Həkimlərin və yol polislərinin sosial müdafiəsi gücləndirilməlidir - Fazil Mustafa
Yol polisi və həkimlər daha çox ünsiyyətdə olur

Bu gün Milli Məclisin iclasında deputat Fazil Mustafa çıxış edərək koronavirusla bağlı bir sıra məsələlərə  toxunub. Yol-xeber.az xəbər verir ki, millət vəkili insanlarla daha çox ünsiyyətdə olan həkimlərin, polislərin və digər strukturların əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qanun qəbul edilməsini təklif edib. Onun sözlərinə görə həkimlər, yol polisləri və bu kateqoriyadan olan dövlət strukturlarının əməkdaşları vətəndaşlarla daha çox ünsiyyətdə olur. “Onlar daim xidmət başındadırlar. Təbii ki, bu, onların vəzifə borcundan irəli gəlir. Ancaq onların təhlükəsizliyinin təmin edilməsi, hər hansı bir problem yarandıqda sosial müdafiəsinin necə təmin ediləcəyi müəyyənləşdirilməlidir.”
Yalnız bu şəxslər qaydanı pozanda cərimələnmir
“Yol hərəkəti haqqında” Qanunun tələbinə görə hər bir sürücü avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.

Qanunun tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət nəzərdə tutulub. Bəzi hallarda müəyyən kateqoriyalı sürücü və sərnişinlərin kəmərdən istifadə etməməsinə yol verilir.

Bəs onlar hansılardır?

12 yaşadək uşaqlar, hamilə qadınlar, geriyə manevr edən avtomobilin sürücüsü, yaşayış məntəqəsi daxilində operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik kəmərini taxmaya bilərlər.

"Ölkə.Az" nuhcixan.az-a istinadla həmin videomaterialı təqdim edir:

“Yol hərəkəti haqqında” Qanunun tələbinə görə hər bir sürücü avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir.

Qanunun tələbinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət nəzərdə tutulub. Bəzi hallarda müəyyən kateqoriyalı sürücü və sərnişinlərin kəmərdən istifadə etməməsinə yol verilir.

Bəs onlar hansılardır?

12 yaşadək uşaqlar, hamilə qadınlar, geriyə manevr edən avtomobilin sürücüsü, yaşayış məntəqəsi daxilində operativ nəqliyyat vasitələrinin sürücü və sərnişinləri təhlükəsizlik kəmərini taxmaya bilərlər.

"Ölkə.Az" nuhcixan.az-a istinadla həmin videomaterialı təqdim edir:

 
Bu rayonlarda avtombillər havanı daha çox çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçirilib.

Bunu jurnalistlərə Departamentin direktoru Ramal Bağırov bildirib.

O qeyd edib ki, monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkli qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib. 

R.Bağırovun sözlərinə görə, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkli qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, “Sahil”, “Nəriman Nərimanov” metro stansiyaları, Azneft dairəsi, 20 yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib:

“Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindirici haldır ki, artıq “BakuBus” MMC havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.

Baş Prokurorluqda işləmək istəyənlərin NƏZƏRİNƏ
Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə IT menecer, Sistem administratoru və Mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

IT Menecerin biliklərinə dair tələblər:

Yüksək məntiqi-anaitik düşünmə bacarığı;

Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi;

HP server avadanlıqları üzrə iş təcrübəsi: Blade, sinif Proliant DL (G6/G7/G8);

Storage texnologiyaları üzrə iş təcrübəsi;

Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication və s.;

Virtualaşma üzrə iş təcrübəsi : VMware Vcenter, ESXi, Vsphere, Hyper-V;

Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows Server: 2003/2008/2012/2016;

Exchange server 2010/2013/2016, GP, WSUS, PowerShell; Active Directory,

DNS, DHCP,WDS, DFS, VPN, File Server, Print Server;

Web serverlər (FTP/FTPS servers) ilə iş təcrübəsi olmalı;

Antivirus sistemləri ilə iş təcrübəsi;

SAN (Storage Area Network) üzrə iş təcrübəsi;

Proxy və Firewall sistemləri ilə iş təcrübəsinə sahib olmalı;

Cisco Şəbəkə avadanlıqları ilə iş təcrübəsi (L3 Switch və Router-larla işləmək bacarığı);

IBM server avadanlıqları üzrə iş təcrübəsi.

Sistem administratorunun biliklərinə dair tələblər:

Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;

Ethernet, IP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;

Active Directory, Exchange mail, File, Print server üzrə dərin nəzəri və praktik biliklər;

Sistem təhlükəsizliyi üzrə biliklər;

Firewall sistemləri ilə iş təcrübəsi;

Antivirus sistemləri ilə iş təcrübəs.i

Mühəndis-proqramçının biliklərinə dair tələblər:

Məlumat bazası bilikləri: Oracle, Oracle Pl/Sql

Proqramlaşdırma bilikləri: C#

Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js (arzu olunandır)

Web Servislər: Restful, DevExpress (.Net), Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub), Reporting (FastReport, XtraReport, JasperReport), Application Servers (Glassfish, Tomcat, JBoss)

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin ikt@prosecutor.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

AzTV-dən koronavirusla bağlı süjetin yanlış yozulmasına dair
“Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başadüşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaraguruh psixologiyası nümayiş etdirmələri daha da narahatlıq doğurur”.

Bu fikirlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin açıqlamasında yer alıb. 

Açıqlamada deyilir: “Əvvəla, bu gün AzTV efirinin 80 faizini vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün haraya zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tokşoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq, sadəcə olaraq, savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var, o da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə xahiş edirik materiala bir də baxsın”. 

Müdafiə naziri və Prezidentin köməkçisi CƏBHƏDƏ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub. Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Ön xətdə olan Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonda Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, ön xətdə xidmət edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub və onlarla bayram süfrəsi arxasında söhbət aparılıb.

Rafael Dadaşovun harada dəfn olunacağıyla bağlı NAZİRLİKDƏN AÇIQLAMA


Xalq artisti Rafael Dadaşov vəfat edib.
Bununla bağlı olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələrlə şöbəsinin müdiri İntiqam Hümbətov bu xəbərə çox kədərləndirdiyini bildirib.
“Xalq artisti bir neçə saat bundan əvvəl uzun sürən xəstəlikdən vəfat edib. Azərbaycan incəsənəti üçün bu çox ağır itkidir. Hələ ki, Rafael Dadaşov haqqında nekroloq hazırlanır, bundan sonra onun dəqiq dəfn yeri və vida mərasiminin keçiriləcəyi yer məlum olacaq”,- deyə o, vurğulayıb.
Qeyd edək ki, Xalq artisti Rafael 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub.
Xalq artisti VƏFAT ETDİ — AÇIQLAMA


Xalq artisti Rafael Dadaşov vəfat edib.
Bununla əlaqədar olaraq müğənni Lalə Dadaşova ilə əlaqə saxladıq. Xanım sənətçi Xalq artistinin ölüm xəbərini təsdiqlədi. Lakin ölüm səbəbini açıqlamadı.

Qeyd edək ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub.
Allah rəhmət etsin!
Baş Prokurorluqdan koronavirus açıqlaması
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı “ASAN Radio”ya müsahibə verib.

Koronavirusla əlaqədar şayiə yayanların barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə bağlı Eldar Sultanov bildirib ki, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır:

“Müzakirəsinə qatıldığım məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını bütövlükdə dünya ictimayyətinin maraq dairəsində olan narahatlıqdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimayətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır.

“İctimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.

Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılmışdır. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunmuşdur. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilmişdir. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram”.

Yüksək texniki peşə təhsili alan subbakalavrlar  kollecləri bitirən subbakalavrlara bərabər tutulacaq
Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.

Bu dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında  müzakirəytə çıxarılan  “Təhsil haqqında” qanuna   dəyişiklikdə nəzərdə tutulub.
Dəyişiklik barədə məlumat verən komitə sədri Bəxtiyar Əliyev deyib ki,   “Təhsil haqqında” qanunun 20.2-3 maddəsinə “yüksək texniki peşə təhsilini bitirərək subbakalavr  peşə-ixtisas  dərəcəsi almış  şəxslər orta ixtisas  təhsilini bitirmiş  subbakalavrlara  bərabər tutulur” müddəası  əlavə edilməsi nəzərdə tutulur.
 O deyib ki, bu dəyişiklik eyni zamanda “Peşə təhsili haqqında” qanuna dəyişikliklərdə əksini tapacaq.
Deputatlar qanuna dəyişikliyi müsbət dəyərləndirərək parlamentin plenar iclasında müzakirəyə çıxarılmasına tövsiyyə ediblər.

Xəbər lenti