Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulacaq. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

 

 

 

 

Avqustun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

"Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Ödənişlər Fond tərəfindən ödəniləcək.

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb.

“Report” xəbər verir ki, bu gün daha 89 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Füzuli şəhərinə 247 nəfərdən ibarət 70 ailə Füzuli şəhərinə köçüb.

 

 

 

 
s


Yol-xeber.az" xəbər verir ki, 18 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Əlisultan Sadıxov Qəbələ Mədəniyyət Mərkəzində regional idarənin tabeçiliyində olan 14 rayonun baş mütəxəsislərinin iştirakı ilə görüş keçirmişdir. Görüşdə 2023-cü ilin 6 ayının yekunları və 2023-cü il üzrə qarşıya qoyulmuş məsələlər geniş və hərtərəfli müzakirə olunmuşdur.
s
s
s
 

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sükanını azyaşlı övladlarına həvalə edən valideynlərə xəbərdarlıq edib.

İdarədən daxil olan xəbərdarlıqda deyilir:

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxsə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə, maddi və mənəvi zərərlərə səbəb olmadan vaxtında aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə konkret addımların atıldığını bildirir, bu sahədə aparılan nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini, belə neqativ əməllərə meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını bu işdə birgə əməkdaşlığa dəvət edir".

Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.

“Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq. Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Bu gün “Qobu” yaşayış kompleksindən Füzuli şəhərinə ilk mərhələdə qayıdacaq 23 ailə - 90 nəfərin köç karvanı yola salınır. Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir”, - F.Hüseynov qeyd edib.

“Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub.

Biz əminik ki, bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq. Fürsətdən istifadə edərək doğma torpaqlarına qayıdan Füzuli sakinlərinə firavan həyat arzulayıram”, - Komitə sədrinin müavini vurğulayıb.

İlk olaraq 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub.

Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən 23 ailə yola salınıb.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

 

 

 

 

Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

s

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir. 

Layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib. 
 

YOLUNUZ AÇIQ OLSUN...

s
s
s
s
s
s
s
s
s
s
s
s
Ötən gün səhər saatlarında bəzi şəxslərin mobil telefonuna Azərbaycanda zəlzələ olması ilə bağlı bildiriş gəlib. Android sistemli mobil telefonu olan bəzi istifadəçilərə ölkəmizdə zəlzələnin baş verməsi barədə məlumat göndərilib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, həmin informasiyanın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
 
Bəs, Azərbaycanlı istifadəçilərə niyə belə məlumat göndəririlir?
 
İnformasiya Komnukasiya Texnalogiyaları üzrə mütəxəssis Rəşad Əliyev "Xəzər Xəbər"ə deyib ki, ölkəmizə yaxın ərazilərdə 3-baldan yuxarı zəlzələ qeydə alınarsa, təhlükəsizlik baxımından android sistemli telefonlara belə məlumatın ötürülməsi normaldır.
 
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5 bal gücündə zəlzələ qeydə alınıb.
 

Xəbər lenti