|
Pul ödəyib bünövrəsi qazılan binadan mənzil alan vətəndaşlar gözləmədikləri halla qarşılaşıb. Binanın tikintisi "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb. Bildirilib ki, həmin ərazi "Bakı Metropoliteni"nə aiddir və strateji əhəmiyyət daşıyır. Tikinti şirkəti isə deyir ki, bütün sənədləri qaydasında olub. Həmçinin bir neçə il əvvəl tikinti ilə bağlı "Bakı Metropoliteni" QSC-nin razılığı da alınıb. Nəticə etibarilə dövlət qurumu ilə tikinti şirkəti arasında yaranan problem vətəndaşları evsiz qoyub.
Xezerxeber.az-ın məlumatına görə, bina tikintisi üçün ayrılan yer "Bakı Metropoliteni" QSC tərəfindən hasara alınıb və tikinti aparılmasına qadağa qoyulub. 40-dan artıq vətəndaş isə tikiləcək mənzillərindən olublar.
Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədən gedir. Sözügedən ərazi 1995-ci ildən "Mehri" MTK-ya məxsus olub. Şirkət ərazidə bünövrə qazıb və bina tikintisinə başlayıb. Həmçinin binanın mənzillərinin satışı da aparılıb. 40-dan artıq vətəndaşa tikiləcək binadan mənzillər satılıb. Ancaq çox keçməyib ki, ərazidəki tikinti "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb. Bildirilib ki, bura "Bakı Metropoliteni" QSC-nin balansındadır və ərazidə bina tikmək olmaz. Tikinti aparan "Mehri" MTK-dan isə bildirilir ki, onların bütün sənədləri qaydasında olub. Bu sənədlər əsasında ümumilikdə 1,5 milyon dollar dəyərində mənzil satışı həyata keçirilib.
Sakinlər isə tikintinin davam etdirilməsini istəyirlər.
Problemə "Bakı Metropoliteni" QSC münasibət bildirib. Qeyd edilib ki, həmin ərazi strateji yerdir və buna görə də bina tikmək mümkün deyil. Bildirilib ki, ərazi 1979-cu ildə "Bakı Metropoliteni"nə verilib. "Mehri" MTK-ya verilən bütün icazə sərəncamları isə ləğv edilib və yenidən qurumun tabeliyinə keçirilib. Ancaq sənədlər məxfi olduğu üçün onlar təqdim edilmədi. Qurum problemin həlli üçün çıxış yolu da təklif edir.
Sakinlərin isə tək istəyi problemlərinin həll edilməsidir. Onlar başqa ərazidən də torpaq ayrılmasına razıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.
APA-nın sorğusunu cavablandıran Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub: ” Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər. Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər”.
Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.
Avtomobillər üçün elektron etibarnamə üçün tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib.
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi "Mobil notariat" tətbiqi vasitəsilə və "myGov" platforması üzərindən göstərilir.
O bildirib ki, istifadəçinin ASAN imzansı vəya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:
"Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.
Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür".
Gəncədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib.
Avtosfer.az xəbər verir ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri Baxşeyiş Əsgərov və İlkin Şahbazov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Hamlet Hümbətəliyev çıxış ediblər.
Seminarda seçkidən sonrakı dövrdə seçki bülletenlərini və digər seçki sənədlərinin Dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinin qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışılıb.
Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqaməti olan hissəsində (Ekologiya Postunun qarşısında) müvəqqəti yol nişanları quraşdırılıb. Avtosfer.az xəbər verir ki, təmir gedən ərazidə qanunauyğun olmayan nişanlar sürücüləri çaşdırır. Belə ki, yolun hərəkət hissəsində olan maneənin qarşısına 4.2.2 nişanı (maneəni soldan keçmə nişanı) quraşdırmaq əvəzinə, 4.1.3 nişanı (Sola məcburedici nişan) quraşdırılıb. Hazırda mövcud olan 4.1.3 nişanı sürücülərin düzünə-Sumqayıt istiqamətinə getməsinə icazə vermir.
Qeyd edək ki, həmin ərazidə olan sürət nişanları barədə də Avtosfer.az saytında məlumat dərc edilmişdi. Lakin hələ də həmin təhlükə yaradan nişanlar ərazidən götürülməyib.
“MyGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) verilən məlumata görə, bu, qurumun tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb. Bildirilib ki, vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər: “Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.
Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir”.
Rəsmi məlumata görə, portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur: “Bundan başqa, “myGov” portalından “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib”.
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi mobil etibarnamə sistemini istifadəyə verib. Artıq nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamələri mobil telefonla da vermək mümkündür. Bunun üçün telefona "mobil notariat" adlı tətbiqi yükləmək lazımdır.
Sistemdə qeydiyyatdan keçmək üçün isə birdəfəlik şifrə tələb olunur. Qəribəsi odur ki, həmin şifrəni hərhansı notariusa yaxınlaşaraq almaq lazımdır. Düzdür şifrəni şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və onu ödənişsiz əldə etmək olur. Daha sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür. Ancaq buna baxmayaraq tətbiqdən istifadə edənlər artıq öz narazılıqlarını dilə gətirməyə başlayıblar. İstifadəçilər adi şifrə üçün notariusa getməyi lazımsız hesab edirlər.
Bu barədə “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ümumiyyətlə, etibarnamə ləğv olunmalıdır:
“Bizim cəmiyyətdə artıq elə bir proses gedir ki, etibarnamə məsələsinin ləğv edilməsini tələb edirlər. Amma Ədliyyə Nazirliyi görünür, çox gəlirli sahə olduğu üçün bunu əldən buraxmaq istəmir. Guya müxtəlif texnologiyalar tətbiq etməyə çalışırlar. Lakin bu da bir sıra narazılıqlara səbəb olur. Əgər mən yenə notariusa gedəcəmsə, bunun harası müasir infrastruktur oldu? Bu yalnız elə adamlara sərf edər ki, tutaq ki, iş adamı tez-tez etibarnamə verir. Deyək ki, kimsənin maşınlarının sayı çoxdur, hər gün sürücü dəyişirsə, belələri üçün əlverişlidir. Amma ümumən bu etibarnamə məsələsinə kökündən baxmaq lazımdır. Bu gün avtomobillərin etibarnamə ilə idarə edilməsi müasir dünyanın tələblərinə cavab vermir".
Ekspert qeyd edib ki, qanunvericilikdə bununla bağlı dəyişilik olmalıdır:
"Nə üçün ata oğula, qardaş-qardaşa, bacı-qardaşa etibarnamə verməlidir? Bu birincisi bizim ailə dəyərlərimizə ziddir. Belə çıxır ki, bir ailə üzvlərinin bir-birinə etibarı yoxdur. Sənəd kimdədirsə, avtomobil onundur. Bəzən oğurluq məsələsini ortaya atırlar. Bəs sən milyonlarla vəsait xərcləyirsən, yollarda kamera quraşdırırsan, nömrə oxuyan cihaz quraşdırırsan. Bu sənin problemindi, niyə vətəndaşın problemi olmalıdır ki?
Bilirsiz, etibarnamə XIX əsrdə bəylər, ağalar dövründə idi ki, möhür basılırdı. Biz hələ o dövrdə qalmışıq. Lap qəza törədilibsə, sənin kameran çəkir, maşının sahibi yol polisinin elektron ünvanına yaza bilər ki, avtomobili mən yox, qardaşım, yoldaşım və s. idarə edib".
E.Muradlı etibarnaməyə görə yaranan cərimə problemlərini də diqqətə çatdırıb:
"Həm də etibarnamə ləğv olunsa, görün yol polisi xətti ilə büdcəyə nə qədər pul gələ bilər. Məsələn deyək ki, siz maşınınızı satırsız. 1 illik etibarnamə verirsiniz. Maşını alan şəxs rüsumlara görə öz adına keçirmir, 1 il bitdikdən sora həmin şəxsin bütün cərimələri sizin adınınıza yollanır. Siz də hər dəfə bu halla qarşılaşanda məcbursunuz ki, yol polisinə müraciət edib, vəziyyəti izah edəsiniz. Belə bir hüquqi müxanizm də yoxdur. Çox adam elə bilir ki, etibarnamə vermək asandır, amma xəbərləri yoxdur ki, problemli məsələdir. Ədliyyə Nazirliyinin bu addımını qismən alqışlamaq olar, amma bu məsələ kökündən həll olunmalıdır”.
Hazırda avtomobil ehtiyyat hissələri bazarında orjinal detallar bir tərəfə firma məhsulları arasındakı qiymət fərqi də dəfələrlə çoxdur. Hətta fərqli firmalara məxsus eyni detal arasında 5-6 dəfə qiymət fərqi olur. Mütəxəssislər sürücüləri ehtiyyat hissəsi seçərkən həm qəzalardan uzaq olmaq, həm də qənaət etmək üçün diqqətli olmağa çağırır.
Eyni funksiyanı yerinə yetirən avtomobil hissələri arasında qiymət fərqi hətta bəzən 5-6 dəfə olur. Üstəlik bu detalların heç biri orginal olmur. Bu hal isə sürücüləri çaş baş salır. Kimi ucuz detalın keyfiyyətsizliyindən əziyyət çəkir,kimi də qısa müddətlik də olsa avtomobilini saz vəziyyətə gətirdiyi üçün sevinir.
Ehtiyyat hissələri satanların sözlərinə görə adətən ucuz detallar qısa müddətlik dövriyədə olan firmalara məxsus olur.Keyfiyyətli detalla ucuz detal arasında böyük qiymət fərqi olur. Qiymət qalxdıqca keyfiyyət və istifadə müddəti artır.
Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə hazırda bazarda yaxşı satılan ehtiyyat hissəsi firmalarının da saxtası olduğundan şirkətlərə güvənmək olmur. Buna görə sürücülər diqqətli olmalıdır.
Ustaların sözlərinə görə keyfiyyətsiz ehtiyyat hissəsi sürücünü yolda qoymaqla yanaşı qəzalara da səbəb ola bilər.Ona görə də sürücülər seçim edərkən diqqətli olmalıdır.
Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub. Bu avtomobilləri idarə edən şəxslər tərəfindən isə bu müddət ərzində 200 mindək inzibati xəta törədilib. Bu barədə Baş Dövlət Yol Polisi idarəsindən bildirilib.Bəs həmin sürücülər daha çox hansı yol hərəkəti qaydalarını pozurlar?
Ölkəyə gətirdikləri xarici nömrəli avtomobil ilə yollarda necə gəldi hərəkət edirlər.Nə sürət həddinə ,nə də ki dayanma və durma qaydalarının tələblərini yerinə yetirirlər.
Son vaxtlar ölkə yollarında xüsusəndə Gürcüstan nömrəli avtomobillərə daha çox rast gəlinir.Yol hərəkəti üzrə ekspert Elməddin Muradlının sözlərinə görə,bu cür sürücülərin ən çox yol verdiyi qayda pozuntusu sürət həddinin aşılması ilə bağlıdır.
Elməddin Muradlı deyir ki,hətta bəzi şəxslər var ki, Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olurlar.Bununla bağlı sahibkarlar Yol Polisinə müraciət edərək qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul şəxslərin onların gəlirlərinin azalmasına səbəb olduğunu bildiriblər.
Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verirlər
Cari ilin 10 ayı ərzində respublikamıza 67 minə yaxın nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib.Bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 mindək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.