Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək”, –  o deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Qoşa Park” yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

Anım günü avtobusların da yolu dəyişdiriləcək
Avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək

Xəbər verdiyimiz kimi, 20 yanvar faciəsinin 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Polis Yevlaxda maarifləndirmə tədbiri keçirib - FOTO
Görüşdə məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edib

DİN Mətbuat Xidmətinin Bərdə regional Yol-xeber.az-a qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Yuxarı Qarxun kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib. Görüşdə məktəbin pedoqoji heyəti, şagirdlər və valideynlər iştirak edib.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan rəis bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.

Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon söşbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov dövlətimizdə dinin dövlətdən ayrı olduğunu və ölkəmizdə yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat verib. Bildirib ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıb.

 

Sonda isə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda şagirdlərin hazırladığı müxtəlif bədii kompozisiyalar nümayiş olunub.

 
Şirvan Polis Şöbəsində 20 Yanvar faciəsi anıldı - FOTO
Azərbaycan xalqına qarşı törətdiyi görünməmiş vəhşiliklər və zorakılıqlardan bəhs edilib

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-də 20 Yanvar faciəsi qurbanlarının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə polis əməkdaşları ilə yanaşı Şirvan Şəhər Təhsil Şöbəsinin və Veteranlar Şurasının üzvləri iştirak ediblər. Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şirvan ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev çıxışında xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat verib. O, 1990-cı ilin yanvarında həmin hadisələrə ilk siyasi qiyməti bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Şöbə rəisi həmin gün həlak olmuş şəhidlərin ailələrinin və əlillərin Azərbaycan dövlətinin daim qayğı və diqqəti əhatəsində olduğunu vurğulayaraq bu kateqoriyadan olan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirib.

 

Daha sonra çıxış edən 20 Yanvar Şəhidi Elçin İmanovun atası Beydulla İmanov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri, tarixçi-politoloq Rövşən Allahverdiyev, Əmək və Müharibə Veteranları Şurasının Şirvan şəhəri üzrə şöbə rəisi Vaqif Qayıbov və Şirvan Şəhər Polis Veteranları Şurasının sədri Firidun Qəhrəmanov sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi görünməmiş vəhşiliklər və zorakılıqlardan bəhs ediblər.

 
Sabah bu yollar tam bağlanacaq - DYP-dən AÇIQLAMA
Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Yol-xeber.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Bu yolda sürücülər təhlükəylə üzləşir: DİQQƏT - FOTO
Təhlükəsizliyi təmin etmək üçün güzgü qoyulmalıdır

Heydər Əliyev prospektində olan təhlükə ilə bağlı bir neçə sürücü redaksiyamıza şikayət ünvanlayıb. Yol-xeber.az xəbər verir ki, əvvəllər Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində (Davud Aslan küçəsi ilə kəsişmədə) yolayrıcına yaxınlaşan avtomobillərin təhlükəsizliyini təmin etmək məqsədi ilə görünməyən zonanı göstərən güzgü mövcud idi. Sürücülər həmin güzgü vasitəsi ilə baş yolda hərəkət edən nəqliyyat vasitələrini rahatlıqla görüb onlara yol verirdilər. Lakin bilinməyən səbəblərə görə həmin güzgü sonradan yolayrıcından götürüldü.
Güzgünün yerinə qaytarılması üçün sürücülərdən bir neçəsi Bakı Nəqliyyat Agentliyinə müraciət edib. Müraciətə müsbət cavab verilməsinə baxmayaraq güzgü hələ də əvvəlki yerinə qaytarılmayıb. Əksinə, yolun hərəkət hissəsinə süni maneə qoyaraq sürücülərin hərəkətinə çətinlik yaradıblar.
Bu isə qanunvericiliyə ziddir.

 

Salyanda "yeni texnologiya" ilə asfalt vurulur? - Sakinlər narazıdır - FOTO
Köhnə asfalt qatı qazılmadan üstünə yenisi çəkilir

Salyan şəhərinin Nəriman Nərimanov küçəsinin bir hissəsinə asfalt örtüyü vurulub. Avtosfer.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib. Sakinlər narazılıq edir ki, köhnə asfalt örtüyünü qazımadan, qırı töküb yayıblar.  Bu "yeni texnologiya" ilə vurulan asfaltın ömrü də qısa olaxaq. Sakinlər deyir ki, uzağı iki yağışa bu yol əvvəlkindən də pis vəziyyətə düşəcək.  

Yol polisində aparılan islahatlar hansı nəticələri verəcək? - VİDEOMÜSAHİBƏ
Bakıda hərəkətin təşkilində xeyli irəliləyiş müşahidə olunur

Son günlər Dövlət Yol Polisi sistemində aparılan köklü islahatlar ictimaiyyətin diqqət mərkəzindədir. “Bakı-Xəbər TV” bu mövzunu yol hərəkəti üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ilə müzakirə edib. Avtosfer.az jurnalist Məhəmmədəli Qəriblinin müəllifliyi ilə hazırlanan həmin videomüsahibəni təqdim edir.

 

 
Bərdə rayonuna yeni prokuror təyin edildi

Bərdə rayonuna yeni prokuror təyin edilib.

“Ölkə.Az”ın xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Asəf Sarıkişiyev Bərdə rayon Prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Sarıkişiyev bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Dilqəm Əsgərovun silahı oğlundan alınıb - DİN-dən açıqlama
Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər

Daxili İşlər Nazirliyi hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun silahının müsadirə olunması ilə bağlı açıqlama verib. 

Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov  açıqlamasında bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:

“12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır . Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər. Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”.

Xəbər lenti