![]() |
|
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə Ukraynada prezident və parlament seçkilərini keçirmək istədiyini deyib. Lakin söyləyib ki, bunun üçün qanunvericilik dəyişikliklər edilməli, tərəfdaşlardan vəsait və beynəlxalq müşahidəçilərin, hətta ön cəbhə xəttində olması zəruridir.
Bu barədə “Ukrainskaya pravda” yazır.
Nəşrin yazdığına görə, Zelenski xatırladıb ki, müharibə zamanı Ukraynada seçkilərin keçirilməsi qanunla qadağandır.
“ABŞ-nin məntiqi belədir ki, əgər demokratiyanı müdafiə edirsinizsə, müharibə zamanı da bu müdafiə haqqında düşünməlisiniz. Seçkilər müdafiə vasitələrindən biridir. Amma təkcə müharibə zamanı qanuna görə seçkilərin qadağan olunmasında deyil, keçirilməsində çox çətinliklər var”, - o qeyd edib.
Zelenski onu da deyib ki, seçkini keçirmək üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunur: “5 milyard verməyə hazırdırlarsa, seçki keçirilə bilər. Çünki mən büdcədən sadəcə, 5 milyard götürə bilmərəm. Mənə elə gəlir ki, bu, adi vaxtlarda, yəni sülh şəraitində seçki keçirmək üçün lazım olan məbləğdir, amma müharibə dövründə seçki keçirilməsi ilə bağlı bir söz deyə bilmərəm. ABŞ Avropa ilə birlikdə bizə maliyyə dəstəyi versə, onda Ukraynada seçkilər keçiriləcək”, - o bildirib.
Zelenski onu da əlavə edib ki, Qərb ilk növbədə Avropa 7 milyon ukraynalı qaçqının səsverməsi üçün şərait yaratmalıdır: “Çünki Ukraynanın belə infrastruktur imkanları yoxdur. Siz qaçqınları səsvermə hüququndan məhrum edə bilməzsiniz”.
Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qremmi Ukraynada müharibə şəraitində seçkilərin keçirilməsinin zəruriliyini qeyd edib.
Qarabağdakı erməni quldurlarının başçısı Arik Arutyunyanın "Facebook" səhifəsi silinib.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Arayik Arutyunyanın səhifəsi Azərbaycandan olan istifadəçilərin çoxsaylı şikayətindən sonra silinib.
Yevgeni Priqojinin iyun iğtişaşından sonra Rusiya müstəntiqləri onun evində axtarış apararkən, “Vaqner” rəhbərinin adından uçuş həyata keçirə biləcək oxşarının olduğunu təsdiqləyən sənədlər aşkarlamışdılar.
Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
Bundan çıxış edən “Nyu York Tayms” isə Priqojinin uçuş zamanı iz azdırmaq üçün oxşarından istifadə edə biləcəyinə diqqət çəkib.
Qiyam zamanı Priqojinin evindən çıxan “oxşarının sənədinin” görüntüsü də yayılıb.
Qeyd edək ki, 23 avqustda Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Priqojin də daxil olmaqla, göyərtədə olan 10 nəfərin hamısı ölüb.
Təyyarənin vurulduğu və yaxud daxildən partladıldığı ehtimalı yüksəkdir. Çünki qəzadan öncə şahidlər havada ikən təyyarədə ardıcıl iki partlayış baş verdiyini müşahidə ediblər.
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinin ardından təşkilatın dağılacağı iddiaları səsləndirilir.
Maraqlı məqam isə Rusiyanın hərbi maraqlarını qoruyan bu qrupun saxlanılmasının Rusiyaya nə qədər xərcə başa gəlməsidir. Eləcə də, təşkilatın dağılması Rusiya üçün nə kimi itkilərlə nəticələnə bilər?
İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, “Vaqner” qrupuna nə qədər pul xərcləndiyini demək çətindir, çünki təşkilat uzun illərdir fəaliyyət göstərir:
“Yalnız 2 ay öncə çevrilişə cəhd zamanı Rusiya prezidenti təşkilatın xərcləri ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, son bir ildə “Vaqner” qrupuna 86 milyard rubl ödəniş olunub. Bu isə təqribən 1 milyard dollardan yuxarı məbləğdir. Bu qrup bir neçə ildir fəaliyyət göstərir və onun maliyyələşdirilməsi büdcənin gizli hissəsindən həyata keçirilir. Bundan əlavə, bir sıra şirkətlərə Priqojinə əlavə vəsaitlərin ödənilməsinin tapşırıldığı güman edilir”.
Ekspertin sözlərinə görə, Priqojin “Vaqner”dən əlavə 10 milyardlarla rubl dövriyyəsi olan “Konkord” şirkətlər qrupunun da rəhbəri idi: “Ketrinq şirkəti orduya, dövlət müəssisələrinə yemək və ərzaq tədarükü ilə məşğul idi. Əgər “Konkord” şirkəti və “Vaqner” qrupu qalacaqsa, yeni rəhbərliyi və maliyyə mənbələri olacaqsa, Rusiyanın xarici ölkələrdə, eləcə də Afrika ölkələrindəki iqtisadi maraqlarını hərbi yolla həyata keçirməkdə davam edəcək. Lakin bu qrupun qalıb-qalmayacağı, hansı formada idarə olunacağı, Priqojinin yerini tuta biləcək birinin olması məlum deyil”.
“Vaqner” və “Konkord” qrupunun nə qədər vəsaitə nəzarət etdiyi açıqlanmasa da, yüz milyonlarla dollar itkidən söhbət getdiyini deyə bilərik”, - deyə N. Cəfərli əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrikada keçirilən BRİKS sammiti çərçivəsində BMT-nin Baş katibi Antoniu Quterriş ilə görüşüb.
Görüş zamanı tərəflər “taxıl sazişi” məsələsinə xüsusi toxunublar.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Lavrov rəsmi Moskvanın “taxıl sazişi”ndə iştiraka yalnız Rusiya tərəfi qarşısında götürülən bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə qayıtmağa hazır olduğunu bildirib.
Restoranında ABŞ, Fransa, Çili kimi ölkələrin lideləri nahar edib.
1961-ci ildə Sankt-Peterburqda dünyaya göz açan, kiçik yaşlarında atasını itirən oliqarx Yevgeni Priqojin orta məktəbi bitirdikdən sonra Leninqrad Kimya və Əczaçılıq İnstitutuna daxil olsa da, təhsilini başa vura bilmir. Buna səbəb isə Priqojinin 19 yaşında oğurluqda, quldurluqda ittiham olunaraq 12 il müddətində azadlıqdan məhrum edilməsi olur. O, ancaq 1988-ci ildə əfv olunur və 1990-ci ilə həbsxanadan çıxa bilir.
1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin Sankt-Peterburqda (Leninqrad) hot-doq satışı ilə məşğul olmağa başlayır və tədricən bunun şəbəkəsini yaradır.
Priqojin 1993-cü ildə “Kontrast” supermarketlər şəbəkəsinin meneceri kimi fəaliyyət başlayır və 1995-ci ilə qədər marketlərin sayı 10-a çatır. 1995-ci ildə isə Priqojin Vasilyevski adasında “Vine Klub” bar mağazasının açılışını edib.
1996-cı ilin dekabrında isə o, tərəfdaşları ilə birlikdə Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasında ilk elit “Köhnə gömrük” restoranını açıb. Priqojin restorana qoyduğu 350 min dollar həcmindəki sərmayəni cəmi beş ay ərzində çıxarır. Qısa zamanda o, ilk milyon dollarını qazanıb. Bundan həvəslənən Priqojin 1996-cı ildə "Konkord Katering" adında iaşə şirkətini təsis edib.
Bu sahədə də sürətlə uğur əldə edən Priqojin 1998-ci ilin yazında maliyyə və siyasi elitanın məşhur ziyarətgahına çevrilən "New Island" restoran-gəminin açılışını edib. Hansı ki, həmin restoran qısa zamanda dünyanın ən tanınmış siyasi, maliyyə, iqtisadiyyat, ticarət, mədəniyyət sahəsinin insanlarının ziyarət etdiyi bir məkana çevrilir.
Belə ki, 1999-cu ilin yayında Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Mişel Kamdess, 2001-ci ildə Rusiya və Fransa liderləri Vladimir Putinlə Jak Şirak, 2002-ci ildə isə Putinlə ABŞ prezidenti Corc Buş həmin restoranın qonağı olur.
2003-cü ilin payızında isə Putin ad gününü məhz həmin restoran-gəmidə qeyd edib.
Priqojin 2002–2012-ci illərdə "Blin! Donalds" restoran şəbəkəsini genişləndirir. 2003-cü ildə restoranlardan birinin açılışında Sankt-Peterburq qubernatoru Vladimir Yakovlev və Çili prezidenti Rikardo Laqos iştirak ediblər.
Şəbəkə məşhur "Kvadrosozon" da daxil olmaqla "Rus fast food" təklif edən ümumi əhali üçün nəzərdə tutulur.
2011-ci ildə isə Priqojin restoran biznesindən əl çəkib tikinti biznesinə qoşulur.
Laxta ərazisində "Konkord" şirkəti öz park ərazisi olan XVIII-XIX-cu əsrlərin Sankt-Peterburq memarlığı üslubunda 45 üçmərtəbəli evlərdən ibarət Şimali Versal yaşayış kompleksini tikib.
2015-ci ilin payızında Konkord ilə əlaqəsi olduğu güman edilən bir sıra şirkətlər Müdafiə Nazirliyinin törəmə şirkəti tərəfindən keçirilən tenderlərdə qalib gəlir. Həmin şirkətlər nazirliyin qida təchizatı məsləsini üzərinə götürür.
Bundan əlavə olaraq müqaviləyə əsasən, şirkətlər 26 milyard rubla Moskva, Bryansk və Tver vilayətlərindəki hərbi şəhərciklərin mənzil-kommunal xidmətlərini öz üzərinə götürürlər.
Ümumilikdə, 2015-ci ildə Yevgeni Priqojinlə əlaqəli bütün şirkətlər, RBC-yə görə, Müdafiə Nazirliyindən 68,6 milyard rubl dəyərində iaşə, təmizlik və tikinti xidmətləri üçün müqavilələr aldırlar.
Mediamaqnat Priqojin
Priqojin özünü media sahəsidə də sınayır və xeyli sayda media qurumlar yaradır. Yevgeni Priqojinə məxsus olduğu deyilən İnternet Tədqiqatlar Agentliyi Qlavset kimi də tanınıb. Rusiyada daha çox onlar Olqinonun trolları da adlandırılır. Agentlik Rusiyanın iqtisadi və siyasi maraqları üçün xidmət edir. Mərkəzi Sankt-Peterburqda yerləşir. Agentliyin böyük sosial şəbəkələrdə, müzakirə platformalarında, elektron qəzet saytlarında və video hosting xidmətlərində yaradılan saxta hesablardan istifadə edərək Rusiyanın daxili və xarici siyasi maraqlarını Ukrayna və Yaxın Şərqdə dəstəkləmək üçün istifadə etdiyi və ABŞ-də 2016-cı ildə keçirilən prezident seçkilərinə təsir göstərməyə çalışdığı iddia edilir. Bununla bağlı ABŞ Ədliyyə Nazirliyi 2016-cı il ABŞ prezident seçkilərinə qanunsuz müdaxilə və Donald Trampın namizədliyini qəti şəkildə dəstəklədiyi üçün 13 nəfər rusiyalı haqqında ittiham elan edib.
RBC jurnalının yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi Facebook, Twitter və İnstagram səhifələrindən ABŞ-dəki seçkiyə müdaxilə edən 118 hesabı müəyyən edib.
Dmitri Valeryeviç Utkin - 1970-ci ilin iyunun 11-də Rusiyanın Sverdlovsk vilayətinin Asbest şəhərində geoloq ailəsində dünyaya göz açıb.
Bəzi mənbələrə görə, o, Ukraynanın Kirovoqrad şəhəri yaxınlığındakı Smolino kəndidədir.
Smolin məktəbini bitirdikdən sonra Utkin kəndi tərk edərək Leninqrada üz tutub və burada hərbi məktəbə daxil olub.
O, hərbi məktəbi bitirdikdən sonra 2013-cü ilə qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin Pskovda yerləşən 2-ci xüsusi təyinatlılar briqadasının 700-cü xüsusi təyinatlılar dəstəsinin komandiri olub. Utkin 2013-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb.
Onun xidmət dövründə birinci və ikinci çeçen müharibələrində iştirak etdiyi bildirilir.
Təqaüdə çıxan Utkin “Moran” Təhlükəsizlik Qrupunda çalışmağa başlayır və o, ilk dəfə bu qrupun üzvü olaraq 2013-cü ildə “Slavyan korpusu”nun tərkibində uğursuz Suriya ekspedisiyasında iştirak edib. Belə ki, “Slavyan korpusu”na Deyr əz-Zorun əsas nəqliyyat qovşağını ələ keçirmək tapşırığı verilir. Korpus iki şirkətdən ibarət olub və onlardan birinə Dmitri Utkin komandanlıq edib. Lakin əməliyyat uğursuz alınıb.
Utkin bundan sonra 2014-cü ildə rus qoşunlarının tərkibində Krımın işğalında iştirak edib. O, 2014-cü ilin may ayında Rostov-na-Donu yaxınlığında bir qrup keçmiş hərbçilərdən ibarət təlim bazası təşkil edib və onlara komandirlik edib.
Təlim keçən dəstə 2014-cü ilin yayında Ukraynada Luqanskda Metalist yaxınlığındakı döyüşlərdə və şəhər uğrunda gedən döyüşlərdə iştirak edib.
Utkin elə burada döyüş dəstəsinin adını “Vaqner” qoyur.
“Vaqner” adı hardan yarandı, hansı mənanı daşıyır
Utkin baxışına görə, neonasist olub.
“Vaqner” sözü alman sözü olub - zadəgan, nəcib ailə mənasını daşıyır.
Neonasist Üçüncü Reyx ideologiyasına sadiq olan Utkinin alman bəstəkarı Rixard Vaqnerə olan münasibətinə görə, yaratdığı özəl döyüşçü dəstəsinə “Vaqner” (bu söz həm də orkestr mənası daşıyır) adını verir. Utkinin düşüncəsinə görə, necə ki, orkestrdə bütün musiqi alətləri olduğu kimi, hərbdə də döyüşçülər tapşırığı icra etmək üçün bütün silahlarla - minaatanlar, haubitsalar, tanklar, piyadaların döyüş maşınları və zirehli personal daşıyıcıları hər şeylə təchiz olunur.
“Vaqner” 2015-ci ilin payızında Suriyaya köçürülür və orada fəaliyyət göstərməyə başlayır. Bu bölmənin Palmira hücumunda həlledici rol oynadığı deyilir.
Suriyadakı fəaliyyətinə görə, 2016-cı ilin dekabrında Dmitri Utkin Kremldə Vətən Qəhrəmanları Günü şərəfinə verilən qəbulda iştirak edir.
Prqojinin “Vaqner”ə sahiblənməsi
Yevgeni Priqojin 2017-ci ilin noyabrında Utkini “Concord Managemant and Consalting” şirkətinə baş direktor təyin edir.
Lakin 2018-ci ildə Priqojin Deyr əz-Zorda “Vaqner” qrupunun uğursuzluğundan sonra Utkini Concorddakı vəzifəsindən uzaqlaşdırdığı bildirilir.
Təsdiqlənməmiş məlumatlara görə, 2022-ci ildə Utkin Priqojinlə birlikdə Ukrayna ilə müharibədə iştirak etmək üçün “Vaqner”ə məhbusları cəlb etmək üçün iki dəfə Rostov vilayətindəki rus həbsxanalarda olurlar.
“Vaqner” fəaliyyəti dövründə Suriya, Cənubi Afrika Respublikasında (CAR), Liviya, Sudan, Mali, Mərkəzi Afrika Respublikası, Mozambik, Burkina Faso, Madaqaskar və Venesuelada fəal iştirak edir.
Son vaxtlar Avrasiyada, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştirak edir. Hətta Qarabağda döyüşlərdə iştirakı barədə məlumatlar var. Əgər 2016-cı ildə “Vaqner”in şəxsi heyətinin sayı 1000 hərbçi idisə, 2022-ci ilin aprelinə qədər bu rəqəm 8000 nəfərə yüksəlib.
“Vaqner” fəaliyyət göstərdiyi ölkələrdə Rusiyanın tapşırıqlarını icra edib.
Priqojin rus dövləti tərəfindən “Vaqner”in maliyyəçisi və himayəçisi olub. Komandir isə Dmitri Utkin olub.
Utkinin ailəsi
Uktin 2000-ci illərin əvvəllərində həyat yoldaşı Yelena Şerbinina ilə ayrılıb.
Dosye Mərkəzinin araşdırmasına görə, Utkin və həyat yoldaşı tütün məmulatları da daxil olmaqla ərzaq pərakəndə satışı ilə məşğul olan "Kaşulina" MMC-yə sahibdirlər. Onun Sankt-Peterburq və Krasnodarda mağazaları, bundan əlavə, hotel, gözəllik salonu var.
Və son…
Priqojin və Uktin 23 avqust 2023-cü ildə təyyarə ilə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya düşərək ölüblər. Qəza zamanı ümumilikdə 10 nəfər ölüb.
Bəzi məlumatlara görə, Priqojin ölməyib. Sadəcə, ölən onun “dvoyniki”dir.
Böyük Britaniyada fəaliyyət göstərən “Chatham House” analitik mərkəzinin Rusiya üzrə eksperti Keir Gilesin fikrincə, Priqojin ölməyib: “Priqojini gizli saxlamaq üçün bir çox adamın adı “Yevgeni Priqojin” olaraq dəyişdirilib”.
“İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib”.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında yeni təkliflərimizi Azərbaycan tərəfinə vermişik”, - deyə Paşinyan qeyd edib.
Ehtiyatda olan hərbçilərin növbəti toplanışı Ermənistanda keçiriləcək.
Bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Qərara əsasən, təlim düşərgəsi sıravi, gizir və ehtiyatda olan zabitlər arasında hərbi vərdişlərin qorunması, eləcə də gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması məqsədilə keçiriləcək. Əvvəlki kimi, ehtiyatda olan hərbçilərin hər bir qrupu 25 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq.
"Rusiya təbliğat və informasiya sistemi itki içindədir və Priqojinin ölümü ilə bağlı məlumatı necə təqdim edəcəyini bilmir. Təyyarə qəzası və sərnişinlər siyahısında Priqojinin adı barədə məlumat verilir. Aydındır ki, bunu necə göstərmək anlayışı yoxdur. Aydındır ki, heç kim əvvəlcədən hazır deyildi".
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Ukraynanın təbliğat sistemi Priqojinin ölüm mövzusu üzərində çox fəal işləyir: "Onlar mütləq əmri aldılar və çox çalışırlar, Priqojinə əmri verənin Putin olduğunu sübut etməyə çalışırlar.
Mənə elə gəlir ki, bu, dolayısı ilə sübut edir ki, Priqojinin təyyarəsinin qəzaya uğramasında Rusiya hakimiyyətinin yox, Ukrayna hakimiyyətinin əli var".
Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Vladimir Putinin qiyamın qisasını aldığına və "Vaqner" rəhbərliyini məhv etmək əmrini verdiyinə inanmağa meyillidirlər.
Həmçinin Qərb kəşfiyyatı "Finance Times"a bildirib ki, Priqojinin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bundan əlavə bildirək ki, Priqojinin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin cəsədləri ritual xidmətlərin maşınlarında aparılmağa başlanıb, iki avtobus səhər saat altıda hadisə yerini tərk edib.
“Embraer Legacy 600” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri məhkəmə-tibb ekspertizası üçün dəfn xidməti avtomobillərində çıxarılmağa başlandı. İlkin məlumatlara görə, onlar Bobkov küçəsindəki Tver morquna aparılacaqlar. Orada məhkəmə-tibbi ekspertiza bürosu var”, - Rusiya mədiası yazır.
Qeyd edək ki, Putin hadisədən sonra təcili olaraq Kursk səfərindən Moskvaya qayıdıb.