![]() |
|
Xırda-para məsələləri böyüdüb qlobal problemə çevrimək lazım deyil.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputat Səyyad Salahlının çıxışına reaksiya verərkən deyib.
“Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil.
Hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır.
Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil, qəsdən edirlər bəzi şeyləri, düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır.
Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər, sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm danışanda fikir verin".
“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”.
Bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deyib.
"Sosial sahə ilə bağlı kifayət qədər işlər görülür. Nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Onları da qeyd edin. Nə üçün bu haqda danışmırsınız? ",- sədr qeyd edib.
Hazırda konfiqurasiya dəyişir, Bayden Ağ Evi tərk etməyə hazırlaşır və bu, həm də Avropa və ABŞ-ın Cənubi Qafqaz siyasətində qeyri-müəyyənlik deməkdir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına geniş müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında Qərb vasitəçi ola bilməz, çünki bu, Azərbaycanın qırmızı xəttinə çevrilib:
“Ermənistan da Rusiyanın vasitəçiliyinə razı olmaya bilər ki, bu da birbaşa, “şahidlər olmadan” danışıqlar aparmaq istəyən Azərbaycanın maraqlarına uyğun olacaq. Bununla belə, indiki məqamda hesab edirəm ki, Azərbaycan hər iki variantı nəzərdən keçirir: birbaşa danışıqlar və ya Rusiyanın vasitəçiliyi. Bu, o deməkdir ki, 9/10 noyabr bəyanatının tam şəkildə həyata keçirilməsi zərurəti (xüsusilə Zəngəzur dəhlizi məsələsi – red.) müzakirə olunacaq”.
Areşevin fikrincə, İrəvan-Bakı münasibətlərindəki hazırkı ab-hava müsbət deyil:
“Məncə, gələn il başlayacaq danışıqlar kifayət qədər çətin olacaq. Düşünürəm ki, Qərbin Ermənistana diqqəti xeyli zəifləyəcək və bunun öz nəticələri olacaq. Xarici siyasət baxımından İrəvan kifayət qədər çətin vəziyyətə düşə bilər”.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu yerli İTV-yə müsahibəsində yenə özünəxas tərzdə gündəm yaratmağa çalışdı. Təbii ki, o, növbəti dəfə Azərbaycanla sülh müqaviləsi haqda da danışdı. İddia etdi ki, ilin sonunadək müqavilə imzalamaq üçün hər şeyi edəcək. Tərəflər demək olar, sənədi imzalamağa hazırdır.
Hərgah, qarşıdakı təxminən 40 günlük müddətdə buna nail olmaq inandırıcı görünmür. Çünki rəsmi Bakının əsas tələbi bəlli: Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılması. İrəvan isə bu yöndə elə də həvəsli deyil. Üstəlik, referendum üçün daha böyük zaman gərəkdir.
Demək, hansısa sənəd imzalanacaqsa da, bu, sülh müqaviləsi olmayacaq. Diplomatik əlaqələrin qurulmasına və səfirlərin mübadiləsinə gətirməyəcək. Azərbaycanın ona konstitusion ərazi iddiası olan bir ölkədə səfirlik açması istisnadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev COP29-dan dərhal sonra tərəflər arasında sülh danışıqların davam etdiriləcəyini bildirmişdi. Ötən ay Kazanda keçirilən BRİCS sammiti çərçivəsində isə İlham Əliyev və Nikol Paşinyan XİN rəhbərlərinə danışıqları sürətləndirmək və sülh sənədinin imzalanmasını tezləşdirmək tapşırığı vermişdilər. Ondan az öncə ABŞ prezidenti Co Bayden ilin sonunadək sülh müqaviləsini imzalamaq xahişi ilə hər iki ölkənin rəhbərinə məktublar göndərmişdi.
Artıq COP29 da bitib, danışıqlar intensivləşəcəkmi? Sənədin ilin sonunadək imzalanması ehtimalı nə qədərdir? XİN başçıları harada, hansı ölkədə bir araya gələ bilər? Nəzərə alsaq ki, tərəflər ikitərəfli formata üstünlük verir, görüş bu il dekabrın 5-6-da Maltada keçiriləcək ATƏT XİN rəhbərlərinin toplantısı çərçivəsində mümkündürmü? Yaxud görüş yeri kimi, Rusiya, Gürcüstan və ya Qazaxıstan seçiləcək? Bəs danışıqlar Azərbaycan-Ermənistan sərhədində necə, gözləniləndirmi?
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan tərəfi sülh sazişini imzalamaq üçün hər şeyə hazır olduğunu sözdə göstərir: “Paşinyan imzalanacaq sənəddə razılaşdırılmayan bəndlərin sonraya saxlanılmasını təklif edir. Bununla belə, özünü sülh tərəfdarı, Ermənistanı isə sülhpərvər dövlət kimi göstərməyə çalışır. Lakin unudur ki, Ermənistan regionda kifayət qədər etibarsız, ərazilərini qonşu dövlətlərin torpaqlarının hesabına genişləndirməyə calışan, münaqişəyə meylli, müharibə tərəfdarı bir ölkə imici qazanıb. Bununla belə, Azərbaycan Ermənistanla anlaşma şəraitində yaşamağa çalışır. Lakin bu o demək deyil ki, Ermənistanla konkret məqsədlərə söykənməyən müqavilə imzalansın. Elə bir sülh razılaşması imzalanmalıdır ki, bu sülh razılaşması ən pis halda yaxın gələcək üçün münaqişəyə yol verməməlidir. Azərbaycanın istəyi də budur. Və bu istəyinin əsasında kifayət qədər ciddi arqument və faktlar dayanır. Ona görə də deyə bilərik ki, Ermənistana sülh müqaviləsinin vaxtı, Azərbaycana isə məzmunu daha vacibdir”.
Ekspert onu da qeyd etdi ki, Azərbaycan COP29 tədbiri keçirilən müddətdə də Ermənistanla sülh danışıqları prosesini əslində dayandırmayıb. Yəni Ermənistan heç vaxt deyə bilməz ki, COP29 sülh danışıqları prosesinin uzanmasına səbəb olub. Sülh danışıqlarının uzanmasına və yekun nəticənin hələ də əldə edilməməsinə Ermənistanın apardığı yanlış siyasət səbəb olur.
M.Rəhimli dedi ki, razılaşma prosesinin harada aparılması bizim üçün o qədər də əhəmiyyətli olmamalıdir. Amma bunun üçün dünyanın o biri başına getməyə də ehtiyac yoxdur. Əsas məsələ odur ki, iki ölkə arasında danışıqlar vasitəçilərsiz həyata keçirilsin və tərəflərin sülh əldə etmək iradəsi olsun.
Türkiyənin “Haber 7” portalı dünyanın ən ucaboy liderləri ilə bağlı araşdırma aparıb. Araşdırmada Azərbaycan Prezidenti İlham Əliyevə də yer verilib.
Teleqraf.com həmin araşdırmanı təqdim edir.
“Haber 7”nin siyahısı belədir:
İtaliya Baş naziri Corciya Meloni – 1.58 m
Banqladeş Baş naziri Şeyx Hasina - 1.65 m
Şimali Koreya lideri Kim Çen In - 1.66 m
Pakistan Baş naziri Şahbaz Şərif - 1.68 m
Braziliya Prezidenti Lula da Silva – 1.68 m
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev - 1.68 m
İsveç Baş naziri Ulf Kristersson - 1.70 m
Danimarka Baş naziri Mette Frederiksen - 1.70 m
Almaniya Kansleri Olaf Şolz – 1.70 m
Hindistan Baş naziri Narendra Modi - 1.70 m
Rusiya Prezidenti Vladimir Putin - 1.70 m
Ukrayna Prezidenti Vladimir Zelenski - 1.70 m
Argentina Prezidenti Xavyer Milley - 1.73 m
Fələstin lideri Mahmud Abbas - 1.73 m
Macarıstan Baş naziri Viktor Orban – 1.74 m
Böyük Britaniya Baş naziri Kir Starmer – 1.74 m
İndoneziya Prezidenti Joko Vidodo - 1.75 m
Roma Papası Frensisk - 1.75 m
İranın dini lideri Əli Xameneyi – 1.77 m
Ermənistan Baş naziri Nikol Paşinyan - 1.78 m
Avstraliya Baş naziri Entoni Albeneze – 1.78 m
Fransa Prezidenti Emmanuel Makron – 1.78 m
Çin lideri Sio Cinpin - 1.80 m
Norveç Baş naziri Yonas Qar - 1.83 m
Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd bin Salman - 1.83 m
ABŞ Prezidenti Co Bayden - 1.83 m
İsrail Baş naziri Benyamin Netanyahu - 1.84 m
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - 1.85 m
Azərbaycan Prezidenti İlham Əliyev - 1.88 m
Kanada Baş naziri Castin Trüdo - 1.88 m
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis - 1.89 m
Suriya Prezidenti Bəşər Əsəd - 1.89 m
Avstriya Kansleri Karl Nehammer - 1.89 m
Eritreya prezidenti İsaiya Afeveriki - 1.90 m
İspaniya Baş naziri Pedro Sançez - 1.90 m
Venesuela Prezidenti Nikolas Maduro - 1.90 m
Qətər Əmiri Təmim bin Haməd əs-Sani – 1.91 m
İrlandiya Prezidenti Leo Vardakar – 1.93 m
NATO Baş katibi Mark Rutte – 1.93 m
Albaniya Baş naziri Edi Rama - 2.1 m
Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.
Sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın".
Birləşmiş bələdiyyələrin geniş siyahısı ilə buradan tanış olmaq olar.
İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Hörmətli xanım Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.
Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.
Meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
"Bosniya və Hersoqivinanı və onun xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edir və ən xoş arzuları çatdırırıq. Milli Günün mübarək, Bosniya və Hersoqivina!", - paylaşımda qeyd olunub.