![]() |
|
İranın Simnan vilayətində kömür mədənində partlayış baş verib.
Bu barədə İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubunun (YJC) məlumat yayıb. Bildirilib ki, hadisə vilayətin Damqan rayonundakı Rezmcah Tezareh kömür mədənində qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində 6 nəfər ölüb.
Qeyd edilib ki, partlayışla əlaqədar ətraf əyalət və rayonlardan axtarış-xilasetmə qrupları hadisə yerinə göndərilib.
Qarabağ separatçıları öz utopik siyasi məqsədlərinə çatmaq üçün dinc ermənilərin həyatını qurban verməyə hazırdırlar.
Bu sözləri Axar.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
“Qarabağa tədarük ilə bağlı müəyyən çətinliklər rəsmi İrəvan və Parisin regionda kinli məqsədlərini həyata keçirmək üçün şişirtdikləri bədnam yalandır: kütləvi aclıq, humanitar fəlakət yoxdur. Əgər Qarabağda vəziyyət doğrudan da dalana dirənsəydi, yüksək keyfiyyətli Azərbaycan ununu daşıyan Qızıl Aypara Cəmiyyətinin yük maşınlarını əraziyə buraxmayan yaraqlıları Qarabağ ermənilərinin özləri darmadağın edərdi və Laçın yolu ilə Ermənistana doğru axışan minlərlə qaçqını müşahidə edərdik. Reallıqda humanitar fəlakət olmadığı kimi, bütün bunlar mövcud deyil. Amma Fransanın nümayəndələri, o cümlədən Parisin meri Ann İdalqo Azərbaycanın suveren ərazisinə qeyri-qanuni yollarla daxil olmağa çalışır. Qanunsuz yolla, çünki Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisidir. Hansı xarici nümayəndəliklərin bu bölgəyə buraxılacağına isə yalnız rəsmi Bakı qərar verir, o cümlədən orada yaşayan ermənilərə də. Hazırda Azərbaycan rəhbərliyindən yalnız Rusiya və Türkiyə sülhməramlı kontingenti müvafiq mandata malikdir. Qarabağda humanitar böhran yoxdur, yalnız Ermənistan və Fransanın süni şəkildə yaratdığı və qızışdırdığı siyasi böhran var. Qarabağ sakinlərinin Parisin köməyinə qətiyyən ehtiyacı yoxdur, üstəlik, Fransa və Ermənistan tərəfləri humanitar yardım adı altında Qarabağa gətirməyə çalışdıqları yüklərə Azərbaycan tərəfinə hərtərəfli yoxlama hüququ verməkdən imtina edir”, - o bildirib.
Arkov qeyd edib ki, bu baxımdan Fransanın Qarabağa silah və digər qadağan olunmuş əşyalar daxil etmək cəhdlərini istisna etmək qətiyyən mümkün deyil:
“Axı Parisin məqsədi bəllidir - Cənubi Qafqazı özünün neokoloniyasına çevirmək (Ermənistan artıq könüllü olaraq Fransanın müstəmləkəsinə çevrilib). Və bu məqsədə çatmaq üçün Paris dayanmayacaq - yeni Ermənistan-Azərbaycan müharibəsini qızışdırana qədər. Fransanın Cənubi Qafqazdakı fəallığı həm də Afrikadakı keçmiş Fransa müstəmləkələrinə nəhayət ki, Paris zülmündən qurtulmaq və tam dövlət suverenliyi əldə etməyə kömək edən Rusiya, eləcə də Türkiyədən qisas cəhdi ilə bağlıdır. Cənubi Qafqaz tarixən Rusiya və Türkiyənin maraq və təsir dairəsinə daxildir. Onların Qafqaz xalqları ilə mədəni və iqtisadi əlaqələri güclü və etibarlıdır. Ona görə də Paris Cənubi Qafqazda fəaldır, indi, necə deyirlər, Moskva və Ankaraya “cavab”ı belə verir. Bununla belə, Fransanın təşəbbüsü uğursuzluğa məhkumdur. Dünyada və Cənubi Qafqazda digər məğlubiyyətlərlə yanaşı, Emmanuel Makronu burada da biabırçı fiasko gözləyir”.
Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov jurnalistlərə açıqlaması zamanı bildirib.
""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub.
Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir.
Daha bir Afrika ölkəsi olan Qabonda dövlət çevrilişi olub.
Qabonun milli televiziyasına açıqlama verən hərbçilər prezidentin devrildiyini və ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olacağını elan edib.
Qeyd edək ki, qiyamçılar avqustun 26-da keçirilmiş və Əli ben Bonqo Ondimbanın üçüncü müddətə seçildiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər prezidentin ailə üzvləri və həkimlərin əhatəsində ev dustağı olduğunu bildiriblər.
Əli ben Bonqo Ondimba özü videomüraciət qeydə alaraq prezident iqamətgahı ərazisində hərbçilər tərəfindən saxlanıldığını təsdiqləyib.
Qabondakı çevrilişdən sonra inqilabçılar devrilmiş prezidentin ailəsinin evində dollar və avrolarla dolu çantaları müsadirə ediblər.(BAKU.WS)
Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələrin “Vaqner” özəl hərbi şirkətinin ölkə ərazisindən çıxarılması ilə bağlı tələblərini yerinə yetirməkdən imtina edib.
Belarus lideri bu hərəkətlərinə görə həmin ölkələri qınayıb.
"Eyni zamanda, onlar özləri hərbi büdcələrini artırır, böyük hərbi birləşmələri sərhədlərimizə çəkirlər", - deyə Lukaşenko bildirib.
"Dünyada yeni viruslar təkcə təbii deyil, həm də süni mənşəli ola bilər".
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin iclasının açılışı zamanı deyib.
O, Rusiyanın ABŞ-ın postsovet məkanında hərbi bioloji fəaliyyətindən narahat olduğunu qeyd edib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi general-leytenant İqor Kirillov bildirib ki, ABŞ-ın Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır.
Onun sözlərinə görə, administrasiya bioloji vəziyyətə qlobal nəzarətin qurulmasında ABŞ-ın strateji planlarını həyata keçirməyə çalışır.
Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan "istefa verib".
Bu barədə Araik Arutunyan “Facebook” hesabında yazıb.
***
Xankəndidəki xunta rejimin rəhbərləri Arayik Arutyunyan və Qurgen Nersisyan yaxın iki saat ərzində "istefa verəcəklər".
“Bu barədə “hraparak” yazır.
Nəşrin yazdığına görə, bu iki şəxs istefa verdikdən sonra onların bu səlahiyyətini müvəqqəti olaraq qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan icra edəcək.
"Minlərlə övladımızı şəhid verdik, amma nə terrora, nə də terroru müdafiə edən imperialist qüvvələrə boyun əydik".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"40 illik terrorla mücadilə təcrübəmizdən lazımi dərslər çıxararaq qurumlarımızı gücləndirdik. Hər cür müasir silah və surasatla təchiz edilmiş hərbi hissələr yaratdıq. Suriyada terrordan təmizlənmiş ərazilərə suriyalıların qaytarılmasını təmin etməklə yanaşı, sərhəd bölgəsində öz təhlükəsizliyimizi təmin edirik. Terrorçuların sığındığı nə qədər dağ, təpə, hin varsa, hamısını tək-tək təmizləyəcəyik. Tökdükləri qanların hesabını mürtləq soracağıq", - deyə Ərdoğan vurğulayıb.
"Vaqner" özəl hərbi təşkilatın rəhbəri olmuş Yevgeni Priqojinin yeni videosu yayımlanıb.
Sözügedən görüntülərin Afrikada çəkildiyi qeyd edilir.
"Mənim sağ olub-olmadığımı müzakirə edənlər üçün deyirəm: indi istirahət günləridir, avqustun ikinci yarasıdır, Afrikadayam, hər şey yaxşıdır", - deyə Priqojin söyləyir.
Qeyd edək ki, videonun onun ölüm xəbərindən 1-3 gün əvvələ aid olduğu bildirilir.
Xatırladaq ki, avqustun 23-də – vaqnerçilərin qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi başlanıb.
Daha öncə CNN telekanalı Priqojinın təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.
Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib.
“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojin da var”, - qurum açıqlayıb.
Putin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun həbsinə order verdikdən sonra ilk xarici səfərinə çıxmaq üzrədir.
Bu barədə “Bloomberg” yazır.
Agentlik anonim məlumatlı mənbələrə istinadən xəbər verir ki, Rusiya prezidenti Çin sədri Si Cinpinin oktyabrda Çində keçiriləcək “Bir kəmər, bir yol” Forumuna səfər etmək dəvətini qəbul edib. Çin Beynəlxalq Cinayət Məhkəməsinin öz ərazisindəki yurisdiksiyasını tanımır.
Putin BCM-in onun həbsi barədə order verdikdən sonra xaricə getməyib. Xüsusilə Rusiya Federasiyasının prezidenti ötən həftə BCM-in yurisdiksiyasını tanıyan Cənubi Afrika Respublikasında baş tutan BRİKS sammitini buraxıb.
Avqustun əvvəlində o da bildirilirdi ki, Ərdoğan-Putin görüşünə görə Rusiya prezidentinin Türkiyəyə səfəri, o cümlədən Qara dəniz “taxıl müqaviləsi”nin bərpasını müzakirə etmək barədə tərəflər razılığa gəliblər. Lakin dünən “Bloomberg” agentliyi yazıb ki, indi Türkiyə liderinin özü sentyabrın 8-də Putinin yanına gedə bilər.