İçindən qum çıxan uşaq qidasını ölkəyə hansı şirkət gətirib?

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. Xəbər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub, azyaşlı uşağı olan ailələr isə təlaşa düşüblər. 

"Qafqazinfo" xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı məhsulu ölkəyə gətirən, “Nutrica” şirkətinin rəsmi distribüteri olan “İDC-2000” MMC ilə əlaqə saxlayıb.

Şirkətin direktor müavini Fuad Rzayev qeyd edilən məhsulun onlara aid olmadığını deyir. O, məhsulların qablaşdırılmasındakı fərqli məqama diqqət çəkib:

“Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb.

1998-ci ildən biz bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başlamışıq. Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub.

Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır.

2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil.

Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC” şirkəti heç bir məsuliyyət daşımır”.

Daha aydın olsun deyə hər iki şirkətə aid olan “Malyutka-2” əmtəə nişanlı uşaq yeməklərinin fotolarını təqdim edirik. Orijinal məhsulun üzərində aşağı hissədə xüsusi loqo və arxasında şirkətin adı qeyd olunub:

Şirkətin direktor müavini onu da əlavə edib ki, vətəndaşlar məhsulları alarkən bu məqamlara xüsusi diqqət etsinlər:

“İlk olaraq məhsulun istehsal tarixinə baxsınlar. Biz məhsullarımızın 100 faiz keyfiyyətli olduğuna əminik. Qablaşdırmanın arxasında yazılan şirkətə diqqət etsinlər. Satış şəbəkələrində məhsulların saxlanma şəraiti də onların keyfiyyətinə təsir göstərən amillər sırasındadır. Məhz bu səbəbdən şirkətimiz öz məhsulları ilə bağlı vətəndaşlarla birbaşa ünsiyyətdən yayınmır.

Bizim məhsullarla bağlı hər hansı sualı olan vətəndaşlar birbaşa şirkətimizin əlaqə nömrələrinə zəng edərək müraciət edə bilərlər. Həmin vətəndaşla mütləq şəkildə görüşüb, problemli məqamları araşdırıb, məsələyə aydınlıq gətirməyə hazırıq”.

 

 

 

Bakıda dəfələrlə evdən qaçan 14 yaşlı qız itkin düşüb

Bakıda daha bir yeniyetmə itkin düşüb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb.

Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Nazir Aprel şəhidlərinin ailə üzvlərini qəbul etdi

2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi qələbəyə imza atılmaqla, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə deyib.

Nazir bildirib ki, Aprel döyüşləri Prezident cənab İlham Əliyevin  uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın, eyni zamanda, qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi. 

S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb.

O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə, onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də  əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib. Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. I qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub.

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Ötən dövrdə bu layihə üzrə  100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər.

Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşləri iştirakçıları - polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

 









 

 

Bakıda “Mercedes”lə “Hyundai” toqquşdu

Bakıda qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonunda “Mercedes” və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.


Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən Murad əməliyyatdan qayıtdı

 

Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, göz təzyiqi xəstəliyindən əziyyət çəkən 29 yaşlı Murad Zamanov Heydər Əliyev Fondunun dəstəyilə İstanbul şəhərində gözlərindən iki dəfə əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, REAL TV Ağsuda əməliyyatdan qayıdan və sağlamlığına qovuşan Muradla nənəsi Həcər Zamanovanın qonağı olub.

Murad ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Heydər Əliyev Fonduna minnətdarlıq edib.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı Həcər Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirmişdi.

 

 

Sürücülük vəsiqələri ilə bağlı yenilik

 

“Yol hərəkəti haqqında” Qanununa dəyişikliklər edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərarda qeyd edilir:

1. “Sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin. 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarındahava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.

Kult.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.

Onu da qeyd edək ki, heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur. Tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan edilib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarlarda kələm bahalaşıb.

"Xəzər Xəbər"in məlumatına görə, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin bahalaşmasının səbəbi kələm ixracının kəskin artmasıdır. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.

Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.

Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın katibi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin Müavini, Azərbaycan Respublikası daxili işlər nazirinin Müavini, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi, Xidmətinin rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediliblər.

Qərara əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin işqaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilib.

Xəbər lenti