![]() |
|
İstədik öyrənək görək, şadlıq saraylarının toy qiymətlərində hansı dəyişikliklər var? Hazırda restoranların qarşısında daha çox müştəri cəlb etmək, toy bazarını dirçəltmək məqsədi durur. Bu səbəbdən bir çox restoran sahibləri qiymətlərin dəyişmədiyini bildirib.
“Şahənşah” sarayının administratoru karantindən əvvəlki qiymətlərin qüvvədə qalacağını və toy üçün müraciətlərin sayının çoxluğuna görə artımın gözlənilmədiyini deyib. O, 500-550 nəfərlik tutumu olan zallarda 200 nəfərlik toy qəbul etmədiklərini də qeyd edib. Ancaq burada da bəzi istisnalar olduğunu qeyd edib. Bundan başqa restoranda xüsusi endirimlər də mövcuddur. Menyunun qiyməti isə 40-60 manat arasında təşkil edir.
“Ay işığı” şadlıq sarayında isə fərqli mənzərə hakimdir. Burada qiymətlər 80 manatdan başlayaraq 100 manata kimi yüksəlir. VİP müştərilər üçün nəzərdə tutulan menyu isə 150 manatdır. Onu da qeyd edək ki, restoranın qiymətlərinə bir neçə xidmət də daxildir.
“Gilavar” restoranında qiymətlər isə 40 manatdan başlayır. Ən yüksək menyu 60 manatdır. Restoranın adminstratoru məkana gəlib yerində danışıqlar aparıldığı zaman xüsusi endirim etdiklərini də qeyd edib.
“Xan sarayı” isə menyunu müştərilərinə 45 manatdan başlayan qiymətlərlə təklif edir. Hətta burada qonaq sayına uyğun xüsusi endirimlər də mövcuddur. Restoranın administratoru qonaq sayının 200-250 nəfər olduğu təqdirdə, menyunun endirimli qiymətinin dəyişilməz olaraq 45 manat olacağını da qeyd edib.
Digər restoranlarda da vəziyyət eynidir. Karantindən sonra qiymətlərdə artımın olmayacağını deyən növbəti restoran “Meridian saray” oldu. Burada menyunun qiyməti 80- 120 manat arasında dəyişir. Restoran yay aylarında baş tutan toy məclislərinə isə xüsusi endirimlər təklif edir.
“Mega palace” restoranında menyunun stabil qiyməti 30 manatdır. Məkanın administrator qiymətlərin 30-35 manat arasında dəyişdiyini bildirib. Burada qiymətlərə musiqi ansamblı, video çəkiliş də daxildir.
“Cıdır düzü” restoranında isə qiymətlər 45 manatdan başlayaraq, 80 manata qədər yüksəlir. Burada da müştərilərə xüsusi olaraq VİP menyu da təklif olunur. Bu menyunun qiyməti 120 manatdır.
Kreditini ödəyə bilməyən vətəndaşlar mütləq banklara müraciət etməlidirlər. Əgər vətəndaş koronavirus pandemiyasından zərər çəkibsə, onun kredit müqaviləsi bank tərəfindən yumuşaldılacaq və ona kreditin ödənilməsi üçün sentyabr ayının 30-a qədər müəyyən möhlət veriləcək.
Bunu Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, Assosiasiyasının Rəyasət Heyətinin iclasında Mərkəzi Bankın qəbul etdiyi qərarın və banklara verdiyi tövsiyyələrin tətbiqi mexanizmi müzakirə edilib.
Əsas müzakirə obyekti fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub. Yunus Abdulov qeyd etdi ki, bank və bank olmayan kredit təşkilatları bu məsələdə müştərilərə həssas yanaşacaq və mərkəzi bankın tövsiyyələrini əsas götürəcək. Martın 1-ə qədər keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən fiziki şəxslərə güzəştlər ediləcək.
Banklara müraciət edən və kreditini ödəməkdə çətinlik çəkənlərin kredit tarixçəsi də korlanmayacaq. Banklar belə müştəriləri kredit bürolarına xüsusi qeydlərlə təqdime dəcək.
İclasda həmçinin fiziki şəxslərə ipoteka və kredit zəmanəti fondunun vəsaiti hesabına verilən kreditlər də müzakirə edilib.Bu təyinatlı kreditlərə güzəşt edən bank və kredit təşkilatlarının requlyativ yükü mərkəzi bank tərəfindən azaldılacaq.
Yunus Abdulov deyir ki, kredit borcu olan sahibkarlara kredit ödənişinin gecikməsi zamanımüəyyən güzəştlər ediləcək. Mart ayının 1-ə qədər kredini normal ödəyən sahibkarlar restrukturizasiya ilə bağlı banklara müraciət edə bilərlər.
Bu arada mərkəzi bank, bank və bank olmayan kredit təşkilatlarının tibii ləvazimat və avadanlıq istehsalçılarına verdikləri kreditlərin risq səviyyəsini azaldıb.Bununla da,banklar və kredit təşkilatları bu sahəyə kredit verməkdə daha çox maraqlı olacaq və müştərilərə cəlbedici təkliflər verəcək.
Bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib.
Onun sözlərinə görə, şəhərlərarası sərnişindama ilə bağlı qərar verildikdən sonra fəaliyyətə başlayacaq. “Amma bu nə zaman nə vaxt olacaq deyə bilmərik. Hələlik bu barədə heç nə deyə bilmərik. Bu Nazirlər Kabineti yanında Operativ Mərkəzdən asılıdır. Operativ Mərkəz necə qərar verəcəksə, ona uyğun da hərəkət ediləcək, addımlar atılacaq”- P.Məmmədova deyib.
P.Məmmədova bildirib ki, bu gün ən çox insanlar regionlardadır və şəhərlərarası daşımalara icazə verildikdə sərnişindaşımada daha çox sıxlıq bölgələrdən paytaxt istiqamətə olacaq. “Bakı Beynəlxalq Avtovağzalı da regionlardan deyil, Bakıdan bölgələrə daşımaları həyata keçirir. Bölgələrdən paytaxt istiqamətində daşımları DANX həyata keçirir. Yəqin ki, onlar bu işi lazımi səviyyədə həyata keçirəcək. Biz də öz növbəmizdə Bakıdan bölgələrə daşımaları yüksək səviyyədə təşkil edəcəyik. Bu məsələdə hər hansı problem olmayacaq. Sərnişin sıxılığı olarsa təbii ki, xəttə əlavə avtobuslar da buraxılacaq. Sərnişinlər vaxt itirmədən, problem yaşamadan mənzil başına çatdırılacaq”- P.Məmmədova bildirib.
Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova deyib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC Nazirlər Kabineti yanında Operativ Mərkəzin qərarını gözləyir və buna uyğun olaraq addımlar atacaq. “Biz indi əsas vəzifəmiz qərar verilən zaman sərnişin daşımaya hazır olmaqdır və buna da hazırıq. Nazirlər Kabineti yanındakı Operativ Mərkəz hansı qərarları verəcəksə, “Azərdəmiryol”-da bunu həmin an icra etməyə hazırdır. Amma bu nə vaxt olacaq, necə həyata keçiriləcək, indidən bu barədə nəsə demək tezdir və biizm səlahiyyətimiz daxilində deyil”- N. Bayramova bildirib.
N. Bayramova əlavə edib ki, qərar verildikdən sonra sərnişin sıxlığının aradan qaldırılması üçün hər zaman olduğu kimi qataralara əlavə vaqonlar qoşulacaq: “Necə ki, “Azərdəmiryol” bunu il ərzində bayramlarda, dərs ilinin başlanması, bağlanması ərəfəsində və yaxud da mövsümü olaraq sərnişin sıxlığı yarananda edir. Bu işlər karantin rejimi ləğv edilib kütləvi sərnişin daşıması ilə bağlı qərar verildikdən sonra da olacaq”.
O bildirib ki, martın 29-dan etibarən beynəlxalq və regionalra daşımalar dayandırılıb. “Yeganə olaraq dairəvi Abşeron xətti üzrə gündə iki dəfə səhər axşam hərəkət edir. Bu zaman da ancaq fəaliyyətlərinə icazə verilən sahədə çalışan insanların daşımasını həyata keçirir”- N. Bayramova qeyd edib.
Xezerxeber xəbər verir ki, fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan, texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri artıq avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməməklə bağlı sürücülərə güzəşt edilib. Ancaq fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan şəxslər indidən Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək bildirir ki,sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər də ASAN xidmət mərkəzlərinə müraciət edərək sürücülük vəsiqəsini dəyişə bilərlər.
Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesi də Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər.(Xezerxeber)
Hazırda vətəndaşlardan gələn hər bir müraciət informasiya sistemi üzərindən müvafiq araşdırmalar nəticəsində cavablandırılır. Əgər vətəndaşın adına Əmlak Komitəsinin bazasından pay torpaq mülkiyyəti verilibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) buna istinad edərək imtina qərarı çıxarır.
Bu sözləri ƏƏSM-nin şöbə müdiri Fazil Talıbov Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib.
O bildirib ki, pay torpaq mülkiyyətçiləri illərdir torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar:
“Bundan əlavə, onlar subsidiyalarla təmin edilirlər. Dövlətin onlar üçün gördüyü bütün bu tədbirlər məhz verilən pay torpaqlarının canlanması və vətəndaşların torpağı əkib-becərməsi üçündür. Bu gün vətəndaşlara verilən pay torpaqları üçün kifayət qədər dəstək var. Qanunvericilikdə də pay torpaq sahibləri məşğul şəxs hesab edilir. Qanunvericiliyin müvafiq tələbi ilə onlara işsizlik statusu verilə bilməz”, – o bildirib.
Azərbaycanda yumşaldılmış karantin rejimində fəaliyyətinin bərpa olunması gözlənilən restoran, kafe və digər ictimai iaşə müəssisələrində masalar arası məsafə 1,5 metrdən çox olmalıdır.
Qida Təhlükəsizliyi Agentliyinin hazırladığı qaydalara əsasən bu müəssisələrdə işçi heyət təmiz iş geyimi, əlcək, baş örtükləri və digər gigiyenik vasitələrlə təmin olunmalıdır. İşə başlamazdan əvvəl, iş prosesində, qida məhsulları, avadanlıqlar, qab-qacaq və dəsmallarla təmasdan öncə əməkdaşların əllərinin təmiz yuyulması və qurudulmasına nəzarət edilməlidir. Həmçinin dırnaqların mütəmadi olaraq kəsilmiş və təmiz olması, dırnaqlarda boya olmaması vacib amillərdəndir.
Hər iş növbəsindən sonra geyim forması dəyişdirilməlidir. Bundan başqa işçilər, xüsusilə də mətbəxdə çalışan heyət xüsusi iş geyimində olmalı, gündəlik ev geyimlərinin iş prosesində istifadəsinə yol verilməməlidir.
Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Qabların yuyulması zamanı birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rezin əlcəklərdən istifadə vacibdir. Əlcəklər çirkləndikdə və zədələndikdə, həmçinin iş növbələri arasında dəyişdirilməlidir.
İctimai iaşə əməkdaşlarının əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməlidir. Bu şəxslər yalnız tibbi müayinə keçdikdən sonra işə buraxıla bilər;
Boyunbağı, sırğa, bilərzik kimi aksessuarlardan istifadə arzuolunmazdır.
Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, tez-tez kəsilməli, arası su və sabunla təmiz yuyulmalıdır.
Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir. /yeniavaz.com/
Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır.
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılmışdır.
Dünyada yayılmış koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkələr Ümümdünya Səhiyyə Təşkilatının və digər uğurlu nəticələr əldə etmiş ölkələrin sınaqdan keçirdiyi preparatlardan istifadə edirlər. Azərbaycanda bu günədək koronavirusa yoluxduğu aşkarlanan 1717 nəfərdən 1221-i müalicə olunaraq sağalıb.
Hazırda COVID-2019-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyyələr mövcud deyil.
Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan “ribavirin” preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub. Lakin bu preparatın ağır əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır. SARS və MERS-CoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə
müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə).
MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiya edici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir.
Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.
Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır.
Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin). /Cebhe.info/
Sinqapur Texnologiya və Dizyan Universiteti (SUTD) koronavirus pandemiyasının bitəcəyi tarixi proqnozlaşdırıb.
Hesablamalar üçün infeksiyanın yayılma sürəti, sağalan və yoluxanların dinamikasından ibarət riyazi modeldən istifadə olunub.
Tədqiqatların 100%-lik dəqiqliyə malik olmadığı lakin mövcud situasiyanı nəzərə aldığı vurğulanıb. Beləliklə, tədqiqatlara görə, planetin pandemiyaya qarşı əsas dönüş nöqtəsi 11 aprel sayılır. Mayın 30-da COVİD-19 artıq 97% göstərici ilə məğlub edilmiş olacaq. İyunun 17-də bu göstərici 99%, tam qələbə isə 9 dekabrda olacaq.
Almaniyada virusla mübarizədə 99%-lik uğur mayın 15-də, İspaniyada mayın 16-da, Fransada mayın 18-də, İtaliyada mayın 21-də, Böyük Britaniyada mayın 27-də, Rusiyada isə mayın 28-də elan olunacaq.
Pandemiyanın bu ölkələrdə tam bitməsi avqustda gözlənilir.
Azərbaycana gəlincə, koronavirus mayın 7-də 97%, mayın 17-də 99% zəifləyəcək. İyunun 15-də isə Azərbaycan ərazisində koronavirusa tam qalib gəlinəcək. (modern.az)