Bakıda yeni polislər işə başlayır - VİDEO
Məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir

Turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri dəönə bilər.

Yol-xeber.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.

 

Kənan Quluzadə Turizm polisi ilə bağlıda məsələyə toxunub.Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.

Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin buradaxüsusi yer tutur.bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.

Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir. Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb deyə o əlavə edib.

Prezidentin yeni köməkçisi kimdir? — DOSYE


Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edilib.
Ş.Mövsümovun tərcümeyi-halını təqdim edir.

Ş.Mövsümov 1972-ci ilin 31 yanvarında anadan olub.

1990-1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

1995-2005-ci illər Milli Bankda (indiki Mərkəzi Bank) beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2003-2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini bitirib.

2005-2006-cı illər Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışır.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavinidir.
2006-2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.

2006-2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.

15 iyul 2016-cı ildən Azərbaycan Maliyyə Sabitliyi Şurasının üzvüdür.

5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvüdür.
Şamaxinkada tikilən keçiddən sürücülərin başına qığılcım tökürlər - VİDEO
Hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilmir

Paytaxtın Şamaxinka kimi tanınan ərazisində aparılan təmir işləri zamanım təhlükəsizlik qaydalarına riayət edilmir. Yol-xeber.az xəbər verir ki, həmin ərazidə qurulan yerüstü piyada keçidində aparılan qaynaq işləri zamanı heç bir təhlükəsizlik tədbirləri görülməyib. Qaynaq zamanı qığılcımlar həm ətrafa, həm də avtomobillərin üzərinə düşərək onlara ziyan vurub. Həmin ərazidəki insanlar öz iradlarını bildirsə də, işçilər heç bir məhəl qoymayıb. 

Avtomobil Yolları Haqqında Qanunun 40-2 ci maddəsində qeyd olunub ki, "Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol təsərrüfatı orqanlarının işçilərinin və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin olunmalı və yol hərəkəti düzgün təşkil edilməlidir".  Qanunvericilikdə təhlükəsizliyin təmin edilməsi qeyd olunsa da, təəssüf ki, bu tələb kağız üzərində qalıb.

 

Etibarnaməni elektron qaydada necə əldə etmək olar? - QAYDALAR - VİDEO
Oxuyun ki biləsiniz

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayıb.
Yeni sistemlə vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək.
Sistemdə vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitə sistemdə çıxır. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə bilirsiniz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə yönləndirilir. Daha ətraflı videomaterialda:

 

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 29-da Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin Sumqayıt ŞPİ-də qəbulunun keçirilməsi nəzərdə tutulub. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

 

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Gömrük Komitəsi avtomobil parkımızı yeniləməyə niyə imkan vermir? - At-araba nəqliyyatına qayıdaq?
Daxili yanma mühərrikli avtomobillərin idaxalı da rasional şəkildə asanlaşdırılmalıdır

"Dövlət Gömrük Komitəsi rəhbərliyinin ən son mətbuat konfransında əsas mövzu avtomobillərin dövriyyəsi oldu. Maraqlı və ziddiyyətli fikirlər sələndi. Onlardan bəzilərini real vəziyyətlə təhlil edəndə daha ciddi ziddiyyətlər ortaya çıxır." Bunu hüquqşünaş Ərşad Hüseynov bidirib. Onun sözlərinə görə, 2018-ci ilin yekununa əsasən, ölkəmizə 1 milyon 170 min 672 ədəd minik avtomobili olub. "Onların təxminən 76,6 %-inin (896307 ədəd) yaşı 10 ildən yuxarıdır. Ən acınacaqlısı isə odur ki, bu avtomobillərin təxminən 42,2 %-I (482112 ədəd) sovet dövrünün marka və modelləridir (Zaporojets, Oka, VAZ-ın köhnə modelləri, QAZ, UAZ və s.). Hələ bura Avropa Asiya, ABŞ , istehsalı olsa da, 1980-90-cı illərin avtomobillərini də əlavə etsək, lap qorxunc olar."
Hüquqşünas hesab edir ki, yol hərəkəti təhlükəsizliyi baxımından bunu şərh etməyə ehtiyac yoxdur, çünki vəziyyət təxminən belədir: “metallom” üzərində şütüyürük.
"Son 3-4 ildə avtomobil idaxlı ilə bağlı maliyyə-gömrük siyasətindən və Komitənin son açıqlamalrından aydın olur ki, ölkəyə avtomobil idxalı şərtləri bir qədər də sərtləşəcək (məsələn, deyilir ki, yaşı 7-dən artıq olan avtomobillərin idaxlı qadağan ediləcək və s.). Özü də az qala heç bir fərq qyulmadan. Elektromobilər və hibridlər üçün də hər hansı güzəşt və xüsusi təşviqdən söhbət getmir...
Yaxşı tutaq ki, bunu ekoloji, yol hərəkəti və digər təhlükəsizlik məqsədi ilə edirsiniz. Amma cəmiyyətin mobilliyi də təmin olunmalıdır axı, insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər. Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Onda gəlin avtobus parkımıza baxaq. Yenə də rəqəmlər.
2018-ci ilin yekununa əsasən, ölkəmizə 30 min 704 ədəd avtobus olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində). Onların təxminən 80,2 %-inin (24620 ədəd) yaşı 10 ildən yuxarıdır. Deməli, avtobus parkı lap dəhşət vəziyyətdədir. Xatırlatmaq istəyirəm ki, yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır. Ən maraqlısı odur ki, ötən il sıxılmış qazala işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı.
Maraqlı bir sual çıxır: Cənablar, biz mobilliyimizi necə təmin edək? At-araba nəqliyyatına qayıdaq?..
Hesab edirəm ki, belə yanaşma “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir. Çünki Proqramda da əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrini idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. Ona görə də düşünürəm ki, hazırda qüvvədə olan vergi və rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır. Xüsusən avtobusların, hibrid və elektromobillərin idxalı xeyli asanlaşdırılmalıdır. Digər daxili yanma mühərrikli avtomobillərin idaxalı da rasional şəkildə asanlaşdırılmalıdır."
Yol polisi şimal bölgəsində marrifləndirici tədbirlər keçirib - FOTO
Şagirdləri maraqlandıran suallar cavablandırılıb

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşları Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında magistral yola yaxın ərazilərdə yerləşən məktəblərdə maarifləndirici tədbirlər keçirib. Yol-xeber.az xəbər verir ki, tədbirdə polis əməkdaşları, məktəblərin rəhbərliyi və şagirdlər iştirak ediblər. Qeyd olunub ki, bu cür görüşlərin keçirilməsində məqsəd şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etmək və gələcəyimiz olan uşaqları baş verə biləcək yol qəzalarından qorumaqdır. Həmçinin balacalara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, təhlükəsizlik qaydaları izah olunub, iştirakçılarla yol mədəniyyətinin yüksədilməsi barədə maarifləndirici söhbətlər aparılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məktəblərin giriş hissəsinə Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı maarifləndirici materiallar əks olunmuş plakatlar vurulub.

 

Polisdən İqbal Ağazadənin şikayəti ilə bağlı AÇIQLAMA
Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Yol-xeber.az xəbər verir ki, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır.

 

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Astarada polis əməkdaşları qanvermə aksiyasında fəal şəkildə iştirak ediblər
Talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq

Həkim-hemotoloqlarının iştirakı ilə Astara Mərkəzi Rayon Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu cür xeyirxah və nəcib aksiyalarda iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkən uşaqlara öz dəstək və diqqətlərini nümayiş etidirblər. Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan veriblər.

 

Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

AZAL Bakı-Dubay aviareysi üzrə uçuşların sayını artırır
Bakıdan Dubaya və əks istiqamətə hər gün iki dəfə uçacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2019/2020-ci ilin qış cədvəli çərçivəsində Bakı-Dubay aviareysi üzrə birbaşa uçuşların sayını artırır.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, hazırda sözügedən aviareys üzrə həftənin hər günü, gündə bir dəfə olaraq uçuşlar həyata keçirilir: "Noyabrın 29-dan etibarən isə gələn ilin yanvar ayınadək uçuşların sayı iki dəfə artırılacaq. Yəni şirkət Bakıdan Dubaya və əks istiqamətə hər gün iki dəfə uçacaq".

Aviaşirkətdən həmçinin bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar "Airbus" tipli təyyarələrlə yerinə yetirilir.

Xəbər lenti