![]() |
|
Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
***
Rusiyanın "Shot" teleqram kanalı yazır ki, terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Məlumata görə, meyitlər tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda tapılıb. Onlar atəşdən gizləniblər və tüstüdən boğulublar, bədənlərində heç bir xəsarət olmayıb.
***
Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
"Baza" xəbər verir ki, ölənlərin sayı 62 nəfərə çatıb.
Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb və sayın artacağı istisna deyil.
Baş vermiş terror aktında yaralananlardan 60-nın vəziyyəti ağırdır.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
Onun sözlərinə görə, 5-i azyaşlı olmaqla 100-dən çox insan xəstəxanaya yerləşdirilib:
“115 nəfəri xəstəxanaya yerləşdirmişik, onlardan beşi uşaqdır. Bir körpə ağır vəziyyətdədir”.
Eyni zamanda, o, 60 nəfərin vəziyyətinin ağır olduğunu əlavə edib.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.
***
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
***
Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.
“Report” xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.
"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.
“Biz Ukrayna torpağına gələn bütün fransız əsgərlərini öldürmək niyyətindəyik”.
Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Fransanın BFMTV telekanalına fransız dilində verdiyi eksklüziv müsahibəsində deyib.
Pyotr Tolstoy açıq şəkildə Fransa cəmiyyətinə Makronun Ukraynaya göndərəcəyi fransalı hərbçilərin aqibətinin yaxşı olmayacağını çatdırmağa çalışıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron son açıqlamalarında Ukraynaya göstərilən dəstəyə heç bir məhdudiyyət qoymayacağı ideyasına sadiq qaldığını bildirib.
“Onun fikri bizi maraqlandırmır. Bizi Makron və onun dedikləri, onun sərhədləri maraqlandırmır”, - deyə Tolstoy Makronun bu bəyanatlarına cavab verib.
“Siz, Odessaya əsgərlərlə gəlmək istəyən fransalılar, Üçüncü Dünya Müharibəsini təhrik edirsiniz”, - deyə o qeyd edib.
“Fransız əsgərlərinin Ukraynaya göndərilməsi ideyası Orlidə üçrəngli bayraqla örtülmüş tabutlarla başa çatacaq. Fransalılar nəticələri dərk etməlidirlər”, - deyə Pyotr Tolstoy Fransanı təhdid edib.
“Biz Ukrayna torpağına gələn bütün fransız əsgərlərini öldürmək niyyətindəyik”.
Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Fransanın BFMTV telekanalına fransız dilində verdiyi eksklüziv müsahibəsində deyib.
Pyotr Tolstoy açıq şəkildə Fransa cəmiyyətinə Makronun Ukraynaya göndərəcəyi fransalı hərbçilərin aqibətinin yaxşı olmayacağını çatdırmağa çalışıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron son açıqlamalarında Ukraynaya göstərilən dəstəyə heç bir məhdudiyyət qoymayacağı ideyasına sadiq qaldığını bildirib.
“Onun fikri bizi maraqlandırmır. Bizi Makron və onun dedikləri, onun sərhədləri maraqlandırmır”, - deyə Tolstoy Makronun bu bəyanatlarına cavab verib.
“Siz, Odessaya əsgərlərlə gəlmək istəyən fransalılar, Üçüncü Dünya Müharibəsini təhrik edirsiniz”, - deyə o qeyd edib.
“Fransız əsgərlərinin Ukraynaya göndərilməsi ideyası Orlidə üçrəngli bayraqla örtülmüş tabutlarla başa çatacaq. Fransalılar nəticələri dərk etməlidirlər”, - deyə Pyotr Tolstoy Fransanı təhdid edib.
Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumətin nazirləri könüllü olaraq maaş və müavinətlərdən imtina ediblər.
Bu barədə məlumatı “Pakistan Today” qəzeti yayıb.
Bildirilir ki, rəsmilər bu addımı ölkənin Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönələn qənaət tədbirləri çərçivəsində atıblar.
Həmçinin qeyd olunub ki, bu həftənin əvvəli Pakistan Prezidenti Asif Ali Zardari də maaş və müavinət almaqdan imtina edib.
Qeyd edək ki, dövlət xərclərinə qənaətlə bağlı tədbirlərin tətbiqi fevral ayında baş tutan parlament seçkilərindən sonra formalaşan yeni federal hökumətin ilk addımlarından biri olub.
Martın 18-də Nazirlər Kabineti sözügedən tədbirlər çərçivəsində nazirlərin və dövlət məmurlarının xarici ölkələrə səfərlərini məhdudlaşdırıb. Belə ki, nazirlər, məmurlar, onların müşavir və köməkçiləri xarici ölkələrə ildə 3 dəfədən çox səfər edə bilməz və bu səfərlər yalnız müvafiq qurumların icazəsi əsasında həyata keçirilə bilər. Eyni zamanda, dövlət rəsmilərinə xarici səfərlər zamanı beş ulduzlu hotellərdə qalmaq qadağan edilib. (Qafqazinfo)
“Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir”.
“Report” xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəis müavini Serqey Kondratiyevin “Forbes” jurnalında dərc edilən yazısında göstərilib.
Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmiri çətinləşdirir. Bundan əlavə, dron hücumlarının tezliyi müəssisələrə dəyən ziyanın sayını artırır.
“Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Amma təmir və modernləşdirmə ilə bağlı problemlərə görə, yayda ölkənin daxili bazarında benzin qıtlığı yarana bilər”.
Ötən il Rusiya 275 milyon ton neft emal edib. Daxili bazar istehsal olunan benzinin 86-90%-ni, təyyarə yanacağının 80-85%-ni, dizel yanacağının 50-60%-ni alırdı. Ekspert qeyd edib ki, yerli zavodlar xaricdən gətirilən avadanlıqlardan çox asılıdır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Rusiyadan 17 387 ton "Aİ-92" markalı, 40 261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64 976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86 000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2 000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibəti ilə təbrik mesajı ünvanlayıb.
Bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Millətimizin və Novruz sevincini yaşayan coğrafiyamızdakı bütün qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Orta Asiyadan Balkanlara qədər geniş bir bölgədə yeni ümidlərlə qeyd olunan Novruzun xeyirli olacağına ümid edirəm”, - deyə o yazıb.
Rusiyanın Krasnoyarsk diyarında məhbusların Ukraynada döyüşlərə cəlb edilməsinə görə bir sıra koloniyalar bağlanacaq.
Musavat.com RBC-ya istinadən xəbər verir ki, bu barədə regional insan haqları üzrə ombudsman Mark Denisov bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə bölgədəki məhbusların sayı əhəmiyyətli dərəcədə azalıb, çünki çox insan müharibədədir. Denisov bu tendensiyanı qorxulu hesab edir.
Areyski və Xromadskda optimallaşdırma məqsədilə penitensiar müəssisələrin bağlanması yerli sakinlərə və regionun iqtisadiyyatına mənfi təsir göstərəcək. Mark Denisov bildirir ki, məskunlaşan ərazilər üçün koloniyalar əslində şəhər yaradan müəssisələrdir.
Ombudsman qeyd edib ki, Ukraynada müharibə gec-tez sona çatacaq:
"Hər şey normala dönəcək, çünki cəmiyyətin sosial strukturu dəyişməyib. 5 ildən sonra qalan koloniyalar həddindən artıq məhdudlaşdırılacaq ki, bu da məhkumların hüquqlarının pozulması deməkdir. Biz regionda yeni cəzaçəkmə müəssisələrini baha qiymətə açmalı olacağıq".
Rusiya Ədliyyə Nazirliyi Krasnoyarsk diyarında IK-7, IK-16 adlı həbsxanaları bağlamağı planlaşdırır. Bundan əlavə, KP-10, İK-31 və İK-5-də koloniya-qəsəbə hissələrinin, İK-5 xəstəxanasının ləğvi haqqında sərəncam layihəsi təsdiq üçün hazırdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putini Rusiyada prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Paşinyan təbrikində iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə dialoqun inkişafına ümid etdiyini vurğulayıb.
Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonuna qədər müharibə ehtimalı var.
"hraparak" verir ki, bunu baş nazir Nikol Paşinyan Tavuş rayonunun Əskipara (Voskepar) kəndinin sakinləri ilə görüşündə bildirib.
Paşinyan bəyan edib ki, indi zalı tərk etsək, heç bir delimitasiya və demarkasiya məsələsi olmayacaq. "Lakin bu, nəticəsiz qalmayacaq. Müharibə olacaq. İmtina edəriksə, həftənin sonuna kimi müharibə ola bilər". - o qeyd edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir.
Avropa Şurasının prezidenti Şarbunu l Mişel Avropa liderlərinin Brüssel sammiti ərəfəsində "Euractiv"də “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” adlı məqaləsində qeyd edib.
Şarl Mişel əlavə edib ki, Rusiya Ukraynada uğur əldə edərsə, dayanmayacaq. “Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan taktikasını davam etdirir”, - o qeyd edib.
Mişel xəbərdarlıq edib ki, adekvat reaksiya olmasa, növbəti hədəf Avropa ola bilər.
"Əgər biz Aİ-nin reaksiyasını düzgün təşkil etməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göstərməsək, növbəti biz olacağıq", - Avropa Şurasının rəhbəri əlavə edib.
Ona görə də Şarl Mişel Avropanın iqtisadiyyata yanaşmasını yenidən nəzərdən keçirməyi və müdafiə məsələlərinə üstünlük verməyi, “müharibə iqtisadiyyatı” rejiminə keçməyi təklif edir.
“Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb. Biz artıq başqalarına arxalana bilmərik və ya ABŞ-də və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, - Mişel yazıb.