![]() |
|
Uzun illər Bakı şəhərində ictimai nəqliyyat sektoru üçün səciyyəvi problemlərdən biri də avtobuslarda yaşanan sərnişin sıxlığı olub. Xüsusən pik saatlarda yollarda yaşanan nəqliyyat sıxlığının bənzəri avtobusların içində sərnişinlər arasında da yaşanırdı. Hətta bəzi hallarda avtobusların sərnişin çoxluğundan öz hərəkət tarazlığını itirdiyinin də şahidi olurduq.
Yol-xeber.az nəqliyyat üzrə ekspert Yasin Mustafayev “Report”a verdiyi açıqlamada bildirib ki, son illər görülən bir sıra işlərin nəticəsində avtobuslarda sərnişin sıxlığında azalma müşahidə edilir:
“Ölkəyə yeni gətirilən avtobuslar əvvəlkilərə nisbətən daha böyük, daha iri tutumlu və komfortludur. Bundan başqa istifadəyə verilən avtobus sayında da əvvəlkinə nisbətən çoxluq var. Bütün bunlar avtobuslarda sərnişin sıxlığının azalmasına səbəb olan faktorlardır. Ödəniş sisteminin dəyişilməsi də avtobuslarda sərnişin sıxlığının azalmasına təsir göstərən amillər sırasındadır. Kartla ödəniş sisteminə keçidin bu cəhətdən müəyyən qədər təsiri var. Əvvəllər sürücülərin məvacibi gündəlik plan əsasında ödənildiyinə görə onlar çalışırdı ki, avtobusa daha çox sərnişin mindirsinlər və qazancları daha çox olsun. Çünki onların qazancı yığılan vəsaitdən ödənilirdi. Bu səbəbdən də avtobuslarda sərnişin sıxlığı olurdu. İndi sürücülərə maaş sistemi tətbiq edildiyinə görə onlar daha çox sərnişin götürməkdə maraqlı deyillər. Avtobus sürücüləri əsasən çalışırlar ki, təyin olunan vaxtda lazımi ünvana çatsınlar. Bu səbəbdən də avtobuslarda gecikmələr olmur. Əvvəllər sürücülər harada gəldi avtobusu saxlayıb sərnişin götürürdülər. Bu da avtobusda sıxlığı artırırdı. İndi isə sərnişinlərin avtobusa mindirilməsi daha sivil formadadır. Sərnişinlər avtobuslara dayancaqlarda minir və dayanacaqlarda da tərk edirlər. Sanki bu proseslər bir normal axara və tempə düşüb, ona görə də avtobuslarda sərnişin sıxlığı bir qədər normallaşıb”.
Dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.
İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Qeyd olunub ki, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.
Bununla yanaşı, Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək mümkün olacaq.
"Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər", - deyə Milli Kitabxananın məlumatında deyilir.
Azərbaycanda akademik borcunu ləğv edən tələbələrin təqaüd alıb-almaması məsələsinə aydınlıq gətirilib.
Təhsil Nazirliyindən bildirilib ki, 2017-ci ildə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na bir sıra dəyişiklər edilib.
Onlardan da ən əsasları tələbənin akademik borcu olan fənn üzrə fənni dinləmədən imtahan vermək hüququ və əyani təhsilalma formasının tədrisə tam və qismən cəlb olunma növlərinin tətbiqidir.
Məhz bu dəyişiklliklərdən irəli gələrək “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na (bundan sonra Təqaüd Qaydaları) dəyişiklik edilib.
Bu qayda ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alanlara dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir:
“Lakin əyani təhsilalma formasının iki – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növlərinin tətbiqi bu qaydanın icrası zamanı müəyyən anlaşılmazlıqlar yaradırdı. Belə ki, tədrisə qismən cəlb olunan tələbənin təhsil müddəti normativ təhsil müddətindən 2 və daha çox il müddətinə uzana bilər. Bu isə onun normativ müddətdən artıq müddətdə təqaüd alması məsələsində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən Təqaüd Qaydalarının yalnız tədrisə tam cəlb olunan tələbələrə şamil olunması xüsusi vurğulanıb”.
Nazirlikdən əlavə edilib ki, Təqaüd Qaydalarına edilən digər dəyişiklik isə akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verən və ya yay semestrində fənni dinləyərək müvəffəq qiymət almış tələbənin təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməsi ilə bağlıdır:
“Belə ki, 2017-ci ildə tələbələrə akademik borcu yaranan fənn üzrə “fənni dinləmədən” imtahan vermək hüququ verilib. Tələbə həmin hüquqdan akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdə imtahan sessiyası zamanı istifadə edə bilər. Tələbələrə bu hüququn verilməsi akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək fənni dinləmədən və ya yay semestrində fənni dinləyərək akademik borcunu aradan qaldıran tələbələrin təqaüd alıb-almaması məsələsində də müəyyən suallar əmələ gətirirdi. Bu sualların cavabı olaraq Təqaüd Qaydalarına müvafiq dəyişiklik edilib və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbənin növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməməsi qərara alınıb. Əgər həmin tələbə akademik borcu olan semestrdən sonrakı semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), onun təqaüdü bərpa olunur”. (publika.az)
“News24”ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:
“Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün maarifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".
Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:
"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üçün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".
Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib.
Bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş nazir Əli Əsədov deyib.
Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş nazir deyib:
“Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır.
Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir.
Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.
Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir. Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Baş nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib:
“Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.
Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu altı dəfə üstələyir.
Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.
2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinə müntəzəm marşrut xətləri ilə bağlı 8382 şikayət xarakterli müraciət daxil olub. 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, bunların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır.
Yol-xeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Oxu.Az-ın son günlər sərnişinlərin müntəzəm marşrut xətləri ilə bağlı artan şikayətləri ilə əlaqədar sorğusunu cavablandırarkən deyib.
Onun sözlərinə görə, bütün bunlara səbəb olan birinci amil peşəkar sürücü çatışmazlığıdır:
“Bu gün avtobus sürücüləri ilə bağlı mövcud mənzərinin əsas səbəbkarları sərnişindaşıma şirkətləridir. Həmin daşıyıcılar sürücüləri gün ərzində 8 saatdan artıq işlədir. Bunun özü artıq çox ciddi qanun pozuntusudur. Hər gün səhər 6:00-dan axşam saat 22:00, 23:30 və ya daha gec müddətə qədər sükan arxasında əyləşən sürücüdən biz hansı peşəkarlığı, təhlükəsiz idarəetməni və ya nəzakətli davranışı tələb edə bilərik?
2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müntəzəm marşrut xətləri ilə bağlı rəsmi 8382 şikayət xarakterli müraciət daxil olub. Şikayətlər əsasında aparılan araşdırmalar zamanı 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, protokolların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır. Şikayətlər arasında sürücülərin yol hərəkəti və sərnişinlərlə etik davranış qaydalarının pozulması halları, marşrut xəttindən yayınma, dayanacaqdan kənar saxlama, hərəkət cədvəli və sxemlərinə riayət edilməməsi, müəyyən edilən tarifdən artıq gediş haqqının alınması və audiocihazlardan istifadə halları ilə bağlı məqamlar yer alır”.
M.Ağayev onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu gün öz səlahiyyətləri çərçivəsində bu məsələnin həlli istiqamətində zəruri tədbirlər görür:
“Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onları təlimlərə cəlb edirik. Məlumat üçün bildirim ki, 2019-cu ildə 1066 nəfər sürücü təlimlərə cəlb olunub. “BakuBus” yaranan zaman avtobuslar xaricdən alınıb. Sürücülər isə, təbii ki, öz vətəndaşlarımız olub. Onlar daha əvvəl başqa marşrut xətlərində, başqa daşıyıcılarla əməkdaşlıq edirdilər. Digər daşıyıcılardan fərqli olaraq, “BakuBus”da sürücülərin işə qəbulunda "Əmək Məcəlləsi"nin bütün tələblərini nəzərdə saxlanır, iş və istirahət vaxtları düzgün bölüşdürülür, onlar gündəlik plan verməyə məcbur edilməyib.
Bəzən marşrut avtobuslarının istismarının “BakuBus”a verildiyi zaman əvvəlki daşıyıcının işə götürdüyü sürücülərin işsiz qalacaqlarına dair məlumatlar yayılır. Bu qətiyyən belə deyil. Qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən sürücülər “BakuBus”da işlə təmin olunacaq və sürücü kimi fəaliyyətlərini orda daha rahat formada davam etdirəcək”.