Ermənilər təlaş içində: bu qərar ölkəni yasa boğdu

ABŞ prezident Donald Trampın ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAİD) ləğv etməsi, ermənilərin qanını əməlli-başlı qaraldıb.

USAİD bir çox ölkələrlə yanaşı, Ermənistanda da aktiv fəaliyyət göstərib.

Ermənistan bu qurumdan ən çox yardım alan ölkələr siyahısında olub.

Erməni nəşri olan "Hraparak" yazır ki, USAİD-in Ermənistana ayırdığı külli miqdarda vəsaitin nə dərəcədə effektli olması o qədər də əhəmiyyətli olmasa da, erməni təşkilatlarının Amerika agentliyindən “yağlı tikələr” alması faktı, onların bu və ya digər şəkildə USAİD-lə əlaqəsi olan erməni təşkilatları tərəfindən həyata keçirilən çoxsaylı proqramların taleyi ilə bağlı çaşqınlıq içərisindədirlər.

İfadə Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan bildirib ki, CPFE də USAİD proqramlarından istifadə edib və yanvarın 25-də Internyus-Armenia onlara proqramın 90 gün ərzində dondurulduğunu və USAİD-in “ölüm məktubu”nun verilməsinə qədər heç bir xərcin həyata keçirilməyəcəyini bildirib.

Melikyan bildirib ki, Trampın bu qərarı Ermənistanın vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb.

CivilNet-in məlumatına görə, 2023-cü ildə USAID Ermənistanda 15 milyon dollar dəyərində 5 illik proqrama başlayıb.

Amerika qrantlarının dondurulması Faktor TV-də də problemlər yaradıb.

Qeyd edək ki, USAID 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb və təşkilat Afrikada, Asiyada, Latın Amerikasında, Ermənistanda və başqa yerlərdə fəaliyyət göstərir. 1992-ci ildən isə Ermənistanda fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardım göstərib. Dövlətlə birbaşa əməkdaşlıq 2013-cü ildən başlayıb.

Zelenski Ukraynanın müharibədəki itkilərini açıqladı

Rusiya ilə müharibədə təxminən 45100 ukraynalı həlak olub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, müharibə zamanı 400 minə yaxın yaralanıb.

"Elə insanlar var ki, yaralanıb, lakin sonra cəbhə xəttinə qayıdıb yenidən yaralanıb", - prezident vurğulayıb.

Zelenski əlavə edib ki, müharibədə əsir götürülən və itkin düşən ukraynalıların dəqiq sayı məlum deyil. "Minlərlə insanın taleyi bəlli deyil", - o bildirib.

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib

Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.

APA xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.

Paşinyan: İrəvan və Ankara indiki kimi aktiv dialoqda olmayıb

"Türkiyə ilə dialoqu davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışırlar, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi fikir var.

Ancaq təbii ki, bəzi nüanslar var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə tezliklə olacaq”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, Ankara İrəvanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirir.

Zelenskidən ŞOK: ABŞ müharibəmizdən milyardlar qazanıb

ABŞ Ukraynadakı müharibədən və əvəzsiz döyüş təcrübəsindən milyardlarla gəlir əldə edib.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri əldə edirlər.

"Bütün Avropa ölkələrinin belə bir xahişi var. İnsanlar qorxur. Bu, böyük puldur. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlirdir. Mən inanıram ki, bu müharibə bütün pis şeylərlə yanaşı, belə bir imkan da yaradıb", - Zelenski britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində deyib.

Zelenski onu da əlavə edib ki, bununla yanaşı, ABŞ müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb.

ABŞ Qəzzanı götürür, fələstinlilər köçsün - Tramp

ABŞ Qəzza zolağının uzun müddətə istifadəyə götürüb orada iqtisadi inkişaf imkanları yaratmağa hazırdır.

Bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək. Biz orada işləri görəcəyik. Ərazini minalardan təmizləyib hamarlayacağıq və dağılmış binaları sökəcəyik. Biz iqtisadi inkişaf və region əhalisi üçün qeyri-məhdud sayda iş yerləri və mənzillər yaradacağıq", - Tramp ABŞ-nin Qəzza ilə bağlı planlarını bölüşərkən deyib.

O eyni zamanda, qəzzalılara yeni bir və ya bir neçə Yaxın Şərq ölkəsinə köçmək imkanını da təklif edib. "Bu ölkələr Misir və İordaniyadır. Onlar Qəzzadadırlar, çünki alternativləri yoxdur. Onların nələri var? Hazırda ora böyük bir dağıntı yığınıdır", - Tramp deyib.

O, həmçinin ABŞ-nin Qəzza zolağında uzunmüddətli mülkiyyət sahibi olacağını da dilə gətirib.

“Mən uzunmüddətli sahiblik mövqeyini görürəm. Bunu Yaxın Şərqin bu ərazisinə, bəlkə də bütün Yaxın Şərqə sabitlik gətirəcək bir proses kimi görürəm”, - deyən Tramp əlavə edib ki, hər kəs bu ideyanı bəyənib.

Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu da bu ideyanı diqqətə layiq hesab edib.

Trampdan İranla bağlı xüsusi SƏRƏNCAM

ABŞ prezidenti Donald Tramp İrana davamlı təzyiqlər edilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb.

Maksimum təzyiq səyləri çərçivəsində Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək məqsədi daşıyan kampaniya keçirəcək.

Bu məqsədlə Tramp İrana maksimum təzyiqi yeniləmək üçün sərəncam imzalayıb. Ağ Evdən bildirilib ki, bu strategiya Tehranın öz nüvə silahına sahib olmasının qarşısını almaq üçün İranın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün nəzərdə tutulub.

“Reuters”in qeyd etdiyi kimi, Trampın memorandumu digər məsələlərlə yanaşı, ABŞ-nin maliyyə nazirinə İrana qarşı maksimum iqtisadi təzyiq, o cümlədən mövcud məhdudiyyətləri pozanlara qarşı sanksiyalar və onların həyata keçirilməsi mexanizmləri tətbiq etməyi tapşırıb.

Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir!

Donald Trampın başçılıq etdiyi hazırkı Amerika administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi proqramları kəskin etiraza səbəb olub.

ABŞ Prezidentinin mətbuat katibi Karoline Leavit USAID-in proqramlarındakı pozuntuları sərt dildən istifadə etməklə sadalayıb.

Ağ Ev sözçüsünün sözlərinə görə, USAID Serbiyada irqi və digər müxtəliflik üçün 1,5 milyon dollar, Kolumbiyada “transgender operasının” quruluşuna 47 000 dollar, Peruda transgender komikslərinin buraxılması üçün 32 000 ABŞ dollar məbləğində vəsait ayırıb. “Sizi bilmirəm, amma bir vergi ödəyicisi kimi mən pullarımın bu cür boş şeylərə xərclənməsini istəmirəm. Mən bilirəm ki, Amerika xalqı da bunu istəmir. Federal hökumətdə saxtakarlığın, israfçılığın, səlahiyyətdən sui-istifadənin kökünü kəsmək üçün prezident Tramp İlon Maska bu işlərlə məşğul olmağı tapşırıb ", - Leavit bildirib.

Ağ Evin mətbuat xidməti daha sonra bəyanat yayaraq bildirib ki, USAID faktiki olaraq Əfqanıstanda misilsiz dərəcədə narkotika əldə etmək məqsədilə xaşxaş əkilməsi və heroin istehsalını dəstəkləmək, Suriyada əl-Qaidə terror qruplaşmasına ərzaq almaq üçün yüz milyonlarla vəsait xərcləyib. "USAID onilliklər ərzində vergi ödəyiciləri qarşısında cavabdeh olmayıb və Amerika hökumətinin bu strukturunda bürokratlar üçün effektiv şəxsi layihələr ilə məşğul olub", - Ağ Ev mətbuata açıqlamasında deyilir.

Azərbaycan işarə edir, biz bunu nəzərə alırıq - Paşinyan

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

"Bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Kanadanın taleyi necə olacaq? - ABŞ dövlət katibi AÇIQLADI

"Vaşinqton Kanadanın yeni dövlət kimi qəbulu ilə bağlı danışıqlar aparmır".

Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio Donald Trampın Kanadanın yeni bir dövlət olması ilə bağlı şərhlərini belə izah edib:

"Vaşinqton yeni tariflər tətbiq etməyə diqqət yetirir, çünki prezident ölkələr arasında ticarətin ədalətsiz olduğuna inanır.

Yaxşı, biz onları Dövlət etmək üçün danışıqlarda iştirak etmirik".

Eyni zamanda, o qeyd edib ki, tarif məsələsi ölkələr arasında münasibətlərə təsir edəcək.

"ABŞ və Kanada qonşu olaraq qalır və həmişə də olacaqlar", - dövlət katibi vurğulayıb.

Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. İki ölkə üçün onların ölçüsü 25%, Çin üçün isə 10% olacaq. Siyasətçi hərəkətlərini Amerika biznesinin maraqlarını qorumaq kimi izah edib.

Fevralın 4-də Trampın Kanada və Meksika başçıları ilə danışıqlar apardığı məlum olub. Tərəflər sərhəd mühafizəsini və narkotiklərin qanunsuz dövriyyəsinə nəzarəti gücləndirmək barədə razılığa gəliblər. Buna cavab olaraq Vaşinqton bu ölkələrdən gələn mallara 25% idxal rüsumunun tətbiqini 30 gün müddətinə dayandırıb, lakin Çin üçün deyil.

Xəbər lenti