Bakı metrosunda qatarların hərəkəti ləngiyib
Hazırda ləngimə aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkət edir

Bu gün "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına gedən qatarlar arasında 7-9 dəqiqə interval yaranıb. Yol-xeber.az xəbər verir ki, Bununla bağlı xəbəri "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib. Onun sözlərinə görə, buna səbəb bəzi stansiyalarda ("Neftçilər", "Qara Qarayev", "Koroğlu") vətəndaşların qatarlardan minib-düşməsinə sərf olunan vaxtın normadan çox olmasıdır. Son nəticədə qatarlar arasında interval tədricən artıb. Bununla belə, hazırda ləngimə aradan qaldırılıb və qatarlar qrafikə uyğun hərəkət edir.
Bu yolda "təcili yardım" maşınında xəstə ölüb - 4 rayonu birləşdirən bərbad yoldan - VİDEOREPORTAJ
Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verilib

Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir. Yerli sakinlərin verdiyi məlumata görə, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub: "Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı. Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə  Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir". 

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir. 

"Report" Yuxarı Şirvan bürosunun müxbiri Aqil Əsədovun hazırladığı videoreportajı təqdim edir.

 

 
Bu yolda "təcili yardım" maşınında xəstə ölüb - 4 rayonu birləşdirən bərbad yoldan - VİDEOREPORTAJ
Naxçıvan qeydiyyatında olanlara DİN-dən vacib XƏBƏR
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək

Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir. Bununla əlaqədar, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədi ilə  2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 5-dək Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcək.
Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan unvana müraciət edə bilərlər. 
Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbiri Akademiyanın rəisi Qulu Novruzov açaraq Konstitusiya gününün qeyd olunmasının tarixindən danışıb. Qulu Novruzov bildirib ki, 1991-ci ildə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub və 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Azərbaycan xalqının keçdiyi keşməkeşli tarixi-siyasi yola ekskurs edən Qulu Novruzov Ulu öndərin Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişaf etdiyini, sabitliyin əldə olunduğunu bildirib.

 

Qulu Novruzov, dövlətin institusional təsisatlarının yaradılması, o cümlədən Konstitusiyanın formalaşdırılmasında Heydər Əliyevin rolundan danışıb və Ulu öndərin siyasi iradəsi ilə ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. Akademiya rəisibu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və rəhbərliyi ilə ölkəmizin yüksək inkişaf dinamikasına malik olduğunu vurğulayıb.

Qulu Novruzov 12 noyabr 1995-ci ildə ilk milli Konstitusiyanın referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini və Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu qeyd edib. Qulu Novruzov bu günün əhəmiyyətindən bəhs edərək, dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb. O, gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.

Tədbirdə Konstitusiya gününə həsr olunmuş video süjet nümayiş olunub.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sübhan Əliyev Azərbaycan Konstitusiyasının inkişaf tarixindən danışıb və bu günün əhəmiyyətindən söz açıb.

Tədbirdə Akademiyanın "Hüquqşünaslıq" ixtisasının 2-ci kurs tələbəsi Cəbrayıl Məmmədzadə "Konstitusiya gününün qanunverici tarixi və onun əhəmiyyəti", "Hüquqşünaslıq" ixtisasının 3-cü kurs tələbəsi Uğur Tərlanlı "Konstitusiyanın hüquq yaradıcılığında rolu və əhəmiyyəti" mövzusunda təqdimatlarla çıxış ediblər.

TƏCİLİ XƏBƏR İDDİA-Bakıda Hökməli Qoç ləqəbli şəxs Qarabağ qazilərini döydürdü

Bakıda Hökməli Qoç ləqəbli şəxs Qarabağ qazilərini döydürdü

Yol polisi bu yolda təmiri niyə dayandırdı? ŞOK SƏBƏB - VİDEO
Hərəkət hissəsinin daraldılması məqbul hesab edilməyib

Paytaxtın Abbasqulu Abbaszadə küçəsində aparılan təmir işləri, həmin ərazidə yaşayan sakinlərin və sürücülərin narazılığına səbəb olub. Yol-xeber.az xəbər verir ki, A.Abbaszadə küçəsində asflat örtüyünün və səki daşlarının yenidən qurulması layihəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur. Bu layihədə görülən işlər nəticəsində yolun hərəkət hissəsi daraldığı üçün, Bakı şəhər Dövlət Yol Polisi idarəsi təmir işlərinin dayandırılması ilə bağlı göstəriş verib.

Bir neçə gün öncə Bakı şəhər DYP idarəsinin, AAY Dövlət Agentliyinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin ərazini müayinə edərək yolun hərəkət hissəsinin daraldılmasını məqbul hesab etməyiblər. 
Çünki yolun kənarında avtomobillər park edilən zaman tıxaclara səbəb olacaq.

Onu da qeyd edək ki, ötən il sözügedən küçədə bütün səki daşları bahalı materiallarla dəyişdirilmişdi.

Image may contain: 21 people, indoor

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 9 noyabr Bayraq Günü münasibətilə Aşıq Şəmşir müzeyində Bakı şəhərində fəaliyyət göstərən 56 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdlərinin iştirakı ilə tədbir keçirib.

Tədbirdə Bayraq Gününün əhəmiyyətindən bəhs olub, bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolokası haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin nüfuzu günbəgün artır, ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Xüsusi vurğulanıb ki, 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yoluna qədəm qoyan müstəqil dövlətimiz hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində inkişaf edir. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük uğurlarımız var və heç şübhəsiz üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaqdır.
Tədbir iştirakçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bayram tədbirində 56 saylı məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Image may contain: 7 people, people standingImage may contain: 24 people, people sitting and indoorImage may contain: 16 people, people smiling, indoorImage may contain: 11 people, people standing


Ucarda yol polisi sürücülərə bayraq hədiyyə edib - VİDEO
Sürücülər DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər

Ucar Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibəti ilə “Hər sürücüyə bir bayraq” aksiyası keçirilib. Aksiyada, Yol Polisi ilə yanaşı, rayonun digər dövlət qurumlarının əməkdaşları da iştirak edib.
Yol polisi əməkdaşları sürücüləri bu əlamətdar bayramla əlaqədar təbrik edərək, onlara üçrəngli bayrağımızı hədiyyə ediblər. Aksiya sürücülər tərəfindən də maraqla qarşılanıb və onlar DYP əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Yol-xeber.az saytı olaraq yol polislərinin bu cür nümunəvi xidmətini alqışlayır və xidmətlərində uğurlar arzu edirik.

“Koroğlu”dan gəlib-gedənlərin nəzərinə!
Avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edəcək

Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən “Koroğlu” istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib. 

Səhər saatlarından etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib. 

Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar. 

Baş nazirdən sürücülük vəsiqələri ilə bağlı mühüm — QƏRAR

Baş Nazir Əli Əsədov “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.
Qərara aşağıdakı dəyişikliklər edilib:

- Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Təsviri” üzrə:

1. 1.2.1-ci yarımbənddə “(OVİ – opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin;

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.”.
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:

- 1.1.1-ci yarımbəndə “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra “, “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və “İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilsin;

- 1.1.3-cü yarımbənddə “yazılmasını və oxunmasını” sözləri “mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi ¬çıxarılsın;

- 1.1.4-cü yarımbənd ləğv edilsin;

- 1.1.6-cı yarımbəndə “həddində” sözündən sonra “, informasiya sistemi “Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilsin;

- 1.1.10-cu yarımbənddə “(OVİ - opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin.

Xəbər lenti