“Ermənistan hakimiyyəti ölkədə rusiyayönlü müxalifətin total təmizlənməsinə qərar verib..."

Bu barədə Rusiyanın ən böyük teleqram kanallarından biri BRIEF yazır.

"Yaxın gələcəkdə Ermənistanın hüquq-mühafizə və xüsusi xidmət orqanları rusiyayönlü partiya və hərəkatların fəallarını bir neçə səs-küylü həbslər keçirə bilər. Eləcə də Moskva ilə əlaqə saxlayan yerli media menecerləri”.

“Səviyyə ilə bağlı aşkar problemlərin olduğunu mübahisə etmək çətindir. Mən isə planetin bütün “katiblərinə” dəstək olan sözlər demək istəyirəm. Rəfiqələqim! Sizin işiniz hətta ən yüksək səviyyəli müdirin də uğurunun açarıdır”.

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyana cavab olaraq deyib.

"Gündəlik zəhmətkeş işiniz, o cümlədən plan tərtib etmək, görüşlər təşkil etmək, sənədlərlə işləmək, zəngləri qəbul etmək və milyonlarla müxtəlif narahatlıqlar olmadan hər şey boşa gedəcək. İnciməyin, əminəm ki, bu adam düşünmədən ağzını açıb", - o bildirib.

Qeyd edək ki, Zaxarovanın “Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı “kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, Simonyan bildirib, ki, o, “hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyil”.

Moskva Qarnizonu Hərbi Məhkəməsi general-mayor Konstantin Oqiyenkonu rüşvətxorluq ittihamı ilə istintaq təcridxanasına göndərib.

Bu barədə “Kommersant” qəzeti yazıb.

Bunun dəqiq nə vaxt baş verdiyi bildirilməsə də, bu yaxınlarda onun həbs müddəti noyabrın 27-dək uzadılıb.

Nəşrin məlumatına görə, Oqiyenko son vaxtlara qədər xüsusi təyinatlı 1-ci hava və raketdən müdafiə ordusuna komandanlıq edib. Sözügedən ordu Moskvanı təyyarələrin, qanadlı raketlərin, potensial düşmənin qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının hücumlarından qorumaq vəzifələrini yerinə yetirir. Qoşunlar iki sistemlə təchiz olunub: Moskvanın S-50M hava hücumundan müdafiə sistemi (“Baykal-1”, “Universal-1”, S-400, S-300PM2, “Pantsir-S” kompleksləri) və Moskvanın A-135M strateji raketdən müdafiə sistemi.

İstintaqın versiyasına görə, Oqiyenko “Nadejda” mülki təşkilatına müdafiə sahəsi ayırması üçün rüşvət alıb. Materiallara görə, onun rəhbəri (qadının adı açıqlanmır) bir sıra təşkilatlardan və vətəndaşlardan Moskva vilayətində torpaq sahələri vəd edərək pul yığıb. Sonra vasitəçi köməyi ilə Oqiyenkonun göstərişi ilə fəaliyyət göstərən 4-cü hava hücumundan müdafiə diviziyasının komandiri general-mayor Dmitri Belyatskiyə 500 min rubl köçürüb. Nəşr qeyd edib ki, bu məbləğ hərbçilərin Moskva vilayətindəki Dolqoprudnı və Lobnya şəhərləri də daxil olmaqla tikinti üçün torpaq ayırmağa vəd etdiyi 30 milyon rublun bir hissəsidir.

Ona qarşı Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (xüsusilə külli miqdarda rüşvətvermə) və 291-ci maddənin 6-cı hissəsi ilə (xüsusən külli miqdarda rüşvət alma) cinayət işi açılıb. İstintaq Moskva üzrə İstintaq Komitəsinin hərbi istintaq idarəsi tərəfindən başlanıb, daha sonra iş Baş Hərbi İstintaq İdarəsinə ötürülüb.

Belyatski təqsirini qismən boynuna alıb və onunla məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlanmasını istəyib. Qəzet yazıb ki, o, ev dustaqlığındadır. Oqiyenko isə bu işə hər hansı aidiyyəti olmadığını bildirir.

“Kommersant” bildirib ki, hazırda istintaq və Müdafiə Nazirliyi 1-ci Hava Hücumundan Müdafiə Ordusuna ayrılmış torpaqların inventarizasiyasını aparır. Onlar hesab edirlər ki, bu torpaqların bir hissəsi tikinti üçün satılmış ola bilər.

 

Türkiyə dünyada ilk olan pilotsuz təyyarə hücumunun qarşısını ala bilən “Gürz” Hava Hücumundan Müdafiə Sistemini nümayiş edib.

 “Haber7com” xəbər verir ki, “Gürz” atom sursatları ilə onlarla hücum edən dron və ya təyyarəni zərərsizləşdirmə qabiliyyətinə malikdir. 

Saniyədə 500 güllə atan “GÜRZ”ün il sonunda Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Türkiyənin İstanbul şəhərinin şimalında başlayan leysan yağış şəhərdə həyatı iflic edib. 

 Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

Arnavutköydə 291 ev, Başakşəhərdə 131 ev və 650 iş yeri, Küçükçəkməcədə 98 ev və 13 iş yeri, Sultanqazidə 10 ev və Eyüpsultanda 30 ev seldən zərər çəkib.

Yollarda gölməçələr əmələ gəlib. Nəqliyyat vasitələri irəliləməkdə çətinlik çəkib.

Daxili işlər naziri Əli Yerliqaya zərər qiymətləndirmə işlərinin bu gün başlayacağını bildirib.

 

 

 
  •  

 

ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfərə gedib.

“Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib. Ukrayna KİV-ləri xəbər verir ki, səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələn zaman baş verir.

Xatırladaq ki, A.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.

“Əsəd bizim normallaşma ilə bağlı Türkiyə-Rusiya-İran-Suriya formatında atılan addımları təəssüf ki, uzaqdan, tribunadan izləyir. Beləliklə, heç bir şəkildə iştirak etmir. Biz isə Suriyanın bu işə qarışacağı ümidi ilə qapılarımızı bu işlərə açdıq və “biz bu işin içindəyik” dedik. Ancaq Suriya tərəfində hələ də müsbət münasibət yoxdur”.

“Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Suriya rejiminin lideri Bəşər Əsəd və Dəməşq administrasiyasının rəsmiləri Ankaranın öz ölkələrində hərbi mövcudluğunun normallaşmaya yeganə maneə olduğunu deyirlər.

“Sərhədlərimizi və vətəndaşlarımızı təhdid edən terror ünsürləri və əhalinin hərəkətliliyi riskləri aradan qaldırılmayana qədər təhlükəsizliyimizi prioritet hesab edən yanaşmamızı dəyişmək mümkün deyil. Türkiyə qonşularının ərazi bütövlüyünün tərəfdarıdır. Lakin ölkəmizi təhdid edən terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Suriyanın şimalını Türkiyəni təhdid edən terror təşkilatlarından təmizləmək üçün o bölgədəyik”.

Araikin devrilməsindən sonra İrəvanda Vardanyanın reklamına start verildi... - VİDEOXankəndində Araikin devrilməsindən sonra İrəvanda Rusiya diktatoru Putinin Azərbaycan ərazisinə atdığı milyarder “desant”ı Ruben Vardanyanın reklamına start verilib.

Ermənistanın “Aprelu Yerkir” partiyasının sədri, Yerevan merliyinə namizəd Mane Tandilyan Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri”, “iş adamı” və “xeyriyyəçi” kimi tədim etdiyi R. Vardanyan haqqında video-çarx paylaşıb.

Moderator.az xəbər verir ki, bu haqda Tert.am məlumat yayıb.

“Ruben Vardanyan 20 ildən artıqdır ki, Ermənistana və Artsaxa xidmət edir, 700 layihə həyata keçirib, 700 milyon dollardan çox sərmayə qoyub”, – deyə erməni siyasətçi videoya şərhində yazıb.

Qeyd edək ki, R.Vardanyan son vaxtlar İrəvandakı haylara müraciətində məhz Mane Tandilyanı merliyə namizəd kimi dəstəkləməyə çalışıb.

P.S. Rusiya agenturası, “5-ci kalon”u Xankəndində də, İrəvanda da fəal hücuma keçib...

Azərbaycan Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı” inşa edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihə-smeta sənədlərinin və konsepsiyasının, memarlıq həllərinin hazırlanması və müəllif nəzarəti işləri ilə bağlı “DAD Studio” LTD və “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə anlaşıb.

Layihə ilə bağlı şirkətlərə müvafiq olaraq 166,803 min manat və 233,640 min manat ödəniləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.

“Report” xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, qeyd edib ki, bu ilin 7 ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib.

“Mən bu gün Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”, - o qeyd edib.

Türkiyə Prezidenti onu da vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib:

“Diqqət yetirdiyimiz məsələlərdən biri də Qara dəniz təşəbbüsünün canlandırılması idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq.Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".

Xəbər lenti