|
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Nəcib tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.
Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər. Belə ki, cari ilin oktyabr ayında da polislər tərəfindən rayon ərazisində 100 ədəd iqlim şəraitinə uyğun və dözümlü ağaclar əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.
Gültən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.
Belə ki, dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilib. Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan şəhərində ağacəkmə tədbiri keçirilib. Tədbirdə ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev və şöbənin bütün şəxsi heyəti iştirak edib.
Polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı şam ağacları əkiblər. Aksiya çərçivəsində isə 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 110 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
DİN Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Lənkəran rayonunda da ağacəkmə aksiyası keçirilib. Tədbirdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Polis əməkdaşları iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən gözəl görünən 100-dən artıq şam ağacı əkiblər. Yeni əkilmiş ağaclara qulluq göstərilib, suvarma işləri aparılıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları bundan sonra da ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması işində fəallığı davam etdirəcəklərini bildiriblər
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start verilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, bu nəcib aksiyaya Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının ərazisində aksiya çərçivəsində 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 251 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Quba rayonunda da ağacəkmə aksiyası keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və şöbənin bütün şəxsi heyəti iştirak ediblər.
Tədbirin əvvəlində polis əməkdaşları tərəfindən ərazi təmizlənib, əkin üçün lazım olan quyular qazılıb. Daha sonra polislər rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkiblər. Aksiya çərçivəsində RPŞ-nin şəxsi heyəti ümumilikdə 150 ağac əkərək, onlara aqrotexniki qaydada qulluq göstəriblər.
Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülüb, həmçinin ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, böyük şairin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu təşəbbüsə Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məmməd Hüseynov və şöbənin bütün şəxsi heyəti qoşulublar.
Polis əməkdaşları Hacıqabul-Muğan yolunun ətrafında iqlim şəraitinə daha uyğun və dözümlü şam ağacları əkiblər. Aksiya çərçivəsində ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, ərazidə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 100 ədəd şam ağacı əkilib, onların suvarılması həyata keçirilib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini bundan sonra da davam etdirəcəklər.
Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində, aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən (AAYDA) xəbər verilir.
Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə
qəbulla əlaqədar müsabiqə elan edir
Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə 2019-cu il dekabr ayının 27-də saat 08.30-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin ərazi polis qurumlarında vakant post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçiriləcəkdir. Sıra baxışında yalnız qeyd olunan rayonlarda və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- Ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Sıra baxışına gələnlər şəxsi sənədlərini (şəxsiyyət vəsiqəsi və hərbi bilet) təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcəkdir.
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-94-12; (012)-590-93-45.
(012)-590-92-37; (012)-590-97-52;