![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.
Belə ki, yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
İntensiv yağıntılar nəticəsində yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, sözügedən yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN…
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanda sentyabrın 1-dən bir sıra dəyişikliklər qüvvəyə minib.
Həmin dəyişiklikləri təqdim edirik:
Bu gündən etibarən müharibə veteranları dövlət büdcəsi hesabına təhsil alacaqlar.
Rusiyanın bəzi heyvandarlıq müəssisələri bu gündən Azərbaycana məhsul ixrac edə bilməyəcək.
Elm və Təhsil Nazirliyi uşaq bağçaları üçün növbənin formalaşmasını sentyabrın 1-də başa çatdıracaq.
Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti bu gün bitir.
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir.
Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.
Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, “Əmək Məcəlləsinə” edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə artıq başlanılıb.
"İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.
"Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər".
Millət vəkili bildirib ki, prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
"Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək", - deyə V. Bayramov əlavə edib.
Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqənin nəticələri açıqlanıb.
Tələbə adını qazananlar arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova da var.
Şəhid xanımı Azərbaycan Universitetində Mühasibat ixtisası üzrə qiyabi təhsil alacaq.
Qeyd edək ki, Şahin Allahyarovun Vətən Müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.//qafqazinfo.az
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidinin inşası davam etdirilir.
Yeni yerüstü piyada keçidi M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci km-də tikilir.
Keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır.
Artıq layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun təqribən 65-ci km-lik hissəsində yolun hərəkət hissəsinə aşan irigövdəli ağac kənarlaşdırılıb.
Yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub, aidiyyəti qurumun əməkdaşları ilə birlikdə qısa müddət ərzində ağac doğranaraq daşınıb, ərazi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Yol-xeber.az" xəbər verir ki, Müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.
Yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazilərə cəlb olunub, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...