Paytaxt yollarında hələ də dövlət qeydiyyat nişanı olamadan moped idarə edən şəxslərə rast gəlinir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürənlərə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, sözügedən nəqliyyat vasitələrinin qeydiyyatla bağlı proses təxirə salınmadan icra edilməlidir.

 idarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər davam etdiriləcək.

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped idarə edənlərin sayına təsirsiz ötüşməyib. Belə sürücülərin paytaxt yollarında kifayət qədər azaldığı müşahidə edilir. Bunu kuryerliklə məşğul olan şəxslərin özləri də təsdiqləyir.
Qeyd edək ki, yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri də xüsusi ilə motosikilet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalar zamanı neqativ halların aradan qaldırılmasıdır.

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işləri aparılacaq.

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti aparılacaq işlərlə bağlı tender keçirib.

Planlaşdırma və söküntü işlərini “Körpü-Bina-Tikinti” MMC həyata keçirəcək və layihəyə 8 560,614 min manat xərclənəcək.

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Heydər” məscidində cari təmir işləri aparılacaq.

“Bununla bağlı Heydər Məscidi İdarəsi açıq tender elan edib.
Tender təklifləri 05.09.2023-cü il saat 17:00-a qədər qəbul olunacaq, zərflər isə 06.09.2023-cü il saat 11:00-da açılacaq.

Təmir işlərinə başlanacağı ilə bağlı tender məscidin müvəqqəti olaraq bağlanacağı ilə bağlı ehtimallar yaradıb.

Qeyd edək ki, “Heydər” məscidinin açılışı 2014-cü il dekabrın 26-da olub.

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Hazırda yerli KİV-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.

Yenisabah.az mənbələrinə istinadən məlumat yayıb ki, Abbaszadə ilə bağlı mövqe qətiləşib:

"Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var. Həmçinin Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir".

Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Ölkə.Az-ın sorğusuna cavab olaraq bu barədə məlumatları olmadığını deyərək xəbəri nə təsdiq, nə də inkar edib:

"Bizdə belə bir məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir".

“Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”.

Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

“Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”. Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, - deyə əsir hərbçinin anası söyləyib.

O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib:

“Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”.
Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.

Bildirilib ki, mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik və süstlük hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırıb.

Sərnişinlərin də isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunub.

2023-cü ilin yanvar-iyun aylarında Ermənistana 12 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Day.az xəbər verir ki, bu fakt Ermənistanın Milli Statistika Komitəsinin rəsmi məlumatında yer alıb.

Hesabatda bildirilir ki, ötən ilin eyni dövründə isə bu rəqəm 3 nəfər olub.

Rəsmi məlumatda Azərbaycan vətəndaşlarının Ermənistana turist kimi səfər etdiyi bildirilir.

Xəbər lenti