Ukrayna ordusu bu gecə Rusiyaya kütləvi PUA hücumu həyata keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 13-də gecə və səhər saatlarında hava hücumundan müdafiə sistemlərinin 58 Ukrayna PUA-sını zərərsizləşdirib.

Ən çox PUA Voronej vilayətində ələ keçirilib.

“Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod (11 PUA), Bryansk (8 PUA), Voronej (29 PUA), Kursk (8 PUA), Leninqrad (1 PUA), Ryazan (1) əraziləri üzərində 58 PUA tutularaq məhv edilib. regionlarda”, - nazirliyin teleqram kanalında verdiyi açıqlamada deyilir.

Nazirlik itki barədə məlumat verməsə də, yerli teleqram kanalları PUA hücumu zamanı ciddi ziyanın dəyməsi barədə məlumat yayıb.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov teleqram kanalında yazıb ki, PUA hücumu nəticəsində neft emalı zavodunda yanğın başlayıb. Ən azı iki nəfərin xəstəxanaya yerləşdirildiyi məlumdur.

2024-cü il ərzində Azərbaycan-Ermənistan münasibətləri çox güman ki, gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağı geri qaytarması qeyri-sabitliyi azaldıb, hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq.

Bu barədə martın 11-də dərc edilən “ABŞ Kəşfiyyat Birliyinin illik təhlükələrin qiymətləndirilməsi” hesabatında deyilir.

“Bununla belə, ikitərəfli sülh müqaviləsinin olmaması, onların silahlı qüvvələrinin yaxınlığı, atəşkəs rejiminə əməl etmək üçün mexanizmin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün kalibrlənmiş hərbi təzyiqdən istifadə etmək istəyi qalacaq. Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirən quru dəhlizinə Bakının çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”, - hesabatda qeyd olunur.

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir.

"Bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız məlumat verib.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcəyik, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik", - deyə vurğulayıb.

Diplomat bildirib ki, Ərdoğanın aprel ayının sonuna qədər İraqa səfər edə bilər.

Türkiyə lideri daha əvvəl bəyan etmişdi ki, bu yay İraqla sərhəd təhlükəsizliyi məsələsi həll olunacaq.

Nikol Paşinyan mətbuat konfransında 4 kəndin (anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması ilə bağlı sualı cavablandırarkən, bildirib ki, "Tavuşun kəndlərinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb”.

Bu, Nikolun növbəti "özünütəkzibi” olaraq görünür. Çünki onun özü dəfələrlə Azərbaycanın 8 kənd məsələsinə toxunub, bu kəndlərin "Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını” bildirib. Müavini Mher Qriqoryan da sərhəd komissiyalarının martın 7-də keçirilən iclasından sonra Azərbaycanın 4 kəndi tələb etdiyini açıqladı. Bütün bunlardan sonra Paşinyanın "Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” açıqlaması absurd görünür və hesab etmək olar ki, erməni baş nazir ictimai ittihamlardan xilas olmaq üçün belə deyir.

Lakin Paşinyanın açıqlamasındakı məntiqə diqqət etdikdə fərqli nəticə ortaya çıxır. Erməni baş nazir deyir ki, "Tavuşun kəndlərini qaytarmaq müzakirə mövzusu deyil və Ermənistan ərazisində bu adda kəndlər olmayıb”. Bu açıqlamanı "həmin kəndlər Ermənistana məxsus olmadığı üçün onların qaytarılması Tavuşun kəndlərinin təhvil verilməsi demək deyil” kimi də oxumaq mümkündür.

Ardınca "delimitasiya Tavuşdan başlaya bilər” deməsi də bu məntiqi ön plana çıxarır. Əks təqdirdə, "Ermənistan ərazisində belə kəndlər heç vaxt olmayıb” demək vaxtilə səsləndirdiyi "Qarabağ Ermənistandır” demək kimi bir şeydir və həmin ərazilərin hərbi müstəvidə azad edilməsini aktuallaşdıra bilər.

Ukrayna Rusiyanın 7 bölgəsinə hücum edib. İki vilayətdə neft emalı zavodu partladılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, martın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Rusiyanın 7 regionuna - Belqorod, Voronej, Kursk, Moskva, Nijni Novqorod, Tula və Oryol vilayətlərinə eyni vaxtda hücum edib. PUA-lardan 25-i məhv edilib.

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin öz teleqram kanalında yaydığı məlumatda isə bildirib ki, PUA-larla Nijni Novqorod yaxınlığında Kstovo sənaye zonasına hücum edilib və nəticədə neft emalı zavodunda yanğın baş verib.

Neft emalı zavodu isə “Lukoyl”a məxsus olub.

Ukrayna ordusunun PUA-ları bundan başqa Oryol vilayətində daha bir neft bazasına hücum edib və nəticədən orada da yanğın baş verib.

Oryol meri Yuri Paraxin bildirib ki, yanacaq-energetika kompleksi obyektinə hücumdan sonra yaxınlıqdakı iki çoxmərtəbəli binadan 17 nəfər qonşu təxliyə edilib.

Baş verən yanğınları lokallaşdırmaq üçün xeyli sayda texnika və canlı qüvvə səfərbər edilib.

Biz bölgəni müharibəyə sürükləyirik, amma ordunu buna hazırlamırıq.
İrəvana qaçıb gizlənən separatçı Samvel Babayan belə deyib.

"Biz heç nəyə hazırlaşmırıq, şıltaq uşaq kimi deyirik ki, bunu istəmirəm, onu istəmirəm, amma mən də heç nə etmirəm. İndi biz bu roldayıq”, - Babayan bildirib.

Ermənilər həddən çox oynadılar. Cənubi Qafqaz, Ermənistan bizə Sovet dövründə NATO, Türkiyə ilə bağlı vacib idi. Siz indi Rusiyadan nə istəyirsiz?

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında deyib.

“90-cı illərdə sizi bu səbəblərdən başa düşürdük. İndi isə deyirsiz ki, ruslar, rədd olun! Yaxşı, biz getdik, nə edəcəksiniz? İran, Türkiyə, Azərbaycan və Gürcüstanın əhatəsindəsiniz. Hansı Fransadan danışırsız? Onlar ki, ora uçub gələ bilməzlər”, - Kalaşnikov bildirib.

ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində yaranmış vəziyyət Qərb ölkələrini yeni dönəmə hazırlaşmaq ehtiyacı ilə üzləşdirib, çünki yeni prezidentin məhz Donald Tramp olacağına şübhə etmirlər... Bəzi Avropa liderləri ABŞ-a səfərlərini Bayden administrasiyası deyil, Ağ Evin qeyri-rəsmi sahibi ilə görüşmək məqsədi üzərində planlaşdırırlar, dünyanın ən böhranlı problemlərini onunla müzakirə edirlər...

Dünya ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə hazırlaşır. Hətta Qərbdə bu seçkilərin ehtimal olunan nəticələri ilə bağlı konkret addımlar da atılmağa başlayıb. Xüsusilə də, Avropa Birliyi ölkələri ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi narahatlıq və çaşqınlıq içərisində olduqlarını qətiyyən gizlətmirlər. Üstəlik, “qoca qitə”də həmin seçkilərin mümkün nəticələrini elə indidən proqnozlaşdırmağa çalışırlar. Və bu, hazırda dünyada cərəyan edən qlobal proseslərə birbaşa təsir etməyə başlayıb.

 Məsələ ondadır ki, Qərb siyasi dairələri keçmiş prezident Donald Trampın yenidən Ağ Evə sahiblənmək şanslarını yüksək qiymətləndirirlər. Onların fikrincə, Donald Trampın ABŞ respublikaçılarının vahid namizədinə çevrilməsi Bayden administrasiyasının təkrar qələbə ehtimalını ciddi şəkildə zəiflədib. Bu səbəbdən də Avropa Birliyi ölkələri ABŞ-da Donald Tramp dövrünün dünyaya mümkün təsirlərinə olduqca pessimist yanaşırlar. Və əksər ehtimallar beynəlxalq məkanda total dağıdıcı dəyişikliklərin ola biləcəyi ilə birbaşa bağlıdır.

89765bfc2b51eceb1857acb795cf70f9.jpg (308 KB)

Hazırda Qərb siyasi dairələri əsasən iki istiqamət üzrə ciddi narahatlıq keçirdiklərini açıq-aşkar biruzə verirlər. Qərbdə düşünürlər ki, əgər, ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin qarşısı alınmazsa, bu dünya üçün kataklizmlər doğura bilər. Xüsusilə də, Ağ Evin keçmiş sahibinin NATO-ya neqativ münasibətdə Qərbdə qəbuledilməz hesab olunur. Və NATO-nun dağılma ehtimalı ilə bağlı iddialar daha da aktuallaşmış kimi görünür.

Əslində, Qərb siyasi dairələrində bu barədə əndişə qətiyyən boşuna yaranmayıb. Ağ Evin keçmiş sahibi hələ ilk prezidentliyi dövründə də NATO-nu əhəmiyyətsiz, vaxtını doldurmuş hərbi-siyasi alyans hesab etdiyini qətiyyən gizlətmirdi. Hətta Donald Tramp hər imkanda ABŞ-ın NATO-dan çıxmasının vacibliyini vurğulayırdı. Hələ də eyni fikirdə olduğu gizlətməyən Donal Tramp hesab edir ki, ABŞ-ın NATO-nu maliyyələşdirmək üçün sərf etdiyi fantastik maliyyə vəsaitləri ölkənin daxili ehtiyaclarına xərclənməlidir.

Ona görə də, əgər, Donald Tramp bu dəfə hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın NATO-nu tərk etməsinə nail olarsa, bu, dünyanın ən nəhəng hərbi-siyasi alyansının dağılması prosesinin başlanması anlamına gələ bilər. Çünki NATO məhz ABŞ-ın hərbi-siyasi patronajlığı altında öz mövcudluğunu qorumağa nail olur. Üstəlik, bu hərbi-siyasi alyansın maliyyə təminatı da məhz ABŞ-ın ayırdığı nəhəng məbləğlər sayəsində formalaşdırılır. Və ona görə də, ABŞ-ın NATO-nu tərk etməsi, eləcə də, Ağ Evin maliyyəsi kəsilərsə, bu hərbi-siyasi alyansın süquta uğraması qaçılmaz ola bilər.

tr-am-bay-an.JPG (51 KB)

Təbii ki, Avropa Birliyi ölkələri üçün NATO-nun dağılması hərbi-siyasi fəlakət anlamı daşıyır. Çünki “qoca qitə” ölkələri öz təhlükəsizlik mataqlarını məhz NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmaqla, təmin edirlər. Həmin dövlətlər hətta son onilliklərdə NATO-ya güvənərək, müdafiə xərclərini minimuma da endiriblər. Yəni, nə vaxtsa, NATO mövcudluğunu dayandırıarsa, Avropa məkanı demək olar ki, müdafiəsiz qala bilər.

Qərb ölkələrini qorxudan digər məsələ isə Donald Trampın Ukrayna savaşına tamamilə əks mövqedən yanaşmasıdır. Ağ Evin keçmiş sahibi ABŞ-ın Ukrayna savaşını maliyyələşdirməsini tamamilə yolverilməz hesab edir. Prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukraynaya hərbi dəstəyi tamamilə dayandıracağını, Rusiya ilə anlaşaraq, qısa müddətdə müharibəni sülh sazişi ilə yekunlaşdıracağını vurğulayır. Və bu, Qərbin Ukrayna savaşını uduzması anlamına gəlir.

Avropa Birliyi ölkələri hazırda Donald Trampın məhz bu planlarından qorxu keçirirlər. Çünki əgər, Ağ Evin keçmiş sahibinin Ukrayna savaşı ilə bağlı planları reallaşarsa, bu halda, Rusiyanın daha da güclənmə ehtimalı artmış olacaq. Üstəlik, Ukrayna savaşından güclənərək, çıxa biləcək Rusiyanın qarşısında elə bir ciddi əngəl də qalmayacaq. Yəni, Rusiya Avropa Birliyi ölkələrini daha asanlıqla hərbi müdaxilə ilə təhdid etmək imkanları qazanacaq. Və bu baxımdan, “qoca qitə”də Donald Trampın həm NATO, həm də Ukrayna savaşı ilə bağlı mövqeyinin xof yaratması o qədər də gözlənilməz deyil.

bayden-koll-image_big_184691.jpg (216 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində yaranmış vəziyyət Qərb ölkələrini yeni dönəmə hazırlaşmaq ehtiyacı ilə üzləşdirib. İndi əksər Qərb ölkələri ABŞ-ın yeni prezidentinin məhz Donald Tramp olacağına şübhə etmirlər. Ona görə də, noyabrdan sonrakı planlarını və hədəflərini məhz bu ehtimalın üzərindən qurmağa üstünlük verirlər. Və bu baxımdan, Bayden administrasiyası artıq Avropa Birliyi ölkələri üçün önəm daşıyan siyasi tərəfdaş hesab olunmur.

Maraqlıdır ki, Avropa məkanında Donald Trampın əleyhdarları ilə yanaşı, qatı tərəfdarları da mövcuddur. Belə ki, Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına hər imkanda siyasi vasitələrlə müqavimət göstərməyə çalışan Macarıstan ABŞ-da hakimiyyət dəyişikliyini böyük səbrsizliklə gözləyir. Macarıstanın baş naziri Viktor Orban hətta məhz prezidentliyə namizəd Donald Trampla görüşmək üçün ABŞ-a səfər də edib. Və bu, o deməkdir ki, Avropa məkanında ABŞ-ın yeni prezidentinin kim olacağı ilə bağlı hər hansı şübhə yeri qalmayıb.

Hər halda, Macarıstan baş naziri Viktor Orbanın gələcək Ağ Ev sahibi kimi gördüyü Donald Trampla görüşmək üçün ABŞ-a səfər etməsi Bayden administarsiyasının onsuz da yüksək olmayan nüfuzunu daha da sarsıdıb. Çünki Macarıstan baş naziri bu səfər çərçivəsində dünyanın bir çox problemlərinin, o cümlədən də Ukrayna savaşının nizamlanması yollarını hazırda hakimiyyətdə olan Bayden administrasiyası ilə deyil, məhz onun müxalif siyasi rəqibi Donald Trampla müzakirə etməyə üstünlük verib. Bu isə o deməkdir ki, ABŞ-da hakimiyyət dəyişikliyinin qaçılmazlığı artıq Qərb siyasi dairələrində ciddi qəbul olunur.

“Yeni Müsavat”

gurcustanda-muselmanlara-qarsi-zorakiliq-resmileri-herekete-kecirib

Martın 8-i Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq edib, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə həmin ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.

Hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb.

Bəyanatda deyilir ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdır.

İdarənin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi doğulması ilə bağlı iddialar Makronu qəzəbləndirib.

Xarici KİV xəbər verir ki, Fransa televiziyasına müsahibə verən Makron iddiaları sərt şəkildə rədd edib.

"Qadınlar bütün bu böhtanlara, iddialara, qərəzli insanlara qarşı mübarizə aparmalıdırlar. Ən pisi dezinformasiyadır. İnsanlar sonda buna inanır və bu sizi, hətta yaxınlarınızı belə narahat edir", - o söyləyib.

Qeyd edək ki, Bricit Makronun anadangəlmə kişi olduğu və Yan Mişel Troqneux adı ilə qeydiyyatda olduğu iddia edilirdi. İddialar ilk olaraq 2021-ci ildə yutubda başlayıb və sonra bu barədə xəbərlər yayılıb.

Bricit Makronun kişi doğulması barədə 4 saatlıq videoya artıq qadağa qoyulub və yayımdan çıxarılıb, video sahibləri isə cərimələnib.

Xəbər lenti