Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT


Yol-xeber.az" xəbər verir ki,   Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələri və suötürücü borulara ziyan dəyib.

Belə ki, yolun 13-16-cı km-də Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci km-də yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salmışdır. 

Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də ) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlmişdir. 

Şirinbulaq və Təpəcənnət yollarında suötürücü borular 80 % lil və qum-çınqılla dolmuşdur.

Dərhal təbii fəlakət baş verən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Aparılmış təxirəsalmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. 

Qeyd edək ki, hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazilərdə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.

YOLUNUZ AÇIQ OLSUN… 


Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT
Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT
Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT
Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT
Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT
Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT

Bakıdakı "Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.

“ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur", - deyə Assosiasiya bəyan edib.

“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”, - deyə açıqlamada qeyd olunub.

Dünən “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilməsi xəbəri gündəmin əsas mövzusu olub. Günayın işdən ayrılma səbəbi isə sükan arxasında telefonla danışması göstərilib. Onun bu səbəbdən işdən ayrılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məhz xanım olduğu üçün işdən ayrıldığı və zərif cinsin nümayəndəsi olduğu üçün ona qarşı bu cür rəftar edildiyi bildirilib.

Gün ərzində media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edən Günay Həbibli Medianews.az-a danışıb. O, yayılan xəbərlərin heç də gerçəkləri əks etdirmədiyini bildirib.

- Günay xanım, dünəndən etibarən sosial şəbəkələrdə sizin işdən ayrılma xəbəriniz müzakirə edilir. İşdən ayrılmanıza səbəb nə olub?

- Mən 2019-cu ilin aprel ayının 1-dən etibarən “Bakı Metropoliteni”ndə ilk xanım maşinist olaraq işə başlamışam. 2023-cü ilin iyununda öz ərizəmlə işdən xaric olmuşam. İşdən çıxma səbəbim ailəvi problemlərim, ən əsas da övladımın sağlamlığı ilə bağlı idi. Hər şeydən önəmlisi mən anayam və övladımın sağlamlığı mənim üçün hər şeydən öndə gəlir. Bunun üçün bir müddətlik işimə ara verdim. Çox şükür ki, indi hər şey qaydasındadır. Onu da deyim ki, sənətimi çox sevirəm və işim üçün darıxıram. Elə bu səbəbdən də “Bakı Metropoliteni”nin maşinist işinə qəbulla bağlı vakansiyasına yenidən müraciət etmişəm. Metropolitenin rəhbərliyi başda Zaur müəllim olmaqla bu kollektivin hər bir üzvü mənə doğmadır. Rəhbərliyimiz hər zaman mənim, eləcə də digər işçilərin problemləri ilə maraqlanır. Buna görə başda rəhbərliyimiz olmaqla kollektivimizə təşəkkür edirəm. İnşallah, seçim mərhələlərini keçərək kursda iştirak edib, yenidən maşinist adını qazanmaq üçün əzmlə mübarizəmi davam etdirəcəyəm.

- Sosial şəbəkələrdə sizin sükan arxasında mobil telefon istifadə etdiyiniz üçün işdən ayrıldığınız qeyd olunub. Bu həqiqətdirmi?

- Yayılan bu xəbər yalandır. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar müəllim özü də belə bir açıqlama verməyib. Media nümayəndələrinin bu məlumatı haradan əldə etmələri ilə bağlı heç bir fikrim yoxdur. Sadəcə onu deyə bilərəm ki, bu dezinformasiyadır.

- İşdən ayrılmağınızın bu qədər səs-küyə səbəb olacağını gözləyirdinizmi?

- Səmimi desək, bu qədər ajiotaja səbəb olacağını gözləyirdim. Necə ki, “Bakı Metropoliteni”nin tarixində ilk qadın maşinist olmağım mediada kifayət qədər işıq üzü görmüşdü. Eləcə də işdən çıxmağımın də diqqətə səbəb olacağını güman edirdim. Sadəcə onu demək istəyirəm ki, mən iki ay bundan öncə işdən çıxmışam. Heç bir məlumatım olmadan özəl məsələmin mətbuata sızdırlmasını doğru hesab etmirəm. Bu mənim özəl həyatımdır və edilən hərəkət özəl həyatıma birbaşa müdaxilədir. Ehtiyac olsaydı, “Bakı Metropoliteni” QSC də, mən də bu barədə ictimaiyyətə məlumat verərdik. Amma daha olanlar oldu.

- Bəs xəbəri siz necə öyrəndiniz?

- “Instagram” hesabımda izləyicilərin məni işarələməyi sayəsində öyrənmişəm. Mənim işdən çıxmağım da qlobal bir məsələ deyil. İstəməzdim xəbər bu şəkildə ictimailəşsin. Çox istərdim ki, media nümayəndələri məlumatı dəqiqləşdirib sonra yazsınlar.

- Sizcə, bu məlumatı mətbuata kim sızdırıb?

- Hamımız insanıq, həyatımızda bizi sevənlər də var, sevməyənlər də. Ola bilsin ki, bu mənim uğurumu götürməyən, məni sevməyən insanların işidir. Amma mən bu səviyyəyə öz gücümə gəlmişəm. Kimsə deyə bilməz ki, Günayın hansısa məsələsində ona mən dəstəkçi olmuşam. Gücümə, potensialıma əminəm.

- İlk qadın maşinist olmağınız sizdə hansı avantajlar yaradıb?

- İlklər hər zaman müsbət qarşılanmır. Onları ya sevirlər, ya heç sevmirlər. Mən bunu bilərək maşinist sənətini seçmişəm, peşman da deyiləm. Bəzən də düşünürəm ki, məhz elə bu sənət üçün yaradılmışam.

- Sosial şəbəkələrdə məhz qadın olduğunuz üçün adi bir səbəbdən işdən azad edilməyiniz müzakirələrə səbəb oldu. Azərbaycan qadınına dəstək olmağı vacib hesab edənlər də az olmadı. Siz necə düşünürsünüz?

- Çoxu bunu qadınların məğlubiyyəti kimi irəli sürdü. Qadın olduğum üçün məni linç etməyə çalışırlar. Amma Azərbaycan qadını heç zaman zəif olmayıb. Bizim qadınlarımız tarix yazıb. İstəmərəm ki, xanımlarımızı zəif görsünlər.

- “Bakı Metropoliteni”ndən necə ayrıldınız, onlarla aranızda hər hansı inciklik varmı?

- Xeyr. Mənim “Bakı Metropoliteni”nin rəhbərliyindən heç bir şikayətim yoxdur. O kollektivin hər bir üzvü mənim üçün əziz və dəyərlidir. Hər birinin boynumda haqqı var. 2016-cı ildən metronun çörəyini yeyirəm. O çörəyə söz demək mənə yaraşmaz. Övladımın sağlamlığı üçün işdən çıxmalı oldum, yenidən müraciət etdim.

- Bəs bundan sonra Günay Həbibli metropolitendə hansı vəzifəni icra edəcək?

-Yenidən o adı qazanmaq üçün əvvəlki kimi mübarizəmi davam etdirəcəyəm. Bu, müvəqqəti ayrılıq idi.

- Sizi dəstəkləyənlərə buradan nə demək istərdiniz?

- Mənə dəstək olanlar hədsiz dərəcədə çox idi. Onları tanımasam belə, həmin şəxslərə təşəkkür edirəm. Onların dəstəyi məni sevindirir.

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

Bizim.media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

“Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

“Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, - deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.

Laçın rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və Birinci vitse-prezident əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət ediblər.

Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.

Mehriban Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.

Balaca qız: Gedək bizim evimi zdə bir çay içək.

Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə can sağlığı və uğurlar.
Qadın sakin: Sağ olun.

Mehriban Əliyeva: Sağ olun.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verib.

Qeyd edilib ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Həmçinin məlumat verilib ki, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

"Report" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.

 Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nin üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

 

 

 

 

Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib. Yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib. Zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.

Ancaq zəlzələ sosial şəbəkələrdə geniş panikaya səbəb olub. Belə ki, "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib və bir çox insan təşvişə düşüb. Bu, ilk belə hal deyil...

Bir neçə gün öncə smartfonlardakı xəbərdarlıq sistemi Türkmənistanda baş verən 5 bal gücündə zəlzələ ilə bağlı Azərbaycana da bildiriş göndərmişdi. Zəlzələ 200 kilometrdən uzaq məsafədə olsa da, panika yaratmışdı. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələnin Azərbaycanla heç bir əlaqəsi olmadığını dedi.

Bəs nə etmək olar ki, insanların təşvişə düşməsinin qarşısı alınsın? Hazırkı proqramın alternativi varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texno-bloger Fərid Pərdəşünas vurğulayıb ki, zəlzələ ilə bağlı göndərilən məlumatlarda insanlar məsafəyə baxmalıdır:

"Məsələ belədir ki, “Google” üzərində olan datalarla inteqrasiya etdiyi cihazlarla "Android"lərə bildiriş göndərir. Feyk xəbər də göndərilmir. Orada məsafə qeyd edilir. İnsanlar o məsafəyə baxmalıdır".

F.Pərdəşünas belə məlumatların yollanmasının çox faydalı olduğunu düşünür:

"Təşvişə düşməyə səbəb yoxdur. Belə məlumatlar çox yaxşıdır. Türkiyə zəlzələsində elə bir bildiriş getməmişdi. Əksinə nə qədər bildiriş gəlsə, o qədər yaxşıdır ki, insan məlumatlı olur. Hazırda bu proqramın alternativi yoxdur. Hazırda bunu ən yaxşı edə bilən “Google”dir. Alternativ ancaq yerli idarəetmə orqanlarının özlərinin sistemləri, mobil tətbiqləri ola bilər. O da hələ ki, Azərbaycanda yoxdur".

İT üzrə mütəxəssis Pərvin Əsədov vurğulayıb ki, proqram “Android” cihazlar üçün nəzərdə tutulur:

"Bu onun istehsal xüsusiyyətidir. “İphone” üçün belə bir funksionallıq yoxdur. Sadəcə bir neçə proqram var ki, onu "Apple market"dən yükləmək lazımdır. “İphone” üçün belə proqramları yükləyərkən parametrləri elə tənzimləmək lazımdır ki, zəlzələdən sonra 1 dəqiqə, 10 saniyə əvvəl məlumat gəlsin. Bunun üçün internet parametrlərini tənzimləmək lazımdır, "location" göstərilməlidir".

Pərvin Əsədov vurğulayıb ki, proqramın göndərdiyi məlumatlara görə təşvişə düşməyə ehtiyac yoxdur:

"Bu proqram əvvəldən var və onda hər hansı yenilənmə olmayıb. Əslində, yenilənmələr gözlənilir. Episentrə daha yaxın olan yerlərdə bildiriş gəlməyi proqramın növbəti yenilənmiş formasında tətbiq olunacaq. Köhnə versiyada episentrdən uzaq bölgəyə məlumat göndərilsə də, məsafə göstərilir. Bunu da telefon istifadəçisi görür ki, episentr onun yerləşdiyi “location”dan çox aralıdır. Heç bir təşviş keçirməyə dəyməz. Bu artıq insanın özündən asılıdır. Psixoloji cəhətdən zəif olan insan onsuz da məsafədən asılı olmayaraq təşviş keçirəcək".

Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir

Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Əlisultan müəllimlə 24 avqust 2023-cü il tarixində Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir.
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir
Şəki şəhərində və Qax rayonunda baş mütəxəssislərin iştirakı ilə bir neçə abidə ərazisində monitorinq keçirmişdir

Xəbər verdiyimiz kimi Türkiyəli tanınmış jurnalist Fulya Öztürk həftəsonu Bakıya gələrək Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən jurnalist eyni zamanda Lalə Azərtaşla da birgə şəklini paylaşıb.

 
Bir sıra yerli saytlar isə onun Xəzər TV-də çalışacağı ilə bağlı iddialar irəli sürüb.

Azərbaycanlı jurnalist  İsgəndər Qənbərov isə görüşün bununla əlaqəsi olmadığını yazıb:

“Türkiyə Xəbər Kameramanları Dərnəyinin (THKD) ZOOM mükafatlandırılma mərasimi bu il Azərbaycanda təşkil olunması nəzərdə tutulub. Bununla bağlı THKD-nin sədri Aytekin Polatel Azərbaycana iki dəfə işgüzar səfər edib. Bir çox telekanal və ictimai birlik rəhbərləri ilə görüşlər keçirilib. Avqustun 19-da Fulya Öztürkün köməyi ilə Türkiyədən bir neçə nümayəndə Azərbaycana məhz ZOOM mükafatlandırılma mərasiminin təşkil olunması üçün səfər edib və prezidentin köməkçisi Hikmət Haciyevlə görüşlər keçiriblər. Mən də TKHD-nin Azərbaycan təmsilçisi olaraq bu işlərdə koordinator rolunu oynayıram. 

Xəzər TV rəhbərliyi bu işdə bizə dəstək olanlardandır. Məhz bu fotolar və videolar da Xəzər TV-dəki görüş zamanı çəkilib", - deyə o əlavə edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi işdən azad olunub.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Məcid Seyidovun imzaladığı əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Tahir Məmmədli vəzifədən azad edilib. Eyni zamanda, digər əmrlə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov da işdən azad olunub.

Məcid Seyidovun əmrinə əsasən, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi də təyin edilib. Belə ki, Tahir Məmmədli idarənin yeni rəisi təyin olunub.

Xəbər lenti