|
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.
ABŞ bu gündən qanunsuz miqrantların kütləvi deportasiyasına başlayır.
Deportasiya Amerikanın mühacirət gömrük polisi tərəfindən ölkənin 10 şəhərində gerçəkləşdiriləcək. Miqrantlar, həmçinin, Hyuston, Çikaqo və los-Ancelesdən çıxarılacaqlar.
Bu əməliyyat təxminən 2 minədək miqrant ailəsini əhatə edəcək.
Bakının Yasamal rayonunda yanğın olub.
Hadisə Hüseyn Cavid prospekti 147a ünvanında yerləşən "Qoç ət" restoranında qeydə alınıb.
İlkin məlumata görə, yanğın restoranın havalandırma sistemində yaranmış nasazlıq səbəbindən baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir beçə yanğınsöndürən maşınları və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğın artıq söndürülüb, restoranın əməkdaşları ərazidən təxliyyə olunub.
Azərbaycanın mobil rabitə operatoru olan “Azercell” yeni loqosunu “Rəqəmsal səma altında” adlı möhtəşəm şou ilə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, şouda maraqlı anlar yaşanıb.
Belə ki, izləyicilər səmada dronlar vasitəsiylə yaradılan şouya tamaşa ediblər. Səmada Azərbaycanın xəritəsi, ölkəmizin və şirkətin adı və bir sıra atributlar əks olunub.
Həmin anın videosunu təqdim edirik:
“TUI” aviaşirkətinin təyyarəsi quşla toqquşduğuna görə Şotlandiya təcili eniş edib.
“Qafqazinfo”nun məlumatına görə, bu haqda “Daily Mail” xəbər verib. İnsident Edinburq – Lansarot reysində yaşanıb.
Belə ki, hava gəmisi uçuş zamanı quşla toqquşub və zədələnib. Bundan sonra təyyarə Qlazqo yaxınlığında məcburi eniş edib. Xəsarət alan yoxdur.
Aviaşirkətin nümayəndəsi yaşananlara görə sərnişinlərdən üzr istəyib və səbrli olduqlarına görə onlara təşəkkür edib. Bütün səyahətçilərə vauçer və sərinləşdirici içkilər paylanılıb.
Minskdə keçiriləcək ikinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri gərgin keçsə də, nəhəng tədbirə hazırlıq prosesi uğurla başa çatdırılıb. Belarus ilk dəfədir ki, belə səviyyəli, çoxfunksiyalı yarışa ev sahibliyi edir.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Belarus Milli Olimpiya Komitəsinin sədri, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Georgi Katulin Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, ikinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə olunub. Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilatçıları, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslərlə sıx müzakirələr aparılıb. Azərbaycanın bu sahədəki mütəxəssisləri Belarusda, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsində olub və təcrübələrini bölüşüblər.
G.Katulin vurğulayıb ki, II Avropa Oyunlarının açılış mərasiminin böyük məşqi artıq keçirilib. Atletlər Kəndində iştirakçı dövlətlərin bayraqlarının ucaldılması mərasimi də təşkil olunub.
Qeyd edək ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.
Bu gün Azərbaycana yay fəsli daxil olacaq.
Yay fəsli saat 19:54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.
14 saat 43 dəqiqə davam edəcək təbiət hadisəsinə həm də yay günəş tutuluşu deyilir. Yəni, yerin fırlanma oxu günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya günəş həmin an üfüqdən maksimum hündürlükdə olur. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir. Bu zaman ən qısa gecə, ən uzun gündüz yaşanır.
Bununla da yaz yay fəsli ilə əvəz olunacaq.
Qeyd edək ki, yay fəsli sentyabrın 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 11.50-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.
İyunun 20-də Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.
Mehriban Əliyeva və Leyla Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.
Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.
Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Mehriban Əliyeva uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər.
Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Martın 26-da dəhşətli yanğınla yararsız hala düşən “Diqlas” Ticarət Mərkəzi sökülür.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda binanın yuxarı mərtəbələrində beton layların dağıdılması işi aparılır. Söküntü materialları kran vasitəsilə binanın həyətinə yığılır. Söküntü ərazisi dəmir lövhələrdə çəpərlənsə də, səddin digər tərəfindən həyat öz axarında davam edir. “Vosmoy” bazarının piştaxtaları elə söküntüyə sədd olan dəmir lövhənin qarşısında qurulub. Ərazidə yaşayış olduğu üçün söküntü ehtiyatla aparılır, buna görə də binanın tam sökülməsi uzun vaxt apara bilər.
Söküntünü Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Murad Əhməd
Fotolar: Pərvin Zeynal
Prezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilir.
2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 1 (bir) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin:
4.1. təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;
4.2. nizamnaməsini, optimallaşdırma həyata keçirilməklə strukturunu, işçilərinin say həddini iki ay müddətində təsdiq etsin;
4.3. dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. bu Fərmanın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin;
5.2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndi üzrə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna nəzərdə tutulmuş vəsaitin qalığının müvafiq olaraq bu Fərmanın 1-ci hissəsində göstərilmiş publik hüquqi şəxsin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və həmin publik hüquqi şəxsin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı tədbirlər görsün.
7. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.