Bakı Metropolitenində yüksək vəzifəyə TƏYİNAT

“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat olub.

Oxu.az xəbər verir ki, İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İnarə Vəliyeva bu təyinata qədər 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.

İnarə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil olub.

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Sabah Bakıda qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Doğma yurdlarına qayıdırlar 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

 



Sabah yağış yağacaq, külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq.

ehalinin-ve-eczaciliq-muessiselerinin-nezerine

“Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub”.

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Qanunun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

“Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir ki, bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər”, - deyə, məlumatda vurğulanıb.

Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo məlumatına görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub.

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib.

beyleqanin-merkezi-yollarinin-temiri-davam-edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Beyləqanda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.

“Yol-xeber.az” xəbər verir ki, aparılan quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri şəhərin Heydər Əliyev prospektində həyata keçirilir.

Qeyd edək ki, cari ilin yanvar ayında əsaslı təmirə başlanan yolda 14000 kv. metr asfaltlanma işləri görülür.

Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək. 

Şəhər mərkəzi və kənd yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək. Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır.

 

 






 
Bakıya bu tarixdə güclü qar gəlir!

Bir müddətdir qarla bağlı proqnozlar verilsə də, ötən həftə Bakının sadəcə bir hissəsinə qar yağıb. O da ki, sulu qar...

Cümə günü Bakıya qar yağacağı proqnozlaşdırılır. Hətta, bəzi yerlərdə qarın 5 sm-ə qədər qalınlığa çatacağı gözlənilir.

Soyuq və şaxtalı havanın bazar gününədək davam edəcəyi proqnozlaşdırılır.

Azərbaycada uşaqlara görə dövlətdən 120 manat almaq olar - Bu şərtlə...

Ailə başçısını itirmək həm emosional, həm də maddi baxımdan çətin bir vəziyyətdir. Belə hallarda dövlətin sosial dəstəyi mühüm rol oynayır.

ailə başçısını itirmiş şəxslərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə hökumət tərəfindən xüsusi müavinət verilir.

Bu müavinət kimlərə şamil edilir və hansı şərtlərlə təqdim olunur?

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ailə başçısını itirmiş və əmək qabiliyyəti olmayan, pensiya almayan şəxslərə sosial müdafiəni təmin etmək məqsədilə aylıq müavinət ödənilir:

"Bu müavinətin məbləği 120 manatdır və müəyyən şərtlər çərçivəsində ailə üzvlərinə təyin edilir.

Bu şəxslər müavinəti ala bilir:

Vəfat etmiş şəxsin uşaqları – Müavinət uşaqlara 18 yaşına qədər verilir. Əgər uşaq əyani təhsil alırsa, təhsili başa vurana qədər, lakin maksimum 23 yaşa qədər davam etdirilir.

Əlilliyi olan uşaqlar – 18 yaşından yuxarı və əlilliyi müəyyən edilmiş uşaqlara əlillik müddətinə uyğun olaraq müavinət verilir.

8 yaşınadək uşaqlara baxan ailə üzvləri – Uşağın 8 yaşı tamam olana qədər ona baxan işləməyən valideyn, baba, nənə, bacı və ya qardaş bu müavinəti ala bilər. Ödənişlər yalnız plastik bank kartları vasitəsilə nağdsız qaydada həyata keçirilir.

Müavinət ödənişi bu hallarda dayandırılır:

Müavinəti alan şəxs vəfat etdikdə və ya qanunvericiliyə əsasən itkin düşmüş və ya ölmüş elan edildikdə.

Uşaq 18 yaşına çatdıqda, əgər əyani təhsil alırsa, təhsili başa vurduqda və ya 23 yaşına çatdıqda.

Əlilliyi olan 18 yaşdan yuxarı uşaqların əlillik müddəti bitdikdə.

8 yaşınadək uşaqlara qulluq edən şəxs üçün uşaq 8 yaşına çatdıqda".

Xəbər lenti