Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izi var. "Bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alınıb.

Bortnikov qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub.

“Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər”.

Bu barədə “Anadolu” dövlət agentliyi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ankarada bu qarşıdurmaya təkcə bu iki ölkə arasında müharibə kimi deyil, həm də əvvəldən Rusiya ilə Qərb ölkələri arasında müharibəyə çevrilə biləcək münaqişə kimi baxılır.

Parlamentin spikeri qeyd edib ki, Türkiyə buna əsaslanaraq Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsinə çalışır.

Kurtulmuş hesab edir ki, tərəflər Türkiyənin İstanbulda vasitəçiliyi ilə artıq atəşkəs sazişi bağlamağa yaxın idilər, lakin sənədin imzalanması müəyyən qüvvələr tərəfindən pozulub: “Rusiya ilə Ukrayna arasında sülh sazişi Dolmabaxçada imzalanmağa yaxın idi”.

Kurtulmuş, hər iki tərəfin qəbul edəcəyi ədalətli və bərabər sülhün bağlanmasının mümkün olduğunu xatırladıb.

Spiker xəbərdarlıq edib ki, Rusiya ilə Ukrayna arasında qarşıdurma təkcə Qara dəniz regionu və Şərqi Avropaya deyil, həm də xeyli genişlənə bilər.

İrəvan böyük güclərin hərbi poliqonuna çevrilir - FAKT BUDUR!Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi artıq ölkə daxilində ciddi təlatümlərə gətirib çıxarır.

Qeyd edək ki, martın 24-də Ermənistanda qanunsuz olaraq silah və sursat daşımaq və saxlamaqda şübhəli bilinən 49 nəfər saxlanılaraq ərazi polis bölmələrinə aparılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Sputnik Ermənistan” radiosuna bildirib ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir.

Artıq hüquq-mühafizə orqanları həmin silahlı qruplaşmanın üzvlərinə qarşı ittiham aktı qaldırıb.

"Döyüş Qardaşlığı" silahlı qruplaşmasının üzvləri müəyyən silah-sursat ilə Azərbaycanın işğal altında olan kəndlərə doğru hərəkət etməyə cəhd göstəriblər. Məlumata görə, silahlı qruplaşma həmin kəndlərdə məskunlaşan sakinləri silahlandırmaq və onları Azərbaycana qarşı təxribatlara çəkmək məqsədi daşıyıb.

Maraqlıdır, bu kimi hadisələrin arxasında Rusiya dayana bilər? Moskva, həqiqətən Ermənistanda radikal siyasi qüvvələri və silahlı birləşmələri hərəkətə gətirmək istəyir?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Moskva Paşinyan hakimiyyətini cəzalandırmaq niyyətindədir:

"Əlbəttə ki, Ermənistanda fəaliyyət göstərən radikal təşkilatların hər biri bu və ya digər formada xarici qüvvələrə bağlıdır. Bu ölkədə həm Rusiya, həm də Qərbin maraqlarına xidmət edən kifayət qədər radikal millətçilər var. Ermənistan üzərində hazırkı geosiyasi mübarizə ölkənin daxili siyasətinə ciddi şəkildə təsir edir. Sözsüz ki, bu, özünü həmin təşkilatların faəliyyətində büruzə verir.

Ən çox da Rusiyameyilli radikal təşkilatlar özlərinə qabağa veriblər. Keçmiş “Qarabağ klanı” ilə bağlantıları olan yarım hərbi birləşmələrin addımları, xüsusilə Azərbaycanın işğal altında olan kəndlərinin qaytarılmasına hər vəhclə mane olmaları bunu aydın sübut edir. Həmin birləşmələrin dünənki təxribatı bu ölkə üzərində geosiyasi mübarizənin təzahürlərdən biridir. Yəni Rusiya və Qərb bir-birini sıxışdırmağa çalışır.

Son zamanlar Rusiyayönümlü qüvvələrin aktiv olması müəyyən səbəblərlə bağlıdır. Ən başlıca səbəb isə Ermənistan hakimiyyəti öz xarici siyasət vektorunu dəyişməyə çalışması, yəni Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya etmək istiqamətində addımlarını intensivləşdirməsidir. Bunun fonunda Paşinyan hakimiyyəti öz mövqeyini möhkəmləndirir. Bu isə radial müxalifəti qane etmir.

Təbii ki, müxalifət də müxtəlif vasitələrlə öz mövqeyini gücləndirir. Ermənistan parlamentində mandat sahibi olan radikal müxalifətin əhəmiyyətli hissəsi Rusiyameyillidir. Bütün bunları diqqətə aldıqda hesab etmək olar ki, Moskvanın təlimatları əsasında radikal müxalifət və revanşist silahlı birləşmələr ölkə daxilində təxribatlara əl ata bilər".
İrəvanda hərbi qiyam gözlənilir - Paşinyan narahatdırErmənistanda daşnaklar da daxil, radikal-revanşist ünsürlər Paşinyan hakimiyyətinə qarşı qiyama hazırlaşırlar.

Tezliklə İrəvanda və ölkənin digər şəhərlərində ciddi silahlı toqquşmaların baş verməsinin şahidi ola bilərik.

Qeyd edək ki, Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı dəstə saxlanılıb.

Ermənistan KİV-lərinin məlumatlarına görə, "Döyüş Qardaşlığı" adlı silahlı dəstənin 24 üzvü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onların silah-sursatları ələ keçirilib.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan artıq bu məlumatı təsdiqləyib.

Bildirilib ki, “Döyüş Qardaşlığı” silahlı qruplaşma Qazaxın işğal altında olan kəndlərinə doğru hərəkət etməkdə məqsədi həmin kəndlərin Azərbaycana qaytarılmasına mane olmaq idi.

Yəni sözügedən qrup kəndlərin geri qaytarılmaması üçün ərazidə qeyri-qanuni məskunlaşan əhalini müharibəyə səsləmək, delimitasiya prosesinin icrası zamanı isə Azərbaycan Ordusuna qarşı təxribat törətməyi planlaşdırırdı.

Xatıradaq ki, bundan öncə “Döyüş Qardaşlığı” Ermənistanın nəzarətində olan Qazaxın Yuxarı Əskipara kəndinə girəcəyini və ərazinin Azərbaycana geri qaytarılmasına imkan verməyəcəklərini bəyan etmişdilər.

Üzvlərinin həbs olunmasına etiraz olaraq "Döyüş Qardaşlığı" qruplaşmanın digər üzvləri İrəvanda Nor-Nork icmasının polis şöbəsinin binasına silahlı basqın etməyə cəhd ediblər. Nəticədə qrupun 49 üzvü saxlanılıb.

Hazırda Ermənistanın “Shamshyan.com” saytı xəbər verib ki, departament binasının yaxınlığında toplaşan “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olan bir qrup vətəndaş təmsil etdikləri təşkilatın üzvlərinin həbsdən azad edilməsini tələb ediblər.

Ermənistanın hökumətyönlü “Telegram” kanalları yazır ki, İrəvanda polis binasını ələ keçirmək cəhdi “Sasna Çer” terrorçularının işidir.

Maraqlıdır, Ermənistanda nə baş verir? Doğrudanmı, Ermənistanda radikal-revanşist ünsürlər və müxalif qüvvələr Paşinyan hakimiyyətinə qarşı qiyama hazırlaşır?

Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Ermənistanda radikal və revanşist dairələr istənilən zaman qiyam təşkil edə bilərlər.

"Ermənistanın hüquq-mühafizə orqanlarında son hadisə ilə bağlı araşdırmalar aparılır. Hələlik bir nəticə yoxdur. Bildirim ki, “Sasna Çer” və "Döyüş Qardaşlığı" könüllülərdən ibarət olan silahlı qruplaşmalardır.

Xüsusilə, “Sasna Çer” Paşinyan hakimiyyətinə qarşı kəskin ittihamlar səsləndirir. Bu təşkilatın rəhbərləri keçmiş erməni terrorçularıdır. Həmin şəxslərdən biri Livandan gəlib Ermənistanda yerləşmiş Jirar Sefiryandır. Sözügedən təşkilatın rəhbərləri, həmçinin "Ermənistan Qütbü" adlanan təşkilat da qurublar. Artıq “Sasna Çer” daxil bütün revanşist ünsürlər Paşinyan hakimiyyətinin devrilməsi üçün istənilən addımı atacaqlarını bəyan ediblər. Ona görə də onlar tərəfindən hər hansı iğtişaşın törədilməsi gözləniləndir.

Artıq Ermənistan ictimaiyyətində işğal altında olan səkkiz kəndin Azərbaycana qaytarılması ilə bağlı söz-söhbətlər gedir. Radikal erməni millətçiliyini təbliğ edən müxalifət, hətta silahlı qruplaşmaların rəhbərləri buna qarşı çıxırlar. Bununla əlaqədar olaraq aprelin 5-də İrəvanda radikal müxalifət nümayiş keçirəcək.

Radikal erməni müxalifəti bəyan edir ki, onlar Nikol Paşinyanı zorla hakimiyyətdən uzaqlaşdıracaqlar. Ermənistan Milli Assambleyasında N.Paşinyanı impiçment etmək qeyri-mümkündür. Bu baxımdan onların iğtişaşa və qiyama cəhd etməsi istənilən an baş tuta bilər".

“Sasna Çer”, "VOMA", "Yerkapah" və digər silahlı qruplaşmaların birləşib Paşinyan hakimiyyətinə qarşı qiyam qaldıracağı məsələsinə gəlincə, Q.Çaxmaqlı Ermənistanda belə bir zamanın yetişmədiyini bildirib:

“Sasna Çer” "VOMA" və digər silahlı birləşmələrin hazırda bir cəbhədə birləşməsi qeyri-mümkün görünür. Çünki bu qruplaşmaların hər birinin fərqli məqsədləri və baxışları var. Bildiri ki, həmin təşkilatlar arasında münaqişə də yaşanır və bir-birlərini həzm edə bilmirlər. Düzdür, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsində həmfikirdirlər. Amma ümumilikdə, həmin təşkilatlar bir araya gələ bilmirlər. Hərəsi öz mitinqini təşkil edir, özünə məxsus addım atır".

O ki qaldı Ermənistan cəmiyyətində Paşinyanın səkkiz kənd ilə bağlı mövqeyinin necə qarşılanmasına, Q.Çaxmaqlı böyük əksəriyyətin buna qarşı olduğunu deyib:

"Ermənistan ictimaiyyətində bu məsələ barədə ciddi və qızğın mübahisələr aparılır. Bəzi erməni ekspertlər hesab edirlər ki, səkkiz kənd mütləq boşadılıb Azərbaycana qaytarılmalıdır, yoxsa növbəti müharibə qaçılmaz olacaq. Amma erməni cəmiyyətində əksəriyyət bu kəndlərin qaytarılmasına qarşı çıxırlar.

Hətta bu kəndlərin Azərbaycana məxsus olduğunu bilən ermənilər deyirlər ki, xəritələr ortalığa qoyulmadan və delimitasiya prosesi aparılmadan kəndlər qaytarılmamalıdır. Həmçinin bəziləri iddia edir ki, Paşinyan növbəti dəfə Azərbaycana torpaq bəxşiş edir və öz hakimiyyətini uzatmaq üçün bu addımı atır".
Ermənistan yenidən çalxalanır: Rusiya növbəti cəza tədbirinə başlayıb - Görünəni odur ki...Ötən gün İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər. Yerli media xəbər verib ki, bundan əvvəl Nor-Nork rayonundakı binanın yaxınlığında qumbara partladılıb.

Bir sıra məlumatlara görə, fövqəladə vəziyyətə az qalmış “Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis idarəsi yaxınlığında toplaşaraq tərəfdarlarının azad edilməsini tələb ediblər.

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.

Dünən axşam saatlarında isə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, İrəvanda polis idarəsinə silahlı basqına görə cinayət işi başlanıb. Vurğulanıb ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sonuncu qeyd olunan cinayətin açıq-aşkar törədilməsində əsaslı şübhələr əsasında saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan polisinin Nor-Nork inzibati ərazi dairəsi üzrə şöbəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayış törətməsi faktı ilə bağlı dövlət əleyhinə cinayətlərin istintaqı baş idarəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən (terrorçuluq) cinayət işi başlanıb.

Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bildirib ki, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.

Ekspertlər bildirirlər ki, son vaxtlar Ermənistanda hakimiyyət çevrilişinə cəhd, ölkədə destabilizasiya yaratmaq cəhdləri çoxalıb. Analitiklərin əksərinin qənaətincə, Baş nazir Nikol Paşinyan hökumətinin üzvlərinin Azərbaycanla sülhə meyilli bəyanatları artırması fonunda müxalif qüvvələr hərəkətə keçiblər və ölkədən qarışıqlığın yaranmasına, bununla hakimiyyətə gəlmək niyyətlərinə çatmaq istəyirlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ermənistanda baş verənləri AYNA-ya şərh edərkən deyib ki, bu proseslərin arxasında “Rusiya izi” görünür: “Ermənistan üçün təhlükə yaradacaq ölkə var və bu ölkə Ermənistanın qonşuları sırasında deyil. Təhlükə yaradacaq ölkə, elə Ermənistanı özünə forpost bilən Rusiyadır. Ermənistan rəhbərliyi qərbyönümlü siyasət apardıqca, Rusiyanın maraqlarına əks olan addımlar atdıqca erməni siyasilərinin əksəriyyəti bunun Ermənistan üçün təhlükəli olacağını vurğulayırlar. Vaxtilə Rusiyadan göndərilən qatilin Ermənistan Parlamentini gülləbaran etməsini də xatırlamaq yerinə düşür. Belə olduğu halda, Ermənistanı qarışdırmaq istəyən qüvvəni ehtimal etmək elə də çətin deyil”.

“Rusiya əlinin altında olan Seyran Ohanyan kimi separatçı tör-töküntüləri qabağa verib Paşinyanın sülhə xidmət edə biləcək mövqeyinə qarşı çıxır və Rusiyaya bağlı bütün qüvvələrin aprel ayından başlayaraq fasiləsiz etiraz mitinqlərinə start verəcəklərini elan edir. Bu, təsadüfi sayıla bilməz. Paşinyan son üç ildə ona müxalif olan siyasi qüvvələrin çox cəhdlərini puç etdiyindən, bu etiraz dalğasının da qarşısını ala biləcəyi inandırıcı görünür”, - İsmayıl əlavə edib

Ekspert bildirib ki, separatçılara Kremldən dəstək verən ənənəvi fiqurlar var: “Rusiya Parlamentinin deputatı, ermənipərəst Konstantin Zatulinin “Paşinyanın dörd erməni kəndini verməsi satqınlıqdır” açıqlaması da göstərir ki, Moskva növbəti basqısını Qazaxın işğalda olan dörd kəndinin təhvil verilməsi bəhanəsi ilə bölgədə vəziyyəti daha da gərginləşdirməyə hazırlaşır. “Ayakve” adlı təşəbbüs qrupunun bir üzvünün bu kəndlərlə bağlı açıqlamasının arxasında məkrli planların olması istisna olunmur. Diqqət edək: “Qoşunlarımız Tavuşda əlverişli mövqelərdədir. Azərbaycan bu əraziləri ələ keçirməyə cəhd edərkən ciddi itkilər verəcək”. Ermənistan ordusunun hansı vəziyyətdə olmasını bilirik, amma bu tip bəyanatların arxasında Gümrü bazasının hərbi dəstəyi dayana bilərmi?. Təbii ki, dayana bilər. Demək istədiyim odur ki, Ermənistanda polis idarəsinə basqın etməklə, müxalifətin apreldə mitinqlərə başlaması barədə anons verməklə hərc-mərclik yaratmaq istəyi dayanır. Bunun da arxasında hansı qüvvənin dayandığını qeyd etdim”.

ABŞ-nin Merilend ştatının Baltimor şəhərinin bəzi məhəllələrində atılmış evlər şəhər sakinlərinə hər biri 1 dollardan başlayan qiymətlərlə satılacaq.

Xarici mediaya xəbər verir ki, layihənin məqsədi problemli məhəllələrin canlandırılması ilə bağlıdır. Belə ki, Merilend ştatında bəzi məhəllələrdə boş evlərin çoxalması, cinayət nisbətinin artmasına səbəb olub. Baltimorda isə təqribən 15 min tərk edilmiş evin olduğu qeyd edilir.

Sözügedən 1 dollarlıq ev layihəsinə bələdiyyələrə məxsus təxminən 200 yaşayış evi daxildir. Mülklər evlərini təmir etməyi və orada yaşamağı öhdəsinə götürən Baltimor sakinlərinə satılacaq.

Şəhər tikinti krediti üçün əvvəlcədən müraciət etmiş insanlara 50 min dollarlıq bərpa qrantı təklif edir.

Rusiya çox yaxın vaxtlarda Ukraynada hücum əməliyyatlarına başlayacaq. 

Bunu ukraynalı siyasi strateq Sergey Qayday "Novyny.live"ə müsahibəsində deyib. 

O, Rusiyanın hücuma keçəcəyi ilə bağlı dəqiq tarixi söyləməkdən imtina edib. Onun sözlərinə görə, Rusiyada yayıma baxılır və deyilənlər təhlil edilir.

“Lakin bu çox yaxın vaxtlarda baş verəcək. Regional administrasiyaların rəhbərlərinin hər şeyin bitdiyini, hər şeyin edildiyini rəsmi şəkildə bildirməsinə çox az vaxt qalıb”, - Qayday vurğulayıb.

O əlavə edib ki, Rusiya ordusu hücum əməliyyatları üçün qüvvələr və vasitələr toplayır, Ukrayna isə ABŞ-dən hərbi yardımı təsdiqləməkdə gecikmələr səbəbindən müəyyən silah və hava hücumundan müdafiə sistemləri almır.

41 yaşlı Nikolay Konaşenok “Crocus City Hall”da terror aktı ilə bağlı ekstremizm əlamətləri olan yazılar yazmaqda şübhəli bilinirək saxlanılıb.

Nikolay Konaşenok "Pulkovo" hava limanından İrəvana uçmaq istəyərkən saxlanılıb. O, Moskva vasitəsilə Ermənistana uçmağa hazırlaşırmış.

Konaşenok sosial şəbəkədə “Crocus City Hall”da baş verən terrola bağlı bunları yazıb: "Terrorçular niyə Kremlə yox, "Crocus"a hücum etdilər?"

Rusiya mediasının verdiyi xəbərə görə, Nikolay Konaşenokun "New Holland"ın baş direktoru vəzifəsində çalışan həyat yoldaşı da tutduğu vəzifədən istefa verməyə məcbur olub.

Hələlik əsas versiyalardan biri kimi “Krokus Siti Holl”da baş verən terror aktının saxta bayraq altında həyata keçirildiyi hesab edilir. Özlərini İŞİD təşkilatı ilə əlaqəli kimi təqdim edən terror aktının icraçıları əslində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini təmsil edə bilərdilər. Bir sıra hallar bunun yalançı bayraq altında terror hücumu olduğunu göstərir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko 22 martda Moskvadakı "Crocus Siti Holl"da baş verən teraktla bağlı deyib.

"Birincisi, terror aktını törədənlər hadisədən sonra Ukrayna ilə sərhəddə onlara söz verildiyi "pəncərəyə" doğru gedib, lakin yolda ələ keçirilib və saxlanılıblar. İkincisi, bu gün Rusiyaya qarşı terror aktları həyata keçirən Ukraynadır. Zaxar Prilepinə, İlya Kivaya və bir sıra digər şəxslərə qarşı əvvəllər törədilmiş terror aktlarını hamımız xatırlayırıq. Təəssüf ki, bura xüsusi hərbi əməliyyatın tərəfdarı olan vətənpərvər ictimaiyyətin bir sıra görkəmli nümayəndələrinin "uğurlu" qətlləri də daxil idi. Odur ki, “Crocus Siti Holl”da baş verən terror aktından əsas faydalanan hər halda Kiyev rejimidir. Bu baxımdan, ABŞ-ın rəhbərlik etdiyi aparıcı Qərb dövlətlərinin bu terror aktının Ukrayna tərəfindən həyata keçirilməsi ehtimalını inkar edən və "İslam Dövləti"nin qollarından birini təşkilatçı kimi tanıyan çevik, əlaqələndirilmiş mövqeyi də diqqətəlayiqdir. Bu da müəyyən fikirlərə yol açır. Dünənki matəm hadisələri fonunda, eləcə də əvvəlki dövrdə və "Crocus Siti Holl"da terror aktı baş verən gün Ukrayna Rusiyanın mühüm infrastrukturuna qarşı kütləvi terror aktları həyata keçirib, Rusiya şəhərlərini, xüsusən də Belqorodu vurub.

Bu, beynəlxalq terrorizmdir, lakin Qərb Kiyevin bu cür hərəkətlərini pisləməyi lazım bilmir. Buna görə də bu gün əsas versiya təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatı olan "yalançı bayraq altında" terror hücumu hesab olunur", - o bildirib.

"Fransa hüquq-mühafizə orqanları demək olar ki, hər ay ölkədə törədilməyə cəhd edilən terror aktlarının qarşısını alır".

Bizimyol.info xəbər verir ki, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin BFMTV kanalının efirində deyib.

"Radikal islamçılıq təhlükəsi hər an hər kəsə təsir edə bilər. Fransada biz demək olar ki, hər ay terror hücumlarının qarşısını alırıq", - deyib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyaya "Crocus City Hall"a hücumdan sonra terrorla mübarizədə əməkdaşlığı gücləndirməyi təklif edib. Fransa Moskva vilayətində baş verən hücumdan sonra terror təhlükəsinin maksimum səviyyəsini tətbiq edib.

Xəbər lenti