Bakıda daha bir yol çökdü: "Kamaz" asfalta girdi - FOTO
Ərazidə "Azərsu" iş aparıb

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsədbəsində yeni çəkilmiş yol çöküb. Yol-xeber.az xəbər verir ki, hadisə İmam Rza (ə) məscidinin yerləşdiyi küçədə baş verib. "Kamaz" markalə su maşını hərəkətdə olarkən qəfildən təkərinin biri asfalta girib. 

 

Qeyd edək ki, ərazidə bir müddətdir "Azərsu" qazıntı iləri apararaq su çəkir. Daha sonra isə qazılan ərazilərin üstünə asfalt vurulur. 

 
Vilayət Eyvazov yol polisinə yeni rəis təyin etdi


Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daşkəsən rayon Dövlət Yol Polis Bölsinə yeni rəis təyin edilib.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Verilən məlumata görə, əmrə əsasən polis mayoru İldırım Əliyev Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin edilib.
Yeni rəis bu vəzifəyə qədər Şəmkir rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkcisi vəzifəsində çalışıb.
Yol polisinin gözü qarşısında "protiv" gedən sürücülər - VİDEO
Tıxac olduğu üçün bəzi sürücülər əks yola çıxır

Bakıda kütləvi şəkildə qaydaları pozan sürücülər kameraya düşüb. Yol-xeber.azxəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib. Rıxac olduğu üçün avtomobillər əks istiqamətə çıxaraq hərəkət ediblər. Maraqlıdır ki, ərazidə YPX maşını görünsə də sürücülər qayda pozmağa davam edirlər. Görüntüləri təqdim edirik:

 

 
Bibiheybətdə sürüşməyə görə yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb - FOTO
Sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir


Bakıda yolda sürüşmə baş verib. Yol-xeber.azın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

 
Bakı metrosunda yenə nasazlıq yarandı
Gecikməyə səbəb qatarda yaranan nasazlıq olub

Bu gün qatarların gecikməsi səbəbindən “Bakı Metropoliteni”nində sənişin sıxlığı yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, gecikməyə səbəb qatarda yaranan nasazlıq olub:

 

“Səhər saat 08:30 radələrində metronun “Həzi Aslanov” stansiyasında qatarda nasazlıq yaranıb. Maşinist qatarda nasazlıq ehtimalı ilə qaydalara uyğun olaraq əlavə baxış keçirib. Nəticədə qatar stansiyada 4 dəqiqə yubanıb”.

Qeyd edək ki, dünən səhər saatlarında da qatarlarda problem yaranmış, iki stansiyada hərəkət dayanmışdı. 

Bunu edən sürücülər 40 manat cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ
Bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq

Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.
Ümumiyyətlə belə halların qarşısını almaqdan ötrü sürücülərə cərimələr tətbiq edilirmi?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a məlumat verib." Təbii ki, biz hər zaman olduğu kimi, hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar. Yağışlı hava ilə əlaqədar yollarda su gölməçələri yaranır.

Sürücülərə dəfələrlə xəbərdarlıq edilir ki, yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar, sürət həddini azaltsınlar. Hərəkət iştirakçıları unutmasınlar ki, çirkli suları piyadaların üzərinə sıçratmaq yolverilməzdir. Eyni zamanda, piyadalara da bildirilir ki, hava şəraitinin yağışlı olmasını nəzərə alıb, geyimlərinə fikir versinlər. Sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı geyimlər geyinsinlər. Çünki ən azından sürücüləri də nəzərə almaq lazımdır. Gecə vaxtı qara paltar geyinmiş piyadanı sürücü bəzən görmür, nəticədə isə yol nəqliyyat hadisəsinin baş verməsi halı qaçılmaz olur”.

 

Rüfət Quliyev bildirib ki, sürücülərin piyadaların üzərinə çirkli su sıçratmaları ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.5 -ci maddəsində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”.

Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq - FOTO
Arxa yan şüşələrdəki plyonkaya görə cərimə yazılmayacaq

Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlayacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq. Yol-xeber.az xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.

Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir. Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür. Bu isə yol nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır. 
Göygöl Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub
Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb

Göygöl Rayon Polis Şöbəsinə yeni rəis müavini təyinatı olub. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Emil Həsənov Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

 

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Ekologiya postu söküləcək - VİDEOBakı -Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.

Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı -Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.

Prezidentə müraciət edən vətəndaşın bank borcu bağlandımı? (Açıqlama)


Xəbər verdiyimiz kimi noyabrın 19-da Bakı Dəmiryolu Vağzalının qarşısında Prezidentə yaxınlaşan vətəndaş Məmmədova Səmayə İbrahim qızı “Bank of Baku”ya olan borcunun və Qərb Universitetinin tələbəsi olan nəvəsinin təhsil haqqının ödənməsini xahiş edib.

“Məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna “Bank of Baku”da Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva cavab verib.

G.Cumayeva bildirib ki, borclu vətəndaşın dövlət başçısına etdiyi müraciətin nəticəsi bəllidir: “Məsələ müsbət həllini tapıb”.

Xəbər lenti