşdə konkret irəliləyişlər gözlənilmir. “Hesab edirəm ki, bu görüşdə daha çox kommunikasiyaların açılması, nəqliyyat yollarının bərpası ilə bağlı məsələlər müzakirə olunacaq. Ancaq ciddi və mühüm nəticələrin əldə olunacağını düşünmürəm”.

Xəbər lenti