Sürücülərin total izlənməsinə başlanır
Avtomobilə və sürücüsünün vəziyyətinə uzaqdan nəzarət ediləcək.

Rusiyada yeni “Avtodata” elektron sisteminin hazırlanmasına başlanılıb. Bu sistem avtomobilin texniki nasazlığı, zərərli tutllantıların səviyyəsi, hərəkət marşrutları, həmçinin sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə edib-etməmələri barədə məlumatları məsafədən almağa imkan verəcək.

Sistemin müəlliflərinin açıqlamasına görə, bütün bu məlumatlar artıq dilerlərə və qeyri-leqal texniki xidmət stansiyalarına məlumdur. Ona görə də dövlət nəzarətini tətbiq etmək heç də çətin olmayacaq. Bunlar bunlar üçün işlər 3 ildən çox vaxt almayacaq.

Həmçinin qeyd edilir ki, “Avtodata”dan əldə edilən məlumatlar sürücülərin əlavə cərimə olunması üçün əsas olmyacaq.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında artıq avtomobillərdə telematik ötürücülərin yerləşdirilməsinə dair müzakirələr gedir.
Süni intellekt kamerların vasitəsilə sürücülərin yorğunluğunun həddini və avtomobili idarəetmə zamanı elektron qacetlərdən istifadəni müəyyən edə biləcək.

Yeri gəlmişkən, bənzər sistem Avropada bütün yeni avtomobillərə quraşdırılmaqla artıq 2022-ci ildə yaranacaq.
Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturugecə 1-6 , gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda biabırçılıq!
Bakıda həkim qadının doğuş anının videosunu paylaşıb.

Azmedia.az xəbər verir ki, tanınmış  həkim-ginekoloq Aysel Paşayeva qadının  uşaq dünyaya gətirməsini çəkərək  instagram  hesabında paylaşıb.

Qeyd olunan video birmənalı qarşılanmayıb.

Bəzi şəxslər bu anın paylaşımını etik hesab etməyib.

Həmin videonu təqdim edirik.

Azərbaycanda “Gelandewagen”lə şou göstərən Ərəb Şeyxi yenə diqqət çəkdi - VİDEO
Şeyxin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycana gəlib

Qeyri-adi hərəkətləri ilə gündəmə gəlməyi bacaran Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən diqqət çəkib.  

 Unikal.org xəbər verir ki, Azərbaycanda “Gelandewagen”lə şou göstərən ərəb şeyxi  bu dəfə sükan arxasında olarkən avtomobilini dayandırıb və dəvələri səsləyib. Onun yanına gələn dəvələri ağzından öpüb. 

Qeyd edək ki, 2017-ci ildə Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum Azərbaycanda “Gelandewagen”lə “Şaqman” markalı yük maşınını dartıb. Maraqlısı ondadır ki, yük maşını qumla dolu olub.  

 

Xatırladaq ki, “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in “dünyanın ən zəngin varisləri” siyahısında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir. 

Şeyxin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycana gəlib. Əl-Maktum Azərbaycanın müxtəlif rayonlarında ovçuluqla məşğul olub. 

 
"Formula 1": "Mercedes" yeni bolidinin görüntülərini yaydı - FOTOLAR
Komandanın tərkibi də dəyişilməz qalıb

"Formula 1"də çıxış edən "Mercedes" komandası 2020-ci il mövsümü üçün yeni avtomobilinin ilk görüntülərini paylaşıb. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, yeni bolid əvvəlki dizayndan ciddi fərqlənmir. Komandanın tərkibi də dəyişilməz qalıb. Mübariz pilotlar qismində yenə britaniyalı 7 qat dünya çempionu Lüis Hemilton və finlandiyalı Valtteri Bottas qalıb.

Qeyd edək ki, "Mercedes" 2014-cü il mövsümündən etibarən "Formula 1"də hegemonlq edir. Almaniya komandası turbomotorların çempionata qayıtmasının ardından son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. "Mercedes" pilotları da eyni sayda dünya çempionu olublar. Titulların 5-i Hemiltonun, 1-i isə 2016-cı ildə idmanla vidalaşan Niko Rosberqin hesabındadır.

Qeyd edək ki, "Formula 1"də mövsümün ilk Qran-prisi 13-15 martda Avstraliyada keçiriləcək.

 

 
“İlin dünya avtomobili” müsabiqəsində iştirak edəcək avtomobillərin SİYAHIsı
Ən yaxşı ad uğrunda avtomobil istehsalçılarının 10 yeni modeli yarışacaq

Hindistanın Yeni Dehli şəhərində keçirilən beynəlxalq avtosalon çərçivəsində, “İlin dünya avtomobili” müsabiqəsində qələbəyə iddialı olan əsas namizədlərin siyahısı açıqlanıb. Avtosfer.az xəbər verir ki, ən yaxşı ad uğrunda avtomobil istehsalçılarının 10 yeni modeli yarışacaq.

2020-ci ilin yarışmasında qalib olacağını iddia edən modellər bunlardır: sedan “Hyundai Sonata” 8-ci nəsil, “Kia Soul EV” və “Telluride”, “Mazda3” və “Mazda CX-30”, yeni “Range Rover Evoque”, “Mercedes-Benz CLA” və “GLB”, həmçinin “Volkswagen Golf” və “T-Cross”.

Bundan əlavə, münsiflər daha uç kateqoriya üzrə qaliblər seçəcəklər: “Şəhər avtomobili”, “Lüks avtomobil” və “İdman avtomobili”.

 

“Şəhər avtomobili” adı uğrunda, “Kia Soul EV”, elektrikli “Mini”, “kompakt-karı Peugeot 208” və “Renault Clio” yeni nəsil, həmçinin krossover “T-Cross” yarışacaq.

“Lüks avtomobil” nominasiyası finalçılarının siyahısına, krossover “BMW X5” və “BMW X7”, elektrikli “Mercedes-Benz EQC”, sportkar “Porsche 911” və elektrokar “Porsche Taycan” daxil edilib.

Ən yaxşı “İdman avtomobili” adı uğrunda, “BMW M8”, “Porsche 718 Spyder/Cayman GT4”, “Porsche 911”, “Porsche Taycan” və “Toyota GR Supra” təmsil edəcək.

Əlavə olaraq, bütün kateqoriyadan olan modellər “İlin ən yaxşı dizaynı” müsabiqəsində qalibiyyət üçün iştirak edəcəklər.

Bu il ən yaxşı “yaşıl” avtomobil üçün mükafat ləğv edilib.

Qaliblər ənənəvi olaraq aprel ayında Nyu York şəhərində keçiriləcək motor şousunda elan ediləcək.

Xatırladaq ki, keçən il müsabiqənin qalibi elektrikli krossover “Jaguar I-Pace” olub.

Türkiyədə qardan tunel yaratdılar - VİDEO - FOTO
Tunellərə bənzəyən yolları görənlər təəccüblərini gizlədə bilməyib

Türkiyənin Hakkari vilayətində yağan qarın qalınlığı altı metri keçib. Bu barədə “Hürriyet” xəbər yayıb. Bildirilir ki, nəticədə Yüksekova rayon mərkəzindən 40 km məsafədə yerləşən Onbaşılar kəndinə yollar bağlanıb. Bu səbəbdən Hakkari vilayəti xüsusi idarəsi əməkdaşları işə başlayıb. Məlumata görə, qar uçqunu təhlükəsinə baxmayaraq, işlər sürətlə davam edir.

Tunellərə bənzəyən yolları görənlər təəccüblərini gizlədə bilməyib. Bəziləri isə bu vəziyyətdən yararlanaraq xatirə şəkilləri çəkdirib.

 

 
Azərbaycanda ölüm səviyyəsi azalıb
Azərbaycanda ötən il ölüm səviyyəsi aşağı düşüb.

"Ötən il ölkədə 55 916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2019-cu ildə 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Ümumilikdə ötən il ölkə əhalisinin sayı 85 651 nəfər və ya 0,9 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 10 067 108 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşamışdır.

Ölkə üzrə əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1072 nəfər), Lənkəran (156 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Qışda hansı maşınlarda kondisionerin qoşulması mütləqdir? - QAYDALAR
Sərinləşdirici avtomobildə ən çox seçilən imkanlardan biridir

Təlimatlar elə-belə yazılmır. Bunları oxumaq, başa düşmək və yerinə yetirmək lazımdır. Xüsusilə avtomobillər kimi bahalı texnikalara gəldikdə. Məsələn, bir çox sürücü hətta "dərslikdə"- "hətta qışda da sərinləşdiricidən istifadə etmək lazımdır" yazısının mövcudluğundan bixəbərdir.

Sərinləşdirici avtomobildə ən çox seçilən imkanlardan biridir. Onun əsas funksiyası salonda rahat bir iqlim yaratmaq və istidən qorumaqdır. Ancaq təlimatlara məhəl qoymadan və tövsiyələrini yerinə yetirmədən, qışda işlətmədiyiniz üçün yayda onsuz qala bilərsiz və əlbəttə ki, təmirə ehtiyacı ola bilər. Avtosfer.az portalı çox soyuq olmayan havalarda kondisioner sistemini hansı avtomobillərdə işə salmağın lazım və bunu necə düzgün etmək olduğunu araşdırdı.

https://avtosfer.az/upload/news/small/f620bb8.jpg

 

Bununla yanaşı, bəzi avtomobillər üçün təlimat sərinlədirici ilə birlikdə edilməli olan hərəkətləri açıq şəkildə göstərir: "mütəmadi olaraq ayda bir dəfə sərinləşdirici sistemi (hətta soyuq havada) işə salın və ən azı 5 dəqiqə işləsin." Bu tövsiyə, sərinləşdirici sistemini idarə edən bir kompressorun elektromaqnit muftasını istifadə edən bəzi sərinləşdirici sistemlərinin texniki xüsusiyyətləri səbəbindən yaranmışdır.

Qışda hərəkətsizlikdən mufta sadəcə turşuya bilər. Ancaq bir böyük "amma" var - bütün sərinləşdirici sistemləri, avtomobil istehsalçısından asılı olaraq −5 ilə +5 dərəcə arasında soyutma üçün işləməyi dayandırır. Başqa sözlə, kompressor Selsi şkalasında sıfır işarəsi bölgəsində bağlanır, işləmə göstəricisi isə bu barədə xəbərdarlıq etmir. Bəs onda təlimatlarda yazılanları necə yerinə yetirmək olar?

Əvvəlcə sərinləşdirici sisteminizin nə cür olduğunu aydınlaşdırmalısınız. Müasir sistemlər bir elektromaqnit muftası olmadan kompressorlardan istifadə edirlər. Buna görə də sonuncunun turşulaşmasının qarşısını almaq üçün onları işə salmağın mənası yoxdur. Ancaq təlimat hələ də bunu etməyinizi tələb edirsə, onda sistemi düzgün işə başlamalısınız.

Sərinləşdiricinin işləməsi və soyumağa başlaması üçün avtomobil isti bir boksa qoyulmalı və ətraf mühit istiliyinə qədər istilənməlidir. İstədiyiniz xarici temperatura çatdıqda, qurğu bir əmr verəcək və sistem işləyəcək. Əks təqdirdə soyuducu, buxarlandırıcıdakı qaz halına keçmək üçün keçən havadan kifayət qədər istilik qazanmayacaqdır. Həm də mənfi xarici temperaturda buxarlandırıcıda meydana gələn kondensat, sadəcə buz olmağa başlayacaq və qızdırıcı vasitəsilə hava dövranın kilidləyəcək.

Ən əsası, avtomobili isti boksda işə saldıqda yaxşı havalandırma olduğundan əmin olmalısan. Bu prosedur, tullantı qazların çıxarılması sisteminin olduğu ixtisaslaşmış xidmət mərkəzində aparılsa daha yaxşı olar.

 

 
Gündə 2 yumurta yeməyə 7 səbəb

Yumurta əsrlərdir səhər qidası üçün əvəzsiz və populyar qidadır. Təəssüf ki, böyük insanlar artıq səhərlər yumurta yeməyi unudur və ya onu sadəcə yağda qızardıb yeməyə üstünlük verir. Halbuki yumurta suda bir qədər bişirilib yeyilməlidir.

Medicina.az hər gün iki yumurta yeməyin faydalarını təqdim edir:

1. İmmunitetiniz möhkəmlənəcək

– çünki yumurtada 59% selen norması, A vitamini, dəmir vardır. Bu maddələr birləşməsi immunitet üçün hava, su kimi lazımdır. Xüsusən qış aylarında günə 2 yumurta qaydasına əməl edin ki, viruslara qarşı immunitetiniz olsun

2. Gözləriniz itiləşəcək

Yumurta antioksidantlarla zəngindir, lütein və zeaksantinlə boldur, eləcə də onda Omeqa 3 var.

Məhz bu maddələr görmə torunu qopmaqdan, zədələnməkdən qoruyur, gözlərin sağlamlığının qeydinə qalır. Xüsusən məktəbli və tələbələr səhərlər 1 ədəd yumurta mütləq yeməlidir.

3. Dəri, dırnaq və saçlarınız möhkəmlənəcək

Yumurta B12, B5, biotin, riboflavin, selen ilə zəngindir. Yumurta yedikdə dəriniz, saçlarınız elastik, yumşaq olacaq, sərbəst radikallardan təmizlənəcək.

4. Beyni aktivləşdirir

Məhz yumurtada xolin adlı maddə var ki, başqa heç bir qidada tapmayacaqsınız. Yumurta heç yeməyənlərdə xolin olmur. Xolin beyin hüceyrə membranını qoruyur, yaddaşı, intelekti gücləndirir. Ona görə keçmişdə ağına bozuna hərəkət edib danışanlara “get yumurta iç” deyirdilər.

5. D vitamini ehtiyatını artırır

Xüsusən qışda bu vitamin əsklilyi çoxalır, D vitamini az olduqda sağlamlığımız geri gedir.
BU vitamin sümüklər, dişlərin kalsium ilə təminatında da vacibdir.

6. Qalxanvari vəzin işini tənzimləyir, zob yaranması və sonsuzluğa qarşıdır

Xüsusən hamilə olmaq istəyən qadınlar və ata olmaq istəyən kişilər hər gün 2 ədəd yumurta yeməlidir

7. Xəstəlikdən, ağır işdən və idmandan sonra bədəni bərpa edir

Yumurta təmiz zülaldır, zülal isə tikinti materialımızdır. Əzələləri bərpa edir, boşalmağa qoymur, güc verir

Xəbər lenti