![]() |
|
Bir sıra informasiya resurslarında bildirilir ki, Moskvanın dəstəyi ilə “Vaqner” döyüşçüləri Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi planını həyata keçirəcək. Məlumata görə, bu planı icra etmək üçün 3 min “Vaqner” döyüşçüsü Ermənistandadır və onlar yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişini həyata keçirəcək.
Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlıq gətirib.
O bu xəbərlərin hamısını mifologiya adlandırıb: “Bu cür bəyanatlar nəyə əsaslanaraq verilir? Niyə yalnız üç? Bütün bunlar haradan qaynaqlanır, faktlar haradadır? Bu qədər insandan danışırıqsa, onlar haradadırlar? Bu hələ bir milyard əhalisi olan ölkə deyil. Və ən əsası, üç nəfər deyil. Bu, itə biləcək kiçik bir qrup insan deyil. Bu, əhalisi az olan bir ölkədir. Biz yəqin ki, bu insanları görərdik”, - Zaxarova qeyd edib.
"Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır".
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir.
“Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”, - bəyanatda bildirilib.
Ş.Mişel həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.
Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.
Moskvanın Paşinyana qarşı inamsızlığını və onun anti-Rusiya bəyanatlarının ciddiliyini nəzərə alsaq, İrəvanda və yaxud Moskvada hakimiyyət dəyişikliyi olmadan yaxşı ikitərəfli münasibətlərə qayıtmaq mümkünsüz görünür.
Bu barədə Polşa mənbələri yazır.
Qeyd edilir ki, Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün addımlar atmağa hazır olub-olmaması sualı açıq qalır, xüsusən də bu, Qafqazda potensial sabitliyin pozulması riskini daşıyır: “Lakin Qarabağ ətrafında gərginliyin daha da artacağı təqdirdə Moskvanın belə riskə getməsini də istisna etmək olmaz”.
“Əgər Qarabağ ermənilərinin Ermənistana axını olarsa, o zaman çox güman ki, qaçqınların əhəmiyyətli bir hissəsi mövcud vəziyyətə görə Paşinyanı günahlandıracaq və onun istefasını tələb edəcək. Bu, Rusiya Federasiyasına, məsələn, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində hökumət başçısı vəzifəsində çalışmış erməni əsilli rus oliqarxı Ruben Vardanyanı cəlb etməklə, hökumət əleyhinə qüvvələri dəstəkləmək imkanı yaradacaq”, - deyə bildirilir.
“Keçmişdə belə hərbi təlimlər olub, amma biz bu hərbi təlimlərə geosiyasi proseslər kontekstində baxmalıyıq. Ermənistan-Rusiya münasibətləri qəlizləşəndə, İrandan Ermənistan siyasətinin məntiqini anlamadıqlarına dair aydın mesajlar gələndə, təbii ki, onlar haqqında hərbi təlimlər və bu kimi bəyanatlar başqa çalar alır. İranda Ermənistanın bölgəyə xarici qüvvələr gətirməsindən narahatdırlar. Rusiya dəfələrlə bəyan edib ki, Qərb onu Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır və indiki hakimiyyətin siyasəti də bu məntiqin tərkib hissəsidir”.
Bunu erməni politoloq Stepan Danielyan ABŞ-Ermənistan hərbi təlimlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bunu anlamaq üçün baş nazir Paşinyan və onun müavinlərinin fəaliyyətini izləmək yetərlidir.
“Rusiya və müxtəlif İran rəsmilərinin, analitiklərinin verdiyi açıqlamalarda Ermənistana da Qərb qüvvələrinin gətirildiyi deyilir. Rusiya Federasiyasının rəhbəri, xarici işlər naziri, spiker, Dövlət Dumasının deputatları, politoloqlar dəfələrlə belə bir bəyanatla çıxış ediblər ki, Qərb onları Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır və bu, türk dünyasının güclənməsi deməkdir”, - o qeyd edib.
Erməni ekspert əlavə edib ki, Türk dünyasının güclənməsinin yolu isə Zəngəzurdan keçir: “Ermənistan da bunun qurbandır”.
Danielyan onu da qeyd edib ki, nə qədər qəribə səslənsə də, Azərbaycan bu baxımdan NATO üçün həddindən artıq önəmli müttəfiqdir.
ABŞ-Ermənistan hərbi təlimləri ilə bağlı digər bir məqama toxunun erməni politoloq qeyd edib ki, bu yolla Qərb erməni zabit və əsgərləri arasında agent şəbəkəsini formalaşdırır və bu da çox təbii prosesdir.
Samvel Şahramanyanı təbrik etmək üçün xüsusi bir şey yoxdur, onun üzərinə çox böyük məsuliyyət düşür.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan niyə hələ də Şahramanyanı təbrik etmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu gün biz beynəlxalq birliyin məntiqinə öz mövqelərimizə və yanaşmalarımıza qarşı çıxmaqdansa, konsolidasiya məntiqini rəhbər tutmalıyıq. Qarabağda yaranmış humanitar böhranı siyasiləşdirməməliyik. Biz imkan verməməliyik ki, həddindən artıq siyasiləşmə yolu ilə məsələnin humanitar mahiyyəti siyasi müstəviyə çevrilsin”, - Paşinyan qeyd edib.
“Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımaqla statusunu müəyyən etdi. Vəssalam”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
Onun sözlərinə görə, bu, artıq problemin açar bəyanatıdır.
“Biz həll variantlarımızı təklif etdik, nəyisə gizlətməyə ehtiyac yoxdur. Biz Azərbaycanla danışıqlar aparmağı təklif etdik ki, iki rayon Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və bütün Qarabağın yurisdiksiyasında qalsın, lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz onilliklər ərzində Ermənistan rəhbərliyini razı salmağa çalışırıq. “Nə edəcəksiniz” soruşduqda, “döyüşəcəyik” cavabını verdilər. Oldu”.
Beynəlxalq Qızıl Xaç Komitəsi öz səlahiyyətlərini aşaraq Azərbaycanın suverenliyi ilə bağlı məsələlərə müdaxilə edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin ermənilər üçün qaçaqmalçılıqla necə məşğul olduğunun şahidi olduq.
Bunu ingilis jurnalist Nil Votson deyib.
O bildirib ki, Azərbaycan Laçın-Xankəndi yolunda Laçın sərhəd-keçid məntəqəsini yaradıb ki, bu da onun suveren hüququdur.
“Ermənilərə humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif olunur.
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinə xələl gətirə biləcək addımlardan çəkinməlidir, çünki əks halda bu, region üçün çox ciddi təhlükə yarada bilər və hətta uzun müddət davam edə bilər”, - deyə ingilis jurnalist söyləyib.
Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edir.
Haqqin.az xəbər verir ki, səhər saatlarından etibarən Laçın sərhəd-buraxılış məntəqəsində bir qrup erməni şəxs azərbaycanlı sərhədçilərin diqqətini cəlb edib.
Sözügedən şəxslər tələbə olduqlarını və təhsil üçün İrəvan Dövlət Universitetinə yollandıqlarını bildiriblər.
“Belə görünür ki, İrəvan hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərilən döyüşçülərini oradan çıxarmaq qərarına gəlib. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, - məlumatda qeyd olunub.
İran silahla təmin etmək və İrəvana dəstək verməklə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırır.
Bu barədə İsrailin i24 onlayn televiziya kanalı yazır.
Sayt Rusiya mənbələrinə istinadən yazır ki, Tehran İrəvanla razılaşaraq öz silahlı qüvvələrini Ermənistan ərazisinə daxil edə bilər. Səbəb Tehranın Zəngəzur dəhlizinin yaradılmasından qorxmasıdır ki, bu da “İranın Ermənistanla əlaqəsini kəsəcək, bununla da həm İslam Respublikasına, həm də İslam Respublikasından gizli tədarük üçün əsas kanalı pozacaq”.
Nəşr qeyd edir ki, İranın Ali Rəhbəri Xamenei şəxsən göstəriş verib ki, ehtiyac duyularsa, Ermənistanı dəstəkləmək və dəhlizin yaradılmasının qarşısının alınması üçün İran Silahlı Qüvvələri müdaxilə etsin.
Zəngəzur dəhlizi uzunluğu təxminən 40 km olan nəqliyyat dəhlizi layihəsidir. Bu marşrutun Azərbaycanın qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Bu, Türkiyədən Azərbaycana, oradan isə Xəzər dənizi vasitəsilə Orta Asiya və Çinə birbaşa quru yolu yaradır.
Bloger Roman Baqdasaryan erməni cəmiyyətinə müraciət edərək Qarabağ klanının nümayəndələrinin Ermənistana daxil olmasının təhlükəli olduğunu qeyd edib.
O bu barədə sosial media hesabında yazıb.
“Müharibədən 3 il keçir. Qarabağdan böyük bir satqın axını - Araikin “məmurları”, “generallar” və həbsxanalardan qatillər Ermənistana qaçır və burada cəzasız dolaşırlar. Niyə biz hər kəsə Qarabağdan Ermənistana getməyə icazə veririk?
Niyə heç kim Samvel Oqanovskinin Ermənistanda nə işlə məşğul olduğunu soruşmur? “Stepanakert merinin” arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? Ermənistan işdə olmayan insanların maaşını necə verir və onlar Ermənistanda kef edirlər?”
Bloger həmçinin sual edir ki, Bako və Araikin göstərişi ilə həbsxanalarda adam öldürən o qarabağlılar niyə İrəvanda sakit gəzirlər: “İnsanlar cinayət məsuliyyətinə cəlb olunur, adam öldürməkdə ittiham olunur və eyni zamanda sakitcə Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar hansı zərərlərə səbəb ola bilər?”