Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün Miqrasiya Xidmətlərinin əldə edilməsi ilə bağlı müraciətlər müvəqqəti olaraq aşağıdakı formada tövsiyə edilir:

“ Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.

Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaq. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.

Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılıb. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.

Ümumən xüsusi zərurət yoxdursa, yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.

Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur”.   /Yeni Sabah/

İstanbul-Bakı avtobusları dayandırıldı
Bir neçə saat əvvəl daxil olan məlumata əsasən, Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan dörd avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

"Məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb. "VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib. Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir", - məlumatda qeyd edilib.

Binəqədi rayonunda operativ qərargah yaradıldı
Bakı şəhəri Binəqədi rayonu ərazisində iri supermarket və digər ticarət obyektlərində profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətində bu gün operativ qərargah yaradılaraq, ərazidə müavinlər və şöbə müdirləri, QİƏD , SİƏD və bələdiyyələr arasında bölgü aparılıb.

Operativ qərargahın tərkibinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da cəlb edilib.

Bölgüyə uyğun olaraq ərazidə maarifləndirmə, monitorinq işləri saat 15.03.2020-ci il tarixində saat 10:00 radələrindən başlanılıb.

Görülmüş işlərə mütəmadi nəzarəti təşkil etmək məqsədi ilə vatsap mobil şəbəkədə “Operativ Məlumatlar” qrupu yaradılmış və ərazidə yerləşən səhiyyə müəssisələri ilə mütəmadi informasiya mübadiləsi aparılıb

Gün ərzində 14:00-dək 150 ticarət və digər xidmət obyektlərində maarifləndirmə işləri aparılmış və görülməsi zəruri olan prafilaktik tədirlər barədə tapşırıq verilmişdir. İlkin olaraq Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Atrium” uşaq əyləncə mərkəzi, “Bakı Tennis Akademiyası”, “Çempion idman klubu”, Elit ticarət mərkəzi və bir neçə fitnes klublarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bundan başqa Binəqədi RİH "Sakinlərin müraciət xidməti “16-46" vasitəsilə sakinlərin mobil telefonlarına sms göndərməklə və rayonun rəsmi Facebook səhifəsi vasitəsilə maarifləndirmə işləri aparılır, video-çarxlar nümayiş etdirilir. İctimai-iaşə obyektlərində axşam saat 21:00-dək işləməsi ilə bağlı monitorinq aparılır və hüquq-mühafizə orqanlarının köməkliyi ilə müvafiq tədbirlər görülür. Maarifləndirmə tədbirləri növbəti günlərdə də davam etdiriləcək.


Taksi şirkətləri niyə müştərini yanlış ünvana çatdırırlar?                                    – Qlobal naviqasiya sistemləri üçün kiçik ölkəyik
Ondan istifadə edərək yanlış ünvana çatmaq mümkünsüzdür

Taksi şirkətlərinin əksəriyyəti xeyli müştərisini yanlış ünvana yönləndirərək itirirlər. Sürücünün müştəriyə verdiyi cavab isə belə olur: “Operator məni bu ünvana yönləndirib”.

Bəs taksi şirkətləri sürücünü dəqiq ünvana yönləndirmək üçün hansı texnologiyalarla işləməlidirlər?

“Bu, yalnız Azərbaycan şirkətləri tərəfindən həyata keçirilməlidir”.

 

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı TED.az-a danışan IT ekspert Fərid Kərimov bildirib ki, bu problemin yalnız bir həll yolu var. O da Azərbaycan ünvanlarının dəqiq əks olunduğu naviqasiya xətlərindən istifadə edilməsidir: “Taksi şirkətləri müxtəlif sistemlərdən istifadə edirlər. Əksəriyyəti isə sadəcə Google xəritələrindən istifadə etməklə kifayətlənirlər. Ünvanların dəqiq göstərildiyi sistemlərdən yararlanmaq lazımdır. Azərbaycan qlobal naviqasiya sistemləri üçün çox kiçik ölkədir. Buna görə də qlobal naviqasiya sistemlərində bizim ünvanlar dəqiq işlənməyib. Mən özüm də xaricdə naviqasiya sistemindən istifadə edərkən hər şeyin necə dəqiq göstərildiyinin şahidi olmuşam. Azərbaycanda isə əksər ünvanları dəqiq tapmaq mümkün deyil. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi AzNav adlı milli naviqasiya sistemi yaradıb. Bu sistem ölkəmizdəki bina və idarələri tam dəqiq göstərir. Sadəcə bu sistemi yaradan mütəxəssislər bir-bir ünvanları yazmalıdırlar. Onlar isə sistemi əsasən, Google üzərindən qururlar. Təbii ki, Google dəqiq işləmir. Şəxsən mən Google-dan istifadə edərək harasa gedəndə problem yaşayıram. Çünki bu xəritələr beynəlxalq şirkətlər tərəfindən hazırlanır və Azərbaycan onlar üçün o qədər də maraq kəsb etmir. Bu, yalnız Azərbaycan şirkətləri tərəfindən həyata keçirilməlidir”.

 

“Ondan istifadə edərək yanlış ünvana çatmaq mümkünsüzdür”.

 

 

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat katibi Qulu Xəlilov isə bildirib ki, AzNAV naviqasiya xidməti yeni sistem vasitəsilə yaradılıb: “Xidmət Avropa standartlarına uyğun yeni ünvan sisteminə keçib. Naviqasiya sistemi yeni ünvanlar üzərində qurulsa da, paralel olaraq köhnə ünvanlarla da işləyir. Ondan istifadə edərək yanlış ünvana çatmaq mümkünsüzdür. Çünki həm  köhnə, həm də yeni ünvanları tapa bilir. AzNav naviqasiya sistemi bir neçə dəfə yenilənib, yeni ünvanların hər biri oraya yerləşdirilib. Yaxınlıqdakı obyektləri göstərir. Getmək istədiyiniz ünvandakı iaşə obyektlərini də  görə bilərsiniz. Naviqasiya sisteminə gecə görüntüsü də əlavə edilib. AzNav naviqasiya xidmətindən istifadə edə bilmək üçün internetə çıxışın olması mütləq deyil. İnternet olmayan yerlərdə də ondan istifadə etmək olar. İstənilən taksi şirkəti təşəbbüs göstərərək bu sistemdən yararlana bilər”.

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

50 dəfə qayda pozub, 3 dəfə “prava”dan məhrum olan sürücü bu dəfə...  - VİDEO

İndi onu 4-cü dəfə sürücülük hüququndan məhrum olunma və 5 gün həbs gözləyir

Yol polis inspektorları yol hərəkəti qaydalarını pozmaq üzrə çempion olan yerli sakini tutmaq üçün avtomobilin şüşələrini sındırmağa məcbur olublar. Yol-xeber.az xəbər verir ki, insident Rusiyanın Krasnoyarsk diyarında baş verib.

Bildirilir ki, sürücü qayda pozuntularına görə 50 dəfə məsuliyyətə cəlb olunub və 3 dəfə də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib. Növbəti cəriməni ödəməkdən imtina edən sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. Lakin, o, avtomobildən düşməyərək qapıları kilidləyib. Sürücü sərxoşluq testindən də keçməkdən imtina edib. Buna görə də polislərin güc tətbiq etməkdən başqa çarələri qalmayıb.

Bu dəfə sürücü 4-cü dəfə sürücülük hüququndan məhrum olmaqla qurtulmayacaq, o, həmçinin polis əməkdaşlarının əmrinə tabe olmadığına görə, 5 gün həbs cəzası da alacaq.

 

Azərbaycanda 6 nəfər COVID-19-dan sağaldı


Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 6 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
Valideynlərini itirmiş tələbələrin magistratura xərclərini dövlət ödəyəcək – Azərbaycanda


Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb. /APA/
Bu gündən ölkədə kütləvi tədbirlər bir ay müddətinə təxirə salınır — RƏSMİ


Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla);

dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;

tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;

özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya edilib - VİDEO
Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

Yol-xeber.az xəbər verir ki, bu çərçivədə gün ərzində 270 min nəfərə yaxın sərnişinin istifadə etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya olunub. Sərnişinlərin rahatlığı nəzərə alınaraq işlər gecə saatlarında keçirilib. Perronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar dezinfeksiya edilib. Eyni zamanda, park ərazisi, oturacaqlar da dezinfeksiya edilib. Sərnişinlərin, sürücülərin və burda çalışan digər personalın əllərini tez-tez dezinfeksiya edə bilməsi üçün gözləmə zallarında xüsusi məhlullar da qoyulub.

Məlumat üçün bildirək ki, əvvəllər mərkəzdə müvafiq tədbirlər həftədə 1 dəfə həyata keçirilirdi.

 

Gecə boyu Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda da (ümumilikdə 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.

İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.

Bununla yanaşı, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edilir. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.

Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

 

 

 
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya edilib - VİDEO
Avtosfer TV13 Mart 2020 12:3561 dəfə oxunub
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya edilib - VİDEO
Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək
 
 
Bu yolda nişanın olmaması sürücüləri çaşdırır - VİDEO
80 nişanı ya çıxarılmalı, ya da təkrarlanmalıdır

Paytaxtda sürəti bildirən yol nişanının olmaması sürücüləri çaşdırır. Yol-xeber.az xəbər verir ki, Moskva prospektindən üzü Sumqayıt istiqamətinə gedən yolda körpünün başlanğıcına sürət məhdudiyyətini bildirən 80 nişanı qoyulub. Lakin bu nişan 20 yanvar dairəsindən gəlib həmin yola qoşulan nəqliyyat vasitələri üçün quraşdırılmayıb. Həmin yolayrıcından sonra sürücülərin yarısı 80-lə, yarısı isə 60-la hərəkət edir. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Bu çaşqınlığı yaratmamaq üçün ya 80 nişanı körpünün girişindən çıxarılmalı, ya da qeyd etdiyimiz birləşmədə nişan təkraralanmalıdır. 

Yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün həmin 80 nişanı oradan çıxarılsa daha məqsədəuyğun hesab olunar. Çünki tunel təhlükəli yol sahəsi olduğu üçün sürət həddi aşağı endirilməlidir. Beynəlxalq təcrübədə də tunelə və digər bu kimi təhlükəli yol sahələrinin girişində sürət həddi aşağı endirilir.

 

Xəbər lenti