Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib..

Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏKSamux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olub YENİLƏNƏCƏK

Azərbaycan Dəmir Yollarının işçi qatarları işğaldan azad olunmuş Qafqazın "Hiroşiması" adlanan Ağdamdadır.

"Yol-xeber.az" xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

"Qarabağda həyatın, infrastrukturun bərpasında ADY-nin potensialı əvəzsizdir", - qurum rəsmisi qeyd edib.

Avqustun 5-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 6-7-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

bna-ile-bagli-novbeti-qanunsuzluq-askarlanib

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Hesablama Palatasının 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.

Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Xatırladaq ki, ötən ay Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynov və qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə haqda həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilirlər.

Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb.

Məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir:

"Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”.

Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Nə ailə üzvləri bir-birinin avtomobilini etibarnamə olmadan idarə edə bilir, nə də dostlar bir-birinə bu sənədsiz maşını verə bilir. Beynəlxalq təcrübədə belə bir sənəd olmasa da ölkəmizdə mövcuddur.

Yeni veriləcək qərardan sonra Azərbaycanda da bu tələb götürülə bilər. Avtomobil sahiblərinin yaxınlarına maşınlarını həvalə edərkən tələb olunan etibarnamələr ləğv oluna bilər.

Artıq bununla bağlı Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul edib.

Ətraflı ATV-nin videomaterialında izləyə bilərsiniz:

Paytaxtın Binəqədi rayonunda yerləşən köşklərdən birində energetik içkilərin və suların günəş şüaları altında saxlanması narazılıq doğurub.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

"Azadlıq prospekti" metro stansiyasının çıxışında yüzlərlə su butulkasının nə üçün sərin yerdə və ya anbarda yox, məhz küçədə saxlanılması sual edilib.

Digər bir məsələ isə küçəyə yığılmış butulkaların insanların gəliş-gediş yolunu daraltmasıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Ölkə.Az-ın sorğusuna cavab olaraq müvafiq tədbirlər görüldüyünü deyib:

“Hazırda bu halın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür”, - deyə o əlavə edib.

Qeyd edək ki, ekspertlər sərin suların uzun müddət isti havada günəş şüaları altında saxlanılmasının insan sağlamlığına zərərli olması barədə xəbərdarlıq edir.

Bakıda "Kubinka" adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.

Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.

Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var.

"Kubinka"da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq.

Bundan başqa, əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğdə artırıldıqda, pensiya yenidən hesablanacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 vəzifəli şəxsi sərəncama götürülüb.

“Qafqazinfo” xəbər verir ki, bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov,  Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik  Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev  və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb. 

Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.

Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.

 

 

 

Xəbər lenti