İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki ki, dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib.

Məcəlləyə edilmiş dəyişikliklər və əlavələr, tətbiq ediləcək cəzalar nədən ibarədir?

Bununla bağlı suallara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli aydınlıq gətirib.

Qurum rəsminin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı fərmanda əsas məqamlardan biri məcəlləyə yeni- 333.1.1-ci maddənin əlavə edilməsidir:

“ Burda söhbət konkret olaraq narkotik təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsindən gedir. Bu maddənin sanksiyasında 600 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməl  təkrar törədildikdə isə 800 manat cərimə və ya 2 il  sürücülük hüququndan məhrum edilməklə 15 gündən 1 aya kimi inzibati həbs cəzası tətbiq edilə bilər. Əvvəl isə bu məsələ 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəyə uyğun olaraq tənzimlənirdi . Həmin maddənin sanksiyası 400 manat cərimə və ya 6 aydan 1 ilə kimi sürücülük hüququndan məhrum etmə nəzərdə tuturdu.”

398633

Fərmanda əskini tapmış əsas dəyişiklərdən biri isə avtomobil yollarının qorunması və saxlanılmasına görə cərimələrin artırılması ilə bağlıdır. Bu qaydanı pozan vəzifəli şəxslər üçün cərimə məbləği 500-800 manat, hüquqi şəxslər üçün isə 2-3 min manat olub. Əvvəl isə bu məbləğ vəzifəli şəxslərə münasibətdə 100-150 manat, hüquqi şəxslərə münasibətdə isə 1000-2000 manat idi. 

Dəyişiklikdə cərimə məbləği ən çox artırılan cəza növü də budur.

398634

Digər cəza və tətbiq ediləcək cərimələri cədvəl şəklində təqdim edirik:

 

398635

398636

398637

Araz Əsgərli qeyd edib ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məsələlərə daha tutarlı və təsiredici yanaşmaqdır:

“Dəyişiklərin hər biri kobud qayda pozuntuları üzərində aparılıb və bu cür qayda pozuntularının hər biri birbaşa yol-nəqliyyatı hadisələrinin törədilməsində əsas halları təşkil edir. Əsas məsələ budur ki, qaydalara zidd hərəkət edən sürücülərə münasibət qanuni qaydada dəyişir.”

sabah-34-isti-olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür.

Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları keçiriləcək. Qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.

Oxu.Az-ın məlumatına görə, müraciətdə deyilir:

“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – peyğəmbərimiz Məhəmmədin əziz nəvəsi İmam Hüseynin ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri islamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.

Biz, Azərbaycan müsəlmanları şükür edirik ki, builki Məhərrəm ayı Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəminə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizə yaşatdığı qürur və sevincə görə uca yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş ərazilərimizdə yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!

Son illər məhərrəmlik dönəmində dindarları islama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Peyğəmbərımız Məhəmməd salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, bütün xalqımıza dəyanət və səadət diləyirik!”

İyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-29° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Bakıya yağış yağması taksi qiymətlərinin kəskin şəkildə bahalaşmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, ötən gün axşam saatlarından Bakıda və Abşeron yarımadasında başlayan yağıntılı hava şəraiti bu gün səhər saatlarında taksi xidmətinə tələbatın artmasına gətirib çıxarıb.
Vəziyyətdən istifadə edən taksi şirkətləri isə qiymətləri az qala 40-50% bahalaşdırıblar.

Hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi səbəbindən rayonlardakı istirahət məkanlarında durğunluq yaşanır.

Hazırda bir sıra rayonlarda hava şəraiti qeyri-sabit keçir əv bu vəziyyət  insanların istirahətinə, bölgələrə yollanmasına mənfi təsir göstərir.

Yerli turistlər istədikləri kimi gəzə bilmədikləri üçün heç yerə getmirlər, daha doğrusu gedə bilmirlər.

Məsələn, bu gün bazar günü olmasına baxmayaraq, istirahət məkanlarından birində durğunluq müşahidə etdik. Hazırda bölgələrdə yerlərin 100-də 50-i istifadəsiz idi.

Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev deyir ki, turist sayının azalması istirahət məkanlarında qiymətlərə də təsir edib. Hazırda qiymətlərdə 15-20% ucuzlaşma var.

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər.

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.

Xəbər lenti