Dəniz reysləri təxirə salındı
Bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib

Mərmərə dənizində Türkiyənin Bursa vilayəti akvatoriyasında dəniz reysləri təxirə salınıb. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar həmin ərazidə güclü dumanla əlaqədar qəbul edilib. Qeyd olunur ki, 30 dəniz reysi təxirə salınıb.

 

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri noyabrın 1-də güclü külək və leysan yağışları səbəbdən təxirə salınmışdı.

Image may contain: 7 people, people sitting and indoor
"Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədri, Yazıçılar birliyinin üzvü, el ağsaqqalı aşıq sənətinin görkamli nümayındəsi Dədə Şəmşirin oğlu Qənbər Qurbanovun 86 yaşı tamam olması münasibəti ilə mədəniyyət ocağının cox saylı kollektivi adından təbrik edir, Uca Allahdan can saqlığı, xoş günlər və növbəti doğum gününü doğma Kəlbəcərimizdə Dədə Şəmşirin yurdunda qeyd etməsini diləyirik.

Image may contain: 4 people, people smiling, people standing and suitImage may contain: 7 people, people sitting and outdoorImage may contain: 2 people, people smiling, outdoorImage may contain: 2 people, people standing, outdoor and natureImage may contain: 7 people, people smiling, people sitting and indoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: 3 people, outdoorImage may contain: 3 people, people smiling, people standing, people sitting and suitImage may contain: 2 people, people sitting and indoorImage may contain: 2 people, people smiling, people on stage, people standing and indoorImage may contain: 3 people, people sitting and suitImage may contain: 4 peopleImage may contain: 13 people, people smiling, people standing, suit, wedding and outdoorImage may contain: 5 people, people sittingImage may contain: 13 people, suit and indoorImage may contain: 11 people, suitImage may contain: 5 peopleImage may contain: 1 person, smiling, suitImage may contain: 13 people, people standing and suitImage may contain: 2 people, people smiling, people sitting and suitImage may contain: 3 peopleImage may contain: 2 people, tree, shoes, sky, outdoor and natureImage may contain: 2 people, people sitting and indoor
Image may contain: 4 people, suit

Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, vətəni, xalqı üçün yaşayan və xaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı olan Qurbanov Qənbər Şəmşir oğludur. Qənbər müəllim 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib. Öz qayğıkeşliyi, insanlara və təbiətə vurğunluğu, bitib-tükənməz yaradıcılıq enerjisi ilə Qənbər müəllim bu gün ömrünün müdrik çağlarını yaşayır. Sürətlə ömürdən ötən illər el ağsaqqalı Qənbər Şəmşiroğlu üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olmuşdur.

Qənbər müəllim 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonar bir il kəndli-gənclər kursunda işləyib, 1951-ci ildə iki illik Ağdam dövlət müəllimlər institutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcar Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcar Hakimiyyətinin başçısı işləyib. Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilmişdir.
q2
Müasir Azərbaycanın sosial-iqtisadi inkişafındakı Qəbnər müəllimin əməyi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib və bu münasibətlə Qənbər müəllim 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
1992-ci ilin aprel ayında sonralar Ermənistan prezidentliyinə qədər gedib çıxmağı bacaran naqis Köçəryanın rəhbərliyi erməni quldurları Qənbər müəllimin doğulub boya-başa çatdığı Ağdaban kəndini dağıtmış, nəticədə ziyalımızın qardaşı oğlu, əmiləri, əmisi uşaqları, bibisi qızı və xalasının oğlu, ümumilikdə 14 nəfər yaxın qohumları vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş Qənbər müəllimin babası olan Ağdabanlı şair Qurbanın və Əməkdar inçəsənət xadimi, “Şərəf nişanlı ordenli” Aşıq Şəmşirin illər boyu yazıb-yaratdığı əlyazmalar külliyyatı ermənilər tərəfindən yandırılıb məhv edilmişdir.

Qənbər müəllim Gədəbəy rayonunda İcra Hakimiyyətinin başçısı işlədiyi vaxtda Erməni qəsbkarları torpaqlarımıza hücuma başladılar. Bu zamanlar Qənbər müəllim 1992-ci ilin mart ayında ilk milli alayın yaradılmasının təşəbbüsçüsü və yaradıçısı olmuşdur. Vətənpərvər ziyalımız Qənbər müəllim dəfələrlə döyüşçülər arasında olmuş, zabitlər və əsgərlər arasında vətənpərvərlik ruhunun yüksəlməsi naminə əlindən gələni əsirgəməmişdir.

Qənbər müəllimin özü ilə bərabər yaxınları, doğmaları da – iki oğlu Qarabağ uğurunda gedən döyüşlərdə fəal iştrak edib, hazırda onlar müharibə vetranıdılar. Azərbaycan Respublikasının Milli Qəhramanlarından iki nəfəri Şükürov Şahlar Əvəz oğlu və Səfərov Sərdar Mədət oğlu ağsaqqal ziyalımızın ailə üzvlərindəndir.

Qənbər müəllim bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur. Qənbər müəllim bununla qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir.

Ölkəmizdə həyata keçirilən mütərəqqi sosial, mədəni və siyasi proseslərdə bu gün də ön cərgədə olan Qənbər müəllim dəfələrlə Bakı, Gəncə şəhərlərində, Bərdə və Yevlax rayonlarında əhali ilə görüşlərdə olmuş, istər Prezident, Parlament seçkilərində, istərsə də ümumxalq səsvermələrində seçicilər arasında fəal təbliğat işi aparmışdır. Aşıq Şəmşir ailəsinin hər bir üzvü hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.

Qənbər müəllimin sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçiribdir. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil etmişdir. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”, “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.

Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir. Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.

Hörmətli ziyalımız Qənbər müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü və Respublika Ağsaqqallar Şurası Rəyasət heyətinin üzvü, onlarla kitabın müəllifidir. Qənbər müəllimin dövri mətbuatda mütəmadi olaraq məqalələri dərc edilmişdir. Həmçinin Qənbər müəllimin iki kitabı İran İslam Respublikasında nəşr olunmuşdur.

Qənbər Şəmşiroğlu ulu babalarından süzülüb gələn yaradıcılıq bulağını öz ilhamı ilə qurumağa qoymamış, yaratdığı gözəl şeir nümunələri – qoşmalar, qəzəllər, gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata, insana, təbiət gözəlliklərinə, ailə dəyərlərinə yüksək sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır:

Xalısı var, xalçası var, xalı var,
Bəzənibdi çəmən, çiçəyə dağlar.
Meh tərpədib, sığallayıb telini,
Oxşayır qənirsiz göyçəyə dağlar.

Söykənibdi təpə dağa, yal dağa,
Çəmən kimi dolanıbdı yol dağa,
Səfalıdır, gəlib qonaq ol dağa,
Kəməri düzübdü birçəyə dağlar.

İldırımlar yollar, şimşək saxlayar,
Buluddan başına çalma bağlayar,
El-obasız sızıldayıb ağlayar,
Özü rövnəq verər qönçəyə dağlar.

Qənbər müəllim həm öz övladlarına, həm də cəmiyyətimizdə layiqli yerini tutmaq istəyən gənclərimizə böyük qayğı və diqqət göstərmiş, əsil ağsaqqal nəsihəti vermişdir. Hörmətli ziyalımız Qənbər müəllim Qənbər Şəmşiroğlu imzası ilə bu gün də yazıb yaratmaqdadır. Qənbər müəllimin müəllifi olduğu kitablardan – “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Oğul gərək oğul olsun”, “Bütövləşmək istədim”, “Elzanın Okanı”, “Qənbər Şəmşiroğlu-75: Ömrün işıqlı anları”, “Tale oxşarlığı”, “Qənbər Şəmşiroğlu: Dostlar unutmaz məni”, “Əmioğluların əməlləri”, “Bir də görüşərik…”, “Kəlbəcər: ömrüm, həyatım”, “Sxojest sudeb” – “Oxşar talelər” (rus dilində), “Prodelki rodstvenniçkov” – “Qohumların əməlləri” (rus dilində), “Trisks of relatives” – “Qohumların əməlləri” (ingilis dilində), “Salehli səfərlər”, “Hələ yerindədir, vurur ürəyim”, “Caninin etirafı”, Birdə Görüşərdik və digər şeirlər kitablarını nümunə göstərmək olar.

Yurd həsrətini daima qəlbində daşıyan, həyatın min-bir çətinliyinə sinə gərən Qənbər Şəmşiroğlu öz yaradıcılığında təpədən-dırnağa vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu duyan qəlbinə hər addımında o torpaqlara qovuşmaq ümidini diqtə edir, bu xüsusda öz nikbinliyindən bir an da olsun ayrı düşmür, o dağılan yurd yerlərini öz xəyalında abad edib çəmənzara döndərir:

SALAMLARIM VAR

Şahdağdan üz tutub Murova baxdım,
Bu dağdan o dağa salamlarım var.
Kəpəzin o üzü gözəl diyarda,
Düşmən tapdağında qalanlarım var.

Odu kirpiyində götürənlərim,
Həsrətlə köksünü ötürənlərim,
Çoxdan əzizini itirənlərim,
Ah çəkib saçını yolanlarım var.

Elin köməyilə çörəklənmişəm,
Dirçəlib, dirçəlib zirəklənmişəm,
Orduma baxaraq ürəklənmişəm,
Bilirəm qanımı alanlarım var.

Eşitdim gücünü, gördüm hünərin,
Qənbərəm, sevdiyim sərkərdələrin.
Həddini bilməyən nanəciblərin
Canına vəlvələ salanlarım var.

Qənbər müəllimin nəzm, nəsr əsərlərindən başqa müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında nəşr olunmuş bir-birdən maraqlıelmi-publisistik, ədəbi-bədii yazıları dərc olunub. Həmin mətbuat orqan¬la¬rı¬na “Dünya” qəzetini, “Yeni bəşər” qəzetini, “Yenilik qəzetini, “525-ci qəzet”i və başqa qəzet və jurnalları nümunə göstərmək olar.

Qənbər müəllim ömrünün bu ahıl, müdirik çağında bizlər üçün böyük mənəvi sərvət yaratmışdır. Bizlərin əsas işi və məsuliyyəti isə Qənbər müəllim kimi ağsaqqallarımızı, ziyalılarımızı dərindən dəyərləndirmək və onun irsinə bir Azərbaycanlı kimi sahib çıxmaqdır.

Həbib Misirov

“Aşıq Şəmşir” Mədəniyyət Oçağı
İctimai Birliyinin sədr müavini

Image may contain: 1 person, suitImage may contain: 1 person, standing and outdoorImage may contain: 1 person, sitting and tableImage may contain: one or more people, people standing, mountain, outdoor and natureImage may contain: 1 person, standing, ocean, suit, outdoor and waterImage may contain: 1 person, sitting, table and indoorImage may contain: 1 person, standing, outdoor and natureImage may contain: 2 people, people smiling, people standing and outdoorImage may contain: 4 people, people standingImage may contain: 3 people, people standing and outdoorImage may contain: 2 peopleImage may contain: 1 person


Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

“Report”un xəbərinə görə, bununla bağlı R.Zeynalovun imzalanmış telefonoqramı sosial şəbəkələrdə yayılıb.

Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin daha əvvəl Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!
Noyabr ayının 16-dan isə bu müddət başa çatır

Noyabrın 16-dan avtomobildə jalüz və pərdələrə icazə başa çatır. İsti hava şəraiti nəzərə alınaraq, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır.

Qeyd edək ki, noyabr ayının 15-dən sonra sürücülər jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.

13-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində nəqliyyat və logistika şirkətləri arasında nüfuz qazanan “Logistrans – 2019” adlı beynəlxalq nəqliyyat və logistika sərgisi keçırılir. Tədbirdə iştirak edən, 20-dən artıq ölkədən şirkət təmsilçiləri nəqliyyat sahəsində tətbiq edilən yeni texnologiyalar, daşıma mexanizmləri, dəmir yolu infrastrukturu, tikinti və yeni logistika istiqamətləri təqdim edirlər.
Sərgidə Azərbaycan dəmiryolçuları da iştirak edirlər. “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC şirkətləri, birgə təmsil olunduğu stenddə ilk növbədə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlarla ziyarətçilərlə bölüşürlər. Azərbaycan təmsilçiləri, Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizləri haqqında sərgi iştirakçılarına geniş məlumatlar təqdim edərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən iri Türkiyə və Beynəlxalq şirkətlərlə danışıqlar aparırlar. Danışıqlarda, Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlardan istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzindədir. Azərbaycan dəmiryolçuşalırının nümayəndə heyəti, öz innovativ məhsullarını, xidmətlərini və imkanlarını təqdim edərək beynəlxalq şirkətlərinin nümayəndələrini, yükdaşımalar sahəsində təklif elədikləri geniş çeşid xidmətlərdən yararlanmağa dəvət ediblər.
Qeyd edək ki, sərgi çərçivəsində, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə çoxsaylı görüşlər keçirilir və danışıqlar aparılır. Logitrans-2019 sərgisi nəqliyyat va logistika sektorunun bütün prosesləri ilə tanış olmağa imkani verir. Burada Türkiyə və dünyanın bir çox ölkələrindən qatılan iştirakçılara, eyni zamanda geniş əhatəli konfrans proqramlar təklif edilir və məlumat mübadiləsi uçun platformalar yaradılır. Sərgi bir daha Azərbaycan dəmir yollarının dəyərini göstərməklə, Avrasiya məkanında qlobal yükdaşımalar sistemində üstünlüyünü bir daha nümayiş etdirdi və Azərbaycan dəmir yollarının təqdim etdiyi yeni logistika məhsullarına yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.

Bakı Dövlət Universitetində Universitetin 100 illik Yubiley tədbirləri silsiləsindən ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti – milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində özünü biruzə verir. O bildirib ki, kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənəti Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər kimi böyük sənətkarların yaradıcılığı ilə daha da zənginləşmişdir. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin də bu sənətin inkişafına böyük töhfələr verdiyini qeyd edən rektor tələbələrə milli ruhun aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra BDU-nun dosenti Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məruzə edib. O, bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olmuş, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl, müxəmməs və s. şeir formalarında əsərlər yazmış, eyni zamanda bir neçə dastan yaratmışdır. Görkəmli sənətkarın irsi tədqiqatçılar tərəfindən araşdırılmış, haqqında dissertasiya və monoqrafiyalar yazılmışdır. Ə.Cabbarlı xüsusi vurğulamışdır ki, Aşıq Şəmşir sovet dövründə yaşayıb-yaratsa da heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır.

 

Daha sonra tədbir bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan əməkdar Mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçıları İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlununun adından salamlayıb, Universitetin professor-müəllim heyətini və tələbələri 100 illik yubiley münasibətilə təbrik edib.
Mərasim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik Yubileylə bağlı “Fəxri Fərman”ın təqdim edilməsi ilə başa çatıb.No photo description available.Image may contain: 20 people, suitImage may contain: 1 person, standing and suitImage may contain: 2 people, people on stage, people playing musical instruments, guitar and indoorImage may contain: 4 people, people smiling, people standingImage may contain: 5 people, people standingImage may contain: 14 people, people standing and suitImage may contain: 7 people, people smiling, people standingImage may contain: 9 people, people standing and suitImage may contain: 15 people, people smiling, people sitting and suitImage may contain: 4 people, people standingImage may contain: 14 peopleImage may contain: 2 people, people standing and indoorImage may contain: 2 people, people standing, people on stage and indoorImage may contain: one or more people, people standing, basketball court, shoes and indoorImage may contain: 1 person, standingImage may contain: 17 people, people smiling, suitImage may contain: one or more people, people sitting, crowd and indoorImage may contain: 2 people, crowd and indoor


Pərdə və plyonkalar sabah söküləcək? - Qanun dəyişəcək
Bu il sürücülər pərdədən çox, plyonkadan istifadə ediblər

Noyabrın 15-dən avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatır. Son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. 

Ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. 

Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, bu il əvvəlki illərdən fərqli olacağı ehtimal edilir. Belə ki, sürücülərin pərdə və plyonkadan istifadə qadağasının tətbiq edilməyəcəyi bildirilir. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil. Odur ki, qaydalar dəyişənədək mövcud qanunu üstün tutmağı tövsiyə edirik.

Polislərin sagirdlərə vacib sözü var idi
Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gəndov kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Polis polkovniki M.İbrahimov daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib. Erkən nigaha daxilolma mövzusuna toxunan polis rəisi, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və gələcəyin yüksək ixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən danışıb.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görən V.Sadıqov, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.
Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.

 

 
Yeni sürücülük vəsiqəsi: Bundan sonra istəsəniz də, itkin düşə bilməyəcəksiniz
"Gələcəkdə pullu yollarda, pullu parkinqlərdə ödənişləri həmin kartlarla etmək mümkün ola bilər”

Azərbaycanda tətbiqinə başlanan yeni sürücülük vəsiqələrinə yerləşdirilən çiplər vəsiqə itdiyi zaman onun yerini müəyyənləşdirməyə imkan verir. Həmçinin əgər vəsiqə vətəndaşın üzərindədirsə, vətəndaş itkin düşübsə və ya başına hər hansı bədbəxt hadisə gəlibsə, onun yerini müəyyən etmək mümkün olacaq.

Yol-xeber.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a baş nazirin sürücülük vəsiqəsi ilə bağlı yeni qərarını şərh edən ekspert Elməddin Muradlı deyib.

Qeyd edək ki, Azərbaycanın baş naziri "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarda dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, sürücülük vəsiqələrinin forması dəyişdiriləcək. Bundan sonra veriləcək vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

 

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı vasitəsilə eyniləşdiriləcək. Elektron daşıyıcıya məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.

Sözügedən qərarı Sputnik Azərbaycan-a şərh edən ekspertlər, yeni sürücülük vəsiqələrinin hansı üstünlüklərə malik olduğana, bunun sürücülərə hansı imkanları verəcəyinə aydınlıq gətiriblər.

"Ölü" ixtisaslar: Yaxud tranzit ölkəyik, amma maşın sürən sürücülərimiz yoxdur

Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı qərarın bu ilin aprel ayında qəbul edildiyini xatırladan nəqliyyat eksperti Eldəniz Cəfər bildirib ki, yeni dəyişiklik sürücülük vəsiqəsində olan məlumatların vəsiqədə olan çipə də yerləşdirilməsi barədədir. Bu dəyişiklik Azərbaycan Respublikası sürücülük vəsiqələrinin beynəlxalq statuslu olmasına əsas verir. Yəni bundan sonra dünyanın müxtəlif ingilis dilli ölkələrində Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri oxuna biləcək.

Digər nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, bütün sürücülərin məlumatları Mərkəzi Məlumat sistemində olur və çip vasitəsilə həmin məlumatları izləmək mümkündür. Son zamanlar verilən sürücülük vəsiqələrinə artıq belə çiplər yerləşdirilib. "Bunun üstün cəhətlərindən biri odur ki, sürücülük vəsiqəsi itdiyi zaman onun yerini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, əgər vəsiqə vətəndaşın üzərindədirsə və həmin vətəndaş itkin düşərsə, yaxud başına hansısa bədbəxt hadisə gələrsə, onda vəsiqədəki çipin köməyi ilə onun yerini müəyyən etmək mümkün olacaq", - deyə Muradlı bildirib.

Onun sözlərinə görə, çipli sürücülük vəsiqələri plastik kart kimi verilir. Gələcəkdə bu vəsiqələdən bank əməliyyatlarının həayata keçirilməsi məqsədilə də istifadə edilə bilər. Bunun üçün isə Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında müqavilə olmalıdır. "Gələcəkdə pullu yollarda, pullu parkinqlərdə ödənişləri həmin kartlarla etmək mümkün ola bilər. Bu, dünyanın bir çox ölkələrində tətbiq edilib. Hesab edirəm ki, düzgün şəkildə tətbiq edilsə, həmin vəsiqənin bütün funksiyalardan istifadə etmək mümkün olacaq", - deyə Elməddin Muradlı əlavə edib.

Xəbər lenti