Azərbaycan gəncləri Qarabağda zəfər nidasını qoymağa tam hazırdır
 
"Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsi idi. 28 illik Qarabağ həsrətinin artıq sona çatacağının sevinc sədasıdı... İllərdir yurd-yuvasından didərgin düşərək vətən həsrəti ilə yaşayan kəlbəcərlilərin, şuşalıların, laçınlıların, xocalıların, ağdamlıların və digər məcburi köçkün yurddaşlarımızın ümid harayıdı...
 
Bu, Ali Baş Komandan İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırış mesajı idi...
 
Və 10 milyonluq Azərbaycan xalqı, dünyada yaşayan bütün soydaşlarımız Prezident İlham Əliyevə məxsus bu qələbə paroluna səs verdi, bu çağırışa qoşuldu, dəstək aksiyaları düzənlədi, hərəkatlar başlandı...
 
Bu gün bütün fəaliyyət istiqamətlərimizin yalnız bir ünvanı var: Qarabağ...
 
Artıq dünya bu faktı qəbul etmək məcburiyyətindədir: Qarabağ Azərbaycandır və nida işarəsi...
 
Hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir ki, qələbə sevinci uzaqda deyil.
 
Prezident-xalq birliyi zəfərə gedən yolumuzun açarıdır. İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyevin son bəyənatı, "Valday” Beynəlxalq Diskussiya Klubunda "Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi bir daha işğalçı Ermənistana çox ciddi mesaj oldu. Bu ölkənin baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi cəfəng, məsuliyyətsiz bəyanatının üstündən qırmızı bir xətt çəkdi.
 
İlham Əliyev daha bir erməni uydurmasını ifşa etdi: "Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın münaqişəyədək birlikdə yaşayan azərbaycanlılardan və ermənilərdən ibarət əhalisi vardır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır!”
 
Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır!
 
İlham Əliyevin "Qarabağ Azərbaycandır!” nidasını səsləndirməsi Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi, yurdlarına dönəcəklərinə ümidlərini artırdı.
 
O cümlədən biz gənclərdə də qələbə əhvalını yüksəltdi. Azərbaycan gəncliyi bu müqəddəs çağırışa hazırdır və bütün gücü ilə bu nidaya dəstək verməyə, vətənə borcunu yerinə yetirməyə qadirdir. Eyni zamanda virtual aləmin imkanlarından da istifadə edib sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyət istiqamətlərimizi genişləndirməliyik. Qarabağa dair bütün tarixi, sənədli faktları dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq, yalançı erməni təxəyyülünün məhsulu olan uydurma xəbərlərə qarşı mübarizə aparmaq da məhz biz gənclərin üzərinə düşür.
 
Əminəm ki, bu haqq işdə uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu inam isə Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin uzaqgörənliyindən, qətiyyətindən doğur. Şanlı, qüdrətli Azərbaycan ordusunun zəfər əzmindən irəli gəlir. Biz hər zaman sülh tərəfdarıyıq, amma ana torpağımızın hər qarışı uğrunda çarpışıb vuruşmağı, lazım gəlsə canımızdan belə keçməyi də bacarırıq. Elə bircə Lələtəpə qələbəsində igid ordumuzun əsgərlərinin qəhrəmanlıqlarına, şücaətlərinə nəzər salmaq kifayətdir...
 
Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri sırasındadır. Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlər ilə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir.
 
Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün uzaqda deyil.
 
Buna görə də, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Artıq bu cinayətkar qruplaşmanın yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdən keçir...
 
Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda, Cəbrayılda, Zəngilanda və işğal altında olan hər qarış torpağımızda dalğalanacaq...
 
Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır... Bu, dünya var olduqca belə olub və indən sonra da belə olacaq...
 
Həbib MİSİROV,
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini
Image may contain: 8 people, people smiling, people standing and outdoor
Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert baş tutmuşdur. Konsert proqramından Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalları iştirak etmişdirImage may contain: 3 people, people standing, sky, crowd and outdoorImage may contain: 7 people, people standing and outdoorImage may contain: 4 people, people standing, crowd, night and outdoor

Məmurlar xidməti avtomobili şəxsi işləri üçün istifadə edə bilərmi? - VİDEO
Bu birmənalı olaraq qadağandır

Türkiyədə bələdiyyə sədrinin xidməti avtomobillə gəzintiyə getməsinə vətəndaşlar etiraz edib. Yol-xeber.az xəbər verir ki, bələdiyyə sədrinin bu özbaşnalığını vətəndaşlar videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Onlar bələdiyyə sədrinə istirahət günü xidməti avtomobildən istifadə etdiyinə görə irad bildirib.
Sədr vətəndaşların iradının qarşısında bir söz tapıb deyə bilmir.
Qeyd edək ki, bizim ölkədə də bir çox məmurlar xidməti avtomobilləri ilə istədikləri yerə gedirlər. Bəzən ailə avtomobili kimi də istifadə edərək məişət problemlərini həll etməyə həmin xidməti avtomobillə gedirlər. Bu isə birmənalı olaraq qadağandır. Adından göründüyü kimi "xidməti avtomobil" yalnız işlə bağlı xidmətdə isifadə oluna bilər.

 

Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib
Bu barədə “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişkilik edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişkilik edib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, bu Qaydalar “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir:

- “B”, “C”, “D” ;

 

- “BE”, “C”;

- “B”, “CE”.

1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir;

- “BE”, “C”, ”D”;

- “B”, “CE”, “D” ;

- “B”, “C”, “DE”.

Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış “Sürücülərin ixtisas sinfi üzrə komissiya” (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.

İndiyə qədər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılıblar. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülər barədə məlumatı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edib.

Dəyişikliyə əsasən, bundan sonra işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə müəyyənləşdirəcək və həmin sürücüləri bu barədə məlumatlandıracaq. Eyni zamanda işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edəcək.

Yol polisi sərxoş halda yaxalanan sürücülərin sayını AÇIQLADI
9 ayda 5662 sərxoş sürücü saxlanılıb

“2019-cu ilin 9 ayı ərzində 5662 sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı  aşkarlanıb”. Yol-xeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 333.1.maddəsinə görə, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

333.2. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

 

 

333.3. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək?
“7-ci Sallaqxana”, “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal”...

“Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov söyləyib. O qeyd edib ki, müraciətlər daxil olduqca addım atılır: “Məsələn, bir neçə ay əvvəl müraciət əsasında daha bir küçənin adı dəyişdirildi. Nəsimi rayonunda yerləşən küçələrdən birinə bəstəkar Süleyman Ələsgərovun adı verildi. Belə müraciətlər olur və biz həmin küçələrin adlarının yenilənməsinə çalışırıq”.

 

Qeyd edək ki, Modern.az bir müddət öncə Bakıda qəribə adları hələ də saxlanan küçələrin siyashısını gündəmə gətirmişdi. Binəqədi rayonunda yerləşən “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci - 15 ci sıra küçələri”, “Vorovski”,  “Xutor”, Yasamal rayonu ərazisindəki  “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” küçələri, “İnşaatçılar” prospekti və s. kimi küçələr həmin siyahıda yer alıb.

“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olundu
“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olunub.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Hər üç stansiya saat 17:00-dan sərnişinlərin girişinə açıqdır”, - deyə məlumatda qeyd olunub. 

 ***

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

"Bakı Metropoliteni" QSC-dən "Ölkə.Az"a verilən məlumata görə, qurum bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcəkdir. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.

Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Avtobuslar əvvəlki yoluna qayıtdı
“28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət edirlər.

***

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən, “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.

İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən, “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.

Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.

İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.

Bakıda yol polisində mühüm dəyişiklik - Nazirdən əmr
Bakı DYP-ə yeni müavin təyin olunub
Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edib. Yol-xeber.az-ın  əldə etdiyi məlumata görə, nazirin əmri ilə Beyləqan rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşid Piriyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib. Bununla da Bakı şəhər DYP-də rəis müavinlərinin sayı 4-ə çatıb.

Müəyyən ləngimələr olsa da Azərbaycan hazırda sığorta sisteminə adaptasiya dövrünü yaşayır. Bir çox sığorta şirkətləri isə hazırkı dövürdən istifadə edərək, xeyirdə qalmağı zərərçəkənlərin ehtiyacından üstün tutur, uyğunluq təşkil etməyən qaydalar, şərtlər irəli sürürlər. Son zamanlar sığortalı və sığortaçılar arasında forma 4 arayışının fonunda söz-söhbətlər səngimir. Sürücülərin təbirincə desək, ehtiyac olsa da, olmasa da sığorta şirkəti zərərçəkəndan forma 4 arayışını tələb edir. Elə bu problemlə bağlı İqtisadiyyat.az saytına şikayət ərizəsi yollayan Mahir Zeynalov da “Günay” sığorta ilə aylar əvvəl baş vermiş qəzanın çəkişməsini yaşayır.
 
“İki ay əvvəl Ağ şəhərdə maşınımı vurdular. Dövlət Yol Polisi də hadisə yerinə gəldi, baxış keçirildi və sənədləşdirildi. Təyin edildi ki, vuran maşının sığortası mənim maşınıma dəyən zərəri ödəməlidir. Sözsüz-söhbətsiz razılığa gəldik. Amma həmin maşının sığortası “Günay” sığorta hələ də ödənişdən boyun qaçırır. Mənə 100, 150 manat təklif edirlər, halbuki 350 manat dəyərində zərərim var. Məndən bu zərər üçün forma4 tələb edirlər”.
 
Sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə forma4-ün tələbi ilə bağlı şərtlər var. Bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindən forma 4 arayışını gətirməyi tələb edirlər. Hadisə zamanı zərərçəkmişə dəyən zərər 1000 manatı ötürsə, sürücülər arasında problem yaşanırsa forma4 şərtdir. Bu sənədin tələbi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub.
 
 
“Ehtiyac olmadığı halda sığorta şirkətlərinin belə tələb səsləndirməsi əsassızdır. Bu hadisədə Bakı Dövlət Yol Polisinin protokolu kifayət edir. Son zamanlar bu mövzu ilə bağlı şikayətlər artıb. Bütün sığorta şirkətləri birmənalı olaraq forma4-ün doldurulmasını istəyir. Amma qanunvercilikdə tələb olunur ki, 1000 manatdan aşağı olan məbləğlər üçün bu arayışa ehtiyac yoxdur. Bu məsələlərin həlli birbaşa olaraq Maliyyə Bazarlarının Nəzarət palatasının üzərinə düşür. Palata bu məsələləri araşdırıb, öz hüquqi qiymətini verməlidir. Çox təəssüflər olsun ki, şikayətlər çoxdur, palata isə bu məsələnin üzərində ciddi dayanmır” deyə sığorta eksperti İlkin İbrahimov bildirib.
 
 
Şikayətlə bağlı isə “Günay” sığortadan bildirildi ki, “İcbari Sığortalar haqqında” Qanunun tələbinə əsasən səlahiyyətli dövlət orqanına, yəni DYP-ə arayış alınması üçün dəfələrlə sorğu göndərilsə də heç bir cavab verilməyib. Qanunvericiliyin tələbini nəzərə alaraq hal-hazırda qeyd olunmuş iş üzrə sığorta ödənişinin verilməsi imkanlarımız xaricindədir. Bununla bağlı da tərəflərə də məlumat verilib.
 
Göründüyü kimi tərəflər məsələni bu şəkildə təqdim edərək, problemi bir-birlərinin üzərinə atırlar. Nəticədə hadisələr həlsiz qalmaqla yanaşı, günbəgün sayı artır. Ekspertin də dediyi kimi bunun başlıca səbəbi Maliyyə Bazarlarına Nəzarət palatasının məsuliyyətsizliyidir. Pafoslu çıxışlarla verilən vədlər havada qalır. Anomal hal isə xalq arasında məlum qurumlara olan etibarı sarsıdır. Görünən isə odur ki, avtomobillərin icbari sığortasını edən bu şirkətlərin prioriteti başqadır. Avtomobilin icbari sığortasının vaxtının bitməsinə iki, üç ay qalmış sığorta şirkətləri gecə-gündüz müştərilərini dəng edir, qəza olan zaman da sürücü iki, üç ay ödəniş üçün həmin şirkətin arxasınca sürünür. Bunun adı boşluqdur, işini bilməməkdir, qanunsuzluqdur və ya hər nədirsə, bu bizi yalnız inkişafdan saxlamır, həm də töhmət altında saxlayır. Yəqin ki, dalana dirənmiş bu sığorta problemlərinə tez zamanda hüquqi qiymət verilərək, həllinə nail olunacaq!   /bakupost.az/

Xəbər lenti