DYP-dən çoxdan gözlənilən addım - FOTO
Yol Polisinə dəstək” qrupları

«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai iştirakçılığın müxtəlif formalarından, o cümlədən vətəndaş cəmiyyəti institutlarının imkanlarından səmərəli istifadə edilməsi, habelə aktiv həyat tərzi sürüən, ictimai fəallığı ilə fərqlənən ayrı-ayrı şəxslərin təbliğatçı qismində cəlb edilməsi kimi məsələlərin həlli ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülməkdədir.

Belə ki, yol hərəkəti iştirakçıları arasında təhlükəsizlik tədbirlərinə dönmədən riayət edilməsi vərdişlərinin aşılanması, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şürlu yanaşmanın təmin edilməsi məqsədilə bir sira təşkilati-hüquqi işlər görülmüş, eyni zamanda yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat, təşviqat və maarifləndirmə işinin daha da gücləndirilməsi üçün mütəxəssislərin, ictimaiyyət nümayədələrinin və ələlxüsus gənclərin potensial imkanlarında səmərəli istifadə olunmasına çalışılıb.

Aktiv həyat tərzi sürən hər bir şəxsin potensial təbliğatçı olması və ictimai vəzifələrini yerinə yetirərkən yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhvələr verməsi üçün ən real güc olan könüllülərin bu sahədə fəal iştirakçılığına nail olunması istiqamətində də təşviqat və maarifləndirmə işləri aparılıb.

 

“Yol Polisinə dəstək” qruplarının yaradılması, ölkəmizdə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.

Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.

Rayon ziyalılarının, ictimaiyyət, yerli icra orqanları və KİV nümayəndələrinin iştirakı ilə Salyan rayon 2 saylı tam orta məktəbdə keçirilən görüşdə ilk öncə könüllülərin hazırladıqları proqram izlənilib.

Daha sonra çıxış edən natiqlər tədbirin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verərək onlara yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə müşahidə edilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında birgə mübarizənin vacibliyindən danışıblar. Rayon ziyalıları bu səpkidə keçirilən maarifləndirmə tədbirlərinin, yol hərəkəti təhlükəsizliyinin təbligi və təşviqi işinə dəstək verən könüllülərin fəaliyyətini yüksək qiymətləndirmiş və bu hərəkatın davamlı olmasını arzulanıb.

Tədbirdə çıxış edən DİN BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenatı Mübariz Ağayev ölkəmizdə mövcud olan yol hərəkəti mədəniyyətinin daha da gücləndirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını, yol hərəkəti qayda pozuntularına qarşı mübarizədə ictimai qınaq və ictimai nəzarət mexanizmlərinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də könüllülərin DYP ilə əməkdaşlıq istəyinin DİN tərəfindən yüksək qiymətləndirildiyini bildirilib.

DİN BDYPİ tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə xidmət edən və qanuna uyğun şəkildə keçirilən istənilən formalı sosial layihələri, sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə atılan hər bir addımı dəstəklədiyini, bu sahədə birgə əməkdaşlığa hər zaman hazır olduğunu diqqətinə çatdıran Mübariz Ağayev, təmsil etdiyi qurum adından görüş iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirmiş, qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əminliyini ifadə etmiş və qazanılmış müsbət təcrübənin ölkəmizin digər bölgələrində yayılmasının təmin ediləcəyini vurğulanıb.

Görüşün sonunda, DİN BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenatı Rüfət Quliyev tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.

 
Bakı metrosunda qatarın qapıları açılmayıb, vaqonların işıqları sönüb
Hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb

Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qapıların açılmamasının yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olduğunu qeyd edib: “Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa, bu həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.

Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar.

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qapıların açılmamasının yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olduğunu qeyd edib: “Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa, bu həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.

Azərbaycan Hərbi Dəniz Qüvvələri taktiki təlim keçirir
Gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkilidir.

Təlimdə qüvvələrin idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilir, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır.

Belarus Respublikasının  paytaxtı Minsk şəhərində keçirilən  MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı  Şurasının 71-ci iclası çərçivəsində  Azərbaycanla Özbəkistan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri  tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

 “Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

"Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq
Tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir

Yaxın zamanlarda "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir: “Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək üçün audiobələdçilərə başqa dillər də əlavə ediləcək. Bunlar çin, ərəb, türk və hind dilləridir. Qiymətlərə gəldikdə isə heç bir bir dəyişiklik olmayacaq. Xaricilər üçün ödəniş 20 manat, yerli sakinlər üçün 5 manatdır, uşaq və yaşlılar üçün isə ödənişdə 50 faiz endirim var. Yeni istiqamət növbəti ilin sonuna kimi istifadəyə veriləcək”.

R.Bağırov "Baku City Tour"a olan tələbatdan da danışıb: “Mövsümdən asılı olaraq, turizm marşrutuna tələbat dəyişir. Mart ayından oktyabr ayının əvvəlinə kimi tələbat daha çox olur. Həmin aylarda elə olur ki, xəttə əlavə avtobuslar buraxılır”.

Mərkəzin direktoru qeyd edib ki, səhər saat 10:00-dan axşam saat 19:00-a kimi insan sayından asılı olamayaraq, avtobuslar hər gün xəttə çıxırlar. Azadlıq meydanından başlayan tur təqribən 1 saat 30 dəqiqə çəkir və hər dayanacaqda 2 dəqiqə dayanmaqla 25 km yol qət edilir.

Bundan sonra avtobuslarda wi-fi, su, çay, qəhvə servisi də olacaq - FOTO
“Bütün reyslər "Neoplan" markalı avtobuslarla həyata keçirilir

18 oktyabr tarixindən etibarən Şəki və Mingəçevir istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Yol-xeber.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, avtobuslar kifayət qədər komfortludur. “Bütün reyslər "Neoplan" markalı avtobuslarla həyata keçirilir. Yol boyu sürətli wi-fi, su, çay, qəhvə servisi də öz yerində. Oktyabrın 1-dən Gəncə və Qırmızı Körpü istiqamətində də reyslər fəaliyyət göstərir.

Avtobusların yola düşmə saatları:

• Bakı - Mingəçevir - 23:30

 

• Mingəçevir - Bakı - 01:00

• Bakı - Şəki - 23:30

• Şəki - Bakı - 23:30

"Beynəlxalq əhəmiyyətli yolda işlədiyinizin fərqindəsinizmi?" - Ərşad Hüseynov
"Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir"
"Bakı-Sumqayıt yolunda yenə də boru basdırma işləri səbəbindən tıxacdır. Hər halda belə işlər də görülməlidir. Qoy görsünlər, işləri avand olsun." Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Hüquqşünas hesab edir ki, bu düzgün deyil axı. "Bu gün diqqət etmişəm ki, orada 5-6 adam və 2-3 ədəd də texnika işləyir. Bu minvalla ən azı 1 ay oradan keçmək əzab olacaq. Qardaşlar, siz ölkəmizin ən yüklənmiş, beynəlxalq əhəmiyyətli yolunda işlədiyinizin fərqindəsinizmi? Camaat 1 aya 100 kilometr uzunluqda 6 zolaqlı avtomagistral tikir. Olmazmı ki, siz də texnikanızı və adamlarınızı ora töküb gecə-gündüz işləməklə bu işi 3-4 günə bitirəsiniz. Axı bu mümkündür. İnsanları da düşünmək lazımdır…
Belə işlərə icazə verməli dövlət orqanları (AAYDA, DYP) da gərək bu qaydada işlərə imkan verməsinlər."
Avtomobili olanlara şad xəbər - AZƏRBAYCANDA İLK - YENİLİK
Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək

Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

 

Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

 

 

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.


Mobil tətbiqi «App store»dən və ya «Play market» pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.


«Bu mobil tətbiq vasitəsi ilə yaxınlıqda olan notariusu da tapa bilərsiz. Hətta online formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiz. Ondan başqa rəsmiləşdirmək istədiyiniz əməliyyatın, ödənişi, kimlər iştirak etməlidir, hansı sənədlər tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq»-deyə Ağakərim Səmədzadə bildirib.


Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək: «Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə emtəklə 24 saat ərizndə istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik» – deyə dövlət rəsmisi bildirib

Polislər halı pisləşən sürücünün köməyinə çatdılar
Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Oğuz Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları Qoşqar İsmayılzadə və Camal Şıxkərimov rayonun Kərimli kəndi ərazisində xidmətdə olan zaman bir avtomobilin yolun kənarında dayandığını müşahidə ediblər. Onlar həmin avtomobilə yaxınlaşdıqda onun sürücüsünün səhhətinin yaxşı olmadığını və sükan arxasında köməksiz vəziyyətdə qaldığını görüblər. Polislər dərhal sürücünü avtomobildən düşürüb ona ilkin tibbi yardım göstəriblər, daha sonra həmin əraziyə Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarını çağırıblar. Avtomobilin sürücüsü Əlixan Əmrahov xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib. Q.İsmayılzadə və C.Şıxkərimov bu müddət ərzində də onu tək qoymayıblar. Əlixan Əmrahovun səhhəti yaxşılaşdıqdan sonra polis əməkdaşları onu evinə yola salıblar. Göstərilən diqqət və qayğıya, humanistliyə görə, Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər.
FHN əməkdaşları intiharın qarşısını alıb
Aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti