![]() |
|
ABŞ-də son bir həftə ərzində COVID-19-dan xəstəxanaya yerləşdirilənlərin sayı 18,8%, xəstəlikdən ölənlərin sayı 21,4% artıb.
Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.
Bildirilib ki, son bir həftədə ABŞ-nin 26 ştatında xəstəxanaya qəbullar artıb.
Cəmi bir həftə ərzində ABŞ xəstəxanalarına 15 minə yaxın COVID-19 xəstəsi yerləşdirilib.
İrəvan meriyasına seçkilərdən sonra Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə böyük “təmizləmə” aparacaq.
Bu barədə “Hraparak” qəzeti yazır.
“Bizim Nazirlər Kabinetindəki mənbələrimiz bildirir ki, ən azı beş nazir vəzifəsi ilə vidalaşacaq. Bəziləri əmək vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə təyin etdiklər şəxslər narazılığa səbəb olub, bəziləri isə baş nazirin xəbəri olmayan korrupsiya sxemlərinə düşüb, belə deyək, yaxalanıblar. Seçkilərdən əvvəl onlara toxunulmur ki, hakim gücün reytinqi düşməsin.
Ötən gün yazmışdıq ki, bu siyahıya Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da düşüb. Digər potensial namizədlər ətraf mühit naziri Akop Simidyan, ədliyyə naziri Qriqor Minasyan, əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryandır”, - nəşr yazır.
“Vaqner” özəl hərbi şirkəti qeyri-qanuni silahlı birləşməd idi və Yevgeni Priqojinin ölümündən sonra artıq mövcud olmayacaq”.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev deyib.
“Vaqner” fəaliyyətini dayandıracaq. Döyüşçülər mülki şəxs kimi həyatlarına davam edə və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər. Bu, qeyri-qanuni silahlı birləşmədir. Hansısa dövlətə tabe olmayan silahlı adamlar dövlətdə olmamalıdır. Nəticədə bu üsyana gətirib çıxardı. Biz vətəndaş müharibəsinin astanasında idik”, - deyə Sobolev bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi ilə yalnız üsyanda iştirak etməyən muzdlular müqavilə bağlaya bilərlər.
Rusiya bu ilin sentyabrında Belarusla birgə keçirəcəyi “Qərb-2023” hərbi təlimlərini şəxsi heyətin və texnikanın çatışmazlığı səbəbindən ləğv edib.
Axar.az xəbər verir ki, bu haqda Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
Digər bir səbəb kimi müharibə dövründə təlimlərin keçirilməsinə görə ölkə daxilində narazılığın meydana gəlməsi ehtimalı göstərilib.
Qeyd edək ki, bu yöndə sonuncu təlimlər ötən ilin dekabrında keçirilib.
Çin prezidenti Si Cinpin Sincan Uyğur Muxtar Bölgəsinə səfəri zamanı bölgənin yerli hakimiyyət orqanlarından "islamın çinliləşməsini daha dərindən təşviq etməyi" tapşırıb.
Yerli hökumət nümayəndələrinə bu bölgədə qeyri-qanuni dini fəaliyyətlərə effektiv nəzarət etməyə çağırıb.
2022-ci ildən müsəlman uyğur türklərinin çoxluq təşkil etdiyi Sincanda səfərdə olan Si Cinpin muxtar bölgənin paytaxtı Urumçidə çıxış edib.
Terrorçuluq və separatizmlə mübarizənin gücləndirilməsini tələb edən Çin prezidenti qanuna hörmət prinsipi ilə ictimai sabitliyin artırılmasının zəruri olduğunu bildirib.
BMT və digər beynəlxalq insan haqları təşkilatları Çini muxtariyyətdə müsəlmanları təqib etməkdə və insan haqlarını ciddi şəkildə pozmaqda ittiham edir.
“Ermənistanın xarici siyasəti Cənub, Şimal və Şərqə yönəlməlidir”.
KONKRET.az xəbər verir ki, belə fikirlə erməni politoloq Qriqor Balasanyan çıxış edib.
O bildirib ki, İran, Rusiya və Çin İrəvanın əsas xarici siyasət istiqamətləri olmalıdır. Çünki bu üçbucaqda Ermənistanın bir dövlət kimi xilası var.
“Qərb beş il ərzində göstərdi ki, etibarlı tərəfdaş ola bilməz. Bu, Fransaya da aiddir. Çünki bu ölkə 2020-ci ilin iyulunda düşmənin 44 günlük müharibə zamanı istifadə etdiyi peykləri Azərbaycana satıb. Avropanın bizi qorumaqda marağı sıfırdır. Azərbaycanı qorumaq üçün isə çoxlu motivlər var. İlk növbədə bu mavi yanacaqdır, ona görə ki, qarşıda qış gəlir”.
Balasanyanın fikrincə, Azərbaycan öz siyasətini ardıcıl olaraq həyata keçirir.
“Dağlıq Qarabağ məsələsində anakonda üsulundan istifadə edir, qurbanı təslim olana qədər sıxır. Belə bir siyasətin məqsədi odur ki, hakimiyyət sadəcə təhlükədən qurtulmaq üçün hər şeyi verməyə hazır olsun”.
Eyni zamanda, Balasanyanın sözlərinə görə, Ermənistan tərəfdən heç kim Azərbaycanın planlarının həyata keçirilməsinə mane olmur.
“Ermənistan qurban mövqeyini tutub deyir ki, mənimlə nə istəyirsən et. Əliyev artıq planlaşdırılanın 70%-ni alıb, 30%-i qalıb, belə davam etsə, o, 30%-ni də alacaq. Çünki Əliyevin arxasında Qərb dayanır, ermənilər isə hələ də Qərbdən dəstək gözləyirlər”, – deyə ekspert qeyd edir.
Göründüyü kimi, revanşist ermənilərin sərsəm şərhləri davam edir.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar cənub cəbhəsindəki Robotin kəndini rus qoşunlarından azad etdiklərini bildirib.
AA xəbər verir ki, Malyar cəbhədəki vəziyyətlə bağlı bəyanatı Ukrayna Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabında paylaşıb.
"Robotin xilas edilib və qoşunlarımız qəsəbənin cənub-şərqinə doğru irəliləyir. Ukrayna ordusu şərq cəbhəsində Baxmut istiqamətində irəliləyişini davam etdirir. Keçən həftə orada daha 1 kvadrat km ərazi azad olunub",- deyə o əlavə edib.
Malyar qeyd edib ki, indiyədək Baxmut istiqamətində ümumilikdə 44 kvadrat kilometr ərazi geri qaytarılıb.
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında gözlənilən danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə aydınlıq gətiriləcək.
Bu barədə “ria.ru”ya diplomatik mənbələrdən birldirilib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyənin bütün müvafiq qurumları bu istiqamətdə iş aparır. Eyni zamanda bildirilib ki, proses BMT ilə koordinasiya olunur və bu qurum da danışıqlar prosesini izləyəcək.
Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.