![]() |
|
Priqojin öldürüldü. Putinin bağışlamayacağı bəlli idi, lakin niyə “Vaqner”in qiyamından dərhal sonra yox, indi?!
Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
Onun fikrincə, “Vaqner”in rəhbəri Afrikadan Moskvaya gəlib və oradan Peterburqa qayıdarkən vurulub:
“Qruplaşmanın bütün “komandanlığı” onunla birlikdə olub. Beləliklə, Priqojin və yaxın ətrafı sıradan çıxarıldı. Lakin “Vaqner” qalır və qiyam zamanı Ukraynadan çıxdıqdan sonra Afrikada aktivləşib. Görünür, qiyamdan sonra toxunulmayan Priqojinin missiyası da qruplaşmanın Afrikadakı fəaliyyətini gücləndirmək olub.
Hazırda Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan, “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir, lakin qiyamda iştirak edən Priqojin və yaxın ətrafının bu işə rəhbərlik etməsi Rusiyanın planlarına risklər də vəd edirdi. Priqojin və yaxın ətrafının qiyamdan sonra yox, məhz indi o dünyaya göndərilməsi bundan qaynaqlana bilər”.
Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər ölüb.
Bu barədə Rusiya FHN məlumat yayıb.
***
Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, ilkin məlumatlara görə, təyyarədə 7 nəfər olub. Onlardan üçü dünyasını dəyişib.
Daha dörd nəfərin taleyi naməlumdur.
Gümrüdə Rusiya hərbi bazası hərbçiləri ilə yerli ermənilər arasında dava düşüb.
“hraparak” xəbər verir ki, Gümrüdə mütəmadi olaraq rus hərbçilərinin iştirakı ilə dava düşür, ancaq bu dəfə baş verən dava böyük səs-küyə səbəb olub.
Belə ki, 102-ci hərbi bazanın yaxınlığındakı “Rossiya” kafesinə 3 sərxoş hərbçi daxil olaraq oradakı müştərilərə və işçilərə qarşı kobud davranıb. Rus hərbçiləri yerli erməniləri söyüb və təhqir ediblər.
Rus hərbçilər oradan çıxarılsa da, onlar qısa müddətdən sonra böyük bir dəstə ilə yenidən kafeyə gələrək orada dava salıblar. Dava zamanı kafenin işçilərindən birinin burnu sınıb.
Nəticədə hadisə yerinə çoxsaylı polis qüvvəsi cəlb edilib.
Polisdən verilən məlumata görə, hadisə ilə bağlı 3 nəfər həbs edilib, ibtidai araşdırma aparılır.
Lakin həbs olunanların Rusiya hərbçisi olub-olmadığı açıqlanmır.
Rusiya yaxın mənzilli nüvə silahlarını Belarusa ötürür.
Bu barədə Polşa Prezidenti Andjey Dudanın bəyanatında qeyd edilib.
Dudanın sözlərinə görə, Rusiyanın bu addımı regionun və bütün NATO hərbi alyansının təhlükəsizlik arxitekturasını dəyişəcək.
“Türkiyə nəhayət terror bəlasından xilas olacaq”.
"Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma və Sahil Mühafizəsi Akademiyası məzunların buraxılış mərasimində çıxış edib.
O, bildirib ki, terrorçular ya Türkiyə məhkəməsinə təslim olacaqlar, ya da dövlətin dəmir yumruğu ilə üzləşəcəklər. Başqa yol yoxdur:
"Yalana və təbliğata aldanaraq, dağlara qaçırılan gənclərin sayı getdikcə azalır. Terrorçuların nəfəs almasına imkan vermirik, bununla mübarizədə, ictimai asayişin qorunmasında daha səmərəli nəticələr əldə olunub. Terror təşkilatlarında iştirak tarixin ən aşağı səviyyəsinə düşüb".
Ərdoğan onu da vurğulayıb ki, təkcə terror təşkilatları ilə deyil, qanunsuz miqrasiya ilə də mübarizə güclənərək davam edir: "Türkiyəni qaçqın axını ilə sıxışdırmaq ssenarilərini boşa çıxarırıq”, - dövlət başçısı bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidəçiləri həmişəki kimi Zaporojye AES ətrafında hərbi əməliyyatlar barədə məlumat verirlər.
Bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Baş direktor qeyd edib ki, ərazidə hərbi aktivlik müşahidə edilir. 14, 17 və 20 avqustda güclü partlayışlar baş verib.
İyulun 18-dən biz bu qondarma sövdələşməni (taxıl sazişi – red.) daha da uzatmaqdan imtina etdik. Biz ona qayıtmağa hazır olacağıq. Ancaq Rusiya qarşısında götürülən bütün öhdəliklər real yerinə yetirildiyi halda geri qayıtmaq mümkündür.
Bu sözləri Rusiya lideri Vladimir Putin BRİKS Biznes Forumunun iştirakçılarına video-müraciətində deyib.
“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı qondarma sövdələşmənin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklərə sadəcə olaraq məhəl qoyulmadı”, - o bildirib.
Putinin sözlərinə görə, Rusiya həm kommersiya əsasında, həm də ehtiyacı olan dövlətlərə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz etməyə qadirdir:
“Bu il də əla məhsul gözlənilir. İlk addım olaraq, bu malların pulsuz çatdırılması da daxil olmaqla, altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz göndərilməsinə qərar verdik. Tərəfdaşlarla danışıqlar başa çatmaq üzrədir”.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və ictimaiyyət arasında görünmür.
Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib.
Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır.
“Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, - deyə nəşr “Telegram” kanalında iddia edir.
Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini bildirmişdi.
Ukraynanın müharibədə Rusiya üzərində qələbə çalması üçün 3 milyon hərbçiyə ehtiyacı var.
“Bu barədə Almaniyanın “Die Welt” nəşri yazıb.
Nəşrin yazdığına görə, “minilliyin ilk ciddi müharibəsi nə sanksiyalarla, nə də pilotsuz təyyarələr və raketlərlə qazanılacaq”, ancaq “Ukrayna qalib gəlib öz ərazilərini azad edə biləcək”.
Nəşr eyni zamanda qeyd edib ki, Ukraynanın əhalisi azalsa da, hələ də 30 milyon nəfəri ötüb keçir, buna görə də silahlı qüvvələrin ümumi sayı üç milyona çata bilər. Bu halda Ukrayna qalib gələ bilər.
Rusiyanın Türkiyə və Qətərlə Ukraynasız taxıl sazişi üçün danışıqlar apardığı iddia edilir.
“Haber7com” xəbər verir ki, məlumata görə, Putin yük gəmilərinin təşkilində Türkiyəni, Qətəri isə maliyyə təminatçısı kimi görmək istəyir.
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə gedib.
Müharibə başlayandan bəri Avropa İttifaqından bir ölkəyə səfər edən ilk yüksək rütbəli Rusiya rəsmisi olan Minnixanov Ukraynasız Macarıstanda yeni Qara Dəniz Taxıl Sazişi üçün nəbz yoxlayıb.
O, Afrika və yoxsul ölkələrə taxıl ixracını sürətləndirəcək saziş imzalamaq üçün Türkiyə və Qətərlə danışıqlar aparır.
Ukrayna rəsmiləri bildiriblər ki, Kiyevi istisna edən istənilən taxıl sazişi Rusiyanı Ukraynanın işğal olunmuş ərazilərindən daha çox taxıl oğurlamağa təşviq edəcək.