Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?Ermənistan bu gün Ukrayna, Moldova və Gürcüstandan sonra yeni qurban və antirusiya quruculuğunun mərkəzinə çevrilib
Bunu Rusiya hökuməti yanında Maliyyə Universiteti filialının direktoru, politoloq Pavel Klaçkov deyib.
“Qərb bu gün Ermənistana xüsusi münasibət göstərir. Amma bu prosesdə ayrı-ayrı dövlətlər xüsusilə fəaldır - xüsusən də onu öz himayəsinə götürən və az qala dünyalarla silah və əsgər yardımı söz verən Fransa. Bütün bu “himayədarlıq” və “vədlər” adi insanların əziyyət çəkəcəyi ximerdan başqa bir şey deyil. Ermənistanla bağlı vəziyyətin tez dəyişəcəyinə ümidim yoxdur. Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində mənfi mərhələ kifayət qədər uzun olacaq. Üzünüzə tüpürürlərsə, cəmiyyətdə antirusiya əhval-ruhiyyəsi alovlanırsa, buna dözmək olmaz. İnanıram ki, müəyyən bir vaxtda Rusiya qərar verəcək ki, kifayətdir. Və nəticədə Ermənistan yenə gəlib yalvarmağa başlayacaq”, - o bildirib.
Klaçkovun fikrincə, Qərb şübhəsiz ki, Cənubi Qafqazda ikinci cəbhə açmağa cəhd edir:
“Amma çətin ki, o bu planını həyata keçirə bilsin. Qərbin ona və bütün MDB məkanına açıq-aşkar hücum cəhdləri şəraitində Rusiya effektiv, praqmatik, real siyasət aparmalıdır. Bəli, Ermənistan rəhbərliyi Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, Rusiya və Belarus müxalifəti ilə görüşür. Qərbin xüsusi xidmət orqanlarının Ermənistana böyük marağını görürük. Rusiya ilə Qərb arasında şiddətli qarşıdurma var. Amma bu da sonsuza qədər davam edə bilməz”.

Pavelin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, bu təkcə Ermənistan Rusiya qarşıdurması deyil:
"Eyni zamanda, Ukrayna müharibəsi kontekstində eyni layihənin Rusiyanın geosiyasi və geoiqtisadi maraqları olduğu digər bölgələrə transformasiyasıdır. Cənubi Qafqazda isə belə zəif tərəf Ermənistandır. Nikol Paşinyan vaxtilə buna görə hakimiyyətə gətirilmişdi. Eyni prosesi tədricən Rusiyanın digər geosiyasi maraqları olan Mərkəsiz Asiya və Orta Asiyada da müşahidə edirik. Moskvada törədilən son terror aktını da bu yöndə dəyərləndirmək lazımdır. Rusiya üçün Ukraynadan kənarda da yeni cəbhələrin açılması planlaşdırılır. Buna Cənubi Qafqazın zəif bəndi Ermənistan və Mərkəzi Asiyada cəhd göstərilir. Yəni Rusiyanı öz qüvvələrini parçalayaraq digər cəbhələrə göndərməyə məcbur edirlər. Bu isə Rusiyanın mövqelərini Ukraynada zəiflədir”.

Ekspert qeyd edib ki, Rusiya, İran və Çin birliyi HƏMAS-ı İsrailə qarşı terror aktı törəktməyə yönləndirməklə ABŞ üçün ikinci cəbhə yaratdılar:
“Yəni ABŞ həm Ukraynaya hərbi təchizat, həm də müttəfiqi olan İsraili müdafiə etmək məcburiyyəti ilə üzləşdi. Bu gün Cənubi Qafqazda və Mərkəzi Asiyada olanlar Qərb dünyasının Rusiyaya cavabı olaraq düşünülməlidir. Rusiyanın qüvvələrini parçalayaraq Cənubi Qazqazda Ermənistana cavab vermək və Ukrayna ordusu ilə döyüşmək imkanları mövcud deyil. Ermənistanın Rusiyaya qarşı bu cür demarşları Ukrayna və Rusiya müharibəsi fonunda baş verir. Əgər Ukrayna müharibəsi olmasa idi, Ermənistan Rusiyaya açıq şəkildə qarşı çıxa bilməzdi. Qarşıdurmalar fonunda Ermənistanın dövlətinin tamamilə yox olma təhlükəsi nəzəri olaraq mövcuddur. Amma praktik olaraq Rusiya ikinci cəbhənin açılmasına hazır deyil. Eyni zamanda, Rusiyanın Ermənistana hərbi müdaxiləsi üçün konkret zəmin olmalıdır. Belə bir siyasi zəmin isə yoxdur".

Problem ondadır ki, sərhəd məsələsi həllini tapmalı və iki ölkə arasında müəyyən edilən xətt üzərində sərhəd qoşunları dayanmalıdır.

Bunu Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.

“Seyran Ohanyan (Ermənistanın sabiq müdafiə naziri-red) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah edir. Yaxşı olardı ki, Seyran Ohanyan da eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər. Bizim olan bizimdir, onlara aid olan isə onlarındır", - o qeyd edib.

Deputat bildirib ki, problemin həlli danışıqlar yolu ilə sərhədlərin müəyyənləşdirilməsindən və əlavə qan axıdılmasının qarşısının alınmasında gedir.

O eyni zamnda əlavə edib ki, biz də zamanında çox şey götürdük (yəni Azərbaycan ərazilərini götürdük-red), geri verməyəcəyimizi söylədik və nəticəsi nə oldu: "Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır. Biz hər dəfə dövlət sərhədini çəkməyə gələndə zamanında götürdüklərimiz (yəni işğal olunan ərazilər-red) anlayışı ortadan qalxır. Deyirik ki, verməyək. Bu gün iddialardan əl çəkməsək, oturduğumuz (işğal edilən-red) yerdə sabah onlar oturacaq. Problemin həlli isə bir-birinə atəş açmamaqla məsələnin həll edilməsidir”, - o deyib.

Andranik Köçəryan təklif edib ki, Seyran Ohanyan xalqı qorxutmaq və İrəvana qayıtmaq əvəzinə, Tavuş vilayətindən qayıtmasın, yerli ərazi müdafiəsi problemlərini həll etsin və təcrübəsindən istifadə etsin.

Sumqayıtdan olan Kamil Nəsibov ötən günlərdə Rusiya mediasının diqqət mərkəzinə düşdü. Məlum olduğu kimi, o, Moskva vilayətində “Crocus City Hall” kompleksində terror zamanı qəhrəmanlıq göstərən azərbaycanlılar sırasında idi.

“SHOT” teleqram kanalı onunla müsahibəsini “Crocus”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi” başlığı ilə paylaşıb. Kanalın izləyicilərinin əksəriyyəti Kamili alqışlayıblar. Lakin onların arasında məzmuna görə Kamilə qarşı ksenofobik təhqirlər yazanlar da olub. Belə ki, narazılıq edənlər bunu miqrantların imicini “ağartmaq” cəhdi ilə izah ediblər.

Kamil Nəsibovun isə bildirib ki, belə insanlara gündəlik mənfilik dozası lazımdır: "Mən onlara nəyi sübut etməliyəm? Belə insanlara gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. “Crocus”da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə, oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: “Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm”. Onlar telegramda şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər".

Helsinki şəhəri Finlandiya paytaxtının ən böyük qapalı idman və konsert məkanı olan, əvvəllər "Hartwall Arena" kimi tanınan "Helsinki Hall"ın geri alınması prosesinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, martın 28-i səhər saatlarında aparıcı siyasətçilər mövcud vəziyyəti müzakirə etmək üçün şəhər şurasının növbədənkənar iclasına toplaşacaqlar.

Xəbərdə deyilir ki, yığıncaqda şəhər meriyası məkanın rus sahiblərinə onu satmalarına dair müraciət ediləcək.

Qəzet aydınlaşdırır ki, şəhər hakimiyyəti rus sahiblərinin kompleksi könüllü satacaqlarını gözləyirdi, lakin hazırda onlarda idman-konsert kompleksinin mümkün satışı və sövdələşmənin vaxtı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Helsinkidəki ən böyük qapalı idman və konsert kompleksi olan "Helsinki Hall" 2022-ci ildən Ukraynadakı işğalçı müharibəyə dəstək verdiklərinə görə kompleksin rus sahibləri olan Gennadi Timçenko və Rotenberg ailəsinə qarşı sanksiyaların tətbiqindən sonra fəaliyyətsiz qalıb.

"Crocus City Hall"da törədilən terror aktı ilə Rusiyanın bədxahları ölkənin iki ənənəvi dini olan xristianlıqla və İslamı bir-birinə qarşı qoymağa çalışıblar.

Bunu Moskvanın və bütün Rusiyanın patriarxı Kirill terror aktını şərh edərkən deyib.

“Rusiyanın bədxahları miqrasiya vəziyyəti ilə bağlı daxili problemlərdən, o cümlədən radikal islamçı amilin köməyi ilə ölkəmizdə millətlərarası münasibətləri gərginləşdirərək istifadə etməyə çalışıblar. İki ənənəvi dini bir-birinə qarşı qoymaq, insanları dini prinsiplərə görə bölmək, həmçinin bir-birinə qarşı qoymaq cəhdi edilib”, - patriarx bildirib.

Rusiya üçün qeyri-dost ölkələr yoxdur, lakin bu ölkələrin dost olmayan elitaları var.

Bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətinin mədəniyyət işçiləri ilə görüşündə deyib.

“Bizim qeyri-dost adlandırdığımız ölkələrin belə, bu gün çoxsaylı nailiyyətləri var”, - deyə Putin qeyd edib.

Rusiya lideri əlavə edib ki, Avropa mədəniyyətində yaxşı cəhətlər çoxdur, lakin hazırda bu ölkələrin həyatında çoxsaylı problemlər də var.

Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinə dair açıqlaması ilə bütün Avropanı həyəcanlandırıb. Qərbdə bu məsələdə hələ də konsensus yoxdur.

Axar.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

"NATO qoşunlarının Ukraynaya göndərilməsinin beş mümkün ssenarisini var:

Ssenari 1: Fransa Ukraynada zavodlar yaradır. Bu planın bir hissəsi kimi Paris silah istehsalı zavodları tikə bilər.

Ssenari 2: Hərbçilər minalardan təmizləmə və təlimlə məşğul olacaqlar. Bu halda Fransa Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə birbaşa təlim keçəcək, həmçinin ölkə ərazisinin partlayıcı obyektlərdən təmizlənməsinə kömək edəcək.

Ssenari 3: Odessanın müdafiəsi. Fransa Ukraynanın liman şəhərinin qorunmasında fəal iştirak edə bilər.

Ssenari 4: Fransız ordusu müdafiə zonası yaradır. Burada söhbət fransız qoşunlarının ukraynalılara kömək etmək üçün bufer zonaları yaratmasından gedir.

Ssenari 5: Səngərlərdə qarşıdurma. Bu plan fransız qoşunlarının Ukrayna cəbhəsindəki döyüşlərdə birbaşa iştirakını nəzərdə tutur", - məqalədə bildirilib.

Rusiyalı aparıcı Vladimir Solovyovun “Krokus Siti Holl”da baş verən terror hadisəsindən sonra “səhvən” terrorçulardan birinin Azərbaycan soyadını daşımasını bildirməsi onun ciddi tənqidinə səbəb olub. Rusiyalı aparıcı tənqidlərin ardınca özünə bəraət qazandırmağa çalışıb.

Axar.az xəbər verir ki, o, bu barədə “Solovyov Layf” efirində deyib.

“Guya mənim hansısa milləti təhqir etdiyim deyilir. Terror hadisəsindən sonra o əclafların birinin soyadını Azərbaycan soyadına oxşatmışam. Bunu erməni və ya qazax soyadına da oxşada bilərdim. Bəyəm, bu, Azərbaycan xalqı ilə problemin olduğunu göstərir? Özünüzə gəlin! Yoxsa demək istəyirsiniz ki, bizdə “müqəddəs millət” və “cinayətkar millət” var? Amma beləsi yoxdur. Mən sovet beynəlmiləlçisiyəm, bütün millətlərə hörmətim var. Sovet dövrünün parlaq xadimləri olub ki, onların sırasına Ermənistandan olanları aid etmirəm, Belarusdan olanları aid edirəm. Azərbaycan rəhbərliyinə gəlincə, Əliyevlə görüşmüşəm və onun haqqında çox yüksək fikirdəyəm. Sakitləşin. Millətlərarası münaqişəni qızışdırmaq istəsəydim, bəzi blogerlərin yolu ilə gedərdim. Bəyəm Zelenskini tənqid edəndə, onun yəhudi olmasına görə yəhidələrdən əks cavab gözləyim?” - o bildirib.

Qeyd edək ki, Solovyov terrorçulardan birinin soyadını azərbaycanlıya “səhvən” bənzədəndən sonra Azərbaycanın teraktda əli olması ehtimalını da irəli sürəcək qədər irəli gedib və ölkəmizə ənənəvi nifrətini nümayiş etdirib.

Almaniyanın Hannover şəhərində bir qrup PKK terrorçusu Türkiyənin Baş Konsulluğunun binasına hücum edib.

Hücum edənlər Türkiyənin Baş Konsulluğunun binasına daş və dəyənəklə ona zərər vurmağa cəhd ediblər.

Belçikanın paytaxtı Brüsseldə PKK terrorçuları türklərin yaşadığı məhəlləyə hücum ediblər. 

Belçikanın Limburq bölgəsinin Heusden-Zolder rayonunda terror təşkilatı PKK tərəfdarları türklərə məxsus avtomobilləri yandırıb. 

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır.

Lent.az bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserve Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər. Tədqiqatın nəticələri "Nature Neurology" jurnalında dərc olunub.

Qeyd olunur ki, OFR gecikdirici materialların hazırlanmasında istifadə olunur. Mebel parçalarında, dırnaq boyalarında, uşaq salfetlərində, xalçalarda və elektronikada rast gəlinir. QAC mikrobları öldürmək üçün istifadə edilən bir növ kimyəvi maddədir. Onlar təmizləyici məhsullar, şampunlar, günəş kremləri və fərdi qulluq məhsulları istehsalında istifadə olunur.

Bu kimyəvi maddələrin beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün alimlər siçanlar üzərində təcrübə aparıblar. Gənc gəmiricilərin beyin toxuması OFR və QAC-lərə məruz qaldıqda, onların oliqodendrositləri (beyində sinirləri qoruyan strukturlar) inkişafı və fəaliyyətini dayandırıb.

Əlavə bir araşdırmada tədqiqatçılar 3-11 yaşlı uşaqların sidikdə OFR və QAC səviyyələrini qiymətləndiriblər. Ümumilikdə bir neçə min nümunə təhlil edilib. Məlum olub ki, ASD (autizm spektri pozğunluğu) olan uşaqların sidikdə kimyəvi OFR konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəkdir.

Xəbər lenti