![]() |
|
Bunun üçün vətəndaşlarda bir çox suallar yaranır. Bu ödənişi kimlər, necə və haradan ala bilər?
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev İTV-də birbaşa sualları cavablandırıb.
Nazir müavini mövzu ilə bağlı bütün suallara cavab verib.
Vətəndaşlar necə bilsin ki, onlar qeydiyyata alınıb,ya yox. Nazir müavini bildirib ki, bunun üçün vətəndaşlara mesaj gələcək.
Nazir müavini bildirib ki, 2 gün müddətinə müraciət edənlərə ödənişlərin edilməsinə başlanılacaq.
Nazir müavini bildirib ki,190 manat ödənişdən əlavə çoxuşaqlı ailələrə əlavə yardım da edilə bilər. Anar Əliyev bildirib ki, Dövlətin bununla bağlı başqa proqramları da var.
"142 çağrı mərkəzinə müraciət etməklə imkansız ailələr müxtəlif ərzaq vasitələri əldə edə bilər.", deyə nazir müavini bildirib.
Həmin müsahibəni təqdim edirik:
Bunu Mərkəzi Bankın İH sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Millət vəkili Aydın Mirzəzadə Milli Məcliisn bu gün keçirilən iclasında koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi katantin dövründə bankların vətəndaşların kredit fazilərinin dondurulmasını təklif edib.
Onun sözlərinə görə, karantin rejimində insanlar işləmədiyindən banklar 2-3 ay müddətində kredit fazilərini dondursa yaxşı olar. “Vətəndaşlar tərəfindən bu istiqamətdə xeyli sayda müraciət daxil olur”- deputat bildirib.
Məsələyə cavab verən Mərkəzi Bankın İH sədri Elman Rüstəmov deyib ki, bu istiqamətdə işlər gedir və zamanı gəldikdə məlumat veriləcək.
Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
"Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub.
Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.
Sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə - Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.
Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikinsinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.
Bu sözləri lent.az-a yol polisinin apardığı yoxlamalardan danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, mövcud rejimin təmin edilməsi üçün yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda Bakıda aparılan bütün yoxlamalar karantin rejimi ilə əlaqədardır. İcazəsiz evdən çıxanlar müəyyən edilərək saxlanılır və qanunauyğun tədbirlər görülür. Belə yoxlamalar Bakıda bir çox yerlərdə, yol polisinin xidmət apardığı bütün məntəqələrdə həyata keçirilir".
Qeyd edək ki, paytaxtın Azadlıq prospekti, Zabrat dairəsi və.s yerlərində yoxlamalar aparılması barədə sosial şəbəkələrdə bir sıra məlumatlar paylaşılıb."Bakı şəhərində aparılan bütün yoxlamalar karantin rejimlə əlaqədardır".
Mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur.
Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Vəziyyətdən asılı olaraq, koronavirusa yoluxma hallarında artım müşahidə edilərsə, həkimlər arasında səfərbərlik elan edilə bilərmi?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə müzakirə aparılmır.
Eyni zamanda, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.
COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq, müraciət edə bilər.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxan şəxslərdən 8 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, 53 300 test aparılıb.
Bunu Bakı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, martın beşinə kimi bayram müddətində biz əhalinin rayonlara getməməsini tövsüyyə etsək də, insanlar buna əməl etmədilər.
'' Biz deyirdik ki, hər kəs yaşadığı yerə qayıtsın. Səbəb də o idi ki, onlar virusu ətrafında olanlara yoluxdura bilərdilər. Bugün rayonlarda virusa yoluxanların olmasına səbəblərdən biri də odur. Hətta xəbərdarlıqlara da əhəmiyyət verilmədi. DYP əməkdaşları tərəfindən bu səbəbdən xüsusi karantin rejimini pozduğuna görə 1499 nəfər cərimə edilib.''
Başqasını yoluxdurmaya görə də cəzaların tətbiqi nəzərdə tutulur.
"Əgər həmin şəxs digər şəxslərin yoluxmasına səbəb olarsa, bu halda, həmin şəxs cinayət məsuliyyəti daşıyır və o, artıq Cinayət Məcəlləsinin 39-1-ci maddəsinə müvafiq olaraq onun azadlığı ya 3 il müddətinə məhdudlaşdırılır və ya o, 3 ilədək azadlıqdan məhrum edilir".
"Report" xəbər verir ki, bu gündən Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə pensiyaların ödənilməsinə başlanılır.
Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə ayın 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə ayın 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə ayın 15-də ödənilməsi müəyyən edilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.
Pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.
Xüsusi karantin rejimi müddətində pensiya, müavniət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.
Hər hansı sual olacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
REAL xəbər verir ki, ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bu mövzuda məlumat verib:
"Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilən icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər.
Bunun üçün "İcazələr" bölməsində sətirlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən "PDF" düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək".