![]() |
|
Birləşmiş Ştatların Ukraynaya yardım göstərmək imkanları demək olar ki, tükənib. Ona görə də ABŞ Konqresi Kiyev üçün yeni vəsaitləri təsdiqləməlidir.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Bizim Kiyevi dəstəkləmək üçü] lazım olan pulumuz, vaxtımız demək olar ki, tükənib”, - Blinken qeyd edib.
O əlavə edib ki, ABŞ Konqresi mümkün qədər tez Ukraynaya yeni yardımların ayrılması məsələsini nəzərdən keçirməlidir.
Beynəlxalq koalisiya husilərə qarşı əməliyyata başladığını açıqladı, İranın proksi qüvvələri sıradan çıxarılır, əsas hədəf isə... - şərh
ABŞ Qırmızı dəniz və Ədən körfəzini husilərin ticarət gəmilərinə hücumundan qorumaq üçün əməliyyata başladığını bəyan edib. Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, ABŞ-a Bəhreyn, Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransadan olan qüvvələr qoşulacaq.
“Yeni Müsavat” xatırladır ki, yəmənli üsyançılar noyabrın ortalarında İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq Qırmızı dənizdə “Galaxy Leader” gəmisini ələ keçirib və onun ekipajını əsir götürüb. Bu günə qədər dörd böyük Avropa şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından artıq imtina edib. Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır. “Amerika Yaxın Şərqdə ikinci cəbhə açır. Qırmızı dənizdə husilərə qarşı dəniz koalisiyası ABŞ tərəfindən yaradılır və əsas məqsəd İsrailə gedən yük gəmilərinin qorunması və husilərin İsrailə atdığı raket və dronların vurulması olacaq”. Bunu şərqşünas yazar Kənan Rövşənoğlu deyib. “Maraqlıdır ki, 2015-ci ildən Yəməndə husilərə qarşı müharibə aparan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi bu koalisiyaya qoşulmayıb. Güman ki, sülh danışıqlarını pozmamaq üçün. Fikrimcə, ABŞ Yəmənə quru əməliyyatı keçirməyəcək, lakin istisna deyil ki, Yəmən sahil əraziləri, hərbi infrastruktur və hətta paytaxt Səna şəhəri bombalanacaq. Bu əməliyyatın bir başqa hədəfi isə yuxarıda qeyd olunan məqsədlərlə yanaşı, həm də diqqəti Qəzza müharibəsindən az da olsa yayındırmaqdır”, - deyə o bildirib.
Bu arada Yəmən husiləri hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəklərini bildirib. Ostin deyib ki, son zamanlarda Yəmən husilərinin hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur:
“Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün “Rifah keşikçisi” əməliyyatının yaradılmasını elan edirəm. Yeni vacib çoxmillətli təşəbbüs Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək”.
İran Yəmən husiləri tərəfindən Qırmızı dənizdə gəminin ələ keçirilməsində iştirakı ilə bağlı ittihamları rədd edib. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında bildirib. Kənani, Tehranın Qırmızı dənizdə Britaniyaya məxsus və Yaponiyaya əməliyyat şirkəti tərəfindən istifadə edilən “Galaxy Leader” gəmisinin ələ keçirilməsində iştirakı ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahu ofisinin ittihamlarını rədd edib. “Biz dəfələrlə demişik ki, bölgədəki müqavimət qüvvələri özlərinin və xalqlarının maraqlarına əsaslanaraq müstəqil şəkildə hərəkət edirlər”, - Kənani vurğulayıb. Beləliklə, ABŞ-ın yaratdığı yeni savaş Qəzza zolağında baş verənlərdən sonra Yaxın Şərqdə müharibənin miqyasının genişlənəcəyinə dair proqnozların özünü doğrultması kimi də başa düşülə bilər. Bəzi ekspertlər bu savaşın qorxunc nəticələri ola biləcəyini deyirlər. Nələr gözlənilir, bu qorxunc plana nələr daxil ola bilər?
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, paralel olaraq artıq İsrail də Livanda “Hizbullah”a qarşı quru əməliyyatlar keçirəcəyini bəyan edib:
“ABŞ HƏMAS-a qarşı müharibə başlayandan regiona təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi. ABŞ-ın əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, HƏMAS, “Hizbullah” və husiləri sıradan çıxarmaqla Hindistandan başlayan “Baharat” dəhlizinin təhlükəsizliyini təmin etməkdir. Qeyd edim ki, ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma İran bu tələbi rədd etdi. ABŞ-ın yeni hərbi əməliyyatlara başlaması gözlənilir. Əgər “Hizbullah”la İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı da hərbi əməliyyatlara başlaya bilər. Ümumiyyətlə, qarşıdakı üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək”.
Siyasi təhlilçi Ramiyə Məmmədova isə husilərə qarşı əməliyyatın tezliklə yekunlaşacağı qənaətindədir. Onun fikrincə, Ukrayna cəbhəsi vacibdir və əsas diqqət bura yönəlməlidir:
“ABŞ eyni vaxtda üç cəbhədə uzunmüddətli mübarizə aparmaq istəməyəcək. Pentaqona gələn il üçün 886 milyard dollar ayrılıb. ABŞ-da müdafiə xərcləri və Ukraynaya yardımlarla bağlı tənqidlər eşidilir. Amma Birləşmiş Ştatlar Ukraynanı yarıyolda qoymaq istəmir. Ona görə də Yaxın Şərq əməliyyatları lokal xarakter daşıyacaq, koalisiya qüvvələri tez bir zamanda husilərin gəmilərə hücumlarının ağır cavabını verərək məsələni həll edəcəklər. Bu prosesə İran, “Hizbullah”, və HƏMAS qoşulacaqsa, o halda savaşın müddəti uzana, arealı genişlənə bilər. Təbii ki, Rusiya da Yaxın Şərqdə böhranın dərinləşməsi arzusundadır. Bu zaman Ukraynaya diqqət azala bilər. Lakin amerikalılar yaxşı başa düşürlər və Yəmənlə bağlı məsələni qısa müddətdə həll edərək yenidən Ukrayna cəbhəsinə diqqəti ayıracaqlar”.
Ekspert hesab edir ki, husilərin Səudiyyə Ərəbistanı ilə də ciddi münaqişəsi var, amma nədənsə bu prosesə müdaxilə etmirlər:
“İran husiləri dəstəkləyən əsas qüvvədir. Tehrana qarşı bir cəbhə açıldığı görünməkdədir. Onun müdafiə etdiyi proksi təşkilatlar - HƏMAS, “Hizbullah” və Yəməndə iqtidarda olan husi gücləri sıradan çıxarılarsa, Tehranı vurmaq çətin olmayacaq. ABŞ-da seçkilərin nəticələrindən asılı olaraq Ukrayna və Yaxın Şərq cəbhələri ilə bağlı qərar veriləcək”.(Yeni Müsavat)
Hindistan yaxın bir neçə ay ərzində Ermənistana “Akaş” zenit-raket komplekslərinin tədarükünə başlamaq niyyətindədir.
Bu barədə ANI agentliyi Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Ermənistan bu silahlara görə, Hindistana 600 milyon dollar ödəyib.
“Akash” “Bharat Dynamics Limited” (BDL) tərəfindən istehsal olunan kiçik hərəkət radiusuna malik mobil zenit-raket kompleksidir. Kompleks eyni vaxtda bir neçə hədəfi (düşmənin raketləri, həmçinin helikopterlər, qırıcılar və 4-25 km məsafədə pilotsuz uçuş aparatları) vura bilir. Ermənistan Hindistandan artıq bu silahdan iki kompleksləri alıb və daha ikisi üçün sifariş verib.
Bundan əvvəl Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raket kompleksləri (Rusiya patenti əsasında Hindistanda istehsal olunur), həmçinin 80 mm-lik haubitsalar və digər silah növləri alıb.
Qeyd edək ki, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir.
İsrail Qəzzada yeni humanitar fasilə üçün yaşıl işıq yandırıb.
Xarici KİV xəbər verir ki, İsrail Prezidenti İsaak Herzoq Qəzzada girovların azad edilməsi üçün yeni humanitar müdaxiləyə hazır olduqlarının bildirib.
“Bir daha qeyd edə bilərəm ki, İsrail girovların azad edilməsini təmin etmək üçün yeni humanitar pauzaya və əlavə humanitar yardıma hazırdır”.
Xatırladaq ki, daha əvvəl İsrail ilə Həmas arasında 7 günlük müvəqqəti atəşkəs elan edilib.
Dekabrın 1-də başa çatan bu atəşkəs zamanı Həmas onlarla girovu, İsrail isə həbsxanalarda saxlanılan fələstinliləri azad edib.
HƏMAS-ın əlində 100-dən çox israilli məhbus olduğu təxmin edilir.
Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan xütbəsində nifrət dolu çağırış edib.
O, erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb.
“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə kimi belə yaşayacağam”, - deyə o, hikkə dolu çıxışında bildirib.
Daha ətraflı videomaterialda:
2020-ci ilin noyabr və dekabr aylarında Rusiya prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Putinin Ermənistanın özünün Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsi barədə verdiyi açıqlamanı şərh edərkən deyib.
“Mənim fikrimcə, bu bəyanat 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla ziddiyyət təşkil edir”, -Paşinyan qeyd edib.
Onun fikrincə, Ermənistan bunun siyasi nəticələrini başa düşür: “Bu yolla Ermənistan Respublikasını ləğv etmək vəzifəsi qoyulub.
6 oktyabr 2022-ci ildə biz Almatı bəyannaməsi əsasında Azərbaycanla sülh bağlamağa hazır olduğumuzu bəyan edirik. Bu, Ermənistanın ərazi bütövlüyünü təsdiq etməyin yeganə yolu idi”.
Paşinyan həmçinin Kremli Ermənistanla bağlı yürütdüyü siyasətdə qırmızı xətti keçməkdə ittiham edib: “Biz deyirik ki, qırmızı xətt pozulub, onlar da cavab verirlər - yox, deyəsən, qırmızı xətt pozulmayıb. Deyirik: çox yaxşı, burada kağız və qələm var, qırmızı xəttiniz haradadır? Deyirlər ki, biz o qırmızı xətti çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda qırmızı xəttiniz yoxdur və niyə Ermənistana gəlirsiniz?”
Rusiya Qərblə “hibrid müharibə” şəraitində nüvə qüvvələrini artırır.
Rusiya Prezidenti Vladimir Putin bu barədə yüksək səviyyəli müdafiə rəsmiləri ilə görüşündə bildirib. Moskvanın strateji qüvvələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu vurğulayıb.
Putin Qərbin ona qarşı “hibrid müharibə” apardığı bir vaxtda Moskvanın nüvə arsenalını təkmilləşdirdiyini və strateji qüvvələrini ən yüksək hazırlıq səviyyəsində saxladığını bildirib.
“Moskva Ukraynada "xüsusi hərbi əməliyyat"ı davam etdirəcək və Rusiyaya strateji məğlubiyyət qazandırmaq üçün edilən bütün cəhdlər artıq iflasa uğrayıb”.
İsrail Livanın cənubunda Hizbullaha qarşı yeni quru müharibəsi planı hazırlayıb.
Bu barədə Britaniyanın "The Times" nəşri yazır.
“Cənubda baş verənlər onların burada (şimalda) edə bildikləri ilə müqayisədə heç nədir. İsrail doktrinası müharibəni qarşı tərəfə keçirməkdir”, - nəşr İsrail ordusunun zabitindən sitat gətirir.
Qeyd olunur ki, İsrail Qərb müttəfiqlərinin təmkinli olmağa çağırışlarına baxmayaraq, Yaxın Şərqdə müharibənin daha da genişlənməsi riski var.
ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask bildirib ki, bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.
Bu barədə o, “X” sosial şəbəkə səhifəsində yazıb.
Mask bəşəriyyəti Ayda baza və Marsda şəhərlər yaratmağa çağırıb. Onun fikrincə, insanlar “ulduzlar arasında olmalıdırlar”.
Sahibkar xatırladıb ki, insanın təyyarə ilə ilk uçuşundan (Rayt qardaşlarının təyyarəsi - red.) Aya eniş etməsinə qədər cəmi 66 il keçib. Bununla belə, Aya insan ayağının dəyməsindən bu yana yarım əsr keçib. Maskın fikrincə, bu hadisə sivilizasiya olaraq bəşəriyyətin ən yüksək nailiyyəti sayıla bilməz.
"Biz əvvəllər dəfələrlə bildirdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq”.
“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə suala cavabında deyib.
“Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir. Əgər, əlbəttə bu cür fikirlər daha çox əsaslandırılırsa, onlar çox dərin narahatlıq predmetinə çevrilməlidir", - Paşinyan qeyd edib.