|
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Qeyd olunan işlər çərçivəsində 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edəcək.
Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılaraq, baxış qapaqları yenilənəcək.
İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə veriləcək.
Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.
Aparılan təmir işləri ilə əlaqədar olaraq, 4-6 oktyabr tarixlərində Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.
“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib. Proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir.
Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər.
Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.
Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq.
Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir.
Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir.
Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir.
Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır:
Dəmir yolu vağzalında vətəndaşların qarşılanması;
Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi;
Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi;
Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması;
“Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması;
Növbələrin təşkili;
Qatarlarda və vağzallarda sorğuların keçirilməsi.
Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.
Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq.
Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi” vakansiyası üzrə müraciət edə bilərlər.
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunda bıçaqlanan iki bacının səhhəti barədə məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovaya həkimlər bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Bildirilib ki, xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.
Xatırladaq ki, onları Ruhəngiz Mahmudovanın həyat yoldaşı bıçaqlayıb.
Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.
Axar.az xəbər verir ki, Qubadlının işğalından 26 il ötür.
Erməni işğalçıları 1993-cü ilin avqustun 31-də rayonu zəbt ediblər.
Sahəsi 80250 hektar olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər olub. Hazırda rayonun əhalisinin sayı 38 minə yaxındır. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda ölkənin 47 rayon və şəhərində məskunlaşıblar. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
İsveçrənin Sürix Prokurorluğu Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun borclarının qaytarılması üçün onun İsveçrədəki hesablarına həbs qoyub.
Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb.
Məlumata görə, İsmayılovun hesablarına həbs qoyulması üçün məhkəməyə avqustun 19-da, hazırda Rusiyanın VTB-sinə məxsus olan “BM bank” müraciət edib. Məhkəmə bankın vəsatətini iki gün sonra təmin edib.