![]() |
|
Fevralın 20-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraitinin qarşıdan gələn saatlarda daha da güclənəcəyi bildirilir.
metereoloqların məlumatına əsasən, hazırda Bakıda müşahidə olunan -3 dərəcə temperatur yaxın saatlarda daha da aşağı enəcək, axşam və gecə saatlarında isə -7-8 dərəcəyə çatacaq.
Bu isə yolların buz bağlayacağını, gediş-gəlişin çətinləşəcəyini, avtomobillər üçün qəza riskinin artacağını, hətta piyadaların hərəkətinə ciddi maneələr olacağını deməyə əsas verir.
Bütün bunları nəzərə alaraq, metereoloqlar əhalini diqqətli olmağa, zərurət yaranmadan evdən və ya olduqları yerdən bayıra çıxmamağı, uzaq məsafələrə səfər planlaşdırmamağı tövsiyə edirlər.
Məlumat üçün bildirək ki, hava haqqında proqnozu təqdim edən əksər mobil proqramlar hazırkı temperaturla yanaşı, hiss edilən real dərəcəni də göstərirlər. Məsələn, hazırda Bakıda temperatur 0 dərəcə göstərsə də, -14 dərəcə soyuq hiss olunur.
“Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”.
“Bu barədə Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
“Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - deyə qurum rəsmisi əlavə edib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb:
“Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”, - məlumatda qeyd olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti piyadalar üçün bir sıra çətinliklər yaradıb:
"Bununla yanaşı, yolların sürüşkənliyi və məhdudiyyətli görünmə səbəbindən piyadavurma hadisələrinin baş vermə ehtimalı artıb.
Lakin bəzən piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, səki olduğu halda, eləcə də qəflətən yolun hərəkət hissəsinə çıxması yol qəzalarının baş verməsinə real zəmin yaradır.
Nəzərə almaq lazımdır ki, sürüşkən yolda piyadanın anidən yola çıxması onsuzda çətinliklə hərəkət edən sürücünü kəskin tormozlamaya vadar edir ki, bu da piyadavurma, toqquşma, maneəyə vurma kimi ağır hadisələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara müraciət edərək, bir daha onları əlverişsiz havalarda yola çıxarkən öz həyat və sağlamlıqlarına qarşı diqqətli olmağa, verilən tövsiyələrə laqeyd yanaşmamağa, hərəkəti qaydalarına istisnasız əməl etməyə çağırır".
Ötən gündən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti hökm sürməkdədir.
Havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi nəticəsində gecə saatlarından etibarən Bakı şəhərində və respublikanın avtomobil yollarında müəyyən problemlər yaşanıb.
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda vəziyyət normaldır.
O qeyd edib ki, axşam saatlarından etibarən müvafiq tədbirlər görülməyə başlanılıb və müəyyən ərazilərdə qəfil buzlaşma baş verib:
"Xüsusilə, Bakı Dairəvi yolunda avtomobil sıxlığı yaranıb və əraziyə texnika cəlb olunmasında çətinliklər yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə hərəkət tənzimləndikdən sonra texnikalar əraziyə cəlb olunub və təxminən bir saat sonra yoldakı problem aradan qaldırılıb", - deyə qurum rəsmisi bildirib.
A.Nəcəfli əlavə edib ki, digər ərazilərdə də qabaqlayıcı tədbirlər görülüb, yollara duz səpilib ki, səhər saatlarında vətəndaşlar rahat şəkildə yola çıxa bilsinlər:
"Hazırda Bakı şəhərinin giriş-çıxış yolları və əsas prospektlərdə hər hansı problem müşahidə olunmur. Respublikanın avtomobil yollarında da vəziyyət nəzarət altındadır, bəzi problemli ərazilərdə isə gecə boyunca işlər aparılıb və səhər də davam etdirilir. Hələ ki, ciddi problemlər yoxdur".
Qurum rəsmisi sürücülərə xəbərdarlıq edib ki, bu cür hava şəraitində yola çıxarkən hazırlıqlı olmalıdırlar:
"Yay təkərləri ilə buzlu yollarda hərəkət etmək təhlükəlidir. Yollara duz səpilsə də, yay təkərləri həm sürücülər, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır və bu, texnikaların ərazilərə cəlb olunmasında çətinliklərə səbəb ola bilər", - deyə A. Nəcəfli vurğulayıb.
Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.
Xalq artisti Arif Babayev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Qeyd edək ki, A. Babayev keçən il Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdu.