ABŞ generalı: Ukraynanın cəmi 45 günü qalıb

Ukraynanın pis hava şəraitinin Rusiyaya qarşı əks-hücumuna mane olmasına cəmi 45 gün qalıb.

Bunu ABŞ ordusunun generalı Mark Milli BBC-yə müsahibəsində deyib.

Amerikalı generalın sözlərinə görə, yağışlar başlayandan sonra “manevr etmək çox çətinləşəcək”.

“Bu hücum təxminən 90 gün əvvəl başladı. İşlər gözlənildiyindən daha yavaş getdi. Lakin hələ də kifayət qədər vaxtımız var - yəqin ki, qeyri-sabit hava şəraitinə, yağışlı, qarlı, soyuq hava şəraitinin başlamasına 30-45 gün qalıb”, - deyə o bildirib.

Amerikalı generalın sözlərinə görə, döyüş hələ bitməyib.

“Döyüşün necə bitəcəyini indidən söyləmək hələ tezdir. Qarşıya qoyduğu işdə qismən də olsa, uğur qazandılar və bu, vacibdir. Bir azdan yağıntılı havalar başlayacaq və bu zaman manevr etmək çox çətin olacaq. Bunun ardınca da uzunmüddətli qış gələcək. Bax, o zaman işlərin necə getdiyini görəcəyik. Lakin bu hücumun uğursuz olub-olmadığını söyləmək hələ tezdir”.

Bundan əvvəl Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov qarşıdan gələn soyuq havaya baxmayaraq, Ukraynanın rus qoşunlarına qarşı əks-hücumunun davam edəcəyini bəyan edib.

Son günlər sosial mediada trendə çevrilən “∀” işarəsi gündəm mövzulardan biridir. Bu işarənin nə məna verməsindən asılı olmayaraq, ermənilərdə qorxu yaratdığı aydındır. Maraqlıdır ki, heç bir rəsmi görüntüdə əks olunmayan element düşmən tərəfini ciddi şəkildə həyəcanlandırıb.

Rusiyalı politoloq Qriqori Trofimçuk bununla bağlı fikirlərini bildirib.

O deyir: “Azərbaycanın informasiya-siyasi meydanında qəfildən yeni bir işarə peyda oldu: baş hərfi “A” tərsinə çevrildi - ∀. Üstəlik, mərkəzi xətt küncdən kənara çıxır, sanki məktubun özünü kəsir.

Mən indi Ermənistan-Azərbaycan qarşıdurmasının siyasi hissəsinə keçməyəcəyəm (∀ - “Artsaxın nəhayət bağlanan mövzusu, Qarabağ probleminin sonu deməkdir – o belə düşünür), yalnız simvol üzərində dayanacağam”.

Ekspert deyib ki, bu işarəni azərbaycanlılara kimin təklif etdiyini bilmir: “Amma onu meydana çıxarmaqla Bakı heyrətamiz peşəkarlıq nümayiş etdirdi.

O mənada ki, ölmüş SSRİ-nin xarabalıqlarındakı məmurlar prinsipcə, nə mülki, nə də hərbi simvolların mənasını başa düşmürlər. Onlar bu barədə, ümumiyyətlə, heç nə bilmirlər”.

Onun fikrincə, bu işarə sizə lazım olan hər şeyə malikdir:

“- yığcamlıq, dünyanın istənilən yerində ani oxunuş;

- aydın siyasi məna;

- kommersiya şirkətlərinin peşəkar loqolarında tez-tez istifadə olunan ilk hərf;

- “A” hərfi dünyanın bütün dillərinə daxildir.

Sadəcə, möhtəşəm. Qrafiklər tapşırığa tam uyğundur. Mən məmurları tanımıram. Xüsusi medal lazımdır”.

Trofimçuk əlavə edib ki, yalnız istinad kitablarında tapıla bilən “∀” işarəsinin digər məlum mənalarını xatırlamaq qalır:

"köklü dəyişikliklərin simvolu"...

"Riyazi məntiqdə universal kəmiyyət göstəricisidir"...

"amulet"...

"taleyinə tamamilə təsir etmək imkanı" və s.

Yalnız bir neçə beynin düşünüb təklif edə bildiyi və heç kimə nəyisə sübut etməyin mümkün olmadığı qrafik minimalist assosiativ sənətin ən mürəkkəb sahəsində rəsmilərin və peşəkarların bir-biri ilə ortaq dil tapa bilməsi, sadəcə, inanılmazdır. Burada axmaqlara yer yoxdur”.

İsrail İranın bütün dünyadakı İsrail və yəhudi obyektlərinə zərbələr endirmək üçün iyirmidən çox cəhdinin səbəbkarlarını tapmaq üçün “Tehranın ürəyinə” zərbə endirməyə hazırdır.

Bunu İsrailin “Mossad” kəşfiyyat agentliyinin rəhbəri David Barnea deyib.

O, universitetində keçirilən təhlükəsizlik konfransında çıxış edərkən bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada İran tərəfindən planlaşdırılan 27 hücumun qarşısını alıblar.

“Bütün bunların hamısı İran tərəfindən təşkil edilib, ilhamlandırılıb və səhnələşdirilib”, -Mossad rəhbəri qeyd edib və söyləyib: “Biz danışdıqca, İran əlavə hücumlar həyata keçirməyə çalışır. Bizim mesajımız yüksək, aydın və qətidir”.

Barnea bildirib ki, İsrail “sui-qəsdlərdə iştirak edən agentləri və onları göndərən komandirləri” təqib edəcək. “Bunun qiymətləri İranın dərinliklərində, Tehranın mərkəzində müəyyən ediləcək”, - Mossad rəbəri bəyan edib.

Mən hakimiyyəti sabah bu seçki kampaniyasını dayandırmağa və müharibəyə hazırlaşmağa çağırıram.

Bunu Ermənistan parlamentinin deputatı, İrəvan meriyasına namizəd Yervand Tarverdyan deyib.

“Bu gün vətəndaşlarımızı proqnozlaşdırılan müharibə daha çox narahat edir və mən vəziyyəti təhlil edərək, şəxsən hakimiyyəti sabah bu seçki kampaniyasını dayandırmağa çağırıram”, - o deyib.

Tarverdyanın sözlərinə görə, müharibədə müdafiə prosesinə başlamaq lazımdır: “Ölkəmizin başçısı müxtəlif ölkələrin rəhbərlərini çağırır, amma ölkə daxilində heç bir iş görülmür. Lakin hazırda erməni xalqının əsas vəzifəsi proqnozlaşdırılan müharibəyə hazırlaşmaqdır. Mənim təxminlərimə görə, 7-10 günə müharibənin başlayacağı ehtimalı çox böyükdür. Amma bizdə seçkilər var, onlar insanları psixoloji cəhətdən hazırlamaq belə istəmirlər”.

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə artan gərginliyi müzakirə edib.

Qeyd edilir ki, Makron bütün fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə həll etməyə çağırıb.

Mərakeşdə 7 bal gücündə zəlzələ olub.

Bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 6,21 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində 296 nəfərin öldüyü, 153 nəfərin isə xəsarət aldığı deyilir.

Xainləri heç yerdə sevmirlər, onlardan sadəcə istifadə edirlər.

Bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan yeni süjetində bildirilir.

Qeyd olunur ki, bütöv bir xalq tamamilə könüllü olaraq illüziyalar aləmində yaşayır və öz tarixilərində silsiləli şəkildə xəyanətlərə yol verirlər.

“Faktlar yalan demir. Osmanlı İmperiyası - 1915. Azərbaycan - 1988. İybilmə qabiliyyətini itirmiş it tez-tez sahibini dişləyir. Bu o deməkdir ki, satqınlar üçün sırada növbəti hədəf Rusiyadır”, - videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçının keçirildiyi Eskişehir stadionu qürurlu anlara səhnə olub.

Belə ki, oyuna gələn azarkeşlərdən biri özü ilə Azərbaycan bayrağı gətirib.

Bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda Qərbyönümlü media resurslarının sayının artması ilə bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə, anti-Rusiya kampaniyası xaricdən maliyyələşir və Ermənistanda ictimai əhvali-ruhiyyəni dəyişməyə yönəlib.

“Təəssüf ki, Ermənistanda açıq informasiya resursları var ki, bizim ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə, o cümlədən KTMT və Aİİ-ni tənqid etmir, palçıq atır. Vurğulamaq istərdim ki, bu, “kollektiv Qərb” tərəfindən səxavətlə maliyyələşdirilən çoxsaylı qondarma vasitələrlə təbliğ olunur: QHT-lər, “ekspertlər” və qrantlar”, - Zaxarova deyib.

O, bəyanatını “belə kampaniyanın əsl məqsədi Rusiya ilə Ermənistan arasında uçurum yaratmaq və Rusiyanın beynəlxalq aləmdə təsirini zəiflətməkdir” sözləri ilə yekunlaşdırıb.

Rəsmi nümayəndə bu cür hadisələrə misal olaraq Ukraynadakı vəziyyəti xatırladıb.

Rusiyada hepatit, zöhrəvi xəstəliklər və koronavirusa qarşı dərmanların hazırlandığı Federal Tibbi və Bioloji Agentliyinin Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Serumlar İnstitutunun direktoru Viktor Truxin Moskvada itkin düşüb.

Verilən məlumata görə, Viktor Truxini sonuncu dəfə dörd gün əvvəl görüblər.

V.Truxinin qızının sözlərinə görə, o, atasını sonuncu dəfə sentyabrın 3-də görüb. Ertəsi gün artıq onunla əlaqə saxlamaq mümkün olmayıb, lakin sosial şəbəkələrdə Viktorun sonuncu dəfə ayın beşində onlayn olduğunu görmək olar. Atasından bir xəbər ala bilmədiyi üçün o, polisə ərizə yazıb.
Xatırladaq ki, Viktor Truxin Nikaraqua Respublikasının Sankt-Peterburqdakı fəxri konsuludur. Epidemiya zamanı o, Latın Amerikasında hepatit, vərəm, qrip və digər xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasında və onların materikin əlçatmaz yerlərinə çatdırılmasında fəal iştirak edib.(oxu.az)

Xəbər lenti