Uşaqlara bir neçə peyvəndin eyni vaxtda vurulması məsələsinə aydınlıq gətirilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, eyni vaxtda bir neçə peyvəndin tətbiq edilməsi uşağın immun sistemini pozmur:

“Uşağınızı təhlükəli xəstəliklərdən qorumaq üçün tələb olunan səviyyədə immunitetin yaranmasını təmin etmək vacibdir. Bunun üçün peyvəndin bütün dozaları profilaktik peyvənd təqviminə uyğun vaxtında vurulmalıdır”.

Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

İsmayıl Şirinov - Son 20 ilin uğurlarına və qarşıdakı dövrün hədəflərinə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baaxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə, qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin bərpası fonunda ölkənizdə 7 fevral tarixində prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Lideri 92,12 faiz səs qazanaraq Prezident seçildi. Bu qələbə bir daha xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqlədi. Cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycana qazandırdığı möhtəşəm zəfərlər xalqımızın 2003-cü ildə seçimində yanılmadığını, daim cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə əminliyi təsdiqlədi. 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində xalqın cənab İlham Əliyevə etimadı deyilənlərə bariz nümunədir. Dövlət başçısı andiçmə mərasimində bu məqamı xüsusi qeyd etdi: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.”

Hər bir vədin arxasında konkret əməli iş dayandı. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın hər bir sahədə qazandığı uğurlardan bəhs etməklə yanaşı, qazanılan təcrübənin nümunə olduğunu açıqladı. Ölkəmizin iqtisadi uğurları, ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna töhfələri, xarici siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsini zəruri edən səbəblər barədə danışdı və bütün hallarda diqqət yenə də tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına, yaradılan yeni reallıqlara yönəldildi. Əsas hədəflər sırasında hərbi gücümüzün artırılması və işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi qeyd edildi. Bildirildi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Qeyd etdiyimiz kimi, “Dəmir yumruq” gücümüzü, birliyimizi nümayiş etdirdi. Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması gücünün təqdimatı oldu. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə diqqətdə oldu. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız diplomatik mübarizədə qələbəmizi davamlı etdi. Erməni yalanları ifşa olundu. Bəzi dünya gücləri əsil reallıqları bilsələr də ikili standartlara əsaslanan siyasətləri həqiqəti inkar etmək yolunu tutmalarına rəvac verdi. Bu gün də eyni yanaşma davam edir. Buna baxmayaraq qalib Azərbaycan yenə də həqiqətə söykənən, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən siyasətini uğurla davam etdirir, zəfərlərinin miqyasını genişləndirir. Cənab İlham Əliyev “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” fikirləri ilə bunu bir daha təsdiqlədi. Həmçinin bu çağırış edildi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”


Cabir Qurbanov - 7 fevral prezident seçkiləri Azərbaycanın müasir tarixinə növbəti uğur səhifəsini yazdı. Zəfər seçkiləri bütün ölkə ərazisini əhatə etdi. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox oldu. Cənab İlham Əliyev xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi. Dövlət başçısının fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Cənab İlham Əliyev Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı xüsusi vurğuladı ki, biz özümüzü tam təmin edən ölkəyik. İkitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq: “Xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.”

Azərbaycan 3 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

30 il işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması, beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Dövlət başçısı andiçmə mərasimində bu məsələyə də xüsusi diqqət yönəltdi. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğala son qoyulmalıdır. Ancaq bütün çağırışlar cavabsız qaldı. Azərbaycan döyüş meydanında göstərdi ki, nəyə qadirdir. Rəşadətli Ordumuz 44 gündə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Elə gənc nəsil yetişib ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı. Dünya bir daha gördü ki, ən güclü oldu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.

Ermənistan postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistanın atdığı addımlara diqqət yetirmək kifatyətdir. Hərbi təxribatlar son üç ildə diqqətdən kənarda qalmadı. Təəccüblü olan budur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salmaq kifayətdir.

Cənab İlham Əliyev andiçmə mərasimində “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir” söyləyərək onu da əlavə etdi ki, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, erməni silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.

Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqladı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır.
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Artıq 17 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. 

Qeyd edək ki, Agentliyin balansında ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da  4538 km-i Respublika əhəmiyyətli, 13217 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  

YOLUNUZ AÇIQ OLSUN...

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı.

Xalq təqviminə görə, dekabrın 22-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 21-nə keçən gecə başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq.

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.

Qeyd edək ki, Azərbaycana bu il yaz fəslinin daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək.

Fevralın 27-də ilk - Su çərşənbəsi, martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir...

Kamaləddin Qafarov: “Azərbaycanla  Türkiyə arasında hərbi-siyasi  əməkdaşlıq dərinləşir”

“Azərbaycan və Türkiyə Prezidentlərinin seçkilərdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etmələri artıq ənənə şəklini almışdır. Bu ənənə Azərbaycan və Türk xalqlarının əsrlərdən bəri davam edən səmimi dostluq və qardaşlıq münasibətlərinin əsasında formalaşmışdır. Bu gün isə, Azərbaycan-Türkiyə münasibətləri artıq sadəcə iki ölkənin və hətta sadəcə regionun gələcəyinə deyil, qlobal miqyasda beynəlxalq proseslərin gedişinə təsir edəcək bir amilə çevrilmişdir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 18-də qardaş Türkiyəyə etdiyi rəsmi dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. “Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibli görüşlər zamanı bir çox vacib məsələlər, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələr müzakirə edilib, Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi aparılıb.”

K.Qafarov qeyd edib ki, müasir dünyada gedən proseslərin fonunda Azərbaycan ilə Türkiyə arasında, ilk növbədə, məhz hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi getdikcə öz əhəmiyyətini artırır: “Təsadüfi deyil ki, dövlət başçılarının keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğuladı. Möhtərəm dövlət başçımız prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Təbii ki, Azərbaycan səmasında PUA-ların uçması ölkəmiz üçün yeni imkanlar yaradır. Həmçinin cənab Prezident İlham Əliyev “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir. Həm Vətən müharibəsinin, həm də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri bir daha təsdiq etdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam mənimsənilib və yüksək effektivliklə tətbiq edilir”.

"Hadisə yanvarın 17-də məktəbdən kənarda baş verib. Biz bu hadisə ilə bağlı fevralın 14-də məlumat almışıq. Məlumat aldıqdan sonra şagirdin valideyni ilə əlaqə saxlanılıb və məktəbə dəvət olunub".

Bu sözləri 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova Baku TV-yə açıqlamasında bildirib.

O əlavə edib ki, görüntülərdə olan şəxslərdən yalnız biri məktəbin şagirdidir: "Digər şəxs bizim məktəbin şagirdi deyil. Həmin şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Buna qədər məktəb daxilində heç bir şagirdlərə qarşı oxşar hərəkət etməyib. Həmin şagird və valideyni bizə bildirib ki, zarafat edib. Etdiyi zarafatdan peşmandır".

Antiterror tədbirləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olanların ailələri evlə təmin ediləcəklər.

Xəzər TV bildirir ki, bu, bir müddət əvvəl imzalanmış sərəncamlarda öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ötən il aparılmış hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Bu arada, indiyədək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi də açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu qəbildən olan 105 min şəxsə sosial ödəniş təyin olunub.

Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olmaqla minlələrlə şəxsə psixoloji və reablitasiya xidmətlərinin göstərildiyi də açıqlanıb.  

Qurumdan o da bildirilib ki, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.

Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.

Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuzda 13 mm, Göygöldə 10 mm, Şəkidə 8 mm, Göyçay, Şabran, Şahdağ, Qəbələ, Mingəçevir, Xaltan, İsmayıllı, Lənkəran, Daşkəsən, Şamaxı, Astara, Yardımlı, Altıağac, Gədəbəy, Şahbuz, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Qax, Qobustan, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Göytəpədə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 11 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəkmir, Tovuz, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Naxçıvan MR-da 5, Aran rayonlarında 4, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək şaxta olub.

Xəbər lenti