![]() |
|
Ukrayna Silahlı Qüvvələri rus qoşunlarını Baxmut yaxınlığındakı daha iki mövqedən sıxışdırıb. Söhbət Minkovka (Baxmutdan 15 km şimal-qərbdə) və Dubovo-Vasilevka (6 km) yaxınlığındakı mövqelərdən gedir.
Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) yeni hesabatında qeyd edir.
Həmçinin Ukrayna qüvvələrinin Baxmutun cənubunda və Zaporojye vilayətinin qərbində irəlilədiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Andreevkanın ələ keçirildiyini və Donetsk vilayətinin Kleşçeevka yaxınlığında uğur qazandığını elan edib.
ABŞ Prezidenti Co Bayden yenidən anlaqsız davranışı ilə gündəmə gəlib.
Xarici mediaya istinadən xəbər verir ki, onun 40 il işlədiyi binadan çıxması üçün təhlükəsizlik əməkdaşının yardımına ehtiyac duyulub.
Belə ki, təhlükəsizlik əməkdaşı ABŞ liderinə "Biz Kapitol binasındayıq, siz isə yanlış istiqamətdə gedirsiniz. Binanın o biri tərəfinə çıxın" deyə ona kömək edib.
“Biz həm Azərbaycanla, həm də Ermənistanla güclü strateji əlaqələrə malik olmaq istəyirik. Ermənistanla Rusiya arasında münasibətlərin geriləməsi fonunda bizim buna nail olmaq imkanımız var”.
Bunu amerikalı senator Ben Kardin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.
“Bu, mübahisəli ərazidə problemləri həll edərkən dəyərlərimizə sadiq olub-olmamağımız önəmlidir. Birləşmiş Ştatlar humanitar yardıma görə dəhliz açmaq üçün addımlar atmalıdır. Bununla belə, ilk növbədə nə istədiyimizi başa düşməliyik. Azərbaycan bizim üçün vacib ölkədir, lakin prezident Baydenin dediyi kimi, biz öz dəyərlərimizi rəhbər tutmalıyıq”, - senator qeyd edib.
O əlavə edib ki, ABŞ həm Ermənistan, həm də Azərbaycanla strateji əlaqələri inkişaf etdirməlidir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işini gecələr gec bitirdiyindən gündə cəmi 5-6 saat yatdığını deyib. Onun fikrincə, işi bitirmədən yatmaq xalqla möhkəm münasibət qurmaq və ya miras qoymaq mümkün deyil.
Bunu Ankarada Prezident iqamətgahında valilərin səlahiyyət müddəti ilə bağlı təşkil olunan püşkatma mərasimində çıxışı zamanı deyib.
“Ölkədə inzibati hakimiyyət yalnız iş vaxtı həyata keçirilə bilən peşə deyil. Bizi təmsil etdiyiniz rayonlarda işləmək və yüksək templə və motivasiya ilə günün 24 saatı, ilin 365 günü işləməyinizi gözləyirəm. Mən prezident kimi belə işləyirəm. 5-6 saat yatıram. Bəzən evə saat 12-də, bəzən gecə birdə gedirəm. Mən bunu başqa cür edə bilmərəm. Əks halda nə xalqla möhkəm münasibət qurmaq, nə də miras qoymaq mümkün deyil”, - deyə Ərdoğan deyib.
İrəvanda məşhur rusiyalı blogerin həyat yoldaşının özünə qəsd etdiyi bildirilir.
Bu barədə erməni mənbələri yazır.
Söhbət jurnalist Aleksey Romanovun həyat yoldaşı Yana Zelenskayadan gedir. Onun meyiti hamamda tapılıb və ilkin versiya əsasən, bu, in*tihar hadisəsidir.
Xatırladaq ki, Romanov Ermənistanda qondarma “məxməri inqilab” zamanı mitinqlərdən reportajlar hazırlaması və Paşinyanla müsahibə etməsi ilə tanınır. O həmçinin 44 günlük müharibədən sonrakı hadisələr barədə informasiya verməsi ilə diqqət çəkib.
Rusiya Federasiyasının iki sərhəd bölgəsində - Bryansk və Belqorodda gecə saatlarında 9 pilotsuz təyyarə vurulub.
Bu barədə yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi bildirir.
İlkin məlumatlara görə, söhbət pilotsuz təyyarə hücumundan gedir, nəticədə hava hücumundan müdafiə qurğusunun vurulduğu iddia edilir.
Həmçinin Krımda Krım körpüsündə nəqliyyatın hərəkəti yenidən bağlanıb. Bunun səbəbləri barədə məlumat verilmir.
“Şöbələrə xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “təhlükəsizlik xidməti” necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, bu “post patrulları” (Deməli, bu adamlar quldur birləşmələrinin postlarında xidmət ediblər – red.) gedir? Deməyin ki, mən Qarabağın “mühafizəçilərini” tənqid edirəm, belə bir şey yoxdur. İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkil çəkdirib dərc edirlər”.
Bunu erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirərkən qeyd edib.
O bildirib ki, müharibə vaxtı da bir çoxları “arvadının ətəyinin altında” qaçırdılar:
“Heç deməyin ki, onlar (Qarabağdan gedənlər - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olub müayinəyə gedirlər. Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir. Əgər sualıma ciddi cavab verilməsə, heç bir qurumu rahat buraxmayacağam. Yetər, mənim ağzımı açdırmayın. Müharibə vaxtı isə belə qoyunlar arvadlarının ətəyinin altına girib qaçırdılar, İrəvanda əylənirdilər... Sözümü deyəcəyəm, utanmıram da”.
“Onlar bu 18 yaşlı əsgərləri tək qoyub qaçdılar və müharibədən sonra medallar aldılar”, - Şirinyan qeyd edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid edib.
"Report" xəbər verir ki, bu barədə İran XİN-in məlumatında qeyd edilib.
Bildirilib ki, Hüseyn Əmir Abdullahian ilə erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Danışıq çərçivəsində Əmir Abdullahian Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkərək bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.
İranın XİN başçısı davamlı sülhə nail olmaq üçün fikir ayrılıqlarının əsas səbəbləri ilə mübarizənin zəruriliyini vurğulayaraq əlavə edib ki, regionda hərtərəfli sülhə nail olmaq üçün ən əlverişli yol danışıqlar və mexanizmlər, o cümlədən, "3+3" formatıdır.
O, həmçinin söyləyib ki, Araz çayının ekosistemini qorumaq üçün onun çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsi vacibdir.
ABŞ-nin Rusiya və Çinlə geosiyasi rəqabətinin artması soyuq müharibədən sonrakı dünya nizamının sona çatdığını göstərir.
Bunu ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib.
“İndi qarşılaşdığımız vəziyyət Soyuq Müharibədən sonrakı nizamın sınağından daha böyükdür. Bu, onun sonudur. Onilliklər boyu davam edən müqayisəli geosiyasi sabitlik öz yerini avtoritar dövlətlərlə və güclərlə artan rəqabətə verib”, - deyə Blinken bəyan edib.
ABŞ dövlət katibi vurğulayıb ki, Rusiyanın Ukraynada müharibəyə başlaması “beynəlxalq nizam üçün ən təcili, kəskin təhdiddir”.
“Eyni zamanda, Çin uzunmüddətli perspektivdə ən ciddi problemdir. Çünki o, təkcə beynəlxalq nizamı dəyişməyə çalışmır, həm də bunun üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir. Moskva və Pekin sərhədsiz tərəfdaşlıqları vasitəsilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz bir yerə çevirmək məqsədilə getdikcə daha çox işləyirlər. Beləliklə, biz ABŞ Prezidenti Co Baydenin dediyi kimi, dönüş nöqtəsini yaşayırıq. Bir dövr bitir, digəri başlayır və indi qəbul etdiyimiz qərarlar onilliklər boyu gələcəyi formalaşdıracaq”, - ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin zirehli texnikasını ölkənin şimal-qərb sərhədlərinə köçürür.
Bu barədə İranın Tasnim xəbər agentliyi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları məlumat yayıb.
İran və İraq arasında təhlükəsizlik sazişi bağlanıb və bu sazişə əsasən, sonuncu sentyabrın 19-dək öz ərazisində mövcud olan İran kürd paramilitar qruplarını tərksilah etməyi, onların bazalarını bağlamağı və onları başqa yerlərə köçürməyi öhdəsinə götürüb.