![]() |
|
"Rusiya Ukraynadakı müharibədə qalib gələrsə, Avropanın etibarlılığı sıfıra enəcək".
Xarici KİV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O, artıq müharibənin Avropa torpaqlarında olduğunu söyləyib:
"Strasburqla Lvov arasında 1500 kilometrdən az (məsafə) var”.
Makron iddia edib ki, Moskva administrasiyası müharibədə qalib gəlsə, onlar artıq təhlükəsiz şəraitdə olmayacaqlar.
Fransa prezidenti Rusiyaya qarşı döyüşmədiklərini və bu ölkəyə qarşı döyüşmək üçün heç vaxt “ilk cəhdi etməyəcəklərini” diqqətə çatdırıb:
“Bizim bir məqsədimiz var: Rusiya müharibədə qalib gələ bilməz və gəlməməlidir”.
E.Makron Ukraynaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı məsələyə də toxunub:
"Bütün bu variantlar mümkündür, bunun üçün yeganə cavabdeh Moskva rejimi olacaq. Ukraynanı dəstəkləmək üçün heç bir ehtimal gözardı edilməyəcək. Sülh istəmək Ukraynadan imtina etmək demək deyil”.
O bildirib ki, Rusiyanın bu müharibədə qalib gəlməsi fransızların həyatının dəyişməsi deməkdir.
Rusiyada iki ildən artıqdır davam edən Ukrayna müharibəsindən sonra bu gün ilk prezident seçkiləri başlayır.
Sabah və bazar günü də davam edəcək seçkidə 112 milyon 309 min qeydə alınmış seçici səs verəcək.
Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda və 2022-ci ildə işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində də seçkilər keçiriləcək.
Seçkilərdə hazırkı Prezident Vladimir Putinlə yanaşı, Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov və Yeni Xalq Partiyası adından Vladislav Davankov mübarizə aparacaq.
24 ildir ölkəni idarə edən 71 yaşlı Putinin seçkilərdə qalib gələcəyi yüksək ehtimal olsa da, bu seçki Ukraynadakı müharibənin və Putinin yürütdüyü siyasətin Rusiya tərəfindən bəyənilib-bəyənilmədiyini göstərəcək.
2018-ci ildə keçirilən prezident seçkilərində və 2020-ci ildə Putinin səlahiyyət müddətini artıran konstitusiya dəyişikliyi referendumunda iştirak nisbəti 67% olub.
Bu seçkidə fəallığın əvvəlki seçkiləri keçib-keçməyəcəyi maraqla gözlənilir.
Bir müddət əvvəl həbsxanada şübhəli şəkildə dünyasını dəyişən müxalif rusiyalı siyasətçi Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya seçkilərdə Putinə etiraz etməyə çağırıb. Rusiya seçicilərindən günorta saatlarında səs vermələrini istəyib. O, əhalidən Rusiya liderinin əleyhinə səs vermələrini və ya etibarsız səs vermələrini istəyib.
“Fransa Prezidenti Emmanuel Makron NATO kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı aqressiv bəyanatları ilə alyansla Rusiya arasında münaqişəni daha da gərginləşdirir”.
"Bu barədə ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın keçmiş köməkçisi Duq Bandou “The American Conservative” jurnalı üçün məqaləsində yazıb.
“Fransa Rusiya ilə müharibəyə başlamaq istəyir, ya da belə görünür. Ola bilsin ki, Emmanuel Makron ölkəsini böyük gücə çevirmək əzmində özünü Napoleonun reinkarnasiyası kimi təsəvvür edir”, - deyə ekspert bildirib.
Eyni zamanda, Bandou qeyd edib ki, Makronun təşəbbüsü digər NATO üzvləri arasında maraq oyatmayıb. O əlavə edib ki, Qərb müttəfiqləri bunun əvəzinə diqqətini münaqişənin sülh yolu ilə həllinə yönəltməlidirlər.
Parisin sözdə sülhməramlı və ya onların dediyi kimi vasitəçilik səylərinin hansı uğursuzluqlarla nəticələndiyini unutmaq olmaz.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Yanlış həmrəylik təminatları, sülh haqqında sözlər, təəssüf ki, Fransanın hazırkı hakimiyyəti Ermənistanın maraqlarını rəhbər tutmur. Bu, göz qabağındadır və heç bir halda erməni xalqının maraqlarını güdmür. Onlar yaralı geosiyasi ambisiyalarını, anti-Rusiya mövqelərini rəhbər tuturlar və Ermənistanın və bütün Cənubi Qafqazın gələcəyi Paris üçün sadəcə bir alət, alver predmetidir. Hibrid müharibəsi fonunda öz nüfuzunu qoruyub saxlamaqdır", - o əlavə edib.
Zaxarova onu da əlavə edib ki, Fransanın hazırda əsas məqsədi region dövlətlərini izləmək və ölkələr arasında sülh sazişinin reallşamasına imkan verməmək cəhdidir. "Bu aydındır. Bunu heç kim gizlətmir. Əgər əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, o zaman Fransa 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi. Amma onlar əksinə getdilər”, - o qeyd edib.
Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Fransa arasında hərbi əməkdaşlıq məsələsini şərh edərkən deyib.
“Mən artıq Paris və İrəvan arasında əlaqələri şərh etmişəm. Mən bir daha qeyd etmək istəyirəm ki, xarici tərəfdaşların və milli təhlükəsizliyin təmin edilməsi parametrlərinin seçilməsi, hər bir ölkə üçün suveren məsələdir və bu halda siz Ermənistandan danışırsınız. Əlbəttə. Bunu bir daha təsdiq edirik.
Sadəcə, belə görünür ki, İrəvanda Fransaya üz tutaraq, onunla hərbi-texniki əməkdaşlığı artıraraq, sadəcə olaraq, havadar adlandırılan fransızların nə əsl niyyətlərini, nə də regionda hərbi mövcudluğunu genişləndirmək risklərini dərk edirlər. Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür”, - Zaxarova qeyd edib.
Zaxarovanın fikrincə, Fransanın belə imkanları olsaydı, ondan sözün əsl mənasında müqavilə öhdəlikləri olub və buna görə pul aldığı üçün bunu etməyə borclu olduğu ölkələrdə istifadə edərdi.
“Bura Afrika qitəsidir. Fransanın bu ölkələrdəki missiyaları acınacaqlı şəkildə uğursuz oldu.
Sadəcə həmin ölkələri ən kritik anda tərk etdi”, - Zaxarova bildirib.
Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası monitorinq pərdəsi altında Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
“AB-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - diplomat bildirib.
Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır.
“İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”, - Zaxarova əlavə edib.
ABŞ hökumətinin tapşırığı ilə süni intellekt (AI) riskləri ilə bağlı geniş hesabat hazırlanıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu sənəddə qarşıdakı illərdə süni intellektin inkişafının bəşəriyyətin məhvinə səbəb ola biləcəyi vurğulanıb. Mütəxəssislər, həmçinin həmin risklərin qarşısının alınması yollarını da göstəriblər.
Texnologiya mütəxəssisləri 273 səhifəlik “Süni intellektin inkişafının riskləri və təhlükəsizliyin gücləndirilməsi üzrə Fəaliyyət Planı” adlı hesabatın üzərində bir il çalışıblar. Onlar “OpenAI”, “Google DeepMind”, “Meta” kimi texnologiya nəhənglərinin 200-dən çox nümayəndəsi ilə görüşlər keçiriblər. Nəticədə, ortaya qaranlıq bir mənzərə çıxıb.
“Gladstone AI” şirkəti tərəfindən hazırlanan hesabatda qeyd olunub ki, ABŞ hökuməti süni intellektin yaratdığı milli təhlükəsizlik risklərinə qarşı dərhal hərəkət etməlidir. Bu məqsədlə Konqresin süni intellekt proqramlarının daha çox inkişafına məhdudiyyət qoyması, texnologiya şirkətləri arasında bu sahədə yarışın yumşaldılması tövsiyə edilir.
Hesabatda bildirilir ki, süni intellekt təkcə sosial-iqtisadi sahəyə deyil, həm də təhlükəsizlik məsələlərinə ciddi təsir göstərəcək. Onun vasitəsilə təkcə quruda, havada və suda deyil, həmçinin kosmosda da dağıdıcı silahların təkmilləşdirilməsi və istifadəsi həyata keçirilə bilər. Bundan başqa, robot texnologiyası və yeni süni intellekt proqramları dövlət qurumları, hökumət strukturları, maliyyə institutları və təhlükəsizlik orqanlarının fəaliyyətini də iflic etmək qabiliyyətinə malik olacaq.
Süni intellektin “atası” kimi tanınan Cefri Hinton da “Google” firmasında öz vəzifəsindən istefa verərkən bildirmişdi ki, AI qarşıdakı 30 il ərzində 10 faizlik ehtimalla bəşəriyyətin məhvinə yol aça bilər. Sonra bir qrup allim də bəyanat yayıb. Onlar bildiriblər ki, “süni intellektin bəşəriyyəti məhv etməsi riskini azaltmaq qlobal prioritet məsələ olmalıdır”.
Rusiya və Qərbin böyük əksəriyyəti Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıblar.
Bunu erməni politoloq Armen Ayvazyan deyib.
O qeyd edib ki, Rusiya İrəvana zəmanət verməyəcəyini açıq şəkildə bəyan edir, Rusiya Ermənistana qarşı hər gün Azərbaycana dəstək ifadə edir, Qərb də Ermənistana zəmanət verməyəcəyini bildirir.
Buna misal olaraq 2023-cü ildə istanbulda keçirilən görüşü misal çəkib. “2023-cü ilin payızında Qarabağdakı antiterror əməliyyatından bir neçə gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib. Aydındır ki, görüşdə Türkiyə tərəfi də iştirak edib”, - politoloq qeyd edib.
Ekspert yaranmış vəziyyətdə İranla əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib. "Diqqətimizi İrana yönəltməli, onunla müqavilələr bağlamalı, birgə təlimlər keçirməli, lazım gələrsə, Zəngəzurda (Sünik) müəyyən sayda İran bölmələrini yerləşdirməliyik”, - Armen Ayvazyan vurğulayıb.