ABŞ Prezidenti Donald Tramp Kerç olayını bəhanə edərək rusiyalı həmkarı Vladimir Putinlə görüşdən yayındı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Jeleznyak deyib. O bildirib ki, əslində Ağ Ev rəhbəri “amerikalı rusofob”ların növbəti narazılıq və ittiham dalğasından qorxaraq belə qərar qəbul edib:

“Çox mürrəkəb beynəlxalq siyasi vəziyyətdə Rusiya və ABŞ liderləri arasında dialoq həm ölkələrimiz arasındakı gərginliyin, həm də qlobal problemlərin həllinə yardım edə bilərdi”.

Qeyd edək ki, Tramp Kerç olayını əsas gətirərək G20 sammiti çərçivəsində Putinlə görüşdən imtina edib.


Təəssüf ki, ölkədə hicab sürətlə öz əhəmiyyətini itirməkdədir. Vəziyyət belə olduqda hicabın gündən-günə zəifləyib öz əhəmiyyətini itirməsi daha sürətli templə davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İran Mədəni İnqilab Şurası rəisinin qadınlar üzrə müavini Firiştə Ruhəfza Tehranda keçirilən “İslam inqilabından sonra iranlı qadınların geyimi” adlı toplantıda deyib.

“Əgər biz hicabla bağlı düzgün siyasət yürütsəydik, bu gün cəmiyyətdə hicabsızlığın sürətlə baş alıb getməsi faktı ilə üz-üzə qalmazdıq. Hicabın öz əhəmiyyətini itirməsinin səbəblərinə gəlincə, hesab edirəm ki, bu, qadınların ali təhsilə yiyələnməsi, cəmiyyətdə öz yerini tapıb hansısa bir işlə məşğul olması, iqtisadi baxımdan öz ayaqlarının üstündə durması və bir sıra ictimai məsələlərlə əlaqədardır.

Biz son 40 ildə hicab məsələsini siyasiləşdirməklə nəinki gənclərimizi hicaba inandıra bildik, hətta hicaba ideoloji don geyindirərək, insanların dini təlimlərdən bezib uzaqlaşmasına səbəb olduq”, - Ruhəfza bildirib.


İndoneziyanın Şimali Sumatra əyalətində otelin torpaq sürüşməsinin altında qalması nəticəsində azı 7 nəfər həlak olub, 7-si isə xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, ölənlərin və yaralananların hamısının tələbələr olduğu bildirilib.

Qeyd edək ki, 2 gün öncə İndoneziyada 5,6 bal nəticəsində növbəti zəlzələ qeydə alınmışdı.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Niğdə vilayətinin Dəmirkazık dağında zirvəyə qalxan 3 alpinist qar uçqununun altında qalıb.

Axar.az xəbər verir ki, alpinistlərdən 2-si xilas olaraq jandarmaya baş verən olay haqda məlumat verib.

Digər alpinist barədə isə məlumat yoxdur.

Ərazidə xilasedicilər axtarışlara başlayıb.


ABŞ Prezidenti Donald Tramp G20 sammitində daha bir skandala imza atıb.

Axar.az xəbər verir ki, Argentina prezidenti ilə foto çəkdirdikdən sonra Tramp onun yanından dərhal ayrılıb. Bu zaman Argentina Prezidenti Maurisio Makri onun ailə fotosu çəkdirməli olduğunu desə də Tramp bunu eşitməyib. Daha sonra bir argentinalı rəsmi nümayəndə tərəfindən Trampa Makrinin bu sözləri çatdırılıb. Yalnız bundan sonra Tramp geri dönüb.


Rusiyanın müttəfiqləri yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Onun sözlərinə görə, Tiflis və Moskva regionun geosiyasətini fərqli rənglərdə görür:

“Gürcüstanın Avropa və Avroatlantik perspektivinin olmaması Rusiyanın təbliğatıdır. Bu təbliğat “biz burdayıq, gücümüz var” prinsipi ilə aparılır. Rusiya Ukrayna problemini yaradıb. Rusiyanın Gürcüstanla etdikləri isə müharibənin aparılmasıyla bağlı irəli sürülən istənilən məntiqdən kənardır.

Rusiya hər zaman güc mövqeyindən danışır. Bu isə aqressiya və işğal deməkdir. İndi bu aqressiya Qara dənizdə müşahidə edilir, bundan öncə isə Ukrayna və Krımda müşahidə olunurdu. Bunların heç birini sağlam məntiqlə izah etmək mümkün deyil. Heç kim Rusiya ilə birgə olmaq istəmir”.


Rusiya Ukraynanın Berdyansk və Mariupol şəhərlərini ələ keçirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu “Funke Media Qrup”a müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Rusiya bununla Donbas və Krım arasında quru dəhliz əldə etmək istəyir:

“Rusiya Ukraynanın işğalının genişləndirilməsi planından imtina etmir. Moskva çalışır ki, Mariupol və Berdyanskı ələ keçirərək, Krıma quru dəhliz açsın”.


Rusiya Prezidenti Vladimir Putin G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.

Ardını oxu...


İtaliyada 2-ci liqada mübarizə aparan Palermo futbol klubu 10 avroya mərkəzi Londonda olan "Mepal" şirkətinə satılıb.

Ardını oxu...


Şahzadə Məhəmməd bin Salmana Camal Qaşıqçı cinayəti ilə bağlı məsul şəxslərin cavab verməsinin vacib olduğunu dedim.

Ardını oxu...

Xəbər lenti