![]() |
|
Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev musavat.com-a müsahibəsində deyib. İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz:
“İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”
Oxu.az məlumatına görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.
Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.
Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Amma bu gün qapanmadan danışırıq. İnsanlar xəstəxanalarda əziyyət çəkir.
Həkimlərimiz isti havada, xüsusi paltarda xidmət edir. Bütün bunlar qaydaların sərtləşdirilməsinə getməyə vadar etdi”, - deyə, sədr vurğulayıb.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Sədr bununla bağlı dövlət müəssisələrinə məlumat veriləcəyini bildirib:
"Dövlət müəssisələrinə böyük ehtimalla Operativ Qərargah və Baş nazir tərəfindən müraciət ediləcək və iş saatlarının qısa tutulması barədə məlumat veriləcək. Həftənin cümə axşamı və cümə günlərində sakinlərimiz nəzərə almalıdırlar ki, həftəsonu tam qapanış olacaqdır".
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu, baş nazirin çıxışından sonra bilinəcək.
R.Bayramlı qeyd edib ki, məhdudiyyətlər kütləvi informasiya vasitələrinə də aid edilə bilər:
“Məhdud sayda televiziya əməkdaşına işə gəlməyə icazə veriləcək”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl etməmələridir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir.
"Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumıar qərargaha müraciət ediblər.
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırılması, iş rejimləri məhdudlaşsdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".
TƏBİB İdarə Heytəinin sədri Ramin Bayramlı qeyd edib ki, yoluxanların sayı sağalanların sayından 200 ədəd çox olduöğundan qurum Nazirləır Kabinetinə komendant saaatının tətbiqi ilə bağlı müraciə edib. "Müraciət müsbət qiymətləndirilib və detallar sabah açəıqlanacaq".
Ramin Bayramlı həmçibnin qeyd edib ki, ola bilsin bayram günlərində də evdən çıxmaq tsm qadağan edilsin.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
“Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər daxil, bütün sahələrin tam qapadılması nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı görmələrini xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə sonları tətbiq olunacaq”, – o bildirib.
R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin çalışması nəzərdə tutulur:
“Bununla bağlı məlumat veriləcək. Eyni zamanda, SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb müəssisələrinə çıxmaq üçün icazə veriləcək.
Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola bilər”.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı peyvənd tapılması üçün araşdırmalar əksər dünya ölkələrində davam etdirilir.
Məsələ ilə bağlı Rusiya Mərkəzi Elmi Tədqiqatlar İnstitu tərəfindən açıqlama verilib. Bildirilib ki, potensial koronavirus peyvəndinin ilk yoxlama mərhələsi müsbət nəticələnib.
Həmçinin peyvəndin kliniki tədqiqatlarının iyul ayında başlayacağı qeyd olunub. Peyvəndin sınaqdan keçirilməsi üçün 25-50 yaş aralığında olan 50 hərbi qulluqçunun könüllü olaraq seçildiyi məlum olub. /Cebhe.info/
COVID-19 ilə bağlı ziddiyyətli fikirlər səngimir, ekspertlər də yetərli məlumata məlik deyillər
Koronavirus həyatımıza daxil olduğu gündən bu yana hər gün qulağımız yeni bir söz, xəbər eşidir. Bu qədər cəmiyyətlərdə virusun qeybəti qırılsa da, bəzən elmi fikirdən uzaq şayiələrə, qeyri-ciddi mülahizələrə şahidlik edirik. Elm də zarafatyana fərziyyələrə hakim kəsilib. Fakt odur ki, dünyanın çox ölkəsini sosial-iqtisadi cəhətdən yanıüstə qoyan COVID-19 ilə tanışlığımız hələ də davam edir.
Hazırda virusla bağlı səslənən əsas fikirlər vaksinin tapılması məsələsini də arxa planda qoyub. Bu xəstəliyin müalicəsi prosesində istifadə olunan dərmanlar və yeni koronavirusun genetika fərqini “nəzərə almasıdır”. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərmanlarla davranış açıqlamalarına əməl edən də var, məhəl qoymayan da. Ən son olaraq, təşkilat ABŞ Prezidenti Donald Trampın təbliğ etdiyi “Hydroxychloroquine” (malyariya xəstəliyini müalicə edən) adlı dərman preparatının istifadəsini qadağan etdi.
Həkim-pediatr Vaqif Qarayev AYNA ilə söhbətində koronavirusla bağlı saysız fikirlər, versiyalar səsləndiyini deyib: “Əvvəllər hamımızın, daha çox biz pediatrların sevindiyi bir xəbər vardı: “uşaqlar virusa yoluxmurlar”. Amma pandemiyanın gedişatında məlum oldu ki, uşaqlar arasında da yoluxma halları olur, hətta dünyada vəziyyəti pisləşən və ölüm həddinə çatan azyaşlılar da qeydə alınıb. Ardınca yaş qrupu üzrə yayılan məlumatlarda “gənclər arasında xəstəlikdən ölüm halı baş vermir” söhbəti çıxdı. Halbuki, ötən zaman müddətində dünyada yaşlı insanlarla yanaşı, gənclər də virusun qurbanı olaraq həyatını itirdilər”.
“Elə bu günün özündə təhlükəsizlik tədbirlərindən danışanda, hələ də maskadan istifadə mübahisə mövzusu olaraq qalır. Amma maskadan istifadə lazımdır, çünki bunu etməklə heç nə itirmirik. Düşünürəm ki, insanlar arasında çaşbaşlıq yaradan bu mübahisələrin, bir-birini təkzib edən fikirlərin sonu olmayacaq da. Çünki COVID-19 haqqında biliklərimiz azdır. Amma koronavirusla mübarizə və müalicə xəstəxanalarındakı həkimlərin şahidi olduğu mənzərələri eşidəndə, qulaq asanda virusla mübarizənin vacib olduğunu bir daha anlayırıq”, – həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, ÜST-nin son təlimatında, COVID-19 xəstələrinin müalicəsində “Hydroxychloroquine” dərmanından istifadənin əks təsirlər verdiyi səbəbindən dayandırılması tövsiyə edilir: “Artıq Fransa, Gürcüstan kimi ölkələr bu göstərişə əməl edib. Yenə də bəzi ölkələr tövsiyəyə cavab vermir. Bu da mübahisələrə yol açıb”.
Genetika məsələsinə gəlincə, həkim əlavə edib ki, az əvvəl gürcü, ardınca rusiyalı mütəxəssislərdən məntiqsiz fikirlər səslənirdi: “Guya, qafqazlıların genetikası virusa yoluxma sayında da özünü göstərib. Başqa sözlə, bu bölgə insanına virusun böyük təsiri ola bilməz. Yaxud ruslar da özlərini müdafiə edirdilər ki, asiyalı və qafqazlıların pandemiya böhranı daha böyük olacaq, rus geni daha güclüdür. Əlbəttə ki, bu fikirlərin irəliləyən zamanda təsdiqini görmədik, haqqında dəqiq məlumat olmayan virus barədə fərziyyələrin də çox olmasını normal qəbul etmək lazımdır”.
“Bütün hallarda karantindən çıxan insanlar maskadan istifadə, xəstəliyə inanmaq, sosial məsafəni qorumaq kimi məsələlərin hələ də qüvvədə olduğunu bilməlidirlər. Çünki koronavirusun insan sağlamlığına ciddi təsir etmədiyini deyənlər, təəssüf ki, yenə də var”, – V.Qarayev vurğulayıb.
Almaniyada yaşayan və fəaliyyət göstərən həkim-radioloq Fərid Əhmədli AYNA-ya açıqlamasında deyib ki, ÜST-nin məlum dərmanla bağlı tövsiyəsinə Almaniyada əməl edilir: “Dərman artıq müalicə kursundan çıxarılıb, xəstəliklə bağlı dəqiq məlumatlar olmadığından yeni metodlar tətbiq edilir. “Hydroxychloroquine” xəstələrdə əks təsirlər yaradır, xüsusən qaraciyərdə yaratdığı fəsadlar virusdan qurtuluqdan sonra xəstənin sonrakı zamanda həyatı üçün təhlükə yarada bilər”.
Virusun insan genetikasına görə təsiri məsələsinə şərh verən həkim bildirib ki, COVID-19-un genetik mənsubiyyəti öyrənilmədiyindən fikirlər də müxəlifdir: “Misal üçün, “qaradərili genotipə virusin təsiri yoxdur” deyirdilər. Ola bilər ki, Afrika ölkələrində tibb o qədər inkişaf etməyib, testlər edilmir deyə, yoluxma sayı az görünür. Yaxud deyilir ki, “az sayda yoluxma olduğu deyilən ölkələr real rəqəmləri gizlədir”. Bu səbəbdən genotip fərqinə görə yoluxma məsələsi rəsmi və elmi təsdiqini tapmadığından dəqiq nə isə demək mümkün deyil”.
Vaksin məsələsinə diqqən çəkən F.Əhmədli hesab edir ki, cari il ərzində onun tapılması mümkün deyil: “Hələlik, təcrübəmizdə xəstələrlə işlədiyimiz müddətdə bu qənaətimizi deməliyik ki, immun sistemi güclü olan insanlar bir çox xəstəlik kimi, koronavirusa qa qalib gələ bilirlər. Yoluxma olsa belə, qurtulma şansı çox böyükdür. Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir. Almaniyanın da bir çox ölkələr kimi pandemiya ilə mübarizəsi öz bəhrəsini verir. Artıq yoluxma və ölüm halları gedikcə azalır”. /Raminə Eyvazqızı/