Tehrandan Moskvaya terror eyhamı: “Turan dəhlizi….” - GƏLİŞMƏTehran hakimiyyətinin əsas məqsədlərindən biri də türk adının mümkün qədər az işlədilməsi, ölkədə bu adın daha az xatırlanması, yaddaşlardan silinməsidir. Bu rejim Azərbaycan türklərini farsların bir qolu sayaraq, azəri adlandırır. Körpələrə türk adlarının verilməsini yasaqlayır, orta məktəblərdə türk dilinin tədrisini qadağan edir. Baxmayaraq ki, həm ana dilinin tədrisi, həm də bütövlükdə milli mədəniyyətin inkişafı ölkə konstitusiyasında təsbit olunmuş hüquqlardandır. Dil yasağı kimi, milli mədəniyyətin inkişafı da Tehran hakimiyyətinin təzyiqinə məruz qalan sahələrdəndir.

Bu günlərdə türk dünyası, eləcə də İran da daxil olmaqla, bir sıra şərq ölkələrində müxtəlif xalqlar birgə bahar bayramının sevincini yaşayıb, şadyanalıq edirlər. Başqa etnoslardan fərqli olaraq, türklər həm də baharın gəlişini müjdələyən ilaxır çərşənbəni də qeyd edirlər.

Tehran hakimiyyəti İlaxır Çərşənbənin keçirilməsinin qarşısını almaq üçün illərlə onu ləkələyib, təhrif edib. Hətta İlaxır Çərşənbəni qeyd etməyin küfr olduğunu deməkdən də çəkinməyib.

Builki bayram da türklərə təzyiqsiz keçmədi. Bayram günlərində yumurta bəzənməsi bir gələnəkdir. Qədim türk yazısı ilə yumurtalar bəzədilib, insanlar arasında paylanıb. Yumurtaların üzərinə Azərbaycan milli geyimində kişi rəsmi və qədim yazı ilə türk sözü yazılıbmış.

Tehranın yerli nümayəndələri bu bəzəkli yumurtaları ərazilərdən yığışdırıblar, bildiriblər ki, bu, İranın “təhlükəsizliyinin təhdid edilməsidir”. Təbii ki, rejimin belə davranışı Novruz bayramının ruhuna və fəlsəfəsinə ziddir. Çünki İran hakimiyyətinin istəyindən asılı olmayaraq, bu ölkədə türklər farslardan daha qədimdir və ölkənin əsl sahibi sayılırlar. Bu ölkədə bütün yeniliklər və mütərəqqi hadisələr onun adı ilə bağlıdır. Türk sözü, qədim türk yazısı, latın qrafikası, ərəb əlifbası ilə yazılmasından asılı olmayaraq, bir məna verir və bir etnosu ifadə edir. Həmin söz ərəb əlifbası yerinə Çin heroqlifi ilə yazılsaydı da türk adının mənanı ifadə edəcəkdi. Mahmud Qaşqarlı yazırdı ki, türk adı onlara tanrı tərəfindən verilib, mənası gözəl insan, gənclik, güc, qüvvə deməkdir. Bu kimi müsbət emosiyaları özündə ehtiva edən bir sözə qarşı fars şovinizminin nifrəti və kini onun xəbis xislətindən irəli gəlir.

Tehranın yetişdirdiyi nəsil hər addımbaşı türkləri həm də şərləyir. Moskvada “Crocus City Hall”a edilən hücumu da İran-İslam İnqilab keşikçiləri qvardiyasının (SEPAH) informasiya mənbələri antitürk mövqeyindən dəyərləndiriblər. SEPAH-çı resurslar bildirirlər ki, Rusiyanın Qafqazda etdiyi silsilə səhvlər belə bir hadisə ilə nəticələnib. Onlar Zəngəzur yolunu “Turan dəhlizi” adlandıraraq, Rusiyanı bu ideyanın reallaşmasına imkan verməməyə çağırıblar. Bu barədə onlara məxsus teleqram kanalları yazıb: “Bu yol etnik separatçı terrorçular üçün dəhliz olacaq. Belə hücum Bakı və Ankara tərəfindən dəstəklənən mərkəzi Asiyadan ekstremistlər o cümlədən kafirlər reallaşdıra bilər”.

Göründüyü kimi, İran hakimiyyətinin əsas dayağı sayılan SEPAH Azərbaycan və Türkiyəni hər fürsətdə ləkələyir və şantaj edir. Ancaq sirr deyil ki, İran hakimiyyətinin özü dünyaya terrorçu ixrac edir. Vaxtı ilə Tacikistan prezidenti İmomali Rahmon ölkə vətəndaşlarından İranda təhsil alan övladlarını geri çağırmalarını istəmişdi. O, bildirmişdi ki, tacikistanlı uşaqlar İranda təkcə təhsil almır, eyni zamanda terror təlimi keçirlər. Elə “Crocus City Hall”a olunan hücumda da Tacikistan vətəndaşlarının adı hallanır.

Türk adını yasaqlayaraq İranda kin, nifrət yayan Tehran hakimiyyəti terrorçular yetişdirib, terrorizmi yaymaqla bu mənfi münasibətini bütün dünyaya elan edir. Odur ki, Moskvada baş verən bu hadisədə tacik izi varsa, böyük ehtimalla, bu, Tehran terror məktəbinin törəməsidir.

Sədrəddin Soltan - pressklub.az

Almaniyanın xarici işlər naziri Annalena Berbok və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen özlərini 13 yaşlı yeniyetmələr kimi aparırlar. Avropanı belə “uşaqlar” idarə edir.

Bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Rossiya-1” telekanalına müsahibəsində deyib.

"Yaşlarından asılı olmayaraq, onlar böyüklər deyillər. Xanım Ursula fon der Leyen yetkin bir insan kimi davranmır, bütün hərəkətlərinin nəticələrini sonadək düşünmür. Nəticədə bugünkü yanaşma inanılmaz dərəcədə emosional, sadəcə uşaq hərəkətlərinə çevrilib", - Knaysl qeyd edib.

Almaniya XİN başçısı Annalena Berbok haqqında isə bunları qeyd edib: "Mən onlara yeniyetmələr deyirəm, çünki onlar mənə qapını çırpıb otağına kilidlənən, özlərini xarici dünyadan bağlayan 13 yaşlı uşaqları xatırladırlar. Onlar həqiqətən 13 yaşlı uşaqlara bənzəyirlər və bu, problemdir. Beləliklə, bu gün Avropada kimsə ilə danışmaq istəyəndə, həqiqətən, tərəfdaş seçməkdə çətinlik çəkirsən".

Onun sözlərinə görə, artıq Avropada Jak Şirak kimi alicənab insanlar, əsl cənablar və xanımlar yoxdur.

O hesab edir ki, bu gün Fransa və Almaniya kimi böyük Avropa ölkələrində bütün siyasi sistem tam pozulmayıb. "Siyasi mənzərəni məhv edən Emmanuel Makron olub. Nəticədə siyasi mənzərədə boşluq yarandı”, - o qeyd edib.

Rusiya, Çin və İran arasındakı müttəfiqlik ABŞ və müttəfiqləri üçün kabusa çevrilməkdədir.

Bu barədə "The Economist" yazıb.

Nəşr qeyd edir ki, Qərb dövlətlərinin sanksiya təzyiqi Rusiya Federasiyası, Çin və İranın “ümumi düşmən”ə qarşı bir araya gəlməsinə səbəb olub. Bu ölkələr artıq ABŞ-nin hökmranlığı olmayacaq çoxqütblü dünya ideyasını dəstəkləyirlər.

“Hər üç ölkə BRİKS kimi eyni beynəlxalq təşkilatların üzvüdür. İkitərəfli ticarət artır və rüsumsuz blokların, yeni ödəniş sistemlərinin və Qərbin nəzarətində olan ərazilərdən yan keçən ticarət yollarının yaradılması planları hazırlanır. Bu, Amerika və onun müttəfiqləri üçün kabusdur”, - nəşr yazır.

"The Economist" onu da qeyd edib ki, inkişaf edən anti-Qərb oxu sanksiyalardan yayına, hərbi münaqişələrdə qalib gələ, həmçinin digər oyunçuları öz tərəfinə çəkə bilər.

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Krokus Siti Holl"da törədilən və İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü terakt nəticəsində ölənlərin sayı artmaqda davam edir.

"Posta" qəzeti xəbər verir ki, bu terakt İŞİD-in 2015-ci ildə Fransanın paytaxtı Parisdə həyata keçirdiyi hücumlar Moskvadakı hücuma bənzəyir. Hücumlarda Bataclan teatrında azı 100, digər altı bölgədə isə azı 40 nəfər həlak olmuşdu.

Moskvadakı konsert zalına hücum Rusiyada son 20 ildə törədilən ən qanlı hücumdur.

Belə ki, son 20 il ərzində Rusiyada dəfələrlə terakt törədilib. Həmin hücumların siyahısını təqdim edirik:

1999: Moskvada çoxmənzilli binalara edilən hücumlarda ümumilikdə 293 nəfər həlak olub. Çeçen separatçıları tərəfindən həyata keçirildiyi elan edilən hücumlar iki həftə davam edib. Moskva bu hücumlardan Çeçenistanda müharibəyə başlamaq üçün istifadə edib.

2002: Çeçen separatçıları Moskvada Dubrovka teatrına hücum edərək 800 nəfəri girov götürüb. Təhlükəsizlik qüvvələrinin qazla müdaxiləsi nəticəsində 130 nəfər həlak olub.

2003: Çeçen kamikadzelər Moskva yaxınlığındakı hava limanında konsertə basqın etməsi nəticəsində 15 nəfər ölüb.

2004: Dağıstandan olan iki kamikadze Moskva metrosuna hücum etdib. Partlayış nəticəsində 40 nəfər dünyasını dəyişib.

2004: Çeçen separatçıları Beslan şəhərindəki məktəbdə 777 uşaq daxil olmaqla 1100-dən çox insanı girov götürdükdən sonra Rusiya təhlükəsizlik qüvvələri müdaxilə edib. 3 gün davam edən qarşıdurmalar 334 nəfərin ölümü ilə nəticələnib.

2011: Moskvanın Domodedovo hava limanına hücumda 37 nəfər ölüb. Hücuma görə məsuliyyəti Qafqaz İslam Əmirliyi qruplaşması öz üzərinə götürüb.

İŞİD Rusiyadan nə istəyir?

Təşkilat Rusiyanın xüsusilə Əfqanıstan, Çeçenistan və Suriyaya müdaxiləsindən narahatdır. Məlumdur ki, İŞİD-in bu ölkələrdəki vəziyyətə görə Rusiyaya qarşı böyük düşmənçiliyi var. İŞİD son illərdə Rusiya lideri Putinə qarşı sərt mövqeyi ilə diqqət çəkib və tez-tez təbliğatında bu məsələdən istifadə edir. İŞİD Rusiyanı "əllərində müsəlman qanı olmaqda" ittiham edir. Bildirilir ki, Rusiya Ukraynadakı müharibə səbəbindən İŞİD təhlükəsinə məhəl qoymayıb. Təşkilatın media orqanı "Amaq" tərəfindən paylaşılan açıqlamada hücumun İŞİD-lə anti-İslam ölkələri arasında davam edən müharibənin bir hissəsi olduğu bildirilib.

Moskvada törədilən qanlı terror aktının məsuliyyətini üzərinə götürən İŞİD-in Xorasan qolu ötən yanvar ayında İstanbulun Sarıyer şəhərində kilsəyə edilən və bir nəfərin ölümü ilə nəticələnən hücumla da gündəmə gəlmişdi. Qeyd olunur ki, İŞİD-in Mərkəzi Asiyadan Qafqaza qədər uzanan keçmiş sovet coğrafiyasında fəal olan Xorasan qolu İraq və Suriya qolları dağılsa da, sağ qalır.

Əksəriyyəti Tacikistan, Əfqanıstan, Fars, Özbəkistan, Çeçen və Qafqaz vətəndaşlarından ibarət olan təşkilatın üzvləri Rusiya pasportu da daşıyırlar. Beynəlxalq xəbər agentlikləri, terror təşkilatının qondarma agentliyi “Amaq”a istinadla Moskvadakı hücuma görə məsuliyyətini İŞİD-in Xorasan qolunun üzərinə götürdüyünü açıqlayıb.

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində dəymiş ziyanın aradan qaldırılması bir ildən beş ilədək vaxt aparacaq.

Rusiya mətbuatı bu barədə ekspertlərin rəyinə əsasən məlumat yayıb.

“Crocus Group”un sahibi Araz Ağalarovun sözlərinə görə, infrastrukturun bərpası şirkətin minlərlə əməkdaşının iş yerini qoruyub saxlamağa imkan verəcək.

Xatırladaq ki, son məlumata görə, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 137 nəfər ölüb, 182 nəfər yaralanıb. /oxu.az

Moskvada "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra Avropa ölkələri ciddi təşviş içərisindədirlər. Hesab edirlər ki, növbəti terror dalğası Avropa ölkələrini, xüsusən də Almaniyanı bürüyəcək.

Bu barədə "Bild" yazır. Nəşrin məlumatına görə, "İslam Dövləti Xorasan əmirliyi" hücuma görə məsuliyyəti öz üzərinə götürüb - hazırda təhlükəsizlik xidmətlərinin məlumatına görə, bu, İŞİD-in ən təhlükəli qruplaşmasıdır.

Təhlükəsizlik və kəşfiyyat qurumları əmindirlər ki, İŞİD-Xorasan Almaniya və digər Qərbi Avropa ölkələrində terror aktları planlaşdırır.

Nəşr onu da qeyd edib ki, Almaniyanın dövlət təhlükəsizlik rəsmiləri hətta terror hücumları dalğasından qorxurlar.

“İraq İslami Müqavimət Hərəkatı”nın dəstəsi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Hərrab əl-Cəir aerodromuna raket hücumu həyata keçirib.

Bu barədə “Al Mayadeen” telekanalı bildirib.

Qeyd olunub ki, aerodrom ərazisində bir neçə güclü partlayış baş verib.

Moskvadakı "Crocus City Hall" konsert kompleksində törədilən terror aktı nəticəsində ölən 68 nəfərin şəxsiyyəti məlum olub.

Bu, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məhkəmə ekspertləri ölənlərin kimliyini müəyyən etdikcə siyahıya əlavələr ediləcək.

Ümumilikdə 137 nəfər terror aktının qurbanı olub.

Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq.

Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Moskvadakı “Krokus Siti Holl”a hücum edən terrorçular, ilkin məlumata görə, müxtəlif modifikasiyalı 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” tüfənglərindən istifadə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Şot” (SHOT) Teleqram kanalı yazıb.

“Vepr” Ukrayna istehsalı hücum silahıdır, “Sayqa” isə Rusiyada, “Kalaşnikov”un bazasında hazırlanıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Xəbər lenti